Sakit hüseynov rasim sariyev



Yüklə 5,17 Mb.
Pdf görüntüsü
səhifə51/53
tarix31.08.2018
ölçüsü5,17 Mb.
#65529
1   ...   45   46   47   48   49   50   51   52   53

orqanlarının, onların vəzifəli şəxslərinin fəaliyyətinin həyata keçi­
rilməsi  zamanı  ekoloji  təhlükəsizlik  sahəsində  münasibətləri  tən­
zimləyir.  Q anunda  ekoloji  təhlükəsizlik  sahəsinə  dövlətin,  vətən­
daşların  və  ictimai  birliklərin  hüquq  və  vəzifələri  də  geniş  şərh 
edilmişdir.
Qeyd  edək  ki,  yuxarıda  göstərilən  bu  qanunlar  və ətraf mühi­
tin  mühafizəsi  il  əlaqədar  Azərbaycan  respublikasının  digər  qa­
nunvericilik  aktları  neft  kəmərlərinin  ekoloji  təhlükəsizliyinin 
hüquqi  bazasını  təşkil  edir.  Bakı-  Tilisi-Ceyhan  neft  kəmərinin 
ekoloji  təhlükəsizliyinin  təmin edilməsinin  hüquqi  tərəfləri  dedik­
də:  bu,  təkcə  Azərbaycan  respublikasının  deyil,  eyni  zamanda 
G ürcüstan  və  Türkiyə  respublikalarının  ekoloji  qanunvericilik 
aktlarının beynəlxalq standartlara cavab verməsini nəzərdə tutur. 
B undan başqa hər üç respublikanın  ekoloji qanunvericilik  aktları 
haqqında  əhalini  məlum atlandırm aq  və  vətəndaşların  ekoloji 
hüquq  səviyyəsini  yüksəltmək  məsələlərinə  diqqət  yetirilməsi  də 
kəmərlərin ekoloji  təhlükəsizlik  təminatında vacib şərtlərdən  biri­
dir.
Lakin,  elmi  ədəbiyyatın  təhlili  və  dünya  praktikasının  öyrə­
nilməsi  göstərir  ki,  neftin  nəqli  sahəsində  ekoloji  təhlükəsizliyin 
təmin  olunm asında,  təkcə  hüquqi  bazanın  yaradılması  kifayət 
etmir.  Bakı-Tbilisi-Ceyhan  Əsas  İxrac  Neft  Kəmərinin  çəkilişi 
reallaşdıqdan  sonra  kəmərin  ekoloji  təhlükəsizliyinin  təmin  edil­
məsi  hər  üç  respublikada  geniş  əhali  kütləsinin  bu  işə  cəlb  olun­
masını zəruri edir.
Qeyd  edək  ki,  neft  istehsalı  və  nəqli  proqramlarının  gerçək­
ləşməsində  xarici  neft  şirkətləri,  Beynəlxalq  təşkilatlar  və  yerli 
dövlət  orqanları  müəyyən  ekoloji  layihələr  həyata  keçirirlər.  La­
kin  bəzən,  bu  tipli  layihələrin  həyata  keçirilməsində  əhalinin  mə­
lum atlandırılm ası  kifayət  qədər  yerinə  yetirilmir  və  ekoloji  pro­
qram ların  həyata  keçirilməsində  qeniş  əhali  kütlələrinin  rolu  ki­
fayət  dərəcədə  nəzərə  alınmır.  M əlumdur  ki,  Azərbaycan  Res­
publikası  ətraf m ühitin  mühafizəsi  ilə  əlaqədar  olan  bir çox  Bey­
nəlxalq  K onvensiyalara  qoşulmuş  və  bu  haqda  müvafiq qərar və 
qanunlar qəbul etmişdir.  Bu qanunlardan biri də «Ətraf mühit ilə 
bağlı  məsələlərdə  m əlum atın  əldə  edilməsi,  ictimaiyyətin  qərar 
qəbul  edilməsində iştirakı və  ədalət məhkəməsinin açıq keçirilmə­
si  haqqında»  BM T-nin  O rhus  Konvensiyasına  qoşulması  barədə 
Azərbaycan  Respublikasının  Qanunudur.  Qanun  9 noyabr  1999-
198
ci  ildə  Prezident  fərmanı  ilə  təsdiq  edilmiş,  15  dekabr  1999-ci  il 
tarixdən isə qüvvəyə minmişdir.
Orhus Konvensiyasının  1-ci maddəsində deyilir:  «İndiki  və gə­
ləcək nəsillərin hər bir üzvünə onun sağlamlığı və rifahı üçün əlve- 
rişi  ətraf mühitdə  yaşamaq  hüququnun  müdafiəsinə  kömək  məq­
sədilə,  hər  bir tərəf bu Konvensiyanın müddəalarına müvafiq ola­
raq  məlumat  əldə  etmək  imkanı,  qərarlar  qəbul  edilməsi  prose­
sində  ictimaiyyətin  iştirakı  və  ətraf  mühit  məsələləri  üzrə  ədalət 
mühakiməsinin açıq həyata keçirilməsi hüququnu təmin edir».1
Azərbaycan  Respublikası  ilə  yanaşı  Gürcüstan  və  Türkiyə 
Cümhuriyyəti  də  Orhus  Konvensiyasına  qoşulduqlarına  görə, 
həmin  respublikalarda Konvensiyanın müddəalarına  əməl  etməyi 
öz öhdələrinə  götürmüşlər.  Bu  baxımdan  hər üç  respublikada  Ba- 
kı-Tbilisi-Ceyhan  neft  kəmərinin  ekoloji  təhlükəsizliyinin  təmin 
edilməsində  ictimaiyyətin  iştirakı  üçün  müvafiq  hüquqi  şərait 
mövcuddur.
Neftin  nəqli,  təkcə  borulardan  ibarət  deyildir.  Mütəxəssislərin 
fikrincə,  neftin  nəqli  sisteminə  neft  boruları  ilə  birlikdə  terminal­
lar,  nasos  stansiyaları,  radiostansiyalar,  təzyiqendirici  stansiya­
lar,  korroziyadan  katodqoruyucu  sistemlər,  klapan  açarları  və  s. 
birləşdirən  mürəkkəb  texniki  obyeklər  daxildir.  Bakı-Tbilisi- 
Ceyhan  neft  kəmərinin  uzunluğunun  təxminən  2500 km.  olacağı­
nı  nəzərə  alsaq,  kəmərləri  əhatə  edən  mürəkkəb  texniki  sistemin 
sahəsinin  geniş  bir ərazini  əhatə edəcəyi  gözlənilir.  Layihəyə görə, 
neft  kəmərləri  sisteminin  tutduğu  sahənin  xətlər  boyunca  hər  iki 
tərəfdə (kəmərlərin sağ və sol sahilində) 2 km-lik müdafiə zolağını 
nəzərə  alm aqla  1,6  mln.  hektarlıq  ərazini  əhatə  edəcəyi  nəzərdə 
tutulur.  Belə  böyük  bir  ərazini  əhatə  edən  neft  kəmərləri  sistemi­
nin  ekoloji  təhlükəsizliyini təkcə qanunvericilik aktları  və inzibati 
təsərrüfat  fəaliyyəti  əsasında  təmin  etmək  mümkün  deyildir.  Kə­
mərlər  sisteminin  ekoloji  təhlükəsizliyinin  təmin  edilməsi  hüquqi 
amillərlə yanaşı mənəvi amillərlə də bağlıdır.
Qeyd  edək  ki,  kəmərlərin  keçdiyi  hər  üç  respublikanın  ərazi­
sində  tikinti,  irriqasiya,  kənd  təsərrüfatı  işlərinin  aparılmasına, 
yaxud  neft  kəmərlərinə  edilən  kənar  təsirlərə  həmin  ərazilərdə 
yaşayan  əhali  tərəfindən  reaksiya  verilə  bilər.  Bu  isə  kəmərlərin
1  Orhus  K onvensiyası (Orhus,  Danimarka, 23-25 iyun  1998).  REM  Qafqaz, 
Bakı. 2002.  səh.7.
199


ekoloji  təhlükəsizliyinin  təmin  edilməsində  əsas  şərtlərdən  b iri 
olm aqla mənəvi amilləri əhatə edir.  Neft kəmərlərinin ekoloji tə h ­
lükəsizliyinin  təm in  edilməsində  mənəvi  amillərin  rolu  və  əh ə­
miyyəti  buradan  irəli  gəlir.  Ekoloji  təhlükəsizliyin  təmin  edilm ə­
sinə  mənəvi  amillərin  təsiri  ekoloji  məsuliyyətlə  bağlıdır.  Ekoloji 
məsuliyyət  isə  adam ların  ekoloji  şüur və ekoloji  hüquq  səviyyəsi­
nin  inkişaf dərəcəsindən  asılıdır.  Bütün  bunları  nəzərə  alaraq  k ə­
mərlərin  keçdiyi  ərazilərdə  yaşayan  əhalinin  ekoloji  şüur  və  eko­
loji  hüqüq  səviyyəsinin  artırılması  üçün  müəyyən  tədbirlər  görül­
məlidir.
Bu  baxım dan,  kəmərlərin  keçdiyi  ərazilərdə  yaşayan  əhali 
üçün  mərhələli  şəkildə  treninqlər keçirilməsini  məqsədəuyğun  he­
sab  edirik.  Treninqlərin  keçirilməsində hər  üç  respublikanın  döv­
lət  təşkilatlan  və  yerli  idarəetmə  orqanları  ilə  yanaşı,  qeyri- 
hökümət ekoloji  təşkilatları,  müstəqil ekoloji ekspertlər və ictimai 
birliklər fəal iştirak etməlidir.
Treninqlər aşağıdakı məsələləri (istiqamətləri) əhatə etməlidir:
-  N eft  kəmərlərinin  sosial  -  iqtisadi  və  siyasi  əhəmiyyətinin 
əhaliyə izah edilməsi.
-  Kəmərin keçəcəyi  ərazilərdə təbii  iqlim şəraiti,  fauna və flora 
haqqında əhaliyə geniş məlumat vermək.
-  N eft  kəmərlərinin  keçəcəyi  ərazilərdə  hər  bir  xalqın  bu  kə­
mərləri öz milli -  strateji  sərvətləri  kimi mühafizə etməsinin vacib­
liyini adam lara izah etmək.
- Kəmərlərin ekoloji  təhlükəsizliyini hüquqi cəhətdən təmin edən 
ölkədaxili qanunvericilik aktlarının şərh edilməsi.
-  N eft  kəmərlərində  baş  verə  biləcək  (ehtimal  olunan)  qəzala­
rın  sosial  ekoloji  nəticələrinin  təhlükəlilik  dərəcəsini  yerli  əhaliyə 
başa salmaq və s.
Ümumiyyətlə,  əlaqədar  təşkilatlar  o cümlədən,  yerli  özünüida­
rə  orqanlan,  bələdiyyələr,  qeyri-hökümət  təşkilatlan  tərəfindən 
kəmərlərin keçdiyi  ərazilərdə yaşayan əhalini məlumatlandırmaq, 
o n lan n   ekoloji  fəallığını  yüksəltmək  üçün  qabaqcadan  müəyyən 
işlər  görməlidirlər.  B ununla  əlaqədar  olaraq  respublikamızın 
hökümət  və  qeyri  -  hökümət  ekoloji  təşkilatlan  Gürcüstan  və 
Türkiyədəki  həm karları  ilə  sıx  əməkdaşlıq  etməli,  onların ekoloji 
qanunvericilik aktlarını öyrənməli və Azəraycanın ekoloji qanun­
vericilik  ak tlan   haqqına  onlara  məlumat  verməlidirlər.  Azər­
baycan  qanunvericiliyi  ekoloji  mənafe  baxımından  ətraf mühitin
2 0 0
mühafizəsi  sahəsində  beynəlxalq  əməkdaşlığa  hüquqi  şərait  yara­
dır.  Bu  baxım dan  «Ə traf  mühitin  mühafizəsi  haqqında»  Azər­
baycan  Respulikasının  Qanununun  3-cü  maddəsində  təsbit  edil­
miş  «ətraf m ühitin mühafizəsi sahəsində əhalinin  və ictimai  birik­
lərin  iştirakı»  və  «ətraf mühitin  mühafizəsi  sahəsində  beynəlxalq 
əməkdaşlıq» prinsiplərini əsas tutaraq  Bakı-Tbilisi-Ceyhan kəmə­
ri  boyunca  ətraf  mühitin  mühafizəsi  uğrunda  ictimai  hərəkatın 
form alaşdınlm asım  həyata keçirmək lazımdır.
Həm,  ölkədaxili  qanunlara,  həm də  Beynəlxalq  hüquq  norm a­
larına  əsaslanan  Azərbaycan,  Gürcüstan  və Türkiyə  Bakı-Tbilisi- 
Ceyhan  Əsas  İxrac  Boru  kəmərinin  ekoloji  təhlükəsizliyinin  tə­
min edilməsində  hüquqi və mənəvi amillərin vəhdətinə nail  olma­
lıdırlar.
4.4. 
Ekoloji qanunvericiliyin tələblərinin 
həyata keçirilməsində ekoloji tərbiyənin rolu
Hazırkı  şəraitdə  ekoloji  qanunvericiliyin  tələblərinin  həyata keç­
məsi  vəziyyəti  təkcə,  cəmiyyətin  ictimai-siyasi,  sosial-iqtisadi,  elmi- 
texniki  inkişaf  səviyyəsi  ilə  deyil,  həmçinin  insanların  ətraf  mühit 
haqqındakı bilik səviyyəsi və bütövlükdə ekoloji mədəniyyəti ilə şərt­
lənir.  Buradan  göründüyü  kimi,  ekoloji  qanunvericiliyin  tələblərinin 
həyata keçməsi vəziyyəti obyektiv şərtlərlə yanaşı, subyektiv amillər­
lə  də  əlaqədardır.  Məhz,  ekoloji  hüququn  inkişaf  səwiyyəsinin 
subyektiv  amillərlə  bağlılığı  ekoloji  mədəniyyət  və  ekoloji  tərbiyə 
problmini daha da aktuallaşdmr.
Ətraf mühitin qorunması işində sosial-psixoloji digər  tərbiyə me- 
todlan kimi  ekoloji  tərbiyənin təsirinin və səmərəliliyinin  vacib şərt­
lərindən  biri  kompleks yanaşmadır.  Ekoloji  tərbiyədə kompleks ya­
naşma həmçinin məişət ekologiyasına təsir edən obyektiv və subyek­
tiv  amillərin  çoxcəhətliliyi  və  mürəkkəbliyindən  irəli  gəlir.  Bundan 
başqa  insanın  öz gündəlik  həyatında  məişət  ekologiyası  ilə  təmasda 
olması ekoloji tərbiyə və ekoloji mədəniyyətin formalaşmasını zəruri 
edir.
Məlumdur  ki,  ekoloji  tərbiyənin  əsas  məqsəd  və  vəzifələri  -  
mövcud  təbii  sərvətlərin  qorunması,  ətraf mühitin  təbii  obyektlərinə 
qayğı  ilə  yanaşmaq,  təbii  sərvətlərdlən  səmərəli  və  şüurlu  istifadə 
etmək,  ətraf mühitin  antropogen və texnogen  təsirlər vasitəsilə çirk-
2 0 1


Yüklə 5,17 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə