Sakit hüseynov rasim sariyev



Yüklə 5,17 Mb.
Pdf görüntüsü
səhifə2/53
tarix31.08.2018
ölçüsü5,17 Mb.
#65529
1   2   3   4   5   6   7   8   9   ...   53

da ekoloji anlayışların fəlsəfi-sosioloji mahuyyəti şərh edilir.  Kitabın  II 
fəslində Azərbaycanda təbiəti mühafizənin inkişaf mərhələlərinə (1920- 
1991-ci illər) diqqət yetirilir və onun sosial-fəlsəfi və hüquqi təhlili verilir.
Məlumdur ki, Azərbaycan, SSR-nin tərkibində olarkən öz təbiətinin 
faktik olaraq müstəsna sahibi olmamışdır.  Bu səbəbdən Azərbaycan öz 
təbii  mühitinin  mühafizəsi  ilə  bağlı  müstəqil  şəkildə  hüquqi  fəaliyyət 
göstərə  bilməmişdir.  Ətraf  mühitin  mühafizəsi  ilə  bağlı  Azərbaycan 
Respublikasının o dövrdə qəbul etdiyi bütün qanunlar hüquqi cəhətdən 
SSR-nin  müvafiq  qanunlarına  uyğunlaşdırılmışdır.  Ətraf  mühitin 
mühafizəsi ilə bağlı İttifaq qanunlarının Azərbaycan ərazisində fəaliyyət 
göstərməsinə baxmayaraq,  respublikamızda  da ekoloji  hüquqla  əlaqə­
dar o dövrün  tələblərinə uyğun olan qanunlar,  hüquqi  aktlar,  qərar və 
qətnamələr qəbul edilmişdir. Şübhəsiz ki, bütün bu hüquqi sənədlər res­
publikamızda  ekoloji  hüququn  formalaşması  və  inkişafında  müəyyən 
rol  oynamışdır.  Kitabda  Sovet  dövründə  (1920-1991-ci  illər)  Azər­
baycanda ekoloji hüququn vəziyyətinin araşdırılması da məhz, bununla 
əlaqədardır.
Kitabın III və IV fəsilləri müstəqil Azərbaycan respublikasında eko­
loji hüququn  inkişafı, ətraf mühitin  mühafizəsi  və təbii  sərvətlərdən  sə­
mərəli  istifadə ilə  bağlı  qəbul  edilmiş  yeni  qanunların  təhlili  və  indiki 
şəraitdə respublikamızda ekoloqiyanın fəlsəfi və huquqi problemlərinin 
araşdırılmasını əhatə edir.
Əlbəttə, Azərbaycanda ekoloji hüququn inkişaf mərhələləri və onun 
sosial- fəlsəfi problemlərinin araşdırılması  bir kitab həcmindən çox ge­
nişdir. Lakin buna baxmayaraq, biz çalışmışıq ki, Azərbaycanda Sovet 
dövründən başlayaraq indiyə kimi ekologiyanın fəlsəfi və hüquqi məsə­
lələrinin inkişaf dinamikasını göstərməklə, onun sosioloji problemlərini, 
müstəqillik dövründə ətraf mühitin mühafizəsi ilə əlaqədar qəbul edilmiş 
yeni  qanunlann  sosial-fəlsəfi  mahiyyətini  və  ekoloji  qanunvericiliyin 
tələblərinin həyata keçirilməsi vəziyyətini şərh edək.
Güman  edirik  ki,  bu  kitab  ali  məktəblərdə  fəlsəfə,  ekologiya  və 
hüquq ixtisaslan üzrə təhsil alan bakalavr və magistrlər, eyni zamanda, 
respublikamızda  ekologiyanın fəlsəfi və hüquqi məsələləri ilə maraqla­
nanlar üçün dəyərli vəsait olacaqdır.
6
I  FƏSİL.
EKOLOGİYANIN FƏLSƏFİ  VƏ HÜQUQİ 
M ƏSƏLƏLƏRİNƏ TARİXİ  YANIŞMA
1.1.İnsan-təbiət münasibətlərinin tarixi təkamülü
İnsanla  ətraf  mühit  arasmdakı  qarşılıqlı  münasibətlərin  müasir 
vəziyyətini dərindən dərk etmək üçün bəşəriyyətin inkişafında insan- 
təbiət  əlaqələrinin  tarixi  və  sosial-fəlsəfi  mahiyyətinə  diqqət  yetiril­
məlidir.
Məlumdur  ki,  insan  sosial-bioloji  növ  olub  sivilizasiya  adlanan 
mürəkkəb sosial, siyasi, iqtisadi və mədəni sistemdən ibarətdir.  Bəşər 
cəmiyyətində insan  sosial -  bioloji  orqanizm  kimi  fasiləsiz maddələr 
mübadiləsi,  enerji  və informasiya əsasında öz sosial-ekoloji  mühitin­
də yaşayaraq, populyasiyasım həyata keçirir və inkişaf edir.  İnsan öz 
çoxcəhətli  həyati  tələbatlarını  və  funksiyalarım  həyata  keçirmək 
üçün  müəyyən  temperatur  şəraitini  saxlamaq,  nəfəsalma  və  qida­
lanma  yolu  ilə  fasiləsiz  olaraq  müxtəlif maddələrə  və  enerji  axınına 
zəruri olaraq ehtiyac duyur.
İnsan  öz  gündəlik  həyat  və  fəaliyyətini  təmin  etmək  üçün  əsas 
maddələr  kütləsini  və  enerjini  başqa  canlılardan  və  Günəş  enerjisi 
hesabına  bitkilərin  sintezləşdirdiyi  üzvi  maddələrdən  alır.  Bu qayda 
ilə  daima  insanla  təbiət  arasında  fasiləsiz  mübadilə  prosesi  gedir. 
İnsanla  təbiət  arasındakı  fasiləsiz  mübadilə  prosesi  həm  insanın 
özünün,  həm  də  onun  yaşayış  mühitinin  dəyişməsinə  və  inkişafına 
səbəb  olur.  İnsan  təbiət  daxilində  təkcə  bioloji  növ  kimi  deyil,  həm 
də toplum (cəmiyyət) kimi bərqərar olduqda insan-təbiət arasındakı 
qarşılıqlı  münasibətlərin  mahiyyəti  daha  mürəkkəb  xarakter  alır. 
Məsələn,  bəşər  inkişafımn  ilkin  pilləsində  insanın  enerji  israfı  və 
maddələr  mübadiləsi  ancaq  təbii  obyektlərdən  (su,  hava,  bitki  və 
heyvanat  aləmi,  və s.) istifadə xarakteri daşıyırdı.  Bəşər sivilizasiyası 
inkişaf  etdikcə  insan-təbiət  münasibətlərində  yeni  komponentlər 
meydana  gəlməyə  başladı.  Bu  komponentlər  yeni  qida  və  geyim 
növləri əldə edilməsi üçün təbii obyektlərdən istifadənin genişlənməsi 
ilə getdikcə çoxalmağa başladı.  Cəmiyyət inkişaf etdikcə insan həya­
7


tı üçün  zəruri  olan  yeni yaşayış vasitələrinin istehsalı  insanın  təbiətə 
təsirini getdikcə genişləndirməyə başladı.
Son illərdə ictimai və təbiət elmlərinin  qovuşuğunda yeni  elmi is­
tiqamətlər  meydana  gəlmişdir  ki,  bunlardan  da  biri  sosiotəbii  tarix 
adlamr.  Bu  elmi  istiqamət  insan  -   təbiət  münasibətlərinin  nəzəri 
əsaslarının  sosial  -   fəlsəfi  aspektdə  öyrənilməsində  mühüm  əhə­
miyyət kəsb edir.  Öz elmi -  tarixi köklərinə görə cəmiyyətin sosiotə­
bii  tarixi  L.N.Qumilyovun  etnogenez  təliminə  əsaslanır.  Bu  təlimə 
görə  L.N.Qumilyov  etnogenezi  «Yer  biosferasında  dərin  proses», 
etnosu  isə  sosiotəbii  tarixi  öyrənən  əsas  kateqoriya  hesab  edirdi. 
Onun  təliminə görə  hər bir etnos müxtəlif landşaft ekosistemlərində 
insanın  adaptasiyasının  orijinal  formasıdır.  Bu  baxımdan  landşaft 
ekosistemləri,  nəinki  insana  təsir  edən,  həm  də  onu  qidalandıran 
mühitdir.1 1
Müasir  dövrdə  mövcud  olan  insan-təbiət  münasibətlərinin  for­
malaşması  prosesidə  meydana  gələn  «cəmiyyət-texnika-istehsalat- 
təbiət»  münasibətlər sistemi mühüm rol  oynamışdır.  Bəşər cəmiyyə­
tinin indiki  mərhələsində «insan-təbiət» münasibətlərinin öyrənilmə­
sinin aktuallığı müəyyən dərəcədə elmi-texniki, sosial-iqtisadi inkişa­
fın  sürəti  ilə  və  Yer  kürəsində  demoqrafik  partlayış  təhlükəsinin 
artması  ilə  əlaqədardır.  Digər tərəfdən  tarixi  prosesin  indiki  mərhə­
ləsində  artıq  insan  təbiətin  güclü  amilinə çevrilmişdir.  Mütəxəssislə­
rin fikrincə, insanm təbiətə təsir dərəcəsi sosial-iqtisadi  inkişaf çərçi­
vəsində həndəsi silsilə ilə artır.  Buradan  belə bir nəticə çıxır ki,  sosi­
al-iqtisadi inkişafla ətraf mühitin çirklənməsi arasındakı əlaqə birba­
şa deyil, sosial amillər vasitəsilə ifadə olunur.
Bu baxımdan müasir dövrdə Planetin ekosistemində insanla ətraf 
mühit arasındakı qarşılıqlı münasibətlərin təkamülünün araşdırılma­
sı üçün  bü münasibətlərin tarixən  formalaşması  prosesinə diqqət ye­
tirilməsi  zəruridir.  Çünki,  insan-təbiət  münasibətlərinin  tədqiq  edil­
məsində insan  tələbatlan  əsas yer tutur.  İnsan  tələbatlarının  forma­
laşması  isə  tarixi  təkamül  nəticəsində  baş  vermişdir.  Buna  görə  də 
insan-təbiət münasibətlərinin yeni mənəvi-hüquqi statusunun forma­
laşması  üçün  yeni  tələbat  və istehlak  metodlannm  yaradılması  əsas 
şərtlərdən biridir.  Beləliklə insan-təbiət münasibətlərində tələbatlann 
rolunun tarixi aspekdə öyrənilməsi xüsusi aktuallıq kəsb edir.
1  Константинов  Б.М.  Охрана  природы:  Учеб,  пособие  -   М.:  Издательский 
центр «Академия», 2000.  с. 12.
8
Yer kürəsinin ən gənc sakini olan insan Planetin ekoloji sisteminə 
təxminən  3,5  milyon  il  bundan  əvvəl daxil  edilmişdir.  Bəşər  həyatı­
nın  ilk  dövrlərində  Yer  kürəsində  başqa  heyvan  və  bitki  növləri  ilə 
müqayisədə  insanların  sayı  az  olduğuna  görə  onların  təbiətə  təsiri 
çox zəif olmuşdur.  Tarixin müəyyən inkişaf pilləsində bəzi insan po- 
pulyasiyalan  əlverişli  təbii  şəraitdə  köçəri  həyat  tərzindən  -  oturaq 
həyat tərzinə keçdilər və əkinçiliklə məşğul olmağa başladılar. Əkin­
çiliyə  keçilməsi  maldarlığa  nisbətən  təbii  biosenozların  daha  çox 
əhəmiyyətli  şəkildə dəyişməsinə  səbəb  olmuşdur.  Biosenoz  -  biosfe­
rin  konkret  bir  hissəsində  müxtəlif növlü  canlıların  qarşılıqlı  həyat 
birliyinə deyilir.1  Biosenozda canlıları  birləşdirən qohumluq  əlaqələ­
ri  deyil,  həyatın  tələbləri  əsas  rol  oynayır.  İnsanların  əkinçiliklə 
məşğul  olması  üçün  meşələrin  qırılması  və yandırılması,  yeni  irriqa- 
siya  sistemlərinin  yaradılması  təbii  landşaftları  kökündən  dəyişdir­
mişdir.  Əkinçiliyə  başlayan  insanlar  öz  fəaliyyətləri  ilə  o  dövrdə 
mövcüd  olan təbii tarazlığı  pozaraq yeni ekosistemin -  aqrosenozun 
təməlini qoydular.  Aqrosenoz - insan tərəfindən kənd  təsərrüfatında 
formalaşan  biosenoza  deyilir.2  Aqrosenozun  yaradılması  -  müxtəlif 
aqrotexniki  tədbirlərin  (meliorasiya,  torpağın  becərilməsi,  kübrə  və 
pestisidlərdən  istifadə,  kənd  təsərrüfatı  bitkilərinin  yeni  növlərinin 
yetişdirilməsi, hazır məhsulun yığılması və s.) həyata keçirilməsi yolu 
ilə baş vermişdir.  Bəzi kənd təsərrüfatı bitkiləri insanın yaratdığı an­
tropogen  şəraitə  uyğunlaşmış,  bəziləri  isə  həm  əkinçiliyə,  həm  də 
ətraf mühitə  ziyan  vurmuşdur.  Bunun  nəticəsində  torpaq  deqrada­
siyaya  uğramış,  yeraltı  və  yerüstü  sular  çirklənmiş,  su  hövzələri  ev- 
trofikasiya olmuşdur.  Evtrofikasiya - suya tökülən üzvi birləşmələrin 
çoxalması  nəticəsində suyun bioloji çirkləndirilməsinə deyilir.3 Əha­
linin  sıx  yaşadığı  ərazilərdə  və  əkinçiliyin  arxaik  üsulla  həyata  keçi­
rildiyi bölgələrdə təbiətə daha çox zərər vurulmuşdur.
Beləliklə,  Yer  kürəsində  insanlann  uzun  illər  boyu  əkinçilik  fəa­
liyyəti nəticəsində onların təbiətə təsiri daha da dərinləşmişdir.
İnsanla -  təbiət arasındakı qarşılıqlı münasibətlərin ilkin mərhələ­
si  əsasən  insanlann  təbii  yaşayış  mühitinə  uyğunlaşması  üçün  təbiət 
məhsullanmn  əldə  edilməsi  ilə  xarakterizə  olunurdu.  Bu  mərhələdə 
insan  elə  təbii  ehtiyatlardan  istifadə  edirdi  ki,  onlann  mənimsənil­
1  H ü seyn ov S.  Məişət ekologiyası.  Bakı.  «Sabah»,  1995.  səh.  157.
2  S alm an ov  M. Tətbiqi ekologiyanının əsaslan.  Bakı.  1993. səh.  185.
3  M u stafayev Q.  Ekologiyadan  konspekt.  Bakı.  1993.  səh  158.
9


Yüklə 5,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə