Sakit hüseynov rasim sariyev



Yüklə 5,17 Mb.
Pdf görüntüsü
səhifə12/53
tarix31.08.2018
ölçüsü5,17 Mb.
#65529
1   ...   8   9   10   11   12   13   14   15   ...   53

şəraitin  gərginləşməsində  mühüm  rol  oynam aqdadır.  S o sioloji 
m üşahidələr  göstərir  ki,  müəssisə  rəhbərləri  və  dövlət  o r q a n la ­
rında  çalışan  bəzi  vəzifəli  şəxslərin  də  ətraf mühitin  m ühafizəsi 
ilə  bağlı  olan  qanunvericilik  haqqındakı  bilikləri  aşağı  sə­
viyyədədir.  Son  illərdə  respublikam ızda  ekoloji  hüquq  p o zm a­
larla  əlaqədar  olan  faktların  sosioloji  təhlili  dediklərim izə 
sübutdur.
1.4. 
Qanunvericilik aktlannda 
ekoloji anlayışların sosial-fəlsəfi mahiyyəti
Ə traf  mühit  hüququnda  istifadə  olunan  anlayışlar  və  onların 
məzmunu məsələsi mühüm idraki əhəmiyyət kəsb edir.  Bu anlayışlar 
hüquqi  normalann  məzmununu  müəyyən  edir.  Qanunvericilik  ak t­
larında olan ekoloji anlayışlar və bu anlayışlarla bağlı olan terminlə­
rin  sosial-fəlsəfi  cəhətdən  təhlil  edilməsinin  əhəmiyyəti  həm  də  on­
dadır ki,  bütün  bunlar ətraf mühitin mühafizəsi  hüququnun mənim­
sənilməsinə kömək edir.
Ekoloji  qanunvericilikdə  istifadə  edilən  anlayış  və  terminlərin 
təhlil və şərh edilməsinin nəzəri və praktiki əhəmiyyəti vardır.  Bunun 
nəzəri  əhəmiyyəti  ondadır  ki,  ekoloji  hüquqla  bağlı  yeni  qanunve­
ricilik aktlannm  qəbul edilməsində terminoloji çətinliklərin müəyyən 
dərəcədə  aradan  qaldınlmasına  şərait  yaranacaqdır.  İkincisi  isə,  ət­
raf  mühitin  mühafizəsi  ilə  əlaqədar  olan  qanunlar  izah  edilərkən 
ekoloji  hüquqla  bağlı  olan  anlayış  və  terminlərin  subyektiv  şərhinə 
imkan verilməyəcəkdir.
Qeyd edək  ki,  Sovet dövründə istər  SSRİ,  istərsə də Azərbaycan 
SSR-in  ətraf mühitin  mühafizəsi  ilə  bağlı  qəbul  etdikləri  qanunve­
ricilik aktlannda ekoloji və hüquqi terminlərin izahı  verilmirdin  La­
kin  hazırda  xüsusən,  90-cı  illərin  ortalanndan  başlayaraq  ətraf 
mühitin  mühafizəsi  və  ekoloji  məsələlərlə  bağlı  qəbul  edilən  qanun­
larda  ekoloji  və  hüquqi  anlayışlann,  terminlərin  konkret  izahı  veri­
lir.
Hazırda  qanunvericilik  aktlannda  istifadə  edilən  anlayış  və  ter­
minləri  iki  qrupa  bölmək  olar.  Birincisi  -   ətraf mühitin  mühafizəsi, 
ekoloji  təhlükəsizlik  və  ekoloji  hüquqla  bağlı  olan  əsas  anlayışlar. 
İkincisi  isə ekologiya və hüquqla  bağlı  olan,  ətraf mühit  obyektləri-
46
nin  ayn-ayn  sahələrini  əhatə  edən  anlayış  və  terminlərdir.  Həm  bi­
rinci,  həm də ikinci qrupa  daxil  olan  termin  və anlayışlar qanunve­
ricilikdə  qarşıya  qoyulan  məqsədin  ifadə  vasitəsi  olmaqla,  hüquqi 
nomralann  sosial-fəlsəfi məzmununu ifadə edir.
Ekoloji  hüquqla  bağlı  birinci  qruppa  daxil  olan  anlayış  və  ter­
minlərə  -   «təbiət»,  «təbii  obyektlən>,  «ətraf  mühit»,  «ekologiya», 
«təbii  ehtiyatlar  (resurslar)»,  «ətraf mühitin  mühafizəsi»,  «təbiətdən 
istifadə», «ətraf mühitə zərərli təsir», «ekoloji təhlükəsizlik», «ekoloji 
fəlakət», «ekoloji təhlükənin subyekti», «fövqəladə ekoloji vəziyyət», 
«ətraf mühitin  monitorinqi»,  «ətraf mühitin  keyfiyyət  göstəriciləri», 
«ekoloji  təhlükəsizliyin  təmin  edilməsi»  və  s.  daxildir.  Yuxanda  sa­
dalanan  anlayış  və  terminlər  müstəqil  Azərbaycan  Respublikasının 
qəbul  etdiyi  «Ətraf mühitin  mühafizəsi  haqqında»  və  «Ekoloji  təh­
lükəsizlik  haqqında»  olan  əsas  qanunlann  giriş  hissəsində  öz  əksini 
tapmışdır.
Qeyd edək  ki,  ekoloji  qanunvericilik  aktlannda  «təbiət» anlayışı 
hazırda  demək  olar  ki,  istifadə  olunmur.  Bunun  əvəzində  «təbii 
obyektlən>,  «ətraf mühit»  anlayışlan  daha  çox  işlədilir.  Mütəxəssis­
lərin  fikrincə təbiəti -  maddi  aləmin  (Yer,  Günəş,  Kosmos da  daxil 
olmaqla  bütün  Kainatın  təbii  halında)  sistem  və  obyektlərinin 
məcmuyu  kimi  başa  düşmək  lazımdır.  Ekoloji  hüquqla  tənzim  olu­
nan  münasibətlərin  obyekti  baxımından  «təbiət»  anlayışı  əsasən  in­
sanların  praktiki  istifadəsi və ona  antropogen  təsir hüdudu  ilə məh­
dudlaşır.  Təbiət ayn-ayn obyektlərdən:  torpaq, yerin  təki, su, atmo­
sfer  havası,  bitki və heyvanlar  aləmi  və yaxın  kosmosdan  ibarətdir. 
Burada sadalanan  təbiətin ayn-ayn obyektləri qanunvericilikdə «tə­
bii obyektlən> -  kimi işlədilir.
Ekoloji  ədabiyyat və ekoloji qanunvericilikdə ən çox  istifadə edi­
lən  «ətraf mühit»  anlayışıdır.  «Ətraf mühit»  (  «unwelt»)  anlayışını 
«ekologiya»  elminə  XIX  əsrin  II  yansında  alman  bioloqu  Yakob 
İkskyül  daxil  etmişdir.1 Təbiəti  mühafizə qanunvericiliyinin  obyekti 
kimi  «ətraf mühit»  anlayışı  iqtisadi cəhətdən  inkişaf etmiş ölkələrdə 
XX əsrin 60-70-ci illərində istifadə edilməyə başladı.
«Ətraf mühitin  mühafizəsi  haqqında» Azərbaycan  Respublikası­
nın  qanununun  1-ci  maddəsində  ətraf  mühit-insan  fəaliyyətindən 
asılı  olmayaraq  onu  əhatə  edən  canlı  və  cansız  təbiətin  məcmusu 
kimi  şərh  edilir.  Ə traf  mühitin  mühafizəsi  isə  ətraf  mühitədə  təbii
Бринчук M.M. Экологическое право.  Учебник.  М.Юристь,  1999,  с. 49
47


mövcud  olan  maddi  varlıqların  ilkin  kəmiyyət  və  keyfiyyətinin  qo­
runub saxlanılması kimi izah edilir.
Qanunda  istfiadə  olunan  əsas  termin  və  anlayışlardan  biri  də 
«təbiətdən istifadə» anlayışıdır:  Burada «təbiətdən istifadə» anlayışı: 
gələcək  nəsillərin  ehtiyacım  nəzərə  almaqla,  cəmiyyətin  sosial- 
iqtisadi  tələblərini ödəmək məqsədilə ətraf mühitin  ekoloji  tarazlığı­
nın pozulmasına yol verilmədən təbii resurslardan səmərəli və qəna­
ətlə istifadə edilməsi kimi şərh edilir.
Təbiətdən  istifadənin  bu  cür sadə  və  aydın  şəkildə  şərh  edilməsi 
anlayışın  əsas  sosial-fəlsəfi  mahiyyətinin  təbiətdən  istifadə  edənlər 
tərəifndən  anlaşılmasını  asanlaşdırır.  Qanunda  istifadə edilən  başqa 
anlayış  və terminlər də  çox  sadə  və aydın  şəkildə  şərh  edilir.  Məsə­
lən, qanunda irəli sürülən şərhə görə, ətraf mühitin monitorinqi-təbii 
və  antropogen  təsirlər  nəticəsində  ətraf mühitə  yayılan  zərərli  qaz, 
maye  və  bərk  haldakı  tullantılara  kəmiyyət  və  keyfiyyət  cəhətdən 
nəzarətin elmi əsaslarla həyata keçirilməsinə deyilir.
«Ekoloji  təhlükəsizlik  haqqında»  Azərbaycan  Respublikasının 
qanununda  irəli  sürülən  «ekoloji  təhlükə»  anlayışı  -   insanların  və 
cəmiyyətin  həyati  vacib  maraqlarına,  ətraf  mühitə  antropogen  və 
təbii  təsirlər  nəticəsində  təhlükə  yaradan  vəziyyət  kimi  şərh  edilir. 
«Ekoloji  təhlükəsizlik»  isə  insanlann,  cəmiyyətin  həyati  vacib  ma­
raqlarının,  ətraf mühitin ona antropogen və təbii təsirlər nəticəsində 
yaranan təhlükələrdən qorunmasının təmin edilməsi kimi izah edilir. 
Göründüyü kimi «ekoloji təhlükə» və «ekoloji təhlükəsizlik» anlayış­
ları hər ikisi  sadə və anlaşıqlıdır.  Lakin  həmin qanunda  irəli  sürülən 
«ekoloji təhlükəli vəziyyət» bunlara nisbətən mürəkkəb və əhatəlidir. 
Belə  ki,  ətraf  mühitin  antropogen  və  təbii  təsirlər  altnda  dağılma 
təhlükəsi  ilə və ya qəza vəziyyətində neqativ dəyişikliklərlə səciyyələ­
nən,  o  cümlədən  təbii  fəlakətlər  və  qəzalarla  nəticələnən,  bu  səbəb­
dən  də  insanlann  və  cəmiyyətin  həyati  vacib  maraqlarına  təhlükə 
yaradan  vəziyyət -  ekoloji  təhlükəli vəziyyət  hesab olunur.  Buradan 
göründüyü  kimi  «ekoloji  təhlükəli vəziyyət»  anlayışı digər anlayışla­
ra  nisbətən  mürəkkəb  şərh  edilmişdir  ki,  bu  da  gələcəkdə  qanunu 
öyrənənlər üçün çətinlik yaradacaqdır.
Bundan başqa əsas ekoloji qanunvericilik aktlannda irəli sürülən 
bir çox anlayış və terminlər aşağıdakı kimi şərh edilmişdir ki, bunla- 
nn  da anlaşılmasını məqbul hesab etmək olar:
48
1. «Fövqəladə ekoloji vəziyyət» -  insanlann həyat və sağlamlıqla­
rını,  habelə ətraf mühitin qorunması məqsədilə zəruri  təcili  tədbirlə­
rin həyata keçirilməsini tələb edən ekoloji təhlükəli vəziyyətə deyilir.
2.  «Ekoloji təhlükənin subyekti» -  fəaliyyətin ekoloji təhlükəli və­
ziyyət yarada bilən fiziki və ya hüquqi şəxsə, o cümlədən vəzifəli şəx­
sə deyilir.
3.  «Ətraf mühitə  zərərli  təsir»  -   ekoloji  sistemin  ayn-ayn  kom­
ponentlərinin kəmiyyət və keyfiyyətcə dəyişməsinə, ekoloji tarazlığın 
pozulmasına  səbəb  olan  kimyəvi  və  bioloji,  zərərli  fiziki,  texniki, 
dağ-mədən  işlərində  texnologiyanın  pozulması,  təbii  resurslardan 
israfçılıqla istifadə edilməsi ilə müşayət olunan fəaliyyətə deyilir.
4.  «Ekoloji  sistem»  -   qarşılıqlı  təsirdə  olan  ətraf mühitin  tərkib 
hissəsini  təşkil  edir:  bitki  örtüyü,  flora,  heyvanlar  aləmi,  fauna,  tor­
paq.  su hövzələri və çaylar,  mineral sərvətlər,  hava və enerji  mənbə­
lərinin vəhdətinə deyilir.
5.  «Ətraf  mühitin  keyfiyyət  göstəriciləri»,  dedikdə  səlahiyyətli 
dövlət orqanları  tərəfindən  təsdiq  edilmiş  insan  sağlamlığının  və  ət­
raf mühitin mühafizəsini təmin edən normativ texniki  texniki sənəd­
lərin  və  standartların  tələblərinə  cavab  verən  məhsullar  və  ətraf 
mühitin tarazlığının ilkin göstəriciləri başa düşülür.
Qanunvericilikdə «Ətraf mühitin ekoloji tarazlığının normalaşdı- 
nlması»  -   insan  yaşayışı  üçün  ətraf  mühitin  yararlı  olmasını 
müəyyən edən və bioloji müxtəlifliyin qorunub saxlanmasının, ekolo 
ji  sistemlərin  sabit  istifadəsini  təmin  edən  ətraf  mühitin  keyfiyyət 
göstəricilərinin müəyyən edilməsi kimi şərh edilir.
Azərbaycan Respublikasının qanunvericiliyində irəli sürülən eko­
loji  təhlükəsizliyin  təmin  edilməsi  -   ekoloji  təhlükəli  vəziyyətlərin 
yaranması  və inkişafının qarşısının alınması, onların  nəticələrinin və 
gələcəkdə baş verə biləcək təsirinin aradan qaldırılması üzrə fəaliyyət 
sisteminin həyata keçirilməsini nəzərdə tutur.
Ekoloji  hüquqla bağlı digər (II qrup) anlayışlar isə ayn-ayn  təbii 
obyektlərin  hüquqi  mühafizəsi  ilə  bağlı  olan  qanunlarda  öz  əksini 
tapmışdır.  Məsələn,  meşənin ekoloji anlayış  kimi şərhi  3  mart  1998- 
ci  il  tarixdə  qüvvəyə  minmiş  Azərbaycan  Respublikasının  Meşə 
məcəlləsində irəli sürülmüşdür.  Bu məcəllənin  1-ci maddəsində meşə: 
«bioloji  cəhətdən  qarşılıqlı  əlaqəli  və  öz  inkişafnda  bir-birinə  təsir 
göstərən  torpağın,  suyun,  ağac,  kol  və  ot  bitkilərinin  heyvanlann, 
mikroorqanizmlərin və ətraf mühitin digər tərkib hissələrinin vəhdə­
ti»  kimi  şərh  edilir.  Burada  meşə  münasibətləri  -   meşələrin,  meşə
49


Yüklə 5,17 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə