Sakit hüseynov rasim sariyev



Yüklə 5,17 Mb.
Pdf görüntüsü
səhifə52/53
tarix31.08.2018
ölçüsü5,17 Mb.
#65529
1   ...   45   46   47   48   49   50   51   52   53

ləliməsinin qarşısını almaq, həm indiki, həm də gələcək nəsillər üçün 
ekoloji cəhətdən  təmiz  yaşayış  mühitinin  təmin  olunmasına  nail  ol­
maqdan ibarətdir.
Ekoloji  tərbiyüənin  mahiyyəti  -   ətraf  mühitin  dərk  edilməsi, 
adamlarda  təbiət  obyektlərinin qorunması,  təbii sərvətləridən  səmə­
rəli  istifadə etmək  işində  məsuliyyət  hissi  aşılamaqla  yanaşı,  hər  bir 
vətəndaşla  təbiət  arasındakı  münasibətlərin  əxlaqi  prinsiplrə əsasın­
da nizamlanmasına xidmət etməkdən ibarətdir.
İnsanla  təbiət  arasındakı  münasibətin  əsas  məsələsi  ekoloji etika 
baxımından cəmiyyətin  maddi və mənəvi tərəqqisi naminə təbii  sər­
vətlərdən səmərəli və optimal istifadə etməklə yanaşı, gələcək nəsillər 
üçün təbiətin zənginliyini qoruyub saxlamaq və artırmaqdan ibarət­
dir.
Son  illərdə  respublikamızda  ətraf  mühitin  mühafizəsində 
müəyyən  tədbirlər  görülsə  də,  ekoloji  tərbiyə  sahəsində  vəziyyət 
günün  tələblərinə cavab  vermir.  Ekoloji  tərbiyə və ekoloji  problem­
lərin tədrisi sahəsində çatışmazlıqlar hələ ki çoxdur.  İstər ətraf mühi­
tin  mühafizəsi,  istərsə  də  məişət  ekologiyasının  qorunmasında  əsas 
şərt  ekoloji  mədəniyyətin  formalaşdınlmasıdır.  Ekoloji  mədəniyyə­
tin  formalaşması  isə  ekoloji  tərbiyə,  ekoloji  etika  və  ekoloji  şüurla 
şərtlənir.  Ekoloji şüurun genişlənməsi ekoloji əxlaq və ekoloji mənə­
viyyatın inkişafına şərait yaradır.  Hər bir fərdin əxlaqi keyfiyyətləri­
nin formalaşmasının insanı əhatə edən canlı və cansız mühitə müna­
sibətindən başladığmı nəzə alsaq, onda ekoloji mədəniyyətin də əsa­
sının  ətraf  aləmin  dərk  olunması  ilə  formalaşdığı  bizə  aydm  olur. 
Deməli,  insanlar  hər  şeydən  əvvəl,  əvvəlcə  ətraf  mühit  amillərini 
dərk  etməli,  sonra  onu  sevməu  və  qorumağı  bacarmalıdırlar.  Res­
publikamızın  tibb  alimlərindən  professor  H.Rzayev  insanın  təbiətə 
münasibətindən  bəhs  edərək  yazmışdır:  «Təbiəti  qorumaq  -  həyatı 
qorumaqdır.  İnsan -  təbiətin hissəsidir.  İnsan öz bədənmə yara vur­
duqda öz həyatına qəsd edir, təbiətə zərər vuranlar həm özünə, həm 
də  başqalarının  həyatına  «qəsd»  edir.  Məncə  mədəniyyətin  ən  əsas 
göstəricilərindən biri təbiətə münasibətdir»1.
Buradan  göründüyü  kimi  adamlardan  ekoloji  mədəniyyətin  for­
malaşması  təbiətə  şüurlu  münasibətin  tərbiyə  edilməsi  ilə  şərtlənir. 
Y uxanda  deyilənləri  yekunlaşdıraraq  və  sosioloji  müşahidəldərə 
əsaslanaraq ətraf mühitin mühafizəsi və məişət ekologiyasının yaxşı-
1  «A zərbaycan» jurnalı, № 10,  1980-ci il, səh.21
2 0 2
laşdmlması  üçün  ekoloji  tərbiyənin  əsas  vəzifə  kimi  qarşıya  qoyul­
ması indiki şəraitdə vacib şərtlərdən biridir.
Tərbiyənin  başqa  sahələrində  olduğu  kimi  ekoloji  tərbiyənin  də 
əsas  obyekti  kiçik  yaşlı  uşaqlarla  bağlıdır.  Məlumdur  ki,  uşaqların 
ətraf mühitlə təması  kiçik yaşlarından başlayır.  Məhz,  buna görə də 
ekoloji tərbiyənin əsası  məhz buna görə də ekoloji tərbiyənin əsasmı 
ailə-məişətdə uşaqlann körpə yaşlanndan başlamaq lazımdır.  Çünki 
kiçik  yaşlanndan  uşaqlann tez-tez təbiət  qoynunda  olması,  bitki  və 
heyvanlar ailəmi ilə tanışlığı onlarda ətraf mühit amilləri ilə yaxınlıq 
və ünsiyyət  yaradır.  Məhz ətraf mühit  ilə sıx  ünsiyyət kiçik  yaşlı  və­
təndaşlarda  təbiətə  məhəbbət  hissi  aşılamasına  xidmət  edir.  Bu 
ünsiyyət  vasitəsi  ilə  uşaqlara  başa  salınmalıdır  ki,  torpaq,  hava,  su, 
meşə,  bitki  və  heyvanlar  ailəmi,  müxtəlif faydalı  qazıntılar  təbiətin 
sərvətləridir.  Onlar  bilməlidirlər  ki,  bütün  insanın  həyat  və yaşayışı 
təbii  sərvətlərdən  asılıdır.  Ona  görə  də  indiki  və  gələgcə  insanların 
həyatının təmin etmək üçün biz mütləq təbii sərvətləri qorumalıyıq.
Bundan  başqa uşaqlann ekoloji tərbiyyəsində valideynlərin özlə­
rinin  ətraf  mühitə  münasibəti  mühüm  rol  oynayır.  Yəni  uşaqlara 
«təbiəti  qorum aq  lazımdır»  deyən  valideyn  uşağın  gözü  qarşısında 
meşədə ağac  kəsirsə,  şəhərdə parkı,  bulvan,  küçəni zibilləyirsə,  istər 
ev,  istərsə  də  vəhşi  heyvanlarar  qarşı  amansız  şərəkət  edirsə  onun 
ekoloji  tərbiyyə  ilə  bağlı  səyləri  səmrəsiz olacaqdı.  Buna  görə də öz 
uşaqlanna təbiəti sevməyi təbliğ edən hər bir valideyn bunu gündəlik 
həyat  və  məişətindəki  fəaliyyəti  ilə  göstərməlidir.  Yəni  kiçik  yaşlı 
uşaqlar  təbiətə  məhəbbəti  böyüklərdən  əxz  etməlidirlər.  Deməli  ba­
lacaların  ekoloji  tərbiyyəsində  böyüklərin  ətraf  mühitə  münasibəti 
həlledici şərtlərdən biridir.
Ailə  və  məişətdə  uşaqlann  ekoloji  tərbiyyəsinin  yaxşılaşdırılma­
sında  əsas  məsələlərdən  biri  də  Azərbaycan  xalq  pedaqogikasına 
istinad  edilməsidir.  Azərbaycan  xalq  pedaqogikasında  ekoloji  tər­
biyyə məsələləri  əsasən  çörəyə və digər  növ ərzaq  məhsullarına  hör­
mət, suya qənaət, torpağın qədrini bilmək, zərər verməyən quşlan və 
heyvanlan  qorumaq,  meşəyə,  ağaclara  qayğı  ilə  yanaşmaq,  havam, 
suyu  torpağı  çirkləndirənlərə  qarşı  amansız  olmaq,  mənzili,  həyəti 
təmiz  və  səliqəli  saxlamaq  və  s.  bairdə  xalq  fikirlərinin  və  hikmətli 
sözlərin öyrəniliəsi və təbliğ edilməsindən ibarətdir.
Məsələn,  təbiətlə  bağlı  atlar sözlərində doğma  torpağın  nemətlə­
rindən,  vətənin  yerüstü,  yeraltı  sərvəlrəindən  bəhs  olunur.  Bu  cür 
xalq  hikmətərində  təbiətin  zəngin  və  maraqlı  xüsusiyyətləri  ətraf
2 0 3


mühit amillərinin insan psixologiyası ilə bağlı olan cəhətləri,  insanın 
fəaliyyəti  əməyəin,  təbiətə təsiri, təbiətin mühafizəsi və təbii  mühitin 
insan sağlamlığındakı rolu geniş əhatə olunur.
Ümumiyyətdlə,  təbiətlə  əlaqədar  yaradılan  şifahi  xalq  yaradıcı­
lığının  iki  mühüm  əhəmiyəti  vardır  ki,  bunlardan  birincisi,  təbiəti 
öyoorənmək,  onu  sevmək  və  mühafizə  etmək,  ikincisi  isə,  təbiət- 
insan  münasibətldərində  insan  mənəviyyatının  xüsusiyyətlərinin 
müəyyənləşdirlməsindən  ibarətdir.  Təbiətlə  bağlı  olan  atalar  sözləri 
təbiətin  rəngarəngliyi,  sirləri  və insanın  psixoloji  xüsusiyyətləri  haq­
qında dərin elmi ümumiləşdirmələrdən ibarətdir.
Məhz, buna görə hər bir valideyn babalarımızın yaratdığı təbiətlə 
bağlı olan  hikmətlərdə hifz edilmiş qiymətli  nəsihətləri uşaqlara  aşı­
lamalı,  onlara  doğma  vətənimizin  təibətinin  öyrənilməsi,  zənginləş­
dirilməsi,  mühafizə  edilməsi  və  səmərəli  istifadə  edilməsi  işinə  cəlb 
etməlidirlər.
Eyni zamanda  uşaq  və yeniyetmələrin ekoloji  tərbiyəsində  təbiə­
tin müqəddəslityi, təbii sərvətlərdən səmərəli istifadə edilməsi, təbitə- 
tin  mühafizəsi və s.  ilə əlaqədar Qurani-Kərimin müqəddəs kəlamla­
rından da istifadə etmək məqsədəuyğundur.
Bundan  başqa  yaşayış  mənzilinin  təmiz  və  səliqəli  saxlanılması­
na,  məişətdə  içməli  suya,  ellektrik  enerjisi  və  qaza  qənaət  edilməsi 
vərdişi  kiçik  yaşlanndan  uşaqlara  aşılanmalı  və  ekoloji  tərbiyənin 
girişini əhatə etməlidir.
Məlumdur  ki,  uşaq  və  gənclərin  ekoloji  tərbiyəsində  məktəb 
mühüm əhəmiyyət kəsb edir,  çünki, ətraf mühit haqqında elmi bilik­
lərin  əldə edilməsi  məktəblərdə təbiət fənnlərinin  (kimya,  biologiya, 
fizika,  insan  və  s.)  tədrisi  ilə  əlaqədardır.  Hər  şeydən  əvvəl,  təbiət 
fənnlərinin  tədrisində  proqram  materiallan  ilə  yanaşı  (əgər  pro­
qram da  yoxdursa)  təbiətin  mahiyyəti,  insan-təbiət  münasbətləri, 
təbii  sərvətlərdən  səmərəli  istifadə  etmək,  ətraf mühitin  mühafizəsi, 
məişət  ekologiyasının  qorunması,  elmi-texniki  tərəqqi  ilə  əlaqədar 
insanların təbiətə etdiyi mənfi təsir və onun aradan qaldırılması mə­
sələlərinə geniş yer verilməlidir.  Göstərmək  lazımdır ki, təlim və tər­
biyə  prosesləri  bir-birilə  üzvi  surətdə  əlaqədar  olduğuna  görə,  təlim 
prosesi  ilə təşkil  olunmalıdır ki,  bu şərait  şagirdlərdə ekoloji  tərbiyə 
hissi aşılamaq üçün səmərəli nəticə versin.
Hələ  ibtidai  siniflərdə  təbiətşünaslıq  və s.  fənnlərin  tədrisi  prose­
sində uşaqlarda bitki və heyvan, insan və ətraf mühit haqqmda canlı 
aləmin  mövcud  olması  və  inkişafında  su,  torpaq  və  havanın  əvəze-
2 0 4
dilməz  rolunu  onlara  əyani surətdə izah edirlər.  İnsan  fəaliyyəti nə­
ticəsində ətraf mühitdə hava su və torpağın çirklənməsinin mahiyyə­
ti uşaqlara  izah edilərkən göstərilməlidir ki, hər bir regionda baş ve­
rən çirklənmə hava və su vasitəsilə qlobal sistemə daxil olaraq başqa 
rengionlar üçün də təhlükə törədir.  Deməli, ekoloji təhlükənin qlobal 
miqyası  bununla  əlaqədardır.  Yəni  su  və  atmosfer  havasımn  çirk­
lənməsi  bir  regionla qapanıb qalmır, yer  kürəsinin  başqa tərəflərinə 
də yayılır və digər ərazilərdə yaşayan xalqlar üçün də təhlükə törədir.
O rta  məktəbdə  təbiət  elmlərinin  tədrisində  ekologiya  ilə  bağlı 
olan  elmi  biliklərin  həyatla  əlaqələndirilməsi  ekoloji  tərbiyədə 
mühüm  əhəmiyyət  kəsb  edir.  Bu  fənnlərin  tədrisində  ətraf mühitin 
mühafizəsi üzrə bilik və bacanqlann aşılanması işi şagirdlərin həmin 
sahədə  nəzəri  və  praktiki  hazırlığını  təmin  etməlidir.  Buna  görə  də 
bu  fənllərin  müəllimləri  çalışmalıdırlar  ki,  şagirdlər  konkret  olaraq 
təbiəti bütöv bir vahid kimi dərk etsinlər, insanla ətraf mühit, təbiətlə 
cəmiyyət  arasında  dialektik  əlaqə  olduğuna  inansınlar.  Şagirdlərə 
izah  olunmalıdır  ki,  insanların  həyat  səviyyəsini  yüksəltmək,  məişət 
şəraitini yaxşılaşdırma, sağlamlığını qorumaq üçün təbii sərvətlərdən 
şüurlu və səmərəli istifadə etmək lazımdır.
Məsələn,  VI  sinifdə  fizikada  «Fizika  və  texnika»  mövzusunun 
tədrisi zamanı qeyd olunmaladır ki, Azərbaycanda neft təbiətin  bizə 
bəxş etdiyi sərvət olmaqla yanaşı,  neft hasilatı zamanı neft çıxanlan 
sahələrdə  torpaq  və  bitkilər,  ətrafdakı  su  hövzalan,  xüsusilə  Xəzər 
dənizi  neftlə  çirkləndirilir  ki,  bu  da  respublikamızın  ekologiyasına 
çox ziyan  vurur.  Bu zaman şagirdlərə izaz olunmaladır ki,  neft hasi­
latında  onun  emalı  və  daşınmasında  ətraf  mühitin  mühafizəsi  bu 
sahədə  işləyənlərin  ekologiyaya  dair  birlik  səviyyəsindən  və onlann 
ekoloji mədəniyyətindən çox asılıdr.
«Diffuziya» mövzusunun tədrisində şagirdlərə sənaye müəssisələ­
rinin atmosfer havasını müxtəlif qazlarla çirkləndirdiyi izah olunma­
lı,  eyni  zamanda  atmosferin  çirklənməsinin  qarşısını  almaq  üçün 
fabrik  və zavodlarda zərərli qazlan  tutub saxlayan xüsusi  toztutucu 
qurğuların  qoyulmasının  zəruriliyi  də  şərh  edilməlidir.  Atmosfer 
havasım  çirkləndirən  iri sənaye müəssislərində toztutucu  qurğuların 
qoyulmasının  ətraf  mühitin  mühafizəsi  işində  mühüm  əhəmiyyəti 
uşaqlara başa salınmaladır.
IX  sinifdə  «İnsan  və onun  sağlamlığı»  mövzusu  öyrədilərkən  in­
san sağlamlığının ətraf mühit amillərindən asılığı, ətraf mühitin çirk­
lənməsinin  insan  sağlamlığına  və  məişətə  mənfi  təsiri  faktiki  misal­
2 0 5


Yüklə 5,17 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə