Sakit hüseynov rasim sariyev



Yüklə 5,17 Mb.
Pdf görüntüsü
səhifə53/53
tarix31.08.2018
ölçüsü5,17 Mb.
#65529
1   ...   45   46   47   48   49   50   51   52   53

larla,  Sumqayıt,  Bakı  və s.  şəhərlimizin həyatmda  götürülən  m ateri­
allar  əsasında  izah  olunmalıdır.  Ümumiyyətlə,  canlı  aləmin  yaşayış 
uğrunda mübarizəsinin ekoloji mahiyüyəti, mühit amilinin canlıların 
yaşayışmdakı  rolu,  təbiətə antropogen və texnogen təsirlərin  nəticə­
si,  təbii hadisələrin ətraf mühitin ekologiyasına  təsiri və s.  haqqında 
yuxan  sinif şagirdlərinə  elmi  biliklər aşılanmasında  fənn  müəllimlə­
rinin üzərinə ciddi məsuliyyət düşür. Orta məktəbin kimya və biolog­
iya  müəllimləri  ətraf mühitin  çirklənməsi,  insan  orqanizmi,  kimyəvi 
maddələrin  məişətdə  tətbiqi  və  onun  nəticələri  haqda  şagirdlərdə 
müəyyən anlayışlar yaratmalıdır.
Məsələn, orta məktəbin VIII sinfində «Təbiətdə xlor və onun tət­
biqi»  mövzusunu  keçərkən  xlorun  məişətdəki  rolu  şagirdlərə  geniş 
izah  edilməlidr.  Şagirdlərə  izah  oldunmalıdır  ki,  xlorun  məişətdəki 
əhəmiyyəti suyun zərərsizləşdirilməsində müxtəlif zərərvericilərə qar­
şı  mübarizədə istifadə olunmasındadır.  Buna görə də sanitar orqan­
lar  məişətin  sanitar-epidemioloji  vəziyyətinin  yaxlışaşdırmaq üçüun 
yaşayış  binalarını,  həyətləri,  zibil  tökülən  yerləri,  mənzillərdə  ay­
aqyolunu xorla dezinfeksiya edirlər.
Lakin,  xlorla  dezinfeksiya  apanlan  zaman  guya,  yaxşı  təsir  et­
mək üçün bəzən onu normadan artıq istifadə edirlər.  Şagirdlərə izah 
olunmalıdır ki, insan orqanizmi üçün güclü allergik təsirə malik olan 
xlor  və  xlor  birləşmələri  normadan  artıq  istfadə  olunduqda  o,  ağ 
ciyərlərə və qan dövranına çox pis təsir edir.
Məsələn,  1990-1991-ci  illərdə  Qırğızıstanda  aparılan  tibbi- 
sosioloji  tədqiqatlar zamanı məlum olmuşdur ki,  uşaqlann 63 faizi­
nin  qanmda  baş  verən  anemiyanın  səbəbi xlorla  zəhərlənmə  ilə əla­
qədardır.1
Buna  görə  də  xlor  və  xlor  birləşmələrinin  mənzil-məişətdə  nor­
madan artıq işlədilməsinin insan orqanizm üçün ciddi  təhlükə yarat­
dığını  və  bütövlükdə  məişətin  sanitar-ekoloji  vəziyyətinə mənfi  təsir 
göstərdiyini uşaqlara izah etmək lazıdır.
VIII 
sinifdə  «Kükürd  və onun  birləşmələri»  mövzusunun,  IX  si­
nifdə «Azot»,  «Karbon» və «Metallara» mövzularının tədrisi zama­
nı onların ətraf mühitə və insan orqanizminə zərərli  təsiri geniş izah 
edilməli,  bunlara qarşı mühafizə üsullan  uşaqlara  başa salınmalıdır.
Bu  və  digər  kimyəvi  maddələrin  insana  və  məişət  ekologiyüasına
1 «Şəfqət» qəzeti,  3 yanvar  1992-ci il
2 0 6
mənfi təsirləri  konkret faktlar əsasmda izah olunmalı, zərərli kimyə­
vi maddələrlə davranmaq qaydalan şərh edilməlidir.
Tədris  prosesində  kimya,  fizika  və  biologiyanın  başqa  fənnlərlə 
əlaqəsi,  konkret  olaraq  bu  fənnlərin  ətraf mhitin  mühafizəsi,  məişət 
ekologiyasının yaxşılaşdınlması,  bütövlükdə insan ekologiasınm qo­
runması  ilə  bağlı  rolunun  aydınlaşdınlmasına  xüsusi  fikir verilməli­
dir.
Ekologiya tərbiyənin təsirini və əhəmiyyətinin artırmaq üçün tər­
biyə  ocaqları  və  tədris  müəssisələrində  uşaq  və  gənclər  arasmda 
aşağıdakı  tədbirlərin  həyata  keçirilməsini  məqsədəuyğun  hesab  edi- 
rikrcl.  İstər orta,  istərsə də ali məktəblərdə müstəqil respublikamızın 
zəngin təbii sərvətləri, onlann qorunması və onların səmərəli istifadə 
edilməsini konkret faktlar əsasında uşaq və gənclərimizə aşılamaq.
2.  Azərbaycanın  «Qırmızı  kitabı»na düşən bitki və heyvan növlə­
rinin adlarının gənclərimizə sadalamaq və onloann mühafizəsi yolla­
rım şərh etmək.
3. Su, hava, torpaq, bitki və heyvanlar aləminin insan üçün həya­
ti əhəmiyyətini  gündəlik  yaşayışın konkret  faktlan  əsasmda  uşaq  və 
gənclərimizə  başa  salmaq  və  təbiətin  bu  obyektlərinə  onlarlda  mə­
həbbət hissi aşılamaq.
4.  Ə traf mühiti  çirkləndirən  amilləri  ayn-aynlıqda  gənclərimizə 
başa  salmaq  və  bu  amillərin  aradan  qaldırılması  yollarını  aydınlaş­
dırmaq.
5.  ailədə  adamların  sağlamlığının  məişət  ekologyasının  vəziyyə­
tindən  birbaşa  asılılığının  uşaqlara  izah  etmək  və  məişət  ekologiya­
sının çirklənməsinə təsir edən amilləri dərs prosesində konkret fakt­
lar əsasındla onlara aydınlaşdırmaq.
6.  O rta  məktəblərdə  ekoloji  məsələlərlə  əlaqədar  olaraq  fənn 
müəllimlərinin  maraqlı  iş  təcrübəsinin  öyrənilib  digər  məktəblərdə 
yayılmasına çalışmaq.
Ekoloji  hüquqla  ekoloji  tərbiyə  bir-  biri  ilə  vəhdət  təşkil  edir. 
Ekoloji  tərbiyənin  əsas  istiqamətlərindən  biri  əhalinin  hüquqi-  eko­
loji maarifləndirilməsidir.  Ekoloji qanunvericiliyin tələblərinin həya­
ta keçirilməsində əhalinin hüquqi- ekoloji maarifləndirilməsi mühüm 
əhəmiyyət kəsb edir.  Bu baxımdan son illərdə respublikamızda əha­
linin  hüquqi-  ekoloji  maarifləndirilməsi  ilə  bağlı  respublikamızda 
müəyyən tədbirlər həyata keçirilmiş dir.  Bu tədbirlərdən biri «Əhali­
nin ekoloji  təhsil və  maarifləndirilməsi  haqqında» Azərbaycan  Res­
publikası Q anununun qəbul edilməsidir.  Bu Qanun əhalinin ekoloji
2 0 7


təhsil  və  maarifləndirilməsi  ilə  bağlı  dövlət  siyasətinin  hüquqi,  iqti­
sadi  və  təşkilati  əsaslarım  müəyyən  edir,  bu  sahədə  münasibətləri 
tənzimləyir.1
Qanunun 4-cü maddəsində əhalinin ekoloji  təhsil və maarifləndi­
rilməsi  sahəsində  dövlət  siyasətinin  əsas  prinsipləri  aşağıdakı  kimi 
şərh edilmişdir:
«4.1. Əhalinin ekoloji təhsil və maarifləndirilməsi  sahəsində döv­
lət  siyasəti  ətraf mühitin mühafizəsi və təhsil haqqmda qanunverici­
liyin tələblərinə, müvafiq dövlət proqramlarına,  habelə bunlara dair 
ölkədə və beynəlxalq təcrübədə mövcud olan prinsiplərə uyğun həy­
ata keçirilir.
4.2. 
Əhalinin ekoloji təhsil və maarifləndirilməsi sahəsində dövlət 
siyasətinin prinsiplərinə aşağıdakılar aiddir:
4.2.1.  ümumi  ekoloji  biliklərə yiyələnməsi üçün  hər kəsə bərabər 
şəraitin yaradılması;
4.2.2. orta təhsil sistemində ekoloji biliklərin tədrisimin icbariliyi;
4.2.3. ekoloji təhsil və maarifləndirmə prosesinin fasiləsizliyi;
4.2.4.  ekoloji təhsil və maarifləndirmə sahəsində aşkarlığın təmin 
olunması;
4.2.5.  ekoloji  təhsil  və  maarifləndirmə  sahəsində  dövlət  siyasəti­
nin  həyata keçirilməsində əhalinin  və qeyri- hökumət təşkilatlarının 
iştirakına şəraitin yaradılması».1
 2
Qanunvericilinin ayn- ayn maddələrində ekoloji təhsil və maarif- 
ləndirlmə  sahəsində  dövlət  hakimiyyət  orqanlannın  hüquqlan  və 
vəzifələri (maddə 5) təsbit olunmuş, ekoloji təhsil və maarifləndirmə 
sahəsində  fəaliyyətin  əlaqələndirilməsi  (maddə  8)  şərh  edilmiş,  eko­
loji  təhsil  üzrə  məsləhət  şuralanmn  yaradılması  (maddə 9) göstəril­
mişdir.  Bundan başqa qanunda ekoloji təhsil sahəsində dövlət təhsil 
standartları şərh edilmişdir.  Burada deyilir: «Ekoloji təhsil sahəsində 
təhsil  müəssisələrinin  tipləri,  təhsilalma  formalan  və  mərhələləri 
üçün  nəzərdə  tutulan  icbari  ekoloji təhsil  proqramlannm məzmunu 
müvafiq dövlət təhsil standartlarına uyğun müəyyənləşdirilir.
-  Ekoloji  təhsil  üzrə  dövlətin  təhsil  standartlan  ekoloji  təhsilin 
keyfiyyətinin  yüksəldilməsi,  bu sahədə mütəxəssislərin  bilik  səviyyə-
1  «Respublika» qəzeti, 29 yanvar 2003-cü il.
2 «Respublika» qəzeti, 29 yanvar 2003-cü il.
2 0 8
sinin müəyyənləşdirilməsi  məqsədilə apanlan  attestasiya  sənədlərin­
də əsas götürülür.1
Qeyd edək ki, bu Qanunun öyrənilməsi və mənimsənilməsi gənclərin 
ekoloji bilik səviyyəsini genişləndirilməsinə xidmət edəcəkdir. Göstərmək 
lazımdır ki,  bu Qanun əhalidə ekoloji mədəniyyətin formalaşdınlmasın- 
da da faydalı rol oynayacaqdır.
Respublikamızın  indiki ekoloji vəziyyətinin  araşdırılması  nəticəsində 
təbii  mühitin  mühafizəsi  və  məişət  ekologiyasının  qorunması  ilə  bağlı 
ekoloji  tərbiyənin  əsas  istiqamətlərinin  aşağıdakı  kimi  müəyyənləşdiril- 
məsini məqsədəuyğun hesab edirik:
1. Təbiət və cəmiyyətin qarşılıqlı münasibəti, insanın həyat və fəaliyyə­
tində təbiət  amillərinin  rol  haqqında  müəyyən  biliklər  sisteminin  təbliğ 
olunması.
2.  Respublikamızda  ekoloji  şəraitin  ümumi  vəziyyətinin  kütləvi  in­
formasiya vasitəsilə əhaliyə çatdırılması.
3.  Ətraf mühit  obyektlərindən-atmosfer havası,  su  və torpağın  çirk­
lənməsinin məişət ekologiyasına təsir dərəcəsini müəyyənləşdirilməsi.
4.  İnsanın sağlamlığı, onun həyat və güzəranından məişət ekologiya­
sının rolunun əhali arasında təbliği.
5.  Müasir ekoloji  gərginliyin  regional  və qlobal  mqyasdakı  rolunun 
müqayisəli təhlili və bunun kütləvi informasiya vasitələri ilə əhaliyə çatdı­
rılması.
6. Məişət ekologiyasının pisləşməsi və gərginləşməsinə təsir edən amil­
lərin öyrənilməsi və bunların təbliği.
7. Ətraf mühitin ekoloji vəziyyətinin demoqrafı amillərdən asılılığının 
öyrənilməsi və bunun şərh edilməsi.
8.  Respublikamızda  qaçqınlıq  və məcburi  köçünlüyün  ətraf mühitin 
mühafizəsi və məişət ekologiyasına mənfi təsirinin öyrənilməsi və bunun 
beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması.
9. Təbii sərvətlərdən istifadə edilməsində ekoloji hüquq prinsiplərinin 
təbliği.
10.  Məişətin  sanitar-epidemoloji  vəziyyətinin  yaxşılaşdınlmasmda 
ekoloji hüquqla bağlı amillərin geniş təbliğ edilməsi.
11. Ekoloji hüquq sahəsində aşağıdakı tədbirlərin həyata keçirilməsi:
a) Ətraf mühitin qorunması ilə bağlı qanunlar,  normativ aktlar və s.
hüquqi sənədlərin qəbul edilməsi;
1  «Respublika» qəzeti, 29 yanvar 2003-cü il.
209


b) dövlət  ekoloji ekspertizasının fəaliyyətinin normal vəziyyətə salın­
ması və bunun əhəmiyyətinin adamlara izah olunması;
v)  ekoloji  hüquq  pozuntulan  və  ekoloji  cinayətkarlıqla  əlaqədar 
mövcud cinayət məsələsinə nisbətən sərt maddələrin əçlavə edilməsi; 
q) ekoloji hüquq sahəsində tərbiyənin genişləndirilməsi.
2 1 0
N Ə T İ C Ə
İnsan  yarandığı  gündən  ətraf mühitin  komponentlərindən  bi­
rinə çevrilmişdir.  Ə tra f mühitin mühüm komponenti kimi insanın 
ətraf  mühitə  təsiri  tarixən  çoxcəhətli  olmuşdur.  Cəmiyyətdə  in­
sanların  bir-biri  ilə  qarşılıqlı  münasibətləri  də  ətraf  mühit  (həm 
təbii  mühit,  həm  də  insan  tərəfindən  yaradılmış  süni  mühit)  vasi­
təsilə  reallaşır.  İnsan  öz  istehsal  fəaliyyəti  prosesində  yeni  süni 
predmet  və  m addələr  yaradaraq  başqa  insanların  da  həyatına 
əhəmiyyətli  təsir  göstərə  bilir.  Bu  təsir  bəşər  inkişafının  həm  kə­
miyyət,  həm də keyfiyyət ifadəsi kimi həmişə yüksəlmişdir.
Tarixi  prosesin  gedişində  təbiətin  əsas  amilinə  çevrilən  insan 
ətraf təbii  mühitə təsiri gücləndirərək elmi-texniki tərəqqini  inten- 
sivləşdirmişdir.
İnsan  öz  yaşayış  mühitinin  komponenti  olmaqla  yanaşı,  həm 
ətraf mühitdən asılı  olur,  həm də ətraf təbii  mühitə güclü  təsir gö­
stərərək  onu  dəyişdirir.  Müasir  elmi  ədəbiyyatın  təhlili  və  aparı­
lan  tədqiqatlar  nəticəsində  insanla  təbiət  arasındakı  mürəkkəb 
qarşılıqlı  təsiri  ifadə  edən  müəyyən  aparıcı  prinsiplər  və  müddəa­
lar  işlənib  hazırlanmışdır.  Bu  prinsip  və  müddəalar  aşağıdakılar­
dır:
1.  İnsanın  ətraf  təbii  mühitdən  kənar  mövcudluğunun  qeyri- 
mümkünlüyü;
2.  H ər  hansı  bir  antropogen  fəaliyyətin  ətraf təbii  mühitə təsi­
rinin labüdlüyü;
3.  İnsan və təbiətin qarşılıqlı təsirinin iqtisadi asılılıq zərurəti;
4.  İnsan və təbiətin qarşılıqlı əlaqəsinin tarixi şərtlənməsi.
Bu  prinsipləri  sosial  -  fəlsəfi  cəhətdən  təhlil  etdikdə  məlum 
olur  ki,  bəşəriyyət  öz  həyat  və  fəaliyyətini  davam  etdirmək  üçün 
ətraf  təbii  mühitdən  daim  asılılıq  zərurətindədir.  İnsan  -   təbiət 
münasibətlərindəki  iqtisadi asılılıq  prinsiplərini  həyata keçirərkən 
həm  öz  iqtisadi  inkişafını  təmin  etməli,  həm  də  ətraf  mühitin 
mühafizəsi  məsələlərinə diqqət yetirməlidir.  İnsanlar təbii  ehtiyat­
lardan  istifadə  edərkən  antropogen  fəaliyyətin  ətraf təbii  mühitə 
təsirini  minimuma  endirmək  haqqında  ciddi  şəkildə  düşünməli­
dirlər.
İnsan  -  təbiət  münasibətləri  rasional  formada  mütləq  həqiqət 
axtarışı  ilə  məşğul  olan  fəlsəfənin  tarixən  əsas  tədqiqat  obyektlə­
rindən  biri  olmuşdur.  Ekoloji  problemlərin  həllində  fəlsəfənin
2 1 1


rolunu  müxtəlif cür şərh  edən  tədqiqatçılar  insan - təbiət m ü nasi­
bətlərinin  araşdırılm asında  da  müxtəlif  baxışlar  irəli  sürmüşlər. 
Yaxın  keçmişdə  ekoloji  şəraitin  yaxşılaşdırılmasında  fəlsəfi  y a ­
naşm alara  ehtiyacın  olmaması  fikrini  irəli  sürən  tədqiqatçılar  d a  
az  deyildir.  İndiki informasiya əsrində insan  - təbiət münasibətlə­
rinin araşdırılm asında sosial -  fəlsəfi tədqiqatlann əhəmiyyəti  d a ­
ha da yüksəlmişdir.  Bu aşağıdakılarla şərtlənir:
-  İnsan -  təbiət  münasibətlərinin  araşdırılması konkret elmlər­
lə fəlsəfə arasında körpü rolu oynayır.
-  Sosial fəlsəfə də ekologiya kimi  subyekt  -  obyekt münasibət­
lərinin mürəkkəb strukturuna bütöv yanaşmanı öyrənir.
Elmi ədəbiyyatın təhlili və tarixi  təcrübə göstərir ki, insanla  tə ­
biət  arasındakı  qarşılıqlı  münasibətlər  elmi  -  texniki  tərəqqinin 
sürəti  ilə  bağlı  daima  mürəkkəbləşməkdədir.  Bu  baxımdan  insan 
təbiət  münasibətlərində  əsas  məsələ  optimal  variantın  seçilməsi­
dir.  Ekoloji  problem lərin  sosial-fəlsəfi  cəhətdən  araşdırılması  y o ­
lu  ilə  insan  -   təbiət  münasibətlərinin  optimaldınlmasının  təşviq 
edilməsinin əhəmiyyəti aşağıdakılarla şərtlənir:
1.  Fəlsəfi  tədqiqat  vasitələri  şüur  və  materiya  arasındakı  zid­
diyyəti  araşdırm aq  yolu  ilə ekoloji  çətinliklərin  yaranmasının d a ­
xili səbəblərini açıqlayır.
2.  İnsan  -   təbiət  münasibətlərinin  kəskinləşməsinin  səbəbləri, 
müasir  istehsalın  xarakteri  və  insanların  həyat  şəraiti  ilə şərtlənir 
ki,  bunlar da sosial - fəlsəfənin əsas tədqiqat obyektidir.
Hazırki  şəraitdə  indiki  və  gələcək  nəsillərin  hər  bir  üzvünün 
sağlam  ətraf  mühitdə  yaşamaq  hüquqlarının  mühafizəsi  insan  -  
təbiət  münasibətlərinin  optimallaşdırılmasını  tələb  edir.  İnsan 
təbiət  münasibətlərinin  optimallaşdınlması  isə  təbii  sərvətlərdən 
səmərəli  istifadə,  ətraf mühitin  mühafizəsi  və  bütövlükdə davamlı 
inkişafın  əsasıdır.  Elmi  -  texniki  tərəqqinin  hazırki  sürəti  göstərir 
ki,  insan  -   təbiət  münasibətlərinin  optimallaşdınlması  bu  müna­
sibətlərdə  hüquqi  və  mənəvi  amillərin  vəhdəti  olmadan  mümkün 
deyildir.
Bu  baxımdan  insan  -   təbiət  münasibətlərinin  optimallaş- 
dırılmasında  hüquqi  amillərin  rolunun  artırılması  üçün  aşağıdakı 
məsələlərə diqqət yetirilməsi məqsədəuyğundur:
1. 
Ölkəmizdə mövcud ekoloji qanunvericiliyin Avropanın eko­
loji qanunvericilik standartlanna uyğunlaşdınlması.
2 1 2
2.  Ə traf m ühitin  mühafizəsi  ilə bağlı olan  Beynəlxalq  K onven­
siyalarda  irəli  sürülən  əsas  prinsiplərin  respublikamızın  ekoloji 
qanunvericiliyində təsbit olunmasını həyata keçirmək.
3.  Bakı  -  Tbilisi  -  Ceyhan  və  Bakı  -  Tbilisi -  Ə rzurum   neft  -  
qaz layihələrini  həyata keçirərkən respublikanm ekoloji qanunve­
riciliyi və beynəlxalq  konvensiyalann  prinsiplərinə əməl  edilməsi­
ni təmin etmək.
4.  Ölkədə fəaliyyət  göstərən xarici firm a və şirkətlər tərəfindən 
respublikanm  ekoloji  qanunvericiliyinə  riayət  etməsinə  səla­
hiyyətli  respublika  təşkilatları  tərəfindən  ciddi  nəzarətin  həyata 
keçirilməsi.
5.  Ölkənin  neft  -  qaz  strategiyasının  həyata  keçirilməsi  prose­
sində  İTM -nin  optim allaşdınlm ası  üçün  hüquqi  amillərin  priori­
tet olduğunu daim  nəzarətdə saxlamaq.
İTM-nin  optim allaşdınlm asında  hüquqi  amillərlə  yanaşı  m ə­
nəvi  amillərin  də  roluna  ciddi  diqqət  yetirilməlidir.  Bunun  üçün 
aşağıdakı vəzifələrin həyata keçirilməsi məqsədə müvafiqdir:
1.  Gənclər  arasında  ətraf mühitə  mənəvi  münasibətin  aşılan­
ması və bu yolla gənclərin ekoloji  şüurunun  formalaşmasına  təsir 
etmək.
2.  İnsan  həyatında  əlverişli  ətraf mühitin  rolunu  geniş  təşviq 
etmək.
3. Ölkəmizin zəngin təbiətə və qiymətli bioloji müxtəlifliyə m a­
lik  olduğunu  insanların  şüuruna  çatdırm aq  və  ətraf  mühitin 
mühafizəsində onların fəallığını yüksəltmək.
4.  Ə traf mühitlə  bağlı  Davamlı  İnkişaf  Konsepsiyasının  əsas 
müddəalarını geniş təbliğ etmək.
5.  Uşaq və gənclərimizdə ekoloji etika  və ekoloji  mədəniyyətin 
formalaşmasına nail olmaq.
213


Hüseynov Sakit 
(Hüseynov Sakit Yəhya oğlu)
Rasim Sanyev
(Sarıyev Rasim M ir kamal oğlu)
EKOLOGİYANIN FƏLSƏFİ VƏ HÜQUQİ 
MƏSƏLƏLƏRİ
Çapa imzalanmışdır: 
29.06.2007
Kağız formatı:  60x84  1/16 
H/n həcmi: 14.5 
Sayı:  100
K itab “TƏKNUR” MMC-nin mətbəəsində 
çap edilmişdir.
Ünvan:  Bakı şəh., 
H.  Cəvid küç.,  31 

Yüklə 5,17 Mb.


Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə