Sakit hüseynov rasim sariyev



Yüklə 5,17 Mb.
Pdf görüntüsü
səhifə15/53
tarix31.08.2018
ölçüsü5,17 Mb.
#65529
1   ...   11   12   13   14   15   16   17   18   ...   53

II  FƏSİL
AZƏRBAYCANDA  TƏBİƏTİ MÜHAFİZƏNİN 
İNKİŞAF MƏRHƏLƏLƏRİ 
(1920-1991-ci illər)
VƏ  ONUN SOSİAL-FƏLSƏFİ  VƏ  HÜQUQİ  TƏHLİLİ
2.1. 
Azərbaycanda ekologiyaya  aid  partiya 
və hökumət qərarlarının sosial-fəlsəfi  və hüquqi əhəmiyyəti
M üstəqillikdən  əvvəlki  dövrdə,  yəni  Azərbaycan  SSR-nin 
tərkibində  olarkən  respublikamızda  ətraf  mühitin  mühafizəsi, 
ekoloji  hüquq  məsələləri  SSRİ-nin  qanunvericiliyi  əsasında 
tənzimlənirdi.  Postsovet  m əkanında  ətraf  mühitin  mühafizəsi 
ilə  əlaqədar  qəbul  edilən  qanunvericilikdən  başqa  İttifaq  və 
müttəfiq  respublika  səviyyəli  partiya  və  dövlət  qərarları  da 
ekoloji  şüurun  form alaşm asında  müəyyən  rol  oynamışdır.
Ə traf  m ühitin  mühafizəsi  ilə  bağlı  partiya  və  hökumət  qə­
rarlarım   subordinativ  prinsiplərə  görə  iki  qrupa  bölmək  olar. 
Birinci  qrupa  daxil  olan  qərar,  qətnam ə  və  norm ativ  ak tlar 
M oskva  tərəfindən  verilirdi  ki,  bütün  bunların  icra  olunması 
SSRİ  m əkanında məcburi  idi.  İkinci  qrup qərar və qətnamələrə 
isə müttəfiq  respublikaların  özlərinin  qəbul  etdikləri  partiya  və 
hökumət  qərarları  daxil  idi  ki,  bunlar  da  M oskva  tərəfindən 
verilən  qərarlara  uyğunlaşdırılırdı  və  ətraf  m ühitin  mühafizəsi 
ilə  bağlı  mərkəzi  hökumətin  göstərişlərinin  yerlərdə  həyata  ke­
çirilməsinə xidmət  edirdi.
Qeyd  edək  ki,  tarixi  baxımdan  ətra f mühitin  mühafizəsi  ilə 
bağlı  mühüm  əhəmiyyət  daşıyan  ilk  qərarlardan  biri  -   1928-ci 
ildə  qəbul  edilmiş  «Meşələrin  mühafizə  olunm asında  yerli  icra­
iyyə  kom itələrinin  məcburi  tədbirləri»  və  1930-cu  ildə  qəbul 
edilmiş  «Təbii  sərvətlərin  mühafizəsi  və  inkişafı  haqqında» 
RSFSR  X KS-nin  qərarları  idi.  Bu  qərarlardan  sonra  keçmiş 
SSRİ  m əkanında,  müttəfiq  respublikalarda,  o  cümlədən  A zər­
baycanda  ətraf mühitin  mühafizəsi  ilə  bağlı  müvafiq  dövlət  o r­
qanları  -   «Dövlət  ovçuluq  müfəttişliyi»,  «Dövlət  qo ruqlar  k o ­
mitəsi»,  «Meşə  təsərrüfatı  komitəsi»,  «Baş  dövlət  su  və  balıq
58
m üfəttişliyi»  və  s.  orqanlar  yaradıldı.  Bundan  başqa  SSRİ 
M H K -in  1937-ci  il  17  may  tarixli  qərarı  ilə  su  təchizatı  mənbə­
lərinin  s a n ita r  qaydalarının  mühafizəsi  üzərində  dövlət  sanitar 
inspeksiyası  müəyyən edildi.
Ə tra f  m ühitin  mühafizəsi  ilə  bağlı  olan  ekoloji  qərarların 
qəbul  edilm əsi  həm  İttifaq  miqyasında,  həm  də  müttəfiq  res­
p u b lik alard a  60-cı  illərdən  başlamışdır.  D aha  dəqiq  desək,  60- 
cı  illərin  sonu,  70-ci  illərin  əvvəllərində  istər  İttifaq  miqyasın­
da,  istərsə  də  respublikam ızda  ətraf  mühitin  mühafizəsi  ilə 
bağlı  m ühüm   qərarların  və  xüsusi  qanunların  qəbul  edilməsi 
A zərbaycan  ekoloji  hüquqla  bağlı  yeni  mərhələnin  başlanğıcını 
qoydu.
T o rp a q la rd a n   səmərəli  istifadə edilməsi  ilə bağlı  bir çox  İtti­
faq  səviyyəli  partiya  və  hökum ət  qərarlarının,  həm  SSRİ 
m iqyasında,  həm  də  müttəfiq  respublikalarda,  o  cümlədən, 
A zərbaycanda  torpaqların  mühafizəsi  işində  müəyyən  rol  oy­
nam ışdır.  M əsələn,  Sov.  İK P  M K   və  SSRİ  N azirlər  Sovetinin 
«T orpaqların  külək  və su  eroziyasından  mühafizəsinə dair  təxi­
rəsalınm az  tədbirlər  haqqında»  1967-ci  il  20  m art  tarixli,  SSRİ 
N azirlər  Sovetinin  «Torpaqların  külək  və  su  eroziyasından 
mühafizəsi  üzrə  işlərin  təşkilini  yaxşılaşdırmaq  tədbirləri  haq­
qında»  13  o k ty ab r  1975-ci  il  tarixli,  Sov.  İK P  M K   və  Nazirlər 
Sovetinin  «1976-1980-ci  illərdə  torpaqların  melioriasiyası  planı 
və m eliorasiya  olunm uş  torpaqların  istifadəsini  yaxşılaşdırmaq 
haqqında»  avqust  1976-cı  il  tarixli  qərarlarının  ekoloji  hüquq 
sahəsində  müəyyən  əhəmiyyəti  olm uşdur.1
Ekoloji  hüquq  baxımından  «Torpaq  qanunvericiliyinin  po­
zulması  üstündə  inzibati  məsuliyyət  haqqında»  SSRİ  Ali  Soveti 
Rəyasət  heyətinin  1970-ct  il  14  may  tarixli  fərmanını  70-ci  illə­
rin  əvvəllərində  torpaqların  hüquqi  mühafizəsində  mühüm  sə­
nəd  hesab  etm ək  olar.  Lakin  torpağın  ekoloji  cəhətdən  çirk- 
ləndirilməsinə  görə  fərm anda  irəli  sürülən  cəza  növləri  çox  zəif 
idi.  Belə  ki,  torpaqların  xarab  edilməsi,  onların  sənaye,  məişət 
və digər  tu llan tılarla,  axıntı  suları  ilə  çirkləndirilməsi  və  to rp a­
qdan  səm ərəsiz  istifadə  edilməsi  üstündə  vətəndaşlara  100  m a­
natadək  m əbləğdə  inzibati  cərimə  müəyyən  edilmişdir  ki,  bu 
cəza növünün  təsir dərəcəsini zəif hesab  etmək  olar.
1 Ələsgərov.M.Təbiət və qanun.  B.,  1980, s.  16-17.
59


70-ci  illərdə A zərbaycanda  da  torpaqların  hüquqi  mühafizə­
si  ilə  bağlı  bəzi  p artiy a  və  dövlət  qərarları  qəbul  edilmişdir  ki. 
bu  q ərar  və qətnam ələr  to rp aq ların   mühafizəsi  və  səmərəli  isti­
fadəsi  üzərində  dövlət  nəzarətini  gücləndirmişdir.  Azərbaycan­
da to rp aq ların   ekoloji və  hüquqi mühafizəsində Respublika  Ali 
Sovetinin  «A zərbaycan  SSR-in  to rp aq  ehtiyatından  istifadə 
edilməsi,  bu  ehtiyatın  qorunm ası  vəziyyəti  və  onu  yaxşılaşdır­
m aq  tədbirləri  haqqında»  6  iyul  1970-ci  il  tarixli  qərarının 
mühüm  rolu  olm uşdur.  Q əbul  olunm uş  bu  qərarla  əlaqədar 
təşkilatlara  bir  vəzifə  o laraq   tapşırılm ışdır  ki,  torpaqların  sə­
mərəli  istifadə  olunm ası  və  onların  münbitliyinin  artırılması 
üçün  tədbirlər  kom pleksi  hazırlayıb  həyata  keçirsinlər,  eroziy­
aya  qarşı  qoruyucu  meşə  zolaqları  yaradılması  haqqında  pla­
nın  yerinə  yetirilməsini  təm in  etsinlər,  torpaqların  özbaşına 
tutulm ası  hallarının  qarşısını  almaq  üçün  tədbirlər  görsünlər. 
Q ərarda  respublikanın  inzibati  hüquq  orqanlarına  təklif  edil­
m işdir  ki,  to rp aq   ehtiyatlarının  qorunm asını  təmin  etmək  üçün 
nəzarəti  gücləndirsinlər.  Bununla  əlaqədar  qərarın  16-cı  mad­
dəsində  göstərilirdi  ki,  A zərbaycan  SSR  Daxili  İşlər  Nazirliyi­
nə,  P rokurorluğ un a  və  Ali  M əhkəməsinə  tapşırılsın  ki,  torpaq 
qanunvericiliyini  po zanlara  qarşı  mübarizəni  gücləndirsənlər 
və  bu  işdə  müqəssir  olan  şəxsləri  müəyyən  edilmiş  qaydada  ci­
nayət məsuliyyətinə və inzibati  məsuliyyətə cəlb etsinlər.
Qeyd  edək  ki,  to rp aq ların   hüquqi  mühafizəsi  və  ekoloji  cə­
hətdən  q orunm asında  A zərbaycan  SSR  Ali  Sovetinin  bu  tarixi 
qərarının  mühüm əhəmiyyəti  olmuşdur.
M ərkəzə  tabeçilik  prinsipi  hökm  sürsə  də  70-ci  illərin  əvvəl­
lərində  respublikam ızda  ə tra f  mühitin  mühafizəsi  ilə  bağlı  bə­
zən  regional  əhəmiyyət  daşıyan,  yerli  şəraitin  tələblərinə  uyğun 
gələn,  respublikam ız  üçün  mühüm  əhəmiyyət  kəsb  edən  müstə­
qil  q ərarlar  da  qəbul  edilirdi.  Belə  qərarlardan  biri  -   Azər­
baycan  K P   M K   və  respublika  N azirlər  Sovetinin  «Bakı  şəhəri­
ni  və  A bşeron  yarım adasını  daha  da  yaşıllaşdırmaq  tədbirləri 
havqqında»  7  sentyabr  1971-ci  il tarixli  qərarıdır.
Ə tra f m ühitin  və  yaşayış  məskənlərinin  yaşıllaşdırılması  ilə 
bağlı  bu  qərarın  hüquqi  əhəmiyyəti  ondan  ibarətdir ki,  qərarda 
yaşıllıqları  məhv  edən  və  ekoloji  qaydaları  pozanların  ciddi 
məsuliyyət  daşıdığı  irəli  sürülürdü.  Q ərarda göstərilirdi:
60
-   ağaclan ,  kolları  və  digər  bitkiləri  qəsdən  sındırm aqda  və 
məhv  etm əkdə  müqəssir  olanlar  ciddi  inzibati  məsuliyyətə  və 
m əhkəm ə məsuliyyətinə cəlb edilsin;
-  yaşıllaşdırm a  işləri  görərəkən  Bakının  baş  planının tikinti- 
iqtisadi  əsaslarını  ciddi  rəhbər  tutm alıdırlar.  Yaşıllıq  salm a­
qd an   ötrü  nəzərdə  tutulm uş  və  yaşıllıqlar  salınmış  sahələri  ti­
kinti  üçün ayırm aq  qəti qadağan edilir».1
G öründüyü  kimi  qərarın  bu  hissəsində  Bakı  və  Abşeron  k i­
mi  yaşıllıqları  az  olan  bir  bölgədə  yaşıllıqların  hüquqi  m ühafi­
zəsi  məsələsi  əlaqədar  təşkilatların  və  vətəndaşların  nəzərinə 
çatıdırılm aqla,  ekoloji  hüquqpozm alara  qarşı  inzibati  ə  m əh­
kəmə  məsuliyyəti  irəli  sürülürdü.  Bu  qərarın  qəbul  edilməsi  hə­
lə  70-ci  illərin  əvvəllərində  partiya  və  dövlət  səviyyəsində  ətraf 
m ühitin  mühafizəsi  və  ekoloji  hüquq  məsələlərinə  respublika­
m ızda ciddi  fikir verildiyinə misaldır.
Ə tra f  mühitin  mühafizəsi  ilə  bağlı  70-ci  illərdə  İttifaq 
m iqyasında  da  bir  neçə  mühüm  qərarlar  qəbul  edilmişdir. 
1972-ci  il  20  sentyabr  tarixdə  SSRİ  Ali  Soveti  8-ci  çağırış  4-cü 
sessiyasında  «Təbiətin  mühafizəsini  daha  da  yaxşılaşdırmaq  və 
təbii  ehtiyatlardan  səmərəli  istifadə etmək  tədbirləri  haqqında» 
məsələ  müzakirə  edərək  təbiətin  mühafizəsinə  ciddi  qayğı  gö­
stərməyi  mühüm  dövlət  vəzifələindən  biri  hesab  etmişdir.  Bun­
dan  b ir  neçə  ay  sonra  isə  Sov.İK P  M K  və  SSRİ  N azirlər  Sove­
ti  1972-ci  il  dekabrın  29-da  «Təbiətin  mühafizəsini  gücləndir­
mək  və  təbii  sərvətlərin  istfiadəsini  yaxşılaşdırmaq  haqqında» 
qərar qəbul  etmişdir.
Q ərarda  qeyd  edilirdi  ki,  əlaqədar  təşkilatlar  ətraf  təbii 
m ühitin  çirklənmədən  qorunm ası  məsələləri  ilə  hələ  lazımınca 
məşğul  olm ur,  torpağın,  atm osferin,  suların  çirklənməsini  a ra ­
dan  qaldıran  texnoloji  proseslərin  işlənib  hazırlanm asına  ki­
fayət  qədər  fikir  vermir,  təbiətin  mühafizəsi  və  sərvətlərin  is­
tism arı  ilə  bağlı  digər  aktual  problem lərin  həllinə  laqeyd  yana­
şırlar.  Buna  görə  də  Sov.  İK P   MK  və  SSRİ  NazirlərSoveti 
müttəfiq  respublikaların  rəhbərliyinə  təklif etmişdir  ki,  təbiətin 
mühafizəsi  və  təbii  ehtiyatlardan  səmərəli  istifadə  olunm asının 
təmin  edilməsi  məsələsinə  diqqəti  gücləndirsinlər,  torpaqlar, 
meşələr,  sular,  bitki  və  heyvanlar  aləmini  qorum aq  və  çoxal-
1 «Kommunist» qəzeti,  11  sentyabr  1971-ci il.
61


Yüklə 5,17 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə