Sakit hüseynov rasim sariyev



Yüklə 5,17 Mb.
Pdf görüntüsü
səhifə16/53
tarix31.08.2018
ölçüsü5,17 Mb.
#65529
1   ...   12   13   14   15   16   17   18   19   ...   53

tm aq  sahəsində,  atm osfer  havasının  çirklənməsinin  qarşısını 
alm aq  sahəsində  qüvvədə  olan  qaydalara  və  norm alara  riayət 
edilməsinə nəzarət  etsinlər.
Bu  qərard an   sonra  respublikam ızda  ətra f  mühitin  m ühafi­
zəsini  gücləndirmək  məqsədilə  Azərbaycan  K P  M K  və  R es­
publika  N azirlər  Sovet  15  aprel  1973-cü  il  tarixdə  «Təbiətin 
mühafizəsini  gücləndirmək  və  təbii  sərətlərdən  istifadə  edilmə­
sini  yaxşılaşdırm aq  haqqında»  qərar  qəbul  etdi.  A zərbaycan 
K P   M K   və N azirlər  Sovetinin  bu qərarı  Sov.  İKP və  SSRİ  N a ­
zirlər  Sovetinin  29  dekabr  1972-ci  il  tarixli  eyni  adlı  qərarına 
uyğun  olm aqla  təbiətin  mühafizəsi  orqanlarının  işini  daha  da 
yaxşılaşdırm ağı  və  bu  sahədəki  qanunvericilik  üzərində nəzarə­
ti  gücləndirməyi nəzərdə tuturdu.
Təbiətin  mühafizəsini  gücləndirmək  sahəsində  mühüm  rol 
oynayan  İttifaq  səviyyəli  qərarlardan  biri  də  Sov.  İK P  və SSRİ 
N azirlər  Sovetinin  1  dekabr  1978-ci  il  tarixli  qərarı  idi.  «Təbiə­
tin  mühafizəsini  gücləndirmək  və  təbii  ehtiyatlardan  istfiadə 
edilməsini  yaxşılaşdırm aq  sahəsində  əlavə  tədbirlər  haqqında» 
adlanan  Sov.  İK P  M K   və  SSRİ  Nazirlər  Sovetinin  bu  qərarı 
ekoloji  hüquq  baxım ından  əvvəlki  qərarlardan  fərqlənirdi.  Be­
lə  ki,  bu  qərarda  göstərilirdi  ki,  SSSRİ  N azirlikləri  və  baş  ida­
rələri,  m üttəfiq  respublikaların  nazirlər  sovetləri,  birliklər, 
müəssisələr,  idarələr  və  təşkilatlar  təbiətin  mühafizəsi,  təbii  eh­
tiyatlardan  səmərəli  istifadə  olunması  və  onların  bərpası  və 
təbiətin  mühafizəsinə  dair  müvafiq  tədbirlərin  vaxtında  yerinə 
yetirilməsi  üçün  tam  məsuliyyət  daşyırlar.  Q ərarda  müttəfiq 
respublikaların  rəhbərliyinə  taşırılm ışdır  ki,  təbiətin  mühafizə­
si  v  təbii  ehtiyatlardan  səmərəli  istifadə  olunm ası  məsələləri 
barəsində  partiya  və  hökumət  qərarlarının,  SSRİ  qanunlarının 
təşkilatlar  tərəfindən  yerinə  yetirilməsi  üzərində  nəzarəti  güc­
ləndirsinlər.
Adı  çəkilən  qərara  görə,  SSRİ  Dövlət  H idrom eteorologiya 
və  Təbii  M ühitə  nəzarət  Komitəsinə  və  onun  yerli  orqanlarına 
ixtiyar verilmişdir ki,  idarə  tabeliyindən  asılı  olm ayaraq,  müəs­
sisə  və  idarələrin,  təşkilatların  atmosfer  havasını  mühafizə  e t­
mək  sahəsində qaydalara riayət  olunmasını  yoxlasın,  habelə bu 
qaydaları  pozan  m  övcud  istehsal  obyektlərindən  istifadə 
olunm asını  lazımi  tədbirlər  keçirilənədək  dayandırm aq  barə­
sində təkliflər versinlər.
62
B undan  başqa  qərarda  dövlət  qoruqları,  təbii  abidələri,  bo­
ta n ik a  bağları,  zooloji  və  dendroloji  parklar,  yasaq  yerləri,  tə­
bii  (milli)  parklar  haqqında  birtipli  əsasnamələrin  layihələrini 
hazırlam aq zəruri  hesab edilmişdir.
Eyni  zam anda  qərarda  göstərilir  ki,  müttəfiq  respublikala­
rın  nazirlər  sovetlərinə  tapşırılm ışdır  ki,  təbiətin  mühafizəsi 
h aqqındakı  qanunların  yerinə  yetirilməsində  ictimai  nəzarətin 
həyata keçirilməsinə yardım  göstərsinlər.
Sov.  İK P M K  və SSRİ  N azirlər Sovetinin  adı  çəkilən  bu  qə­
rarın a  əsasən  7  fevral  1979-cu  il  tarixdə  Azərbaycan  K P  M K 
və  Azərbaycan  SSR  N azirlər  Soveti  «Təbiətin  mühafizəsini 
gücləndirmək  və  təbii  ehtiyatlardan  istifadə  edilməsini  yaxşı­
laşdırm aq  sahəsində  əlavə  tədbirlər  haqqında»  qərar  qəbul  et­
di.  Bu  qərarda  müəyyən  edilmişdir ki,  respublikanın  nazirliklə­
ri  və  baş  idarələri  müvafiq  təbiəti  mühafizə  tədbirlərinin  vax­
tında  həyata  keçirilməsi  üçün  tam   məsuliyyət  daşıyırlar.  N azir­
lik  və  baş  idarələrə,  rayon  və  şəhərlərin  rəhbərliyinə  tapşırıl­
mışdır  ki,  atmosferə,  torpağa,  su  obyketlərinə  çiıkləndirici 
maddələr  buraxılmasının  müəyyən  edilmiş  norm alar  çərçivə­
sində  azaldılmasına  xüsusi  diqqət  yetirsinlər,  təbiətin  m ühafi­
zəsi  sahəsində əlavə tədbirlər görsünlər.
Yaşıllıqların,  o  cümlədən  meşələrin  qorunm asında  SSRİ  Ali 
Soventinin  «Meşələrin  mühafizəsini  daha  da  yaxşılaşdırm aq  və 
meşə  ehtiyatlarından  səmərəli  istifadə  etmək  tədbirləri  haqqın­
da»  17  iyun  1977-ci  il  qərarının  mühüm  əhəmiyyəti  olm uşdur. 
Bu  qərarda  göstərilirdi  ki,  xalq  təsərrüfatının  və  əhalinin 
müxtəlif tələbatının ödənilməsi,  ətraf m ühitin  yaxşılaşdırılması, 
indiki  və  gələcək  nəsillərin  sağlamlığının  mühafizəsi  və  rifahı­
nın  yüksəldilməsi  üçün  meşə  ehtiyatlarından  səmərəli  istfiadə 
etmək,  meşələri  mühafizə  və  bərpa  etmək  mühüm  şərtlərdən 
biridir.  Qərarın  3-cü  bəndində  müttəfiq  respublikaların  N azir­
lər  Sovetinə  tapşırılm ışdır  ki,  meşələrin  mühafizəsinə  və  meşə 
ehtiyatlarından  səmərəli  istfiadə  olunm asına,  meşədən  istifa­
dənin  müəyyən  olunm uş  qaydalarına  əməl  edilməsinə,  meşələ­
rin  bərpasına  və dövlət  meşə fondunun  to rp aq ların d a  müəyyən 
edilmiş  məqsədlərə  uyğun  surətdə  istifadə  edilməsinə  lazımi 
nəzarət  olunmasını  təmin  etsinlər.  Bu  qərarın  5-ci  bəndində  isə 
yerlərdə  meşələrin  mühafizəsi  işinə  geniş  ictimaiyyətin  cəlb 
edilməsi  irəli  sürülürdü.  Q ərarın  bu  hissəsində  göstərilirdi  ki,
63


yerli  zəhmətkeş  deputatları  Sovetlərinə  və  onların  icraiyyə  ko­
mitələrinə  tapşırılsın  ki,  meşələrdən  istfiadə  olunm asına,  onla­
rın  mühafizəsinə  və  qorunm asına  nəzarət  sahəsində  qanunve­
riciliklə  onlara  verilmiş  hüquqları  tam am ilə  həyata  keçirsinlər, 
ölkənin  meşə  sərvətinin  mühafizəsinin  təmin  olunmasını  işinə 
ictimaiyyəti daha geniş cəlb etsinlər.
2.2.  Torpaqların və yerin təkinin mühafizəsi
T orpaq  və  yerin  təki  xalqın  ümumi  sərvəti  olm aqla,  kənd 
təsərrüfatı  istehsalı  və  xalq  təsərrüfatı  s  ahələrinin  yerləşdiril­
məsi və inkişafının  əsas vasitəsidir.  T orpaqlardan  kənd  təsərrü­
fatının  istehsalı,  yaşayış  məntəqələrinin,  zavod  və  fabriklərin 
tikilməsi,  insanların  sağlamlığı  və  istirahəti  üçün  sahələr  ayrıl­
ması,  qoruqlar,  yasaqlıqlar və  s.  yaradılm ası  məqsədilə  istifadə 
edilmişdir.
Keçmişdə  SSRİ-də  K onstitusiyaya  görə  torpaq  dövlətin 
müstəsna  mülkiyyəti  sayılırdı.  SSRİ  və  Azərbaycan  SSR-in 
K onstitusiyasına  görə  torpaqların  mühafizəsi  və  torpaqlardan 
səmərəli  istifadə  edilməsi,  onun  məhsuldarlığının  artırılm ası 
ümumixalq  vəzifəsi  hesab olunurdu.
«Azərbaycan  SSR-in  T orpaq  məcəlləsi»  R espublika  Ali  So­
veti  tərəfindən  4  iyul  1970-ci  ildə  qəbul  edilmişdir.  11  bölmə, 
192  m addədən  ibarət  olan  bu  qanunda  göstərilirdi  ki,  Azər­
baycan  SSR-in  T orpaq  Məcəlləsinin  vəzifələri  torpaqdan  sə­
mərəli  istfiadə  olunm asını  təmin  etmək,  onların  səmərəliliyinin 
yüksəldilməsi  üçün  şərait  yaratm aq  məqsədilə  to rp aq   münasi­
bətlərini  nizam a  salm aqdan,  təşkilatların  və  vətəndaşların 
hüquqlarını  qorum aqdan,  to rp aq  münasibətləri  sahəsində  qa- 
nunçuluğu  möhkəmləndirməkdən  ibarətdir.
Məcəllənin  37-ci  maddəsində  göstərilirdi  ki,  torpaqlardan 
istifadə  edənlər,  torpağın  münbitliyini  artırm aq  üçün  səmərəli 
tədbirlər  görməli,  torpaqları  külək  və  su  eroziyasından  qoru­
maq  üçün  müvafiq  tədbirlər  kompleksini  həyata  keçirməli, 
torpaqların  şoranlaşm asına,  bataqlıqlaşm asına,  çirklənməsinə, 
habelə  to rpaqların  vəziyyətini  pisləşdirən  digər  proseslərin 
getməsinə yol verilməməlidir.
6 4
T o rp ağ ı  kimyəvi  çirkləndiricilərdən  qorum aq üçün  qanunun 
40-cı  m add əsin də  göstərilirdi  ki,  torpaqlardan  istifadə  edənlə­
rin  öz  istifadəsindəki  torpaqların  keyfiyyəti  haqqında  məluma­
tı  olmalı  və  b u n a  müvafiq  surətdə  kübrələri  torpağa  düzgün 
verməli,  to rp a q la rın   münbitliyini  və  kənd  təsərrüfatı  bitkiləri­
nin m əhsuldarlığını  artırm alıdırlar.
M əcəllənin  189-cu  m addəsində  torpaq  qanunvericiliyinin 
pozulması  üstündə  məsuliyyət  müəyyənləşdirilmişdir.  Burada 
torpaq  qanunvericiliyinin  pozulması  üçün  məsuliyyət  tətbiq 
edilmişdir.  189-cu  maddəyə  görə  qanunvericiliyin  pozulması 
üçün m əsuliyyət aşağıdakı  hallarda  tətbiq  edilir:
a)  to rp a q   sahəsini  özbaşına  tutm aqda  və  torpaqlardan  tə- 
sərrüfatsızcasm a  istifadə etməkdə;
b) to rp a q la rı  korladıqda,  onları  istehsalat  və  başqa  tullantı­
larla,  yaxud  çirkli sularla çirkləndikdə;
v)  to rp a q la rı  yaxşılaşdırm aq,  onları  külək,  su  eroziyasından 
və to rp aq ların   vəziyyətini  pisləşdirən  digər  proseslərdən  m üha­
fizə etm ək  sahəsindəki  məcburi  tədbirləri  görmədikdə;
q)  m üvəqqəti  tutulan  torp aq ları  vaxtında  qaytarm adıqda  və 
ya  təyinatı  üzrə  istifadə  etmək  üçün  onları  yararlı  hala  salmaq 
barəsindəki  təəhüdləri  yerinə yetirmədikdə və s.
Bundan  başqa  məcəllənin  müvafiq  m addələrində  (190;  191; 
192-ci  m addələrdə)  özbaşına  tu tu lan   torpaq  sahələrinin  qayta­
rılması,  to rp a q d a n   istifadə  qaydalırının  müntəzəm  pozulması 
üstündə  to rp a ğ ın   istifadəçilərdən  geri  alınması,  torpaq  qanun­
vericiliyinin  pozulması  nəticəsində vurulmuş  zərərin  ödənilməsi 
məsələləri  hüquqi cəhətdən  müəyyənləşdirilmişdir.
İttifaq  və  respublika  qanunvericiliyinə  görə  torpağın  çirk- 
ləndirilməsi  ilə  bağlı  ekoloji  hüququn  pozulm asına  nisbətən, 
torpaq  üzərində  dövlət  mülkiyyət  hüququnun  pozulması 
üstündə  d a h a   ciddi  cəza  tətbiq  olunurdu  ki,  bu  da  Sovet  icti­
mai-siyasi  sistem inin  mahiyyətindən  irəli  gəlirdi.  Məsələn, 
Azərbaycan  SSR  Cinayət  Məcəlləsinin  162-ci  m addəsinə  əsa­
sən  torp aq   mülkiyyət  hüququnu  pozanlar  cinayət  dərəcəsinə 
görə  (alqı-satqı,  girov,  bağışlam a,  torpağın  özbaşına  zəbt  edil­
məsi  və  s.)  100  m anat  cərimə,  yaxud  iki  ilədək  azadlıqdan 
məhrum  etm ə  ilə cəzalandırılırdı.  Torpağın  mühafizəsi  ilə bağlı 
ekoloji  h ü quqpozm alara  (torpağı  korlam aq,  onu  çirkləndir- 
mək,  eroziyadan  qorum am aq,  torpaqdan  səmərəsiz  istifadə
65


Yüklə 5,17 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə