Sakit hüseynov rasim sariyev



Yüklə 5,17 Mb.
Pdf görüntüsü
səhifə50/53
tarix31.08.2018
ölçüsü5,17 Mb.
#65529
1   ...   45   46   47   48   49   50   51   52   53

bu  dəyişikliklər  sosial  -   ekoloji  fəsadlarla  nəticələnir.  Bu  baxım­
dan  İTM -nin  optimallaşdırılmasını zəruri  edən şərtlərdən  biri də, 
insanların  təsərrüfat  fəaliyyətlərinin  sosial  -   ekoloji  təhlükələrlə 
nəticələnməsidir.
İnsan  -   təbiət  münasibətlərinin  optimallaşdınlmasında  hüquqi 
amillərin  rolunu  dərk  etmək  üçün  hər  şeydən  əvvəl  insanların  ətraf 
mühit haqqmda informasiyası olmalıdır.  Ə traf mühitə dair informa­
siya  almağın  hüquqi  münasibətləri  «Ətraf mühitə  dair  informasiya 
almaq  haqqmda»  Azərbaycan  Respublikasının  Qanununda  (12 
mart  2002-ci  il) öz ifadəsini  tapmışdır.  Bu  Qanuna  görə ətraf mühit 
haqqmda  informasiya  almaq  -   ətraf  mühitin  vəziyyəti,  insan 
sağlamlığına  təsir  edən  və  ya  edə  biləcək  fəaliyyət  nəticəsində  ətraf 
mühitdə baş  verən  və  baş  verə biləcək dəyişikliklər,  onların  qiymət­
ləndirilməsi,  ətraf mühitin  mühafizəsi  və  səmərəli istifadəsinə yönəl­
miş tədbirlər barədə məlumatlardır.
Ə traf mühitə  dair  informasiya  almaq  sahəsində  beynəlxalq  və 
dövlətlərarası  əməkdaşlıq  respublikamızın  qoşulduğu  beynəlxalq 
Konvensiya  (Orhus  Konvensiyası  09.11.1999)  və  müqavilələrə 
uyğun olaraq həyata keçirilir.
M əlumdur  ki,  insan  öz  tələbatına  uyğun  olaraq  ətraf  mühiti 
məqsədyönlü  dəyişmək  imkanına  malikdir.  İnsan  bu  xüsu­
siyyətlərinə görə başqa canlılardan fərqlənir.  Əgər heyvanlar təbii 
yaşayış  mühitinə uyğunlaşmaq  imkanına  malikdirsə,  insanlar hər 
hansı  bir  tarixi  dövrdə  öz  texniki  imkanları  çərçivəsində  ətraf 
mühitə  məqsədyönlü  təsir  göstərmək  və  onu  öz  tələbatlarına 
uyğunlaşdırmaq im kanına malikdirlər.
Uzun  illər  boyu  təbii  ehtiyatlan  istehlak  edən  insan  təbiətin 
imkanlarının  məhdud  olduğunu  dərk  etməmişdir.  XX  əsrin  II 
yarısından  başlayaraq  sənayenin  güclü  inkişafı  insanın  təbiətə 
təsirini  gücləndirmiş  və  ekoloji  böhrana  gətirib  çıxarmışdır.  Yer 
planetinin  tarixi  müddəti  baxımından  bəşəriyyətin  tarixi  ilə 
müqayisə  edilməzdir.  Buradan  belə  bir  nəticə  çıxır  ki,  insan  öz 
ağlı  və  idrakm a  görə  təbiətə  münasibətlərində  yaranmış  gərgin­
likdən  və ekoloji  böhrandan  çıxış  yolunu  özü  tapmalıdır.  Ekoloji 
təhlükələrin geniş miqyas aldığı indiki şəraitdə bütün dünya əhali­
si  ekoloji  problemlərin  həllinə  ağıl  və  idrakla  yanaşmalıdır.  İcti­
mai  varlığın  bütün  sahələrində  insan  -   təbiət  münasibətlərinin 
ahəngdarlığına  yönəlmiş  ümumekoloji  yanaşma  əsas  yer tutmaq­
194
la  yanaşı,  İTM-nin  optimallaşdınlmasında  mənəvi  və  hüquqi 
amillərin vəhdəti həlledici rol oynamalıdır.
Respublikamızın  ətraf mühitin  mühafizəsi  ilə  bağlı  olan  təşki­
latlan ,  o  cümlədən,  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  son 
illərdə  İTM -nin  optimallaşdınlmasında  hüquqi  və mənəvi  amillə­
rin  vəhdətinə  diqqəti  artırmışlar.  Buna  misal  olaraq,  respublika 
ərazisində  təbii  şəraitdə  yaşayan,  nəsli  kəsilmək  təhlükəsi  olan 
heyvan  və  quşların  qorunmasına  dair  bəzi  tədbirlərin  həyata  ke­
çirilməsini  göstərmək  olar.  Bu  tədbirlərdən  biri  respublika  ərazi­
sində yaşayan  nadir  heyvan  növlərindən -  məməlilərin  14,  quşla­
rın 36,  balıqlann  5,  həşəratlann 40-a yaxın növü «Qırmızı kitaba» 
daxil edilmişdir.
Ekologiya  və Təbii  Sərvətlər  Nazirliyinin  təşəbbüsü  ilə  respubli­
kamızda  bioloji  müxtəlifliyi qoruyub -  saxlamaq  məqsədilə 2003-cü 
ildə  müvafiq  nazirliklərin,  komitə  və  elmi  -   tədqiqat  institutlarının 
alim  və  mütəxəssislərindən  ibarət  komissiya  yaradılmışdır.  Bu  ko­
missiyaya daxil  olan  işçi qruplarının tövsiyyəsi ilə nazirlik,  respubli­
kamızın  prioritet ekosistemlərini  əhatə edən  dövlət  təbiət  qoruqları­
nın  ərazisinin  genişləndirilməsi,  yem  xüsusi  mühafizə  olunan  təbiət 
ərazilərinin  yaradılması  istiqamətində  müvafiq  tədbirlər  həyata  ke­
çirməkdədir.  Görülmüş  işlər  nəticəsində  artıq  Nazirlər  Kabinetinin 
03 yanvar 2003-cü il tarixli və 11  yanvar 2003-cü il tarixli qərarlan ilə 
Türyançay və Pirqulu Dövlət təbiət qoruqlarının əraziləri genişləndi­
rilmişdir.  Bundan  başqa 2003-cü ildən ətraf mühitin qorunması üzrə 
Almaniyanm  M.Zikkov  Fondu  ilə  birgə  Ağgöl  dövlət  təbiət  qo­
ruğunun  ərazisi  genişləndirilmişdir.  Ağgöl  ekosisteminin  qorunub 
saxlanması  və  qoruğun  maddi  -   texniki  bazasının  gücləndirilməsi 
üçün  kompleks  layihənin  həyata  keçirilməsi  işlərinə  başlanılmışdır. 
Qızılağac  və Ağgöl  dövlət  təbiət  qoruqlan  UNESKO-nun  «Əsasən 
su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli olan sulu -  
bataqlıq  yerlər  haqqmda»  Ramsar  Konvensiyasının  beynəlxalq 
əhəmiyyətli sulu- bataqlıq yerlər siyahısına daxil edilmişdir.1
1  «R espublika» qəzeti, 2 mart 2003-cü il.
195


4.3.  Bakı -  Tbilisi - Ceyhan neft kəmərinin 
ekoloji təhlükəsizliyinin təmin edilməsi
Ölkəmizin  neft  strategiyasının  əsas  istiqam ətlərindən  biri 
A zərbaycan  neftinin  dünya  bazarına  o,  cümlədən  Qərb  ölkələ­
rinə  nəql  edilməsi  məsələsidir.  Son  illərdə  Azərbaycan  Respu- 
likasının  neft  strategiyası  uğurla  inkişaf  etdirilərək,  ölkəmizin 
dünya  birliyinə  inteqrasiyasını  sürətləndirmiş  və  müstəqilliyi­
mizin  möhkəmlənməsinə xidmət  etmişdir.  Ümummilli  liderimiz 
H.Əlievin  gərgin  əməyi  nəticəsində  1994-ci  il  20  sentyabrda 
bağlanmış  «Əsrin  müqaviləsi»  və  sonrakı  müqavilələr  mühüm 
siyasi  və  iqtisadi  əhəmiyyətə  malik  olmuş,  eyni  zam anda  xal­
qımızın  öz  təbii  sərvətlərinin  əsl  sahibi  olduğunu  nümayiş  et­
dirm işdir.
H azırda Azəraycan  nefti  Sanqaçal  terminalı vasitəsilə iki  m ar­
şrutla  Bakı-Novorossiysk  və  Bakı-Supsa  boru  kəmərləri  ilə  Qara 
dəniz  sahilində  yerləşən  Supsa  terminalına  və  Novorossiysk  li­
m anına  ixrac  edilir.  Qeyd  edək  ki,  Xəzəryanı  regionda  neft  hasi­
latının  artması  ilə  əlaqədar  neftin  dünya  bazarlarına  nəqlinin  tə­
min edilməsi məqsədilə yeni Bakı-Tbilisi-Ceyhan Əsas İxrac  Boru 
Kəməri  Layihəsinin  reallaşmasını  zəruri  etmişdir.  Bu  məqsədlə 
Xəzərdən  çıxarılan  neftin  Azərbaycan  Respublikası,  Gürcüstan 
və  Türkiyə  Cümhuriyyətinin  əraziləri  ilə  Bakı-Tbilisi-Ceyhan 
Əsas  İxrac  Boru  Kəməri  vasitəsilə  nəql  edilməsinə  dair  hər  üç 
respublika arasında Saziş imzalanmışdır.
Buraxılış  imkanı  ildə  50  milyon  ton  neft  olan  Bakı-Tbilisi- 
Ceyhan  Boru  Kəməri  Layihəsinin  gerçəkləşməsi  üçün  gərgin  işlər 
aparılmış  və  bu  sahədə  aparılan  danışıqlar  prosesi  uğurla  nəticə­
lənmişdir.  Danışıqlar  prosesi  Azərbaycan  Respublikası,  Gürcü­
stan və Türkiyə Cümhuriyyətinin prezidentləri tərəfindən  1999-cu 
il  noyabrın  18-də  İstanbul  şəhərində  imzalanmış  «İstanbul 
Bəyyannaməsi»  adlı  üçtərəfli  hüquqi  sənədlə  nəticələnmişdir. 
Azərbaycan,  Gücustan və Türkiyə əraziləri  ilə  Bakı-Tbilisi -  Cey­
han  boru  kəməri  vasitəsilə  neftin  nəql  edilməsinə  dair üç  respub­
lika  arasında  imzalanmış  hüquqi  sənədlərin  təsdiq  edilməsi  barə­
də Azərbaycan  Respublikasının  Qanunu  26 may 2000-ci  il  tarixli 
prezident fərmanı ilə qüvvəyə minmişdir.
196
Layihəyə  görə,  Bakı-Tbilisi-Ceyhan  Əsas  İxrac  Boru  Kəməri­
nin  uzunluğunun  təxminən,  2500  km.  olacağı  nəzərdə  tutulur. 
B uradan  məlum  olur  ki,  Bakı-Tbilisi-Ceyhan  neft  boru  kəməri 
istismara  verildikən sonra Azərbaycan neftinin nəqli üçün  kəmər­
lərin ümumi uzunluğu (Bakı-Novorossiysk,  Bakı-Supsa  ilə birlik­
də)  təxminən 4-5  min  km.  olacaqdır.  Bu  baxımdan yaxın gələcək­
də  neft  kəmərlərinin  keçdiyi  ölkələr  üçün  neftin  nəqli  prosesləri­
nin  ekoloji  problemlərinin  həlli  və  kəmərlərin  ekoloji  təhlükəsiz­
liyinə nəzarət məsələsi mühüm əhəmiyyət kəsb edəcəkdir.  Bundan 
başqa  kəmərin  keçdiyi  ölkələrdə  dayanıqlı  inkişafı  təmin  etmək 
üçün  əhalinin  sosial-iqtisadi  vəziyyətini  yaxşılaşdırmaqla  yanaşı, 
təbii ehtiyatların  qorunması  və onlardan  səmərəli  istifadə edilmə­
si də vacib məsələlərdən biridir.
Azərbaycan  ərazilərində  neft  kəmərlərinin  ekoloji  təhlükəsiz­
liyinin  qorunmasının  hüquqi  istiqamətləri  Azərbaycan  respubli­
kasının  qanunvericilik  aktları  vasitəsilə  həyata  keçirilir.  Azə- 
baycan  respublikasında  ekoloji  təhlükəsizlik  və  ətraf  mühütin 
mühafizəsi haqqında qəbul edilmiş ən mühüm qanunlarından  biri 
8  iyun  1999-cu  ildə  xalqımızın  ümummilli  lideri  H.Əliyev  tərəfin­
dən  imzalanmış «Ə traf mühitin mühafizəsi  haqqında»  Qanundur. 
Qanunun  əsas  məqsədi  - ətraf mühütin  ekoloji  tarazlığının  müha­
fizəsi  sahəsində  ekoloji  təhlükəsizliyin  təmin  edilməsindən,  təbii 
ekoloji  sistemlərə  təsərrüfat  və  başqa  fəaliyyətin  zərərli  təsirinin 
qarşısının  alınmasından,  bioloji  müxtəlifliyin  qorunub  saxlanıl­
masından  ibarətdir. Bu Qanunun əsas vəzifəsi  - ətraf mühitin  key­
fiyyətinin yaxşılaşdırılması, təbii ehtiyatların səmərəli  istifadəsi və 
bərpası,  ətraf  mühitin  mühafizəsi  sahəsində  qanunçuluğun  və 
hüquq  qaydalarının  möhkəmləndirilməsi  məqsədilə  cəmiyyətlə 
təbiətin qarşılıqlı əlaqəsini tənzimləməkdən ibarətdir.
Ə traf  mühitin  mühafizəsi  ilə  əlaqədar,  digər  mühüm  qanun 
«Ekoloji  təhlükəsizlik  haqqında»  Azərbaycan  Respublikasının 
Q anunudur.  8  iyun  1999-cu  il  tarixdən  qüvvəyə  minən  bu  Q anu­
nun  əsas  məqsədi  -   insanın  həyat  və  sağlamlığını,  ətraf  mühiti, 
cəmiyyəti,  onun  maddi  və  mənəvi  dəyərlərini,  eyni  zam anda  at­
mosfer  havasını,  kosmik  məkanı,  su  obyektlərini,  yerin  təkini, 
torpaq,  təbii  landşaflan,  bitki  və  heyvanat  aləmini,  təbii  və  an­
tropogen  amillərin  təsiri  nəticəsində  yaranan  təhlükələrdən  qo­
rum aq  üçün  hüquqi  əsasların  yaradılmasıdır.  Bu  Q anun  hüquqi 
və  fiziki  şəxslərin  müvafiq  icra  hakimiyyəti  və  yerli  özünüidarə
197


Yüklə 5,17 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə