Sakit hüseynov rasim sariyev



Yüklə 5,17 Mb.
Pdf görüntüsü
səhifə9/53
tarix31.08.2018
ölçüsü5,17 Mb.
#65529
1   ...   5   6   7   8   9   10   11   12   ...   53

2.  «Azərbaycan  SSR  Torpaq  Kodeksinin  Təsdiqi  haqqında», 
(7 iyun  1970-ci il);
3.  «Azərbaycan  SSR  Su  Kodeksinin  Təsdiqi  haqqında»,  (29 
iyun  1972-ci il);
4.  «Azərbaycan  SSR  Yeraltı  Sərvətləri  Kodeksinin  Təsdiqi 
haqqında»,  (26 noyabr  1976-cı il);
5.  «Azərbaycan  SSR  Meşə Kodeksinin Təsdiqi haqqında», (16 
dekabr  1978-ci il);
6.  «Heyvanlar aləminin  Mühafizəsi və İstifadəsi  haqqında», (4 
dekabr  1981-ci il);
7.  «Atmosfer  Havasının  Mühafizəsi  haqqında»,  (4  dekabr 
1981-ci il),  və s.
Ə traf mühitin  mühafizəsi ilə bağlı partiya  və hökümət qərarla­
rını  subordinativ  prinsiplərə  görə  iki  qrupa  bölmək  olar.  Birinci 
qrupa daxil olan qərar,  qətnamə və normativ aktlar Moskva tərə­
findən  verilirdi ki,  bütün bunların icra olunması SSRİ  məkanında 
məcburi  idi.  İkinci  qrup  qərar və  qətnamələr isə müttəfiq  respub­
likaların  özlərinin  qəbul  etdikləri  partiya  və  hökümət  qərarları 
daxil  idi  ki,  bunlar  da  Moskva  tərəfindən  verilən  qərarlara 
uyğunlaşdırılırdı  və  ətraf  mühitin  mühafizəsi  ilə  bağlı  mərkəzi 
hökümətin  göstərişlərinin  yerlərdə  həyata  keçirilməsinə  xidmət 
edirdi.
Qeyd  edək  ki,  tarixi  baxımdan  ətraf  mühitin  mühafizəsi  ilə 
bağlı  hüquqi  əhəmiyyət  daşıyan  ilk  qərarlardan  biri  -  1928-ci  ildə 
qəbul  edilmiş  «Meşələrin  mühafizə  olunmasında  yerli  icraiyyə 
komitələrinin  məcburi  tədbirləri»  və  1930-cu  ildə  qəbul  edilmiş 
«Təbii sərvətlərin mühafizəsi və inkişafı  haqqında» RSFSR XKS- 
nin  qərarları  idi.  Bu  qərarlardan  sonra  keçmiş  SSRİ  məkanında, 
müttəfiq  respublikalarda,  o  cümlədən  Azərbaycanda  ətraf mühi­
tin  mühafizəsi  ilə  bağlı  müvafiq  dövlət  orqanları  - «Dövlət  ovçu­
luq  müfəttişliyi»,  «Dövlət  qoruqlar  komitəsi»,  «Meşə  təsərrüfatı 
komitəsi»,  «Baş  dövlət  su  və  balıq  müfəttişliyi»  və  s.  qurumlar 
yaradıldı.  Bundan  başqa  SSRİ  M NK-in  1937-ci  il  17  may  tarixli 
qərarı  ilə  su  təchizatı  mənbələrinin  sanitar  qaydalarının  mühafi­
zəsi üzərində dövlət sanitar inspeksiyası müəyyən edildi.
Ə traf mühitin  mühafizəsi  ilə  bağlı  olan  ekoloji  qərarların  qə­
bul edilməsi  həm İttifaq  miqyasında,  həm də müttəfiq  respublika­
larda  60-cı  illərdən  başlamışdır.  D aha  dəqiq  desək,  60-cı  illərin 
sonu,  70-ci  illərin  əvvəllərində  istər  İttifaq  miqyasında,  istərsə də
34
respublikamızda  ətraf mühitin  mühafizəsi  ilə bağlı  mühüm  qərar­
ların  və  xüsusi  qanunların  qəbul  edilməsi  Azərbaycanda  ekoloji 
hüquqla bağlı yeni mərhələnin başlanğıcını qoydu.
Torpaqlardan səmərəli istifadə edilməsi ilə bağlı  bir çox  İttifaq 
səviyyəli  partiya və hökumət qərarlarının,  həm SSRİ  miqyasında, 
həm   də  müttəfiq  respublikalarda  o  cümlədən,  Azərbaycanda  tor­
paqların  mühafizəsi  işində  müəyyən  rol  oynamışdır.  Məsələn, 
S ov.İK P   M K  və  SSRİ  Nazirlər  Sovetinin  «Torpaqların  külək  və 
su  eroziyasmdan  mühafizəsinə  dair  təxirəsalınmaz  tədbirlər  haq­
qında»  1967-ci  il  20  mart  tarixli,  SSRİ  Nazirlər  Sovetinin  «Tor­
paqların  külək  və  su  eroziyasmdan mühafizəsi üzrə  işlərin  təşkili­
ni  yaxşılaşdırmaq  tədbirləri  haqqında»  13  oktyabr  1975-ci  il  ta­
rixli,  Sov  İKP  M K  və  Nazirlər  Sovetinin  «1976-1980-cı  illərdə 
torpaqların  meliorasiyası  planı  və meliorasiya  olunmuş  torpaqla­
rın  istifadəsini  yaxşılaşdırmaq  haqqında»  avqust  1976-cı  il  tarixli 
qərarlarının  ekoloji  hüquq  sahəsində  müəyyən  əhəmiyyəti  olmuş­
dur.
Ekoloji  hüquq  baxımından  «Torpaq  qanunvericiliyinin  po­
zulması  üstündə  inzibati  məsuliyyət  haqqında»  SSRİ  Ali  Soveti 
Rəyasət  heyətinin  1970-ci  il  14  may  tarixli  fərmanını  70-ci  illərin 
əvvəllərində  torpaqların  hüquqi  mühafizəsində  mühüm  sənəd  he­
sab  etmək  olar.  Lakin,  torpağın  ekoloji  cəhətdən  çirkləndirilmə- 
sinə  görə  fərmanda  irəli  sürülən  cəza  növləri  çox  zəif idi.  Belə  ki, 
torpaqların xarab edilməsi, onların sənaye, məişət və digər tullan­
tılarla,  axıntı  suları  ilə  çirkləndirilməsi  və  torpaqdan  səmərəsiz 
istifadə  edilməsi  üstündə  vətəndaşlara  100  m anatadək  məbləğdə 
inzibati  cərimə  müəyyən  edilmişdir  ki,  bu  cəza  növünün  təsir  də­
rəcəsini zəif hesab etmək olar.
70-ci  illərdə  Azərbaycanda  da  torpaqların  hüquqi  mühafizəsi 
ilə  bağlı  bəzi  partiya  və  dövlət  qərarları  qəbul  edilmişdir  ki,  bu 
qərar  və  qətnamələr  torpaqların  mühafizəsi  və  səmərəli  istifadəsi 
üzərində dövlət nəzarətini gücləndirmişdir.  Azərbaycanda torpaq­
ların  ekoloji  və  hüquqi  mühafizəsində  Respublika  Ali  Sovetinin 
«Azərbaycan  SSR-in  torpaq  ehtiyatından  istifadə  edilməsi,  bu 
ehtiyatın  qorunması  vəziyyəti  və  onu  yaxşılaşdırmaq  tədbirləri 
haqqında»  6  iyul  1970-ci  il  tarixli  qərarının  mühüm  rolu  olmuş­
dur.  Qəbul  olunmuş  bu  qərarla  əlaqədar  təşkilatlara  bir  vəzifə 
olaraq  tapşırılmışdır  ki,  torpaqlardan  səmərəli  istifadə  olunması 
və  onların  münbitliyinin  artırılması  üçün  tədbirlər  kompleksi  ha­
35


zırlayıb  həyata keçirsinlər,  eroziyaya  qarşı  qoruyucu  meşə z o la q ­
ları  yaradılması  haqqında  planın yerinə yetirilməsini  təmin  e tsin ­
lər,  torpaqların  özbaşına  tutulması  hallarının  qarşısını  alm aq  
üçün  tədbir  görsünlər.  Q ərarda  respublikanın  inzibati  hüquq  o r ­
qanlarına  təklif edilmişdir  ki,  torpaq  ehtiyatlarının  qorunm asını 
təmin  etmək  üçün  nəzarəti  gücləndirsinlər.  Bununla  əlaqədar  q ə ­
rarın  16-cı  maddəsində  göstərilirdi  ki,  Azərbaycan  SSR  D axili 
İşlər Nazirliyinə, Prokurorluğuna və Ali  Məhkəməsinə  tapşırılsın 
ki,  torpaq  qanunvericiliyini  pozanlara  qarşı  mübarizəni  güclən­
dirsinlər  və  bu  işdə  müqəssir  olan  şəxsləri  müəyyən  edilmiş  q ay ­
dada cinayət məsuliyyətinə və inzibati məsuliyyətə cəlb etsinlər.
Qeyd  edək  ki,  torpaqlann  hüquqi  mühafizəsi  və ekoloji  cəhət­
dən qorunm asında Azərbaycan  SSR Ali  Sovetinin bu  tarixi qəra­
rının mühüm əhəmiyyəti olmuşdur.
Mərkəzə  tabeçilik  prinsipi  hökm  sürsə  də  70-ci  illərin  əvvəllə­
rində  respublikamızda  ətraf  mühitin  mühafizəsi  ilə  bağlı  bəzən 
regional  əhəmiyyət  daşıyan,  yerli  şəraitin  tələblərinə uyğun gələn, 
respublikamız  üçün  mühüm  əhəmiyyət  kəsb  edən  müstəqil  qərar­
lar da qəbul  edilirdi.  Belə qərarlardan  biri  -  Azərbaycan  KP M K  
və  respublika  Nazirlər  Sovetinin  «Bakı  şəhərini  və  Abşeron  yarı­
madasını  daha da  yaşıllaşdırmaq  tədbirləri  haqqında»  7  sentyabr 
1971-ci il  tarixli qərarıdır.
Ə traf mühitin  mühafizəsi  və  yaşayış  məskənlərinin  yaşıllaşdı­
rılması  ilə  bağlı  bu  qərarın  ekoloji  -   hüquqi  əhəmiyyəti  ondan 
ibarətdir  ki,  qərarda  yaşıllıqları  məhv  edən  və  ekoloji  qaydaları 
pozanların  ciddi  məsuliyyət  daşıdığı  irəli  sürülürdü.  Qərarda  gö­
stərilirdi:
-  ağacları,  kolları  və  digər  bitkiləri  qəsdən  sındırmaqda  və 
məhv  etməkdə  müqəssir  olanlar  ciddi  inzibati  məsuliyyətə  və 
məhkəmə məsuliyyətinə cəlb edilsin;
-  yaşıllaşdırma  işləri  görərkən  Bakının  baş  planının  tikinti- 
iqtisadi  əsaslarını  ciddi  rəhbər  tutmalıdırlar.  Yaşıllıq  salmaqdan 
ötrü  nəzərdə  tutulmuş  və  yaşıllıqlar  salınmış  sahələri  tikinti  üçün 
ayırm aq qəti qadağan edilir.
Göründüyü  kimi  qərarın  bu  hissəsində  Bakı  və  Abşeron  kimi 
yaşıllıqları  az  olan  bir  bölgədə yaşıllıqları  korlayan  vətəndaşların 
nəzərinə  çatdırılmaqla,  ekoloji  hüquqpozmalara  qarşı  inzibati  və 
məhkəmə  məsuliyyəti  irəli  sürülürdü.  Bu  qərarın  qəbul  edilməsi 
hələ  70-ci  illərin  əvvəllərində  partiya  və  dövlət  səviyyəsində  ətraf
36
mühitin  mühafizəsi  və  ekoloji  hüquq  məsələlərinə  respublikamız­
da ciddi fikir verildiyinə misaldır.
Ə traf mühitin  mühafizəsi  və ekoloji  hüquq  məsələləri  ilə  bağlı 
70-ci  illərdə İttifaq miqyasında da bir neçə mühüm qərarlar qəbul 
edilmişdir.  1972-ci  il  20  sentyabr  tarixdə  SSRİ  Ali  Soveti  8-ci 
çağırış  4-cü sessiyasında «Təbiətin mühafizəsini daha da yaxşılaş­
dırmaq  və  təbii  ehtiyatlardan  səmərəli  istifadə  etmək  tədbirləri 
haqqında»  məsələ  müzakirə  edərək  təbiətin  mühafizəsinə  ciddi 
qayğı  göstərməyi  mühüm  dövlət  vəzifələrindən  biri  hesab  etmiş­
dir.  Bundan bir neçə ay sonra isə Sov.  İKP  M K və SSRİ Nazirlər 
Soveti  1972-ci  il  dekabnn  29-da  «Təbiətin  mühafizəsini  güclən­
dirmək  və  təbii  sərvətlərin  istifadəsini  yaxşılaşdırmaq  haqqında» 
qərar qəbul etmişdir.
Q ərarda  qeyd  edilir  ki,  əlaqədar  təşkilatlar  ətraf təbii  mühitin 
çirklənmədən  qorunm ası  məsələləri  ilə  hələ  lazımınca  məşğul  ol­
mur,  torpağın,  atmosferin,  suların  çirklənməsini  aradan  qaldıran 
texnoloji  proseslərin  işlənib  hazırlanmasına  kifayət  qədər  fikir 
vermirlər.  O nlar  təbiətin  mühafizəsi  və  sərvətlərin  istismarı  ilə 
bağlı  digər  aktual  problemlərin  həllinə  laqeyd  yanaşırlar.  Buna 
görə  də  Sov.İKP  M K   və SSRİ  Nazirlər  Soveti  müttəfiq  respubli­
kaların  rəhbərliyinə  təklif etmişlər  ki,  təbiətin  mühafizəsi  və  təbii 
ehtiyatlardan  səmərəli  istifadə  olunmasının  təmin  edilməsi  məsə­
ləsinə  diqqəti  gücləndirsinlər,  torpaqlar,  meşələr,  sular,  bitki  və 
heyvanlar  aləmini  qorum aq  və  çoxaltmaq  sahəsində,  atmosfer 
havasının  çirklənməsinin  qarşısını  almaq  sahəsində  qüvvədə  olan 
qaydalara və norm alara riayət edilməsinə nəzarət etsinlər.
Bu  qərardan  sonra  Respublikamızda  ətraf mühitin  mühafizə­
sini gücləndirmək  məqsədi  ilə Azərbaycan K P M K  və Respublika 
Soveti  15  aprel  1973-cü  il  tarixdə  «Təbiətin  mühafizəsini  güclən­
dirmək  və  təbii  sərvətlərdən  istifadə  edilməsini  yaxşılaşdırmaq 
haqqında»  qərar  qəbul  etdi.  Azərbaycan  K P  M K  Nazirlər  Sove­
tinin  bu  qərarı  Sovet  İK P  və  SSRİ  Nazirlər  Sovetinin  29  dekabr 
1972-ci  il  tarixli  eyni  adlı qərarına  uyğun  olmaqla  təbiətin  müha­
fizəsi  orqanlarının  işini  daha  da  yaxşılaşdırmağı  və  bu  sahədəki 
qanunvericilik üzərində nəzarəti gücləndirməyi nəzərdə tuturdu.
Təbiətin  mühafizəsini  gücləndirmək  sahəsində  mühüm  rol  oy­
nayan  İttifaq səviyyəli  qərarlardan biri  də  Sov.  İKP və  SSRİ  N a­
zirlər  Sovetinin  1  dekabr  1978-ci  il  tarixli  qərarı  idi.  «Təbiətin 
mühafizəsini  gücləndirmək  və  təbii  ehtiyatlardan  istifadə  edilmə­
37


Yüklə 5,17 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə