Sakit hüseynov rasim sariyev



Yüklə 5,17 Mb.
Pdf görüntüsü
səhifə4/53
tarix31.08.2018
ölçüsü5,17 Mb.
#65529
1   2   3   4   5   6   7   8   9   ...   53

nur.  XIX əsrin ortalarında sənayenin sürətlə inkişafı faydalı qazıntı­
lardan -  dəmir filizi  və daş  kömürün  çıxarılmasına tələbatı artırmış­
dır.  Daş  kömürün  çıxarılmasına  tələbatın  artması,  əsasən  buxar 
mühərriklərində  və  çuğun  istehsalında  istifadə  ilə  şərtlənirdi.  Daş 
kömür  hasilatı  o  dövrdə,  bütün  iqtisadiyyatın  inkişafını  müəyyən 
edirdi.
İnsan-təbiət münasibətlərinin sosial-ekoloji  və fəlsəfi  mahiyyətini 
araşdırarkən «ətraf mühit» və «ətraf təbii mühit» anlayışlarına xüsu­
si diqqət yetirmək lazımdır.
«Ə traf təbii  mühit»  anlayışı  təbii  komponentlərdən  ibarət  olub, 
təbii-maddi cismləri (su,  hava,  bitki və heyvanat aləmi,  torpaq, mik- 
roorqanizmlər, minerallar, kosmos və s.), təbii hadisələri (işıq, istilik, 
radioaktivlik, qravitasiya,  elektrik,  səs və s.) və təbii prosesləri  (geo­
loji,  kosmik,  iqlim,  bioloji  və  s.)  özündə  birləşdirir.  «Ətraf mühit» 
anlayışı  isə  insanları  əhatə  edən  bütün  təbii  mühiti,  eyni  zamanda, 
tarixi inkişaf prosesində insanlar tərəfindən yaradılmış maddi sərvət­
lər  və  sosial-iqtisadi  komponentləri  əhatə  edir.  Ə traf  mühiti  əhatə 
edən ünsürlər,  o cümlədən,  insan tərəfindən yaradılmış maddi mühit 
öz  xarakteri,  mahiyyəti  və  funksiyasına  görə  şərti  olaraq  bir  neçə 
yerə bölünür:
1.  İstehsal üçün əsas vasitə olan maşın və alətlər;
2.  Sintetik  materiallar  və  məhsullar  (polimer  materiallar,  plast­
mas, rənglər, zəhərli kimyəvi maddələr və s.);
3. Mənzillər, ictimai binalar və istehsalat obyektləri;
4.  Kommunikasiya (nəqliyyat,  rabitə və s.) vasitələri və obyektlə­
ri;
5.  İstehsalat, nəqliyyat və məişət səsləri;
6.  Sənaye və məişət tullantıları;
XIX 
əsrin II yarısından başlayaraq faydalı qazıntıların (neft, qaz, 
daş  kömür,  filiz  və  s.)  çıxarılması  yeni-yeni  sənaye  müəssisələrinin 
tikilməsinə səbəb oldu.  Bu da öz növbəsində yeni şəhərlərin salınma­
sına,  əhalinin  şəhərlərdə  toplanmasma,  urbanizasiya  prosesinin  ge­
nişlənməsinə zəmin yaratdı.  Yeni şəhərlər əsasən iri sənaye müəssisə­
lərinin ətrafında salınırdı ki, bunlar da sonralar böyük şəhərlərə çev­
rilməyə  başladı.  İri  sənaye  şəhərlərində  kommunikasiya  sistemləri, 
yollar,  körpülər  və  s.  yeni  infrastruktur  sahələrinin  yaranması  da 
genişlənirdi.  Tikinti  materialları  əldə  etmək  üçün  yeni  daş  karxana­
ları  yaradılır,  şəhər  kənannda  yerləşən  meşələr  sürətlə  kəsilirdi.  Tə­
sərrüfat fəaliyyətinin  bu cür surətlə genişlənməsi təbii ekosistemlərin
14
dağılmasına  ciddi  təsir  edərək,  təbii  landşaftların  yerində  «antro­
pogen landşaft sistemləri»nin meydana gəlməsinə səbəb olurdu.
İnsan -  təbiət münasibətlərinə tarixi və sosial - ekoloji yanaşmam 
fəlsəfi cəhətdən ümumiləşdirmək üçün bəzi  alimlərin  bu sahədə  irəli 
sürdükləri  fikirlərə  diqqət  yetirək.  Məsələn,  bir  çox  alimlər  ekoloji 
tarazlığın pozulmasına gətirib çıxaran insan -  təbiət münasibətlərini 
gərginləşdirən üç tarixi mərhələni qeyd edirlər:
1.  Ovçuluq  mərhələsi.  Bu  mərhələdə  qədim  insanlar  ovçuluq  və 
meşələrdə giləmeyvə yığmaq yolu  ilə qidalanaraq öz həyatlannı bio­
loji cəhətdən təmin etmişlər.
2. Əkinçiliyin yaranması və inkişafı mərhələsi.  Bu mərhələ -  yeni 
torpaqların  əldə  edilməsi,  becərilməsi,  son  nəticədə  əhalinin  sürətli 
artımı ilə müşaiyət olunmuşdur.
3.  Sənaye inqilabı mərhələsi.  XIX əsrin ortalarından başlayan bu 
mərhələ  əvvəlki  mərhələlərlə müqayisədə ətraf mühitin  ciddi  şəkildə 
dəyişilməsinə və sosial gərginliklə nəticələnən  əlverişsiz ekoloji şərai­
tin yaranmasına gətirib çıxarmışdır.1
Əlbətdə,  insan  -   təbiət  münasibətlərinin  təkamülünü  əks  etdirən 
bu  fikirlərlə  müəyyən  qədər  razılaşmaq  olar.  Lakin,  XX  əsrin  IV 
rübündən  başlayaraq sənayenin  güclü inkişafı,  nüvə sınaqlarının ço­
xalması,  təbiətdə  baş  verən  iqlim  dəyişikliklərinin  artması,  əhalinin 
sürətli  artımı  qlobal  miqyasda  ətraf mühitə  antropogen  təsiri  artır­
mışdır.  Sosial -  ekoloji baxımdan XX əsrin sonlarından başlayan bu 
mərhələni insan -  təbiət münasibətlərində 4-cü və ən böhranlı mərhə­
lə  adlandırmaq  olar.  Həmin  müəlliflərin  son  illərdə  ekoloji  böhranı 
xarakterizə  edən  fikirləri  də  dediklərimizə  sübutdur.  Onlar göstərir­
lər  ki,  «hazırki  şəraitdə  5  milyardlıq  bizim  müasirlərimizin  təbiətə 
təsiri öz miqyasına görə əvvəlki  minillikdəki 50 mlrd,  əhalinin təbiətə 
göstərdiyi təsirə ekvivalentdir.  Planetin təkindən çıxarılan xammalın 
emalı zamanı onun  90 %-i ətraf mühiti  çirkləndirən tullantıya çevri­
lir.»1
 2  Deməli,  biz  hazırda  insan  -   təbiət  münasibətlərinin  tarixi  və
1  Основы  экологии  и  экологическая  безопасность.  Учеб, 
жегородской  государственной  медицинской  академии. 
1998.  с.82.
2  Основы  экологии  и  экологическая  безопасность.  Учеб, 
жегородской  государственной  медицинской  академии. 
1998.  с.82.
пособие.  Изд-во  Ни- 
Нижний  Новгород.
пособие.  Изд-во  Ни- 
Нижний  Новгород.
15


sosial -  ekoloji cəhətdən ən gərgin  olan bir dövründə yaşayırıq.  Bu­
nu çoxlu faktiki və həyati materiallar da sübut edir.
XX 
əsrdə  yanacaq  və  enerji  istehlakının  strukturunda  böyük 
dəyişikliklər  baş  vermişdir.  Yanacaq  və enerji  istehlakında  XIX  əs­
rdən mövcud olan daş kömür mərhələsini XX əsrin ortalarında neft- 
qaz  mərhələsi  əvəz  etməyə  başladı.  Hazırda  (XX  əsrin  sonu  XXI 
əsrin  əvvəlində)  ilkin  enerji  istehlakının  strukturunda  neft  -   40  %, 
daş kömür -32%, təbii qaz -  23 % təşkil edir. Faktlar göstərir ki, əha­
li  artımı  və  istehsalın  genişlənməsi  ilə  əlaqədar  yanacaq  hasilatı  və 
enerji  istehlakı  dinamik  olaraq  artmaqdadır.  Dünyada  illik  enerji 
ehtiyatlarının  istehlakı  1990-cı  ildəki  950  milyon  tondan  -   2000-ci 
ildə 23 milyard tona çataraq 25 dəfə çoxalmışdır.  Öyrənildiyinə görə 
hazırda dünyada neft ehtiyatı  130-  150 trln.  ton, daş kömür ehtiyatı 
-   1-1,2  trln.  ton,  təbii  qaz  ehtiyatı -   140-150  trln.  kub  metr  miqda- 
nndadır.1 Mütəxəssislərin fikrinə görə, bəşər tarixinin ilkin dövründə 
insanlar  tərəfindən  80-85  milyard  ton  şərti  yanacaq  məsrəf edilmiş­
dirsə,  bu  rəqəmin  yarısı  qədər  təkcə,  XX  əsrin  II  yarısında  məsrəf 
olunmuşdur.  Belə  ki,  son  yüz il (1900 -  2000-ci  illər)  ərzində adam ­
başına  düşən  enerji  məsrəfi  7,5  dəfə  artmışdır.1
 2  Bu  göstəricilər  bir 
tərəfdən  insanların  sosial  vəziyyətinin  və  həyat  tərzinin  yaxşılaş­
dırılmasını  əks  etdirməklə  yanaşı,  digər  tərəfdən  son  yüz  ildə  təbii 
ehtiyatlardan istifadənin artım dərəcəsini göstərən faktlardır.
Digər  təbii  ehtiyatlarm  istehlakına  gəldikdə  isə  göstərmək  la­
zımdır  ki,  bəzi  əlvan  metalların  (volfram,  molibden,  mis,  sürmə, 
qurğuşun,  qalay və  s.) ehtiyatlarının yaxın  20-30  ilə tükənəcəyi  göz­
lənilir.  Faydalı  mineral  ehtiyatlarm  hasilatı  sürətlənməklə  yanaşı, 
həm də onlann  istehlakı qlobal  miqyasda  genişlənir.  Qədim  və Orta 
əsrlərdən  insanlar  əsasən  mis,  dəmir,  bir  az da  qızıl  və  gümüş  hasil 
edirdilərsə,  hazırda  planetin  əksər  bölgələrində  elmə  məlum  olan 
bütün elementlər hasil edilməkdədir.
Təbii ehtiyatlarm insanlar tərəfindən istehlakının dinamik artma­
sı  elmi-texniki  tərəqqi  ilə  əlaqədardır.  Elmi  -   texniki  tərəqqi  isə 
obyektiv  proses  olduğu  üçün  onun  qarşısını  almaq  qeyri  -  
mümkündür.  Təbii  ehtiyatlann  təsərrüfat  dövriyyəsinə daxil  edilmə­
sinin  sürəti  -  istehsalın  inkişaf tempi,  Yer  kürəsində  əhalinin  artım
1  Экологические  основы  природопользования:  Учебное  пособие,  -  2-е  изд.  М., 
Изд - й  Дом «Дашков и К».  2002, с .31
2 Yenə orada, s.  31
16
sürəti,  əməyin  enerji  təchizatının  genişlənməsi,  insanların  həyat  sə­
viyyəsinin  yaxşılaşması  və  başqa  obyektiv  səbəblərlə  əlaqədardır. 
Bəşər  tarixində  sadədən  mürəkkəbə  doğru  uzun  bir  təkamül  yolu 
keçmiş bu dinamik prosesi geri döndərmək mümkün deyildir.
Lakin,  təbii  ehtiyatlara  istehlakçı  münasibət  nəticəsində  insan  - 
təbiət  münasibətlərində  yaranmış  gərginliyi  hiss  edən  elmi  ictima­
iyyət  təbiətdən  səmərəli  istifadə  ilə  əlaqədar  XX  əsrin  sonlarında 
müxtəlif elmi  konsepsiyalar irəli  sürməyə  başlamışdır  ki,  bunlardan 
da biri  davamlı inkişaf («sustainable development»)  konsepsiyasıdır. 
Bu  konsepsiyanın  əsas  prinsiplərindən  biri  cəmiyyətdə  istehsal  və 
istehlak  modelinin dəyişdirilməsidir,  tnsan -  təbiət münasibətlərində 
yaranmış  ekoloji  gərginliyin  aradan  qaldırılması  hazırki  şəraitdə  is­
tehsal  və  istehlak  modelinin  dəyişdirilməsini  tələb  edir.  Bu  prinsip 
təbii  ehtiyatlann  istehlakının getdikcə artdığı  indiki zamanda onlar­
dan səmərəli istifadəni  nəzərdə tutur.  26 avqust -  4 sentyabr 2002-ci 
ildə  Cənubi  Afrika  Respublikasının  Yohannesburq  şəhərində  keçi­
rilmiş  Ümumdünya  Sammitində  qəbul  edilmiş  icra  Planının  14-cü 
maddəsində  deyilir:  «Qlobal  davamlı  inkişafa  nail  olunması  üçün 
cəmiyyətlərin istehlak və istehsal üsullannda fundamental dəyişiklik-

lərin  edilməsi çox  vacibdir.  Rio  prinsiplərini,  o  cümlədən,  Rio  bəy-
Y  
annaməsinin  7-ci  prinsipini  nəzərə  almaqla,  inkişaf etmiş  ölkələrin
>  
prosesə başçılığı altında dövlətlər davamlı istehlak və istehsal üsulla­
rını  inkişaf  etdirməli  və  bütün  ölkələr  bundan  bəhrələnməlidirlər, 
istehlak  və  istehsalın  davamsız  üsullarının  dəyişdirilməsi  işində  hö­
kumətlər,  müvafiq  beynəlxalq  təşkilatlar,  özəl  sektor  və  bütün  iri­
miqyaslı qruplar fəal iştirak etməlidirlər.»1
Müasir  cəmiyyətdə  insanların  istehsal  fəaliyyəti  geniş  və  çoxcə­
hətlidir.  Məhsuldar qüvvələr inkişaf etdikcə,  sənaye istehsalı  yüksəl­
dikcə təbii ehtiatlann təsərrüfat dövriyyəsinə daxil edilməsi də geniş­
lənir.  Hazırki  cəmiyyətdə  istehsal  prosesi  aqrar  sənaye  xarakterin­
dən  -  yüksək  sənaye xarakterinə çevrilmişdir.  Məsələn,  əgər Planet­
də  baş  verən  vulkanlar  nəticəsində  Yer  səthinin  üstünə  ildə  3  mlrd, 
ton maddə atılırdısa, hazırda (XX əsrin sonu nəzərdə tutulur -  R.S.) 
yerin  təkindən  ildə  təxminən  120  mlrd.-dan  çox  müxtəlif filiz,  ya­
nacaq,  tikinti  materialları  və  s.  faydalı  qazıntılar  çıxarılır.2  Yuxan-
1 www.un.az.org.
2  Экологические  основы  природопользования:  Учебное  пособие,  -  2-е
изд.  М., Изд -й  Дом«Дашков и К»,  2002, с 30.
Azərbaycan  Respublikası  Prezidentinin 
İşlər İdarəsi
PREZİDENT  KİTABXANASI


Yüklə 5,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə