Sakit hüseynov rasim sariyev



Yüklə 5,17 Mb.
Pdf görüntüsü
səhifə8/53
tarix31.08.2018
ölçüsü5,17 Mb.
#65529
1   ...   4   5   6   7   8   9   10   11   ...   53

fərm anları  həm  hüquqi,  həm  də  mənəvi  cəhətləri  əhatə  edərək 
ümumdövlət  əhəmiyyəti  daşıyırdı.  I  Pyotrun  təbiəti  mühafizə 
fərm anlarının  ekoloji-hüquqi  əhəmiyyəti  ondan  ibarət  idi  ki,  bu 
fərm anlar ciddi şəkildə yerinə yetirilirdi.
Lakin  II  Y ekaterinanm   hakimiyyəti  dövründə  I  Pyotr tərəfin­
dən  verilən  təbiəti  mühafizə  fərmanlarının  yerinə  yetirilməsinə 
laqeyd  yanaşılmağa  başlandı.  Məsələn,  II  Yekaterina  mülkədar­
lara  öz  mülkləri  kimi  istifadə  etməyə  icazə  verdikdən  sonra  Ru­
siyada  meşələrin  sürətlə  qırılması  başlandı.  II  Yekaterinanm 
dövründən  başlayaraq  meşələrin  sürətlə kəsilməsi XIX əsrin  I  ya­
rısında  Rusiyanın  A vropa  hissəsinin  orta  xəttində çayların  suyu­
nun  azalmasına,  bu  da  öz növbəsində rütübətin  azalmasına  və bu 
ərazilərdə  quraqlıqların  artm asına  gətirib  çıxarmışdır.  Tarixi 
faktlar  göstərir  ki,  X IX   əsrin  sonu  XX  əsrin  əvvəllərində  (təxmi­
nən,  1888-1914-cü  illərdə)  Rusiyanın  Avropa  hissəsində  26  mln. 
hektar meşə sahələri qırılmışdır.  1
Lakin  qeyd  edək  ki,  XVIII  əsrin  I  yarısında  Rusiyada  heyva­
nat  aləminin  mühafizəsi  ilə  əlaqədar  bir  çox  hüquqi  sənədlər  qə­
bul  edilmişdir.  Məsələn,  1737-ci  ildə  Peterburq  ətrafında  çoxal- 
tm aq  üçün  hər  il  bir  neçə  yüz  dovşan,  boz  kəklik  və  bülbül  gəti­
rilməsi  üçün  fərman  verilmişdir.  1773-cü  ildə  ovçuluq  haqqında 
qəbul  edilmiş  qanunda  populyasiya  müddətində  vəhşi  heyvan  və 
quşların  nəinki  ovlanması,  hətta  tutulması  qadağan  edilmişdir. 
Bu  qanuna  görə  ov  ərazisinin  sərhəddi  Moskvadan  50  verst, 
Sankt-Peterburqdan  isə  100  verst  kənara  uzaqlaşdırılmışdır.  La­
kin,  bununla  yanaşı  vəhşi  heyvanların (ayı,  tülkü,  vaşaq,  və s.)  və 
quşların  ovlanmasına  il  boyu  icazə  verilməsi  onların  sayının  kəs­
kin şəkildə azalmasına gətirib çıxarmışdr.  Buna görə də Rusiyada 
qiymətli xəz ticarəti  ilə məşğul  olan  tacirlərin təklifinə görə samu­
run ovlanması  dövlət tərəfindən bir neçə il qadağan edilmişdir.
X IX   əsrin  əvvəllərində  Rusiyada  ağac  emalı  ticarətini  geniş­
ləndirmək  üçün  1804-1818-ci  illərdə  Şimalı  Don  vadisində  qum­
sallıqda  U krayna  mülkədarlarının  təşəbbüsü  ilə  1000  hektar  şam 
meşəsi salınmışdır.1
 2
1 Константинов  В.M.  Охрана  природы.  Учеб,  пособие,  М.,  Изд-й  центр 
«Академия», 2000. с. 41.
2  Константинов  В.М.  Охрана  природы.  Учеб,  пособие,  М.,  Изд-й  центр  «Ака­
демия», 2000.  с.  41.
Çar  Rusiyasında  III  Aleksandnn  hakimiyyəti  dövründə  1892- 
ci ildə «Ovçuluq qaydaları haqqında» qanun qəbul edilmişdir.  Bu 
qanuna  görə  Rusiyada  zubrların  ovlanması  bütün  il  boyu  ciddi 
şəkildə  qadağan  edilirdi.  Lakin  bu  qanun  qəbul  edildikdən  5  il 
sonra -  çar III  Aleksandrın  oğlu  II Nikolay vaxtında  Belovejskiy 
Puşada  təşkil  edilmiş  bir  neçə  günlük  ov  mərasimində  36  zubr 
məhv  edilmişdir  ki,  bu  da  ekoloji  qanunlara  əməl  edilməməsinin 
ifadəsidir.1
Ümumiyyətlə,  insanların təsərrüfat fəaliyyəti,  ticarət m araqlan 
və  yüksək  təbəqəli  şəxslərin  əyləncələri  ucbatından  o  dövrdə  çar 
Rusiyasında  təbiəti  mühafizənin  ekoloji-hüquqi  statusu  forma­
laşmamışdır.
İnsan  təbiət  münasibətlərinin  ekoloji-hüquqi  statusunun  for­
malaşmasında  elmi  dünyagörüşün  inkişafı  mühüm  rol  oynamış­
dır.  Təbiətin  elmi  cəhətdən  öyrənilməsi,  təbiətşünaslıq  elminin 
inkişafı,  elmi-tədqiqata  əsaslanan  milli  parklar  və  qoruqların  ya­
radılmasına  tələbat  yaratmışdır.  Belə  milli  parklardan  biri  ABŞ- 
ın  Vayominq  ştatında  1872-ci  ildə  yaradılmış  Yellouston  dövlət 
milli  parkıdır.2  Yellouston  parkı  təbii-elmi,  estetik  və  mədəni- 
m aarif xarakteri  daşıyırdı.
Tarixi  faktlar  göstərir  ki,  insan  -  təbiət  münasibətlərinin  eko­
loji  -   hüquqi  statusunun  formalaşmasında  ictimaiyyətin  də 
mühüm  rolu  olmuşdur.  Məsələn,  dünyada  sənaye  şəhəri  hesab 
olunan  İngiltərənin  Mançester  şəhərində  kimya  zavodunun  kau- 
stik  soda  istehsalı  prosesində  əhalinin  sağlamlığına və ətraf mühi­
tə  zərər  vurduğuna  görə  atmosferə  atılan  zəhərli  maddələrin  mi­
qdarını  azaltmaq  məqsədilə,  ictimaiyyətin  təzyiqi  nəticəsində 
1863  və  1872-ci  illərdə  bəzi ekoloji  -  hüquqi  aktlar qəbul  edilmiş­
dir.  İngiltərədə ictimaiyyətin təzyiqi ilə qəbul edilmiş digər hüquqi 
-  norm ativ  aktlar  1953-1956-cı  illəri  əhatə edir.  1952-1953-cü  ilin 
qışında  London  şəhərinin  üstündə  yaranmış  qatı  dumanın  (smo- 
qun) təsiri ilə 3-4 min adamın zəhərlənməsi  və bunların əksəriyyə­
tinin  ölümlə  nəticələnməsi  şəhər  əhalisini  hiddətləndirmişdir.  Bu 
hadisə  1956-cı  ildə  qanunvericilik  orqanları  tərəfindən  «Havanın
1  Константинов  В.M.  Охрана  природы.  Учеб,  пособие,  М ,  Изд-й  центр  «Ака­
демия», 2000.  с. 43.
2  Константинов  В.М.  Охрана  природы.  Учеб,  пособие,  М.,  Изд-й  центр  «Ака­
демия»,  2000.  с.  39.
31


təmizliyi  haqqında»  hüquqi  -   normativ  aktın  qəbul  edilməsinə 
səbəb olm uşdur.1
XX   əsrdə  artıq  dünyanın  bir  çox  ölkələrində  təbiət  elminin 
nailiyyətlərinə  əsaslanan  milli  parklar,  qoruqlar,  yasaqlıqlar, 
xüsusi  mühafizə  olunan  ərazilər  yaradılmağa  başlandı.  Qoruqla­
rın  və  milli  parkların  yaradılmasında  elmi  cəmiyyətlərin  və ayrı- 
ayrı  alimlərin  mühüm  rolu  olmuşdur.  Məsələn,  Rusiyada  qoruq­
ların  yaradılması  işində  tarixən  Rusiya  Coğrafiya  Cəmiyyəti 
mühüm  rol  oynamışdır.  Belə  ki,  Akademik  İ.P.Borodinin  tə­
şəbbüsü  ilə  1912-ci  ildə  Rusiya  Coğrafiya  Cəmiyyətinin  tərkibin­
də  «Rusiya  Təbiəti  Mühafizə  Komissiyası»  yaradılmışdır.  Məhz, 
bu  komissiya  Rusiya  Elmlər  Akademiyası  ilə  birlikdə  Qoruqlar 
haqqında  ilk  qanqunu  hazırlamışdır.  Qanun  1916-cı  ildə  qəbul 
edilm işdir.1
 2
XX  əsrin  əwələrində  məşhur  rus  alimlərindən  V.V.Dokuça- 
yev,  P.A.Kojevnikov,  N.V.Nosonov,  B.M.Jitkov  və  başqalarının 
təşəbbüsü  ilə  qoruqların  yaradılmasına  başlandı.  1911-ci  ildə 
Uzaq  Şərqdə Rusiyanının ilk dövlət qoruqu -  Suputin  (indiki  Us- 
suriya) 
qoruğu 
yaradıldı. 
Bundan 
başqa 
akademik 
A.P.Karninskiy  və  akademik  V.V.Vernadskinin  də  daxil  olduğu 
xüsusi bir komissiya yaradıldı.  Bu  komissiya  elmi  əhəmiyyət  kəsb 
edən  qədim  heyvan  qalıqlarının  mühafizəsi  haqqında  qanun  layi­
həsi  hazırlamışdır.  Komissiya  həm  də  faydalı  qazıntıların  istifa­
dəsi üçün dövlət nəzarətinin gücləndirilməsini təklif etm işdir.3
1917-ci  ildə  çar  Rusiyasında  Oktyabr  inqlabı  baş  verdikdən 
sonra  xüsusi  mülkiyyət  ləğv  edildi.  Yeni  yaradılmış  Sovet  dövləti 
ölkə  ərazisində  təbiətə  münasibətdə  bir  çox  ekoloji-hüquqi  dəyi­
şikliklər  yaratdı.  1917-1924-ci  illərdə  Sovet  dövlətində  təbiəti 
mühafizə  ilə  əlaqədar  324  hüquqi  sənəd  qəbul  edilmişdir.4  Bütün 
bu  sənədlər  Sovet dövlətində  insan-təbiət münasibətlərinin ekolo­
1  Данилов-Данильян В.И.,  Залиханов  М.Ч., Лосев  К.С.  Экологическая  безопас­
ность.  Общие  принципы  и  российский  аспект.  М.  Изд-во  МНЭПУ,  2001.  с.  45- 
46
2  Константинов  В.М.  Охрана  природы.  Учеб,  пособие,  М.,  Изд-й  центр  «Ака­
демия», 2000.  с. 43.,
3  Константинов  В.М.  Охрана  природы.  Учеб,  пособие,  М.,  Изд-й  центр  «Ака­
демия», 2000.  с.  43.,
4  Константинов  В.М.  Охрана  природы.  Учеб,  пособие,  М.,  Изд-й  центр  «Ака­
демия», 2000.  с. 43.,
32
ji-hüquqi əsaslarını tənzimləyən ilk yuridik sənədlər hesab olunur. 
Azərbaycan  Respublikası  da  bü  dövrdə  Sovetlər  birliyinin  tərki­
bində  olduğuna  görə  həmin  hüquqi  sənədlərin  təsir  dairəsi  Azər­
baycan ərazisini də əhatə edirdi.
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  insan  -  təbiət münasibətlərinin 
ekoloji  -   hüquqi  statusunun  formalaşması  uzun  tarixi  prosesdir. 
Bu  statusun formalaşması səviyyəsi  hər bir ölkənin  siyasi -  hüqu­
qi,  sosial  -  iqtisadi,  ekoloji,  mədəni  və  s.  inkişaf dərəcəsi  ilə  şərt­
lənir.  Bu  səbəbdən  İTM-nin  hüquqi  -   ekoloji  statusunun  form a­
laşması  müxtəlif ölkələrdə  müxtəlif səviyyədə  olmuşdur.  Bu  nöq­
teyi-nəzərdən  Azərbaycanda  İTM-nin  ekoloji  -   hüquqi  statusu­
nun  formalaşması  prosesini  sosial  -   tarixi  və  fəlsəfi  -  hüquqi  cə­
hətdən şərh edək.
M əlumdur  ki,  Azərbaycan  keçmiş  SSRİ-nin  tərkibində  olar­
kən  öz  təbiətinin  faktik  olaraq  müstəsna  sahibi  olmamışdır.  Bu 
səbəbdən  Azərbaycan  öz  təbii  mühitinin  mühafizəsi  ilə  bağlı 
müstəqil  şəkildə  fəaliyyət  göstərə  bilməmişdir.  Azərbaycan  res­
publikasının  ətraf  mühitin  mühafizəsi  ilə  bağlı  o  dövrdə  qəbul 
etdiyi  bütün qanunlar yuridik  cəhətdən  keçmiş  SSRİ-nin  müvafiq 
qanunlarına  uyğunlaşdırılmışdır.  Ə traf  mühitin  mühafizəsi  ilə 
bağlı  İttifaq  qanunlarının  Azərbaycan  ərazisində  fəaliyyət  gö­
stərməsinə  baxmayaraq  Azərbaycanda  da  insan  -  təbiət  münasi­
bətlərinin  ekoloji  -   hüquqi  statusunun  formalaşmasına  xidmət 
edən  və o dövrün  tələblərinə uyğun olan qanunlar,  hüquqi  aktlar, 
qərar  və  qətnamələr  qəbul  edilmişdir.  Şübhəsiz  ki,  həmin  dövrdə 
qəbul  edilmiş hüquqi sənədlər Respublikamızda  İTM-nin ekoloji- 
hüquqi statusunun  formalaşmasında müəyyən rol oynamışdır.
Müstəqillikdən  əvvəlki  dövrdə,  yəni  Azərbaycan  SSRİ-nin 
tərkibində  olarkən  respublikamızda  ətraf  mühitin  mühafizəsi, 
ekoloji  hüquq  məsələləri  SSRİ-nin  qanunvericiliyi  əsasında  tən­
zimlənirdi.  Postsovet  məkanında  ətraf mühitin  mühafizəsi  ilə  əla­
qədar  qəbul  edilən  qanunvericilikdən  başqa  İttifaq  və  müttəfiq 
respublika  səviyyəli  partiya  və  dövlət  qərarları  da  ekoloji  hüqu­
qun inkişafında müəyyən rol oynamışdır.
Keçmiş  SSRİ  dövründə  respublikamızda  təbiəti  mühafizə  və 
təbiətdən  səmərəli  istifadə  sahəsində  qəbul  edilmiş  əsas  qanunlar 
aşağıdakılardır:
1.  «Azərbaycan  SSR  Təbiətinin  mühafizəsi  haqqında»,  (15  iy­
ul  1959-cu il);
33


Yüklə 5,17 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə