Sakit hüseynov rasim sariyev



Yüklə 5,17 Mb.
Pdf görüntüsü
səhifə3/53
tarix31.08.2018
ölçüsü5,17 Mb.
#65529
1   2   3   4   5   6   7   8   9   ...   53

məsində  texniki  vasitələrə  ehtiyac  olmurdu.  Əvvəllər  yığıcılığı  və 
primitiv  ovçuluq  təsərrüfatı  qədim  insana  ətraf  mühitlə  harmonik 
yaşamağa  imkan  verirdi.  Lakin,  sonralar  adi  bioloji  mövcudluğu 
təmin etmək üçün müəyyən təbii mühitdə heyvanlann kortəbii şəkil­
də ovlanması  və yeməli  bitkilərdən  istifadə,  getdikcə ərzaq  çatışma- 
mazlığına, aclığa, xəstəliklərin və ölüm hallarının çoxalmasına səbəb 
olmuşdu.  Bu  vəziyyət  bəşər  tarixində  ilk  ekoloji  böhran  hesab  olu­
nur  ki,  mütəxəssislər  onu  «konsumentlərin  böhranı»  adlandırırlar.1 
Tarixən  insan-təbiət  münasibətlərində  yaranmış  bu  ilk  böhrandan 
insanlar köçəri  həyatdan - oturaq  həyata,  ovçuluqdan -  əkinçilik və 
maldarlığa  keçməklə çıxdılar.  Ovçuluqdan  -  əkinçilik  və  maldarlığa 
keçilməsi insan-təbiət münasibətlərində ilk ekoloji inqilab hesab olu­
nur.
Bəzi  mütəxəssislər qədim  insanlann  oturaq  sivilizasiyaya  keçmə­
sini  müasir  cəmiyyətimizin  başlanğıcı  hesab  edirlər.  Əkinçiliyə  ke­
çilməsi  əvvəlki  dövrlə  müqayisədə  bir  tərəfdən  insanın  yaşayış  sə­
viyyəsini,  həyat  tərzini,  məişət  mədəniyyətini  dəyişdirdi,  digər  tərəf­
dən  təbiətə  antropogen  təsiri  artırdı,  təbiət  obyektlərinin  dəyişdiril­
məsini sürətləndirdi.
İnsan-təbiət  münasibətlərinin  ikinci  mərhələsi  aqrar  mədəniyyə­
tin  meydana  gəlməsi  və  inkişafı  ilə  əlaqədardır.  Aqrar  mədəniyyət 
maddi  istehsalın  əsasını  əkinçilik  və  maldarlıq  təşkil  etdiyi  dövrdən 
formalaşmağa başlamışdır. Aqrar mədəniyyət dövrü insanlann kənd 
təsərrüfatı  istehsalı  ilə  məşğul  olduğu  vaxtdan  (b.e.  8  min  il  əvvəl  ) 
sənaye istehsalı dövrünə (XVIII əsrin ortalanna) kimi geniş bir tarixi 
mərhələni əhatə edir.  Bu dövrdə əkinçiliyin inkişaf etdirilməsi ilə ya­
naşı  ev  heyvanlannın  əhilləşdirilməsinə  də  başlanmışdır.  Mütəxəs­
sislərin fikrincə,  əkinçilik və maldarlıq  ilk  əvvəl  Şərqi Asiya (Şumer) 
və Şimali Afrikada (Misir) meydana gəlmiş, sonralar isə Cənubi-Şər- 
qi Asiya, Mərkəzi Amerika, Avropa və s.  bölgələrə yayılmışdır.
İnsan-təbiət  münasibətlərinin  getdikcə  mürəkkəbləşməsi  hər- 
hansı  bir  tarixi  dövrdə  insanlann  həyati  təlabatınm  dəyişilməsi  ilə 
əlaqədar  olmuşdur.  Məsələn,  köçərilikdən  oturaq  həyata  keçilməsi 
uzunmüddətli və davamlı mənzillərin tikilməsinə tələbat yaratmşıdır. 
Bu  tələbat  öz növbəsində  yeni  tikinti  materiallarının  əldə edilməsini
1 Экологические  основы  природопользования:  Учеб,  пособие,  2-е  изд.  М.  Изд-
й Дом «Дашков и К ° » , 2002. с 28.
10
zəruri  etmişdir.  Tikinti  materiallarının  əldə  edilməsi  tarixən  təbiət­
dən istifadənin müəyyən mərhələsini təşkil edir.
Əkinçilik mədəniyyətinin  inkişafı  kənd  təsərrüfatı  və  ərzaq məh­
sullarının çoxalması, bu məhsulların uzunmüddətli istifadə üçün sax­
lanılmasım  tələb  edirdi.  Bu  tələbat  da  kənd  təsərrüfatı  məhsullarını 
uzun müddət saxlamağa imkan verən saxsı (keramika)  qablann ha­
zırlanmasına ehtiyac yaratmışdır.  Bu proses qədim dövrlərdə dulus­
çuluq sənətinin inkişafım zəruri etmişdir.
İnsan-təbiət  münasibətləri  kontekstində  müxtəlif tarixi  mərhələ­
lərdə  insanlann  orta  ömür  müddəti  də  müxtəlif olmuşdur.  Belə  ki, 
B.B.Proxorovun  fikrinə  görə,  əkinçilik  mərhələsindən  əvvəlki  dövr­
lərdə ömür  müddəti  qida  məhsullannm  kəmiyyəti  ilə  müəyyən  olu­
nurdusa,  əkinçilik  mərhələsində  xəstəliklər  insanlann  ömür  müddə­
tinin  müəyyənləşməsində  tənzimləyici  amilə  çevrilmişdir.1  Deməli, 
əkinçilik və maldarlıq həm, ətraf mühitin həm də,  insanlann məişət- 
təsərrüfat  şəraitinin  dəyişilməsinə  təsir  edərək  qədim  əkinçi-maldar 
icmalannda  müxtəlif  xəstəliklərin  yaranmasında  da  müəyyən  rol 
oynamışdır.
Bu baxımdan B.B.Proxorov qeyd edir ki, əkinçilik və maldarlığın 
inkişafı  bu  yaşayış  məskənlərində  əhalinin  sanitar  vəziyyətinin  pis­
ləşməsinə gətirib çıxarmışdır.  Yaşayış məskənlərinin ətrafmda ərzaq 
qalıqlan,  müxtəlif tullantılar, zibillər toplanmışdır ki,  bunlar da tor­
pağın,  su  hövzələrinin  çirklənməsinə  və  infeksiya  mənbələri  geniş­
lənməsinə  səbəb  olmuşdur.  Yaşayış  məskənlərinin  ətrafında  yaran­
mış  zibilliklər  və  ərzaq  anbarlan  təhlükəli  infeksiya  mənbələri  olan 
bəzi  vəhşi  heyvanların  bura  axışmasına  şərait  yaradırdı.  Nəticədə 
infeksiya daşıyıcıları  vəhşi  heyvanlardan əhilləşdirilmiş ev  heyvanla­
rına keçirdi  ki, bütün bunlar qədim insanlar arasında  kütləvi ölümlə 
nəticələnən  müxtəlif yoluxucu xəstəliklərin çoxalmasına  şərait  yara­
dırdı.  Digər  tərəfdən  uzun  müddət  saxlanılan  ərzaq  məhsullarının 
düzgün emal edilməməsi də ölümlə nəticələnən qida zəhərlənmələrini 
genişləndirmişdi.1
 2
İnsan-təbiət  münasibətləri  hər  bir  tarixi  dövrdə spesifik  xarakter 
daşımışdır.  Bu  tarixi  dövrlərə diqqət  yetirək.  İnsanın  təbiət  haqqın­
1  Прохоров  Б.Б.  Экология  человека:  эволюционный  аспект./  Эволюционная  и 
историческая  антропоэкология. -  М.,  1994 с. 47-65
2  Прохоров  Б.Б.  Экология  человека:  эволюционный  аспект./  Эволюционная  и 
историческая антропоэкология. -  М.,  1994 с. 47-65
11


dakı  təsəvvürlərinin inkişafında əhəmiyyətli tərəqqi  tarixi  baxımdan 
əsasən  antik  dövrdə  (b.e.ə.  VI  -   V  əsrlərdə)  baş  vermişdir.  Antik 
dövrün mifologiyasında əsas personajlar insanlara oxşayan  Allahlar 
idi.  Tarixin  bu  dövründə  bəşəriyyət  elmin  inkişafında  böyük  nai­
liyyətlər əldə  etmişdir.  Antik  dövrdə  əkinçiliyin və  dənizçiliyin  inki­
şafı  müəyyən elmi nəticələrə əsaslanırdı.  Bu dövrdə insanlar özlərini 
təbiət daxilində güclü bir varlıq kimi dərk edirdilər.
İctimai  inkişafm  müəyyən  pillələrində insan  -  təbiət  münasibətlə­
rinin  gərginləşməsində  demoqrafik  amillər  də,  müəyyən  rol  oyna­
mışdır.  Tədqiqatçılann  fikrinə  görə  IX  əsrdə  Yer  kürəsinin  əhalisi 
təxminən  250  milyon  olmuşdur.  Bu  əsr tarixdə  durğunluq,  mühari­
bələr, quraqlıqlar və epidemiyalar əsri kimi qeyd edilir.  Bu əsrdə xəs­
təliklər və kütləvi  ölümlər əhali  artımına öz mənfi  təsirini göstərmiş­
dir.  X -  XIII  əsrlər isə bəşər  tarixində tərəqqi  və əhali  artımı  dövrü 
kimi  xarakterizə edilir.  Lakin,  XIII  əsrin  sonu XIV əsrin  əvvəllərin­
dən  başlayaraq  Yer  kürəsinin  bir çox  bölgələrində  əhali  artımı  kəs­
kin  şəkildə azalmağa  başladı.  Məsələn,  bu  dövrdə  100  il  ərzində Çi­
nin  əhalisi  50  milyondan  çox  azalmışdır.  Əhali  artımında  nəzərə 
çarpacaq azalma Hindistanda və Avropa qitəsində də baş vermişdir. 
Nəticədə Yer kürəsində əhalinin sayı  1200-ci illə müqayisədə  1400-cü 
ildə xeyli azalmışdır.  Alimlər əhalinin sayının bu şəkildə azalmasının 
əsas  səbəbini  həmin dövrdə geniş yayılmış  çuma  və s.  yoluxucu xəs­
təliklərlə izah edirlər.  Lakin, demoqrafik artımın azalmasında,  təkcə 
yoluxucu  xəstəliklərin  əsas  səbəb  kimi  göstərilməsini  kifayət  hesab 
etmək olmaz.  B.B.Proxorov qeyd edir ki,  aqrar mədəniyyət şəraitin­
də əhali artımı hər hansı bir dövrdə kənd təsərrüfatının məhsuldarlığ 
artımını  qabaqlayır.  Buna  misal  olaraq,  XV  əsrdə  əhalinin  aclıq 
həddində yaşadığını  və  qidalanmanın  keyfiyyətsiz  olduğunu  göstər­
mək olar.  Bu dövrdə əhali artımı labüd olaraq azalmış və insanların 
yaşayış vasitələri  ilə təminatı zəifləmişdir.  XV əsrdən  sonra əkinçilik 
texnikasının  təkmilləşməsi  hesabına  bəşəriyət  ərzaq  məhsullarının 
istehsalım artırmış və bunun əsasında əhali artımının stabilliyinə nail 
olmuşdur.1
İstehsal prosesində axar suyun və küləyin gücündən geniş istifadə 
edilməsi  feodalizm  dövrü  üçün  xarakterikdir.  Bu  dövrdə  kənd  və 
şəhər  yerlərində,  xüsusən  un  istehsalında,  dəyirmanların  işlədilmə-
1  Ситаров  В.А.,  Пустовойтов  В.В.,  Социальная  экология:  Учеб,  пособие,  М , 
Изд.-й центр «Академия», 2000, с 51.
12
sində  su  və  külək  mühərriklərinin  tətbiq  edilməsi  geniş  miqyas  al­
mışdır.  Cəmiyyət həyatında enerji mənbəyi kimi  onlardan daha çox 
'istifdə edilirdi.  Orta əsrlərdə bəşəriyyətin  enerji  məsrəfi antik  dövrlə 
müqayisədə  7  dəfə  artmış,  orta  əsrlərin  sonlarında  isə  bu  göstərici 
daha  3  dəfə artmışdır.  Bəşəriyyət  tərəfindən  enerji  məsrəfinin  dina­
mikasının  artması  təbii  ehtiyatlardan  istifadənin  sürətlənməsinin 
nəticəsi idi. Tarixi təkamülün bu prosesi öz növbəsində insan -  təbiət 
münasibətlərinin getdikcə gərginləşməsinə gətirib çıxarmışdır.
Orta əsrlərdə şəhərlərin inkişafı və genişlənməsi intensiv xarakter 
almışdır.  Bu  dövrdə  şəhərlərin  ərazisi  böyük  olmasa  da,  şəhərlərdə 
məskunlaşanların sayı həddən çox idi.  Bu cəhətdən O rta əsr şəhərlə­
rindəki əhalinin  sıxlıq  səviyyəsini göstərən  statistik rəqəmlərə diqqət 
yetirək.  Rus alimi  B.B,  Proxorovun fikrinə görə, orta  əsrlərdə Əlcə­
zair şəhərinin köhnə kvartalında əhalinin  sıxlığı  1  kvadrat km.  -  da 
200 minə çatırdı ki, bu da müasir Dehli şəhərinin  köhnə rayonlann- 
da yaşayan əhalinin sıxlığından (1  km.2 - da  150 min) çox idi.1
Məlumdur ki,  orta  əsrlərdə Qərbdə Xristianlıq,  Şərqdə isə  İslam 
dini insanların ictimai fəaliyyəti və mənəviyyatının formalaşmasında 
mühüm  rol  oynamışdır.  Bu  dövrdə  insan-təbiət  münasibətləri  də 
müəyyən  dərəcədə  dini  kitablarda  irəli  sürülən  müddəalara  uyğun 
şəkildə formalaşmışdır.
İntibah  dövründə (XV-XVII  əsrlərdə) ictimai  münasibətlərdə  in­
san  şəxsiyyəti  ön  plana  çəkilməyə  başladı.  Bu  dövrdə  mədəniyyət 
dünyəvi xarakter daşımağa,  insan dini doqmatizmin təsirindən xilas 
olmağa, teosentrizmin yerini tədricən antroposentrizm və humanizm 
tutmağa  başladı.  Böyük  coğrafi  kəşflər,  Qaliley  və  Kopemikin  elmi 
mülahizələri  təbiət  və  kainat  haqqında  insanın  təsəvvürlərini 
müəyyən  qədər  dəyişdirdi.  İnsanla  təbiət  arasındakı  münasibətlərin 
dərk  edilməsində  keyfiyyətcə  yeni  mərhələ  başlandı.  Bundan  sonra 
təbiəti  dərindən öyrənməyə daha çox maraq göstərən  insanlar təbiə­
tin  öyrənilməsində  ingilis  filosofu  F.Bekonun  formula  etdiyi  elmi 
metodlardan istifadə etməyə başladılar.
Tədqiqatçılar  insan-təbiət  münasibətlərində  sənaye  dövrünün 
başlanmasmı  adətən  kapitalist  istehsal  üsulunun  tam  qələbəsinin 
(XVIII  əsrin  II  yansı)  başa  çatması  ilə  əlaqələndirirlər.  Bu  dövr  iri 
maşm  sənayesinin  yaranması  və  sürətli  inkişafı  ilə  xarakterizə  olu-
1  Прохоров  Б.Б.  Экология  человека.:  эволюционный  аспект./  Эволюционная  и 
историческая  антропоэкология.- М.,  1994, с 47-65.
13


Yüklə 5,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə