Sakit hüseynov rasim sariyev



Yüklə 5,17 Mb.
Pdf görüntüsü
səhifə49/53
tarix31.08.2018
ölçüsü5,17 Mb.
#65529
1   ...   45   46   47   48   49   50   51   52   53

mədəni  irsin  elementlərini  özündə  birləşdirir.  Xalq  mədəniyyəti 
ənənələri  bütün  tarixi  dövrlərdə  öz  əhəmiyyətini  itirməyən 
ümumbəşəri dəyərlərə həyati güc verir.
Təbiətə  yeni  münasibətin  formalaşması,  ancaq  yeni  ekoloji 
mədəniyyətin  formalaşdırılması  nəticəsində  mümkün  ola  bilər. 
Yeni  ekoloji  mədəniyyətin  formalaşdırılması  insanların  dünyag­
örüşünün  köklü  şəkildə  yenidən  qurulmasını  tələb  edir.  Ekoloji 
mədəniyyət  ümumi  mədəniyyətin  tərkib  hissəsi  olub,  insan  tə­
fəkkürü  və  fəaliyyətinin  təbiətlə  qarşılıqlı  münasibətlərini  əhatə 
edir.  İnsan  mədəni  vərdişlərə  təkcə,  təbiəti  dəyişdirdiyinə  və  öz 
yaşayışı  üçün  «süni  təbiət»  yaratdığına  görə  yiyələnməmişdir.  Si­
vilizasiyanın  bütün  tarixi  boyu  insan  həmişə  təbiətlə  qarşılıqlı 
münasibət  prosesində  formalaşmış  və  getdikcə  öz  yaşayışı  üçün 
təbiətin  həyati  əhəmiyyətini  dərk  etmişdir.  Bütün  bunlar  insanla­
rın mənəvi inkişafında stimul olmuşdur.
K ulturoloji  baxımdan  ekoloji  mədəniyyət  bütövlükdə  ümumi 
mədəniyyətin  komponentlərindən  biri  olub,  insan  -   təbiət  müna­
sibətlərini  həyata  keçirən  vasitələrin  və  təbiətin  mənəvi  praktiki 
mənimsənilməsi  vasitələrinin  dəyərləndirilməsini  özündə  birləşdi­
rir.
Rus  alimi  B.T.  Lixaçovun  fikrinə  görə,  ekoloji  mədəniyyətin 
mahiyyətini  şüurun  ekoloji  cəhətdən  inkişafı,  emosional  -   psixi 
vəziyyət,  elmi cəhətdən əsaslandırılmış utilitar -  praktiki  fəaliyyə­
tin  üzvü  vəhdəti  kimi  şərh  etmək  olar.1  Ekoloji  mədəniyyət  şəx­
siyyətin  ayrı  -   ayrı  keyfiyyətləri  və  bütövlükdə  onun  əsas  ma­
hiyyəti  ilə  əlaqədardır.  Ekoloji  mədəniyyətin  sosial  -   fəlsəfi  ma­
hiyyətini  dərindən  anlam aq  üçün  mədəniyyətin  ayrı  -ayrı  istiqa­
mətlərinə  diqqət  yetirsək  görərik  ki,  mədəniyyətin  bütün  istiqa­
mətləri  İTM   ilə  bu  və ya  başqa  dərəcədə  əlaqədardır.  Sosial eko­
logiya  üzrə  mütəxəssis-alimlər  də  bu  fikrin  tərəfdarıdırlar.  Onla­
rın fikrinə görə:  fəlsəfi mədəniyyət -  təbiət və cəmiyyətin  məhsulu 
kimi  insanın  biososial  mahiyyətini  anlamağa  imkan  verir;  siyasi 
mədəniyyət  -   təbiətin  vəziyyəti  və  insanların  təsərrüfat  fəaliyyəti 
arasındakı  ekoloji  tarazlığı  dövlət  səviyyəsində  təmin  etməyə  im­
kan  yaradır;  estetik  mədəniyyət -  təbiətdə harmoniya  və gözəlliy­
in  emosional  qavranılması  üçün  şərait  yaradır;  fiziki  mədəniyyət
1  Ситаров B.A., Пустовойтов B.B., Социальная экология. Учеб, пособие, М. 
Изд-й центр «Академия»,  2000.  с.  166..
1 9 0
insanın təbii -  fiziki  qüvvələrinin  səmərəli  inkişafım  istiqamətlən­
dirir;  mənəvi  mədəniyyət  -   şəxsiyyətin  təbiətə  münasibətini  ruh­
landırır.  Bütün bu  mədəniyyət növlərinin  qarşılıqlı fəaliyyəti  eko­
loji  -mədəniyyəti  yaradır.  Bu  baxımdan  ekoloji  mədəniyyət  an ­
layışı  təbiət  -  cəmiyyət sisteminin  inkişafına  və qorunmasına  im­
kan  yaradır.  Mütəxəssislər  ekoloji  mədəniyyəti  insanın  ekoloji 
şüur,  ekoloji münasibətlər və ekoloji  fəaliyyətin qarşılıqlı  əlaqələr 
sistemini  özündə  birləşdirən  həyat  fəaliyyətinin  mənəvi  sahəsi  ki­
mi  müəyyənləşdirirlər.  Konkret  insan  üçün  və  bütövlükdə  ictimai 
şüur səviyyəsində ekoloji  mədəniyyəti  dəstəkləyən  və inkişaf etdi­
rən  ekoloji  institutlar  bu  əlaqələr  sistemində  xüsusi  element  kimi 
çıxış edir.
Ekoloji  mədəniyyətin  sosial -   fəlsəfi  təhlili  göstərir  ki,  hazırda 
dərinləşməkdə  olan  ekoloji  böhran  şəraitində  insanların  həyatı 
onların  özlərindən  asılıdır.  Belə  ki,  insanlar  təbiətə qarşı  münasi­
bətdə  öz  təfəkkür  tərzlərini  dəyişə  bilsələr  genişlənməkdə  olan 
ekoloji  təhlükələri  aradan  qaldıra  bilərlər.  Müasir  insanlar  tari­
xən  onların  təfəkküründə  formalaşmış  ictimai  planda  antropo- 
sentrizmi,  şəxsi  planda  isə  ekosentrizmi  aradan  qaldırmaqla  ya­
xınlaşmaqda  olan  ekoloji  fəlakətlərdən  uzaqlaşa  bilərlər.  Bunun 
üçün  həm  də,  yeni  tip  ekoloji  mədəniyyətin  formalaşması 
labüddür.  Yeni  tip  ekoloji  mədəniyyətin  formalaşması  hər  şeydən 
əwəl,  insan  -   təbiət  münasibətlərinin  optimaUaşdınlmasını  tələb 
edir.  İnsan  -   təbiət  münasibətlərinin  optimallaşdırılması  üçün 
ekoloji  şüurda  sosial -  fəlsəfi aspektdə aşağıdakı  dəyişikliklər  baş 
verməlidir:
1.  Təbii  ehtiyatların  mühafizəsi  və  təkrar  istehsalı  qanunları 
insanların  şüuruna  daxil  olmalı  və  onların  gündəlik  həyat  fəa­
liyyətinin imperativinə çevrilməlidir.
2.  Tarixi  təcrübə və reallıq göstərir ki,  maddi  istehsal  və ekolo­
ji  mədəniyyət  bir  -   birilə  ziddiyət  təşkil  edir.  Buna  görə  də,  həm 
şüurda,  həm  də  praktiki  həyatda  maddi  istehsalla  ekoloji  mədə­
niyyət arasındakı ziddiyyət aradan qaldırılmalıdır.
3.  Yeni  texnologiyaların  tətbiqi  zamanı  ekoloji  risklər  nəzərə 
alınmalıdır.
Ekoloji  biliklər  və  ekoloji  davranışın  strukturunda  təbiətə 
münasibətin  mənəvi  tərəfləri  mühüm  yer  tutur.  Biosfer  haqqında 
təlimin  banisi,  akademik  V.İ.Vernadski  insanın  davranış  etika­
sından  bəhs  edərək yazmışdır:  «Ən  başlıca  məsələ etika  məsələsi­
191


dir,  daha  doğrusu  hər  hansı  bir  həyat  şəraitində  insanın  özünü 
necə aparm ası məsələsidir»1
D ahi  Yernadskinin  insan  -   təbiət  münasibətləri-haqqındakı 
yuxanda dediyi  sözlərə  onu  əlavə etmək  olar ki,  insan  təbiətə zə­
rər vurmam ışdan əvvəl bu fikir əvvəlcə insanın şüurunda mövcud 
olur,  sonra  bu  fikir  əməli  cəhətdən  həyata  keçirilir.  İnsanın  ətraf 
mühitə  münasibətini  ekoloji  etika  stimullaşdırır.  Ekoloji  etika 
insan  -   təbiət  münasibətlərinin  mənəvi  aspektlərini  əhatə  edir. 
Ekoloji  etikanın  strukturunda  əxlaqi  seçim  və  ekoloji  məsuliyyət 
əhəmiyyətli  yer  tutur.  İnsan  -   təbiət  münasibətlərində  əxlaqi  se­
çim  ekoloji  məsuliyyəti  artırır.  İnsan  -   təbiət  münasibətlərinin 
mənəvi  tərəflərində  əxlaqi  seçim  daxili  motivasiya  rolu  oynayır. 
Daxili motivasiya da öz növbəsində insanın təbiətə münasibətində 
ekoloji  məsuliyyətin  formalaşmasına  təkan  verir.  Təbiətə  qarşı 
ekoloji  məsuliyyətin  formalaşmasında  şəxsi  məsuliyyətdən  başqa 
sosial -  ekoloji  məsuliyyət  də  mühüm  rol  oynayır.  Çünki,  sosial -  
ekoloji  məsuliyyətin  səviyyəsi  bütövlükdə  tarixi  inkişaf üçün  həl­
ledici əhəmiyyət kəsb edir.
N aturalist  əxlaq  nəzəriyyələrində  əxlaqın  mənbəyinə  təbii  qa­
nunlar kimi baxılır.  Bu  təlimlərin  prinsiplərində göstərilir ki,  «əx­
laqi  hərəkət,  əxlaqi  davranış  təbiətlə  razılıqda  olan,  yəni  təbii 
olanlardır».  Digər əxlaqi nəzəriyyələrdə  göstərilir ki,  bütün əxlaqi 
norm alar sağlam  fikirləri  əhatə edir ki,  bu  da  insan  davranışları­
nın əsasını təşkil edir.
Bir  çox  etik  nəzəriyyələr  əxlaqın  dini  mənşəyi  haqqında  olan 
fikirləri  təbliğ  edirlər.  Qadağalar  formasında  ifadə  olunan  təbiət 
haqqm da  qayğı,  təbii  hadisələrin  canlandırılmasına  əsaslanan 
(buddizm,  xristianlıq  və islamdan  əvvəlki)  ibtidai  dinlərdə təbiətə 
bu  cür  münasibət  Yer  kürəsinin  bəzi  bölgələrində  indi  də qalma­
qdadır.  tnsan -  təbiət münasibətlərindəki dini doqmatizm intibah 
dövründə  zəifləmişdir.  Lakin,  intibah  dövrü  də  insanı  təbiətə  sa­
hiblik etmək düşüncəsindən xilas etməmişdir.
Ekoloji  etika  ilə  əlaqədar  olan  təlimlər  içərisində  Nobel  mü­
kafatı laureatı Albert  Şveytserin həyat  (təbiət)  qarşısında pərəstiş 
etikası  təlimi1  hazırki  şəraitdə  insan  -   təbiət  münasibətlərində
1  Вернадский В.И.  Философские мысли натуралиста -  M.,  1988 -  с.386
1  Швейцер А.  Этика благоговение перед жизнью.  М., Прогресс,  1992, с.21б- 
229.
192
xüsusi  aktuallıq  kəsb  edir.  Həyat  (təbiət)  qarşısında  pərəstiş  eti­
kasının  əsasını  insanın  başqa  canlıya  vurduğu  ziyan  haqqında 
düşünmək və  onu dərk  etmək təşkil  edir.  Yəni  insan  təbiətə ziyan 
vurarkən  b u   ziyanın  miqyasını,  onun  sosial  nəticəsini  qabaqca­
dan  düşünməli,  ölçüb  -   biçməli  və  öz  əməlinə  daxilən  mənəvi 
qiymət  verməlidir.  Bu  prosesdə  insanın  daxilində  təbiətə  qarşı 
münasibətdə  iki  fəaliyyət  istiqaməti  formalaşır.  İnsanın  qarşısın­
da  mənəvi  qüvvə  və  təbiətə  təsir  zərurəti  arasında  seçim  etmək 
məcburiyyəti yaranır.
Qeyd  edək  ki,  mənəviyyat  bütün  sosial  proqram larda  insanın 
ən  zəif  yeri  olduğuna  görə,  insan  -   təbiət  münasibətlərinin  tən­
zimlənməsində  də  mənəvi  amillərin  bütün  ekoloji  problemlərin 
həllində  aparıcı  rol  oynaması  mümkün  deyildir.  Bu  baxımdan 
insan  -   təbiət  münasibətlərinin  optimallaşdırılmasında  da,  təkcə 
mənəvi  amillərin  rolu  kifayət  deyil.  Bu  səbəbdən  xüsusən,  bazar 
iqtisadiyyatı  şəraitində  insan  -   təbiət  münasibətlərinin  optimal- 
laşdınlm asm da  mənəvi  amillərlə  yanaşı,  hüquqi  amillərin  də  ro ­
lunu nəzərə alm aq lazımdır.
tnsan -  təbiət  münasibətlərinin optimallaşdırılmasında  hüquqi 
amillərin  prioriteti ekoloji qanunlara ciddi  əməl edilməsini  nəzər­
də  tutur.  Çünki,  ekoloji  qanunlar  sosial  -   tarixi  baxımdan  insan 
təbiət  münasibətlərinin  ekoloji -  hüquqi  statusunun  formalaşma­
sının  əsas  şərtlərindən  biridir.  Digər  tərəfdən  ekoloji  qanunlar 
təbiəti mühafizənin elmi -  təbii əsasını  təşkil  edir.  Təbiəti  mühafi­
zənin  elmi  -   təbii  əsasının  yaradılmasında  V.İ.Vernadskinin  bio­
sfer haqqındakı təlimi  mühüm yer tutur ki,  bunlar da  onun  «Bio­
sfer»  (1926)  əsərində  irəli  sürülmüşdür.  V.t.Vernadski  biosferə 
canlı  orqanizmlərin  sadəcə məcmu  kimi  baxmır,  o,  biosferi  enerji 
axını  və  maddələr  mübadiləsi  vasitəsilə  canlı  orqanizmlərin  qeyri 
-üzvü  aləmlə  qarşılıqlı  təsirini  həyata  keçirən  vahid  termodina- 
mik sahə kimi şərh edir.
tnsan -  təbiət münasibətlərinin gərginləşməsi son nəticədə bio­
sferin  dinam ik  tarazlığının  pozulmasına  gətirib  çıxarır.  Biosferin 
dinamik tarazlığının  əsası və davamlılığı, enerji axınına çevrilməsi 
və maddələrin  dövr etməsi ilə əlaqədardır.  Maddələrin dövr etmə­
si,  enerjinin çevrilməsi,  istifadəsi, paylanması,  eyni zamanda azot, 
oksigen,  karbon  və  suyun  yerdəyişməsi  kimi  mürəkkəb  təbii  pro­
sesləri  əhatə  edir.  Göstərilən  bu  mürəkkəb təbii  proseslər  insanla­
rın  təsərrüfat  fəaliyyətində  müəyyən  dəyişikliklər  yaradır.  Bəzən
193


Yüklə 5,17 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə