Sakit hüseynov rasim sariyev



Yüklə 5,17 Mb.
Pdf görüntüsü
səhifə17/53
tarix31.08.2018
ölçüsü5,17 Mb.
#65529
1   ...   13   14   15   16   17   18   19   20   ...   53

etm ək  və  s.)  görə  isə vətəndaşlara  100 m anatdan  50 manatadək 
cərim ə  tətbiq  olunurdu.  B uradan  göründüyü  kimi  Sovet  siyasi 
sistem ində  ekoloji  cinayətkarlığa  nisbətən  torpaq  üzərində 
dövlət m ülkiyyət  hüququnun pozulm asına  görə daha  ciddi cəza 
tətbiq  olunurdu.
Q anunvericiliyə  görə  to rp aq la  bağlı  müvafiq  qanun  pozun­
tu ların a  R espublika  D övlət  Təbiəti  M ühafizə  Komitəsi  tərə­
findən  nəzarət  edilirdi.  70-ci  illərdə  Təbiəti  Mühafizə  Komitəsi 
tərəfindən  aparılan  yoxlam alar  nəticəsində  respublikamızın 
kolxoz  və  sovxoz  to rp aqların ın  qanunsuz  zəbt  edilməsi  ilə 
bağlı  çoxlu  fak tlar  aşk ar  edilmiş  və  bu  faktlarla  əlaqədar 
müəyyən cinayət və inzibati  cəzalar tətbiq olunm uşdur.
Qeyd  edək  ki,  70-ci  illərin  o rtaların d a  respublikamızda 
kənd  təsərrüfatında  ziyanvericilərlə  m übarizə  üçün  kimyəvi 
m eto d lard an   geniş  istifadə  edilməyə  başlandı.  D aha  dəqiq  de­
sək,  kənd  təsərrüfatı  m əhsullarını  artırm aq  və  ziyanvericilərə 
qarşı  m übarizəni  gücləndirmək  üçün  zəhərləyici  kimyəvi  m ad­
dələrin  tətbiqi  xeyli  artm ışdır.  T orpağa  kimyəvi  maddələrin 
verilməsi  bəzi  pam bıqçılıq  rayonlarında  norm adan  artıq  o l­
duğuna  görə  torpağın  və  atm osferin  çirkləndirilməsi  genişlən­
mişdir.  Bəzi  rayonlarda  70-80-ci  ilərdə  zəhərli  kimyəvi  maddə­
lərin  saxlanılm ası  və  tətbiqi  işinə  məsuliyyətsiz  münasibət  bəs­
lənilməsi  də  bitki  və  heyvanlar  aləminə  eyni  zam anda  insanla­
rın  sağlam lığına  müəyyən  ziyan  vurm uşdur.  Göstərilən  illərdə 
torpağın  kimyəvi  m addələrlə  çirklənməsi  uzun  müddət  ekoloji 
hüquq  baxım ından  diqqətdən kənarda qalmışdır.
70-ci  illərdə  A zərbaycanda  ekoloji  hüququn  formalaşma­
sında  to rp aq larla yanaşı  yerin  təkinin  hüquqi  mühafizəsi  məsə­
lələri  də müəyyən rol  oynam ışdır.
«Yerin  təki  haqqında  Azərbaycan  SSR-in  Məcəlləsi»  d e­
k ab r 1976-cı  ildə  qəbul  edilmiş  1977-ci  il  m artın  1-də  qüvvəyə 
minmişdir.  11  bölmə,  86  m addədən  ibarət  olan  bu  qanun  re- 
sublikada  yerin  təkindən  istifadə  edilməsi  və  onun  mühafizəsi 
sahəsində  müəssisə  və  təşkilatların  hüquq  və  vəzifələrini 
müəyyən edirdi.
M əcəllənin  27-ci  m addəsində  yerin  təkindən  istifadə  edənlə­
rin  əsas  hüquq  və vəzifələri  göstərilirdi.  Bu  maddəyə  görə yerin 
təkindən  istifadə  edənlər  ətra f  mühitin  mühafizəsi  ilə  bağlı 
aşağıdakıları  təmin etməyə borcludurlar:
6 6
a)  atm osfer  havasının,  torpaqların,  meşələrin,  suların  və 
digər təbii  mühit  obyektlərinin,  habelə bina və qurğuların yerin 
təkindən  istifadə  edilməsi  ilə  əlaqədar  işlərin  zərərli  təsirindən 
mühafizə  olunm asını;
b)  qoruqların,  təbiət  və  mədəniyyət  abidələrinin  yerin  tə­
kindən  istifadə  edilməsi  ilə  əlaqədar  işlərin  zərərli  təsirindən 
qorunm ası;
v)  yerin  təkindən  istifadə  edilərkən  korlanm ış  torpaq  sahə­
lərinin  təhlükəsiz  vəziyyətə,  habelə  İttifaq  və  resublika  q an u n ­
vericiliyinə  uyğun  surətdə  onlardan  istifadə  olunm ası  üçün  ya­
rarlı  vəziyyətə  salınmasını.  Məcəllənin  28-ci  m addəsində  isə 
yerin  təkindən  istfiadə  edilməsinə  və  onun  mühafizəsinə  dair 
başqa  qaydalar  pozulduqda  yerin  təkindən  istifadə  hüququna 
xitam verilməsi  göstərilmişdir.
Q anunun  VI  bölməsi  (49-56-cı  m addələr)  yerin  təkinin 
mühafizəsini  müəyyənləşdirir.  Yerin  təkinin  mühafizəsi  sahə­
sində əsas tələblər aşağıdakılardır:
a)  yerin  təkinin  tam   və  kompleks  geoloji  tədqiqini  təmin 
etmək;
b)  yerin  təkinin  müəyyən  olunm uş  qaydada  istifadə  edilmə­
sinə  əməl  etmək  və  yerin  təkindən  özbaşına  istifadə  olunm ası­
na yol  verməmək;
v)  əsas  faydalı  qazıntıları  və  onların  tərkibindəki  kom po­
nentləri  yerin  təkindən  daha  dolğun  çıxarm aq  və  bunlardan 
səmərəli  istifadə etmək;
q)  yerin  təkinin  çirklənməsinin  qarşısının  alınm ası  və  s.  tə­
ləblər  nəzərdə  tutulm uşdur.  Bu  tələblər  pozulduqda  isə  «Yerin 
təkindən  istifadə  olunm asının  m əhdudlaşdırılm ası,  dayandı­
rılması  və qadağan  edilməsi»  adlanan  50-ci  m addəyə görə yerin 
təkindən  istfiadə  edilməsi  müvafiq  dövlət  orqanları  tərəfindən 
İttifaq  qanunvericiliyi  ilə  müəyyən  olunan  qaydada  m əhdud­
laşdırıla,  dayandırıla və ya qadağan  edilə bilər.
Məcəllənin  54-cü  m addəsinə  görə,  yerin  təkindən  istifadə 
edərkən  qoruqlar,  təbiət  və  mədəniyyət  abidələri  elan  edilən 
obyektlərin  mühafizə  qaydalarını  pozan  hər  cür  fəaliyyət  q a ­
dağan  edilir.  Bu  m addənin  2-ci  bəndinə  görə  yerin  təkindən 
istifadə edərkən  elm  və mədəniyyət  üçün  m araq doğuran  başqa 
obyektlər  aşkar  olunduğu  hallarda  yerin  təkindən  istifadə
6 7


edənlər  m üvafiq  sahədə  işi  dayandırm ağa  və  əlaqədar  d ö vlət 
o rq an ların a  bu barədə m əlum at  verməyə borcludurlar.
Q anunun  54-cü  m addəsində  isə  yerin  təkinin  mühafizəsi  v ə  
o n d an   səmərəli  istifadə  edilməsi  sahəsində  tədbirlərin  h əy ata 
keçirilm əsinə  ictimai  təşkilatların  iştirakı  təsbit  olunm uşdur. 
B urada  göstərilir ki,  vətəndaşlar  yerin  təkinin  mühafizəsi  sah ə­
sində  lazımi  işlər görülm əsində  iştirak  edir,  yerin  təkinin  m üha­
fizəsini  yaxşılaşdırm aq  və  on dan   səmərəli  istifadə  etmək  b a rə ­
sində  təkliflər  irəli  sürür,  yerin  təkinin  mühafizəsi  qaydalırının 
pozulduğunu  gördkdə  bu  barədə  müvafiq  orqanlara  m əlum at 
verm əlidirlər.  Digər  tərəfdən  dövlət  orqanları  yerin  təkinin 
mühafizəsi  və  ondan  səmərəli  istifadə  edilməsi  sahəsində  tə d ­
birlər  həyata  keçirərkən  ictim ai  təşkilatların  və  vətəndaşların 
təkliflərini  hər vasitə  ilə nəzərə alm ağa  borcludurlar.
M əcəllənin  7-ci  bölməsi  (63-71 -ci  maddələr)  yerin  təkindən 
istifadə  edilməsi,  onun  mühafizəsi  və  yerin  təkinin  geoloji  tə d ­
qiqi  işlərinin  aparılm ası  üzərində  nəzarəti  müəyyənləşdirir. 
M əcəllənin  63-cü  m addəsində  yerin  təkindən  istifadə  edilməsi 
və onun  mühafizəsi  üzərində dövlət  nəzarətinin vəzifələri  göstə­
rilm işdir.  Bu  vəzifələr  -   əlaqədar  təşkilatların  və  vətəndaşların 
yerin  təkindən  istfladə  edilməsi  üçün  müəyyən  edilmiş  qaydala­
ra  əməl  olunm asını,  yerin  təkindən  istifadə  edərkən  bu  işlərin 
əhaliyə,  ə tra f təbii  mühitə  zərərli  təsirinin  qarşısını  almaq,  ye­
rin  təki  haq qınd a qanunvericiliklə müəyyən  edilmiş digər qaydı 
və n orm alara  əməl  olunm asını  təm in  etməkdən  ibarətdir.
Q anuna  görə yerin  təkindən  istifadə edilməsi  və onun  müha­
fizəsi  üzərində  dövlət  nəzarətini  həyata  keçirmək  üçün  respub­
likada  xüsusi  olaraq  vəkil  edilmiş  dövlət  orqanı  -   Azərbaycan 
SSR  N azirlər  Soveti  yanında  Dövlət  Sənayedə  İşlərin  Təhlükə­
siz  A parılm asına  N əzarət  və  Dağ-mədən  N əzarət  Komitəsi  idi. 
Dövlət  D ağ-M ədən  nəzarət  orqanlarının  hüquqları  məcəlləsi­
nin  66  m addəsində öz əksini  tapm ışdır.
Q anunun  83-cü  m addəsinə  görə,  yerin  təkindən  özbaşına  is­
tifadə  edilməsi,  faydalı  qazıntıların  yerləşdiyi  meydançalarda 
özbaşına  tikinti  işləri  aparılm ası,  yerin  təkinin  mühafizəsi  qay­
dalarını,  bina  və  qurğuların  ətra f  mühitin  mühafizə  tələblərini 
yerinə  yetirməməyə  görə  və  bu  haqd a  digər  qaydaların  pozul­
ması  üstündə  məsuliyyət  təsbit  edilmişdir.  Yerin  təkindən  isti­
fadə  qaydalarını  pozan  şəxslər  -   İttifaq  və  respublika  qanun-
6 8
vericiliyinə  uyğun  olaraq  cinayət  məsuliyyəti,  inzibati  və  ya 
başqa məsuliyyət  daşıyırlar.  Məcəllədə  göstərilm işdir  ki,  təşki­
latlar  və  vətəndaşlar  yerin  təki  haqqında  qanunvericiliyin  p o ­
zulması  nəticəsində  dəymiş  zərəri  İttifaq  və  respublika  q an u n ­
vericiliyi  (85-ci  m addə)  ilə  müəyyən  edilmiş  m əbləğdə  və  q ay ­
dada ödəməyə borcludurlar.  Vəzifəli  şəxslərin  və  digər  işçilərin 
təqsiri  üzündən  müəssisə  və  təşkilatlar  zərərin  ödənilməsi  ilə 
əlaqədar  müəyyən  xərclər  çəkdikdə  həm in  şəxslər  q an u n d a 
qoyulmuş  qaydada m addi məsuliyyət daşıyırlar.
2.3.  Suların mühafizəsi
Su  hövzələrinin  çirklənməsinə  qarşı  m übarizə  və  suların 
hüquqi  mühafizəsi  müvafiq  dövlət  orqanlarının,  ictim ai  təşki­
latların və vətəndaşların başlıca vəzifələrindən biridir.
Başqa  müttəfiq  respublikalara  nisbətən  A zərbaycanda  iç­
məli  su  ehtiyatı  az olduğuna  və Kür,  A raz  çaylarının  çirklənm ə 
səviyyəsi  norm adan  çox  olduğuna  görə  respublikam ızda  suyun 
hüquqi  mühafizəsi  həmişə  mühüm  əhəmiyyət  kəsb  etmişdir. 
Məhz,  sların  hüquqi  mühafizəsini  yaxşılaşdırm aq  məqsədilə 
1972-ci  il  29  iyun  tarixdə  «Azərbaycan  SSR  Su  Məcəlləsi»  qə­
bul edilmiş  və bu  qanun  1973-cü il yanvarın  1-də  qüvvəyə  m in­
mişdir.
Beş  bölmə,  28  fəsil  və  166  m addədən  ibarət  olan  bu  Məcəllə 
respublika  ərazisində  suların  daha  səmərəli,  elmi  cəhətdən 
əsaslandırılmış  qaydada  istfıadə  olunm asında,  suların  çirklən­
məkdən, 
zibillənməkdən 
və 
azalm aqdan 
q o runm asında 
müəyyən  rol oynamışdır.
Q anunun  birinci  fəslində  (1-8-ci  m addələr)  A zərbaycan 
SSR-in  su  qanunvericiliyinin  əsas vəzifələri,  respublika  su  fo n ­
dunun  təsnifatı,  sular  üzərində  dövlət  mülkiyyət  hüququ,  su 
münasibətlərini  tənzim  etmək  sahəsində  İttifaq   və  respublika­
nın  səlahiyyətləri  müəyyənləşdirilmişdir.  M əcəllənin  7-ci  m ad ­
dəsində  göstərilir  ki,  su  münasibətlərini  tənzim  etm ək  sahəsin­
də  Azərbaycan  SSR-in  səlahiyyətlərinə-respublika  ərazisində 
vahid  dövlət  su  fondunu  idarə  etmək,  suların  işlədilməsi  qay­
dasını  müəyyən  etmək,  suların  çirklənməkdən,  zibillənm əkdən 
və  azalm aqdan  qorunm ası  qaydasını  müəyyən  etm ək,  suların 
zərərli  təsirinin  qarşısının  alınması  və  ləğv  edilməsi  qaydasını
6 9


Yüklə 5,17 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə