Sakit hüseynov rasim sariyev



Yüklə 5,17 Mb.
Pdf görüntüsü
səhifə5/53
tarix31.08.2018
ölçüsü5,17 Mb.
#65529
1   2   3   4   5   6   7   8   9   ...   53

dakı faktları təhlil edərək belə qənaətə gəlmək olur ki, faydalı qazın­
tıların çıxarılması,  təbii ehtiyatlardan istifadə edilməsi insanın təbiə­
tə ən intensiv təsir növlərindən biridir ki, bu da təbiətin dəyişdirilmə­
sində insanın çox güclü sosial-ekoloji rol oynadığmm göstəricisidir.
Bəşər  tarixində  insan  -   təbiət  münasibətləri  bir  çox  sosial-tarixi 
mərhələlərdən  keçmişdir.  Bu  tarixi  prosesdə  əvvəlcə  insan  -   təbiətə 
uyğunlaşmış,  sonra  fəal  şəkildə  təbii  proseslərə  təsir  göstərməyə və 
təbiətlə  mübarizəyə  başlamışdır.  XX  əsrin  II  yarısından  başlayan 
insan -  təbiət münasibətlərinin yeni mərhələsi -  bir tərəfdən  bəzi  tə­
bii  ehtiyatların  tükənməsi,  biomüxtəlifliyin  azalması,  meşələrin  qı­
rılması,  səhralaşma,  torpağın  eroziyası,  atmosferin  və  suyun  çirk­
lənməsi ilə, digər tərəfdən isə bəşəriyyətin təbiəti mühafizə işinə daha 
çox qüvvə və vasitələr sərf etməsi mərhələsi kimi xarakterizə olunur.
Tarixi  inkişafın  bütün  mərhələlərində insanın  təbiətə  təsirinin  in­
tensivliyini mütəxəssislər aşağıdakı formada xarakterizə edirlər:
1.  Təbiətdən  enerji  və digər zəruri  maddələrin  (faydalı  qazıntılar 
və s.) əldə edilməsi.
2.  Əvvəllər  təbiətdə  mövcud  olmayan,  yaxud  az  miqdarda  olan 
maddələrin təbiətə daxil edilməsi.(Məsələn,  tullantıların basdırılması 
üçün Yerin təkindən istifadə edilməsi).
3.  Təbii  obyektlərin  dəyişdirilməsi  (torpağın  meliorasiyası,  süni 
su hövzələrinin yaradılması və s.).
4.  İstifadə  edilən  təbii  obyektlərin  və  bütövlükdə  ətraf  mühitin 
mühafizəsi.1
Yuxanda qeyd etdirdiyimiz kimi insan və təbiət arasındakı qarşı­
lıqlı  münasibətlərdə  tarixən  insanın  təsərrüfat  fəaliyyəti  əsas  rol  oy­
namışdır.  Belə ki,  insanın  təbiətə dağıdıcı təsiri, o cümlədən,  meşələ­
rin qınlması  bəzi  bitki və heyvan  növlərinin  kökünün  kəsilməsi,  tor­
pağın  eroziyasının  sürətlənməsi,  təbii  mühitin  zəhərli  kimyəvi  mad­
dələrlə  çirklənməsi  məhz,  insanların  təsərrüfat  fəaliyyətinin  geniş­
lənməsi  ilə  əlaqədar  olmuşdur.  Bu  prosesdə  ancaq  tundranın  uzaq 
sahələrində,  tayqada,  tropik  meşələrdə,  Arktika  səhralarında  və  s. 
ərazilərdə  insan  fəaliyyətindən  kənarda  toxunulmaz  ekosistemlər, 
təbii  landşaftlar  qalmışdır.  İnsan  fəaliyyətindən  kənarda  qalan  bu 
cür ekosistemlər (milli  parklar,  qoruqlar,  xüsusi mühafizə olunan  və 
s.  ərazilər  də  daxil  olmaqla)  hazırda  Yer  kürəsinin  quru  hissəsinin
1  Экологические  основы  природопользования:  Учебное  пособие,  -  2-е 
изд. М., Изд -й  Дом «Дашков и К».  2002, с 27-28.
18
10%-ni  təşkil  edir.  Qeyd  edək  ki,  belə  ərazilərin  də  həcmi  getdikcə 
azalm aqda  davam  edir.  Təbiətə  dəyişdirici  təsir  göstərən  insan  fəa­
liyyəti  hazırda  elə  bir miqyas  almışdır  ki,  bu  fəaliyyət  mövcüd  təbii 
tarazlığın  pozulması  üçün  təhlükəli ekoloji  vəziyyət yaratmaqla eyni 
zam anda,  cəmiyyətin  məhsuldar  qüvvələrinin  inkişafma  da  ciddi 
maneələr törətməkdədir.  Burada  təbiətə amansız münasibət  və təbi­
ətdən  səmərəsiz  istifadə  nəticəsində  bəzi  təbii  ehtiyatlann  azalması 
və tükənməsi nəzərdə tutulur.
M əlum dur ki, biosferin tərkib hissəsi kimi insan onun qanunları­
na  tabedir.  Başqa  canlılardan  fərqli  olaraq  insan  təbiət  və cəmiyyə­
tin  inkişaf qanunlarını  dərk  edə bilən  şüurlu  varlıqdır.  Lakin,  buna 
baxm ayaraq  o, çox  vaxt  təbiətlə özü arasında  olan  incə  həddi  keçə­
rək  ekoloji  tarazlığı  pozur  və  ətraf mühiti  çirkləndirir.  Məşhur  rus 
alimi,  akademik  N.N.Moiseyevin  (1998)  fikrinə  görə,  ona  müasir 
maşınları  yaratmağı  imkan  verən,  cəmiyyət  qanunlarını  dərk  edən 
insan,  təəssüf  ki,  təbiətlə  qarşılıqlı  münasbətlərində  mövcud  olan 
digər  qanunları  hələ  də  dərk  edə  bilməmişdir.  İnsan  hələ  bilmir  ki, 
onun  təbiətlə  olan  qarşılıqlı  münasibətlərində  «qadağan  olunmuş 
hədd  mövcuddur,  hansı ki,  insanın  heç bir şəraitdə o həddi  keçməyə 
ixtiyarı yoxdur.  Burada qadağalar sistemi mövcüddür,  bu qadağala­
rı pozub, həddi keçməklə insan öz gələcəyini məhv edir».1
İnsan-təbiət  münasibətlərində  mürəkkəblik  və  çətinlik  təkcə,  ək­
sər  insanların  ekoloji  qanunauyğunluğu  bilməməyində  deyil,  eyni 
zamanda  bəzi  insanların  həmin  qanunauyğunluğa  etinasızlığı  ilə 
əlaqədardır.  Digər  tərəfdən  bəzi  mütəxəssislər  müəyyən  ölkələrdə 
(xüsusən  inkişaf etməkdə  olan  ölkələrdə)  ekoloji  gərginliyin  yaran­
masını iqtisadi gerilik, yaxud yoxsulluqla əlaqələndirirlər.  Doğrudan 
da,  bəzi  yoxsul  ölkələrdə  əgər əhalinin  üçdə  bir  hissəsi  ərzaq,  içməli 
su,  mənzil,  paltar  və  s.  digər  yaşayış  vasitələrinin  əldə  edilməsində 
çətinlik  çəkirsə,  həmin  ölkələrdə  təbiəti  mühafizə  qayğılarından  da­
nışmağa  dəyməz.  Lakin,  bu  fikri  imperativ kimi  də qəbul  etmək  ol­
maz.  Çünki,  hər hansı  bir ölkədə ərzaq və içməli  su çatışmazlığı,  hə­
min ölkədə ekoloji tarazlığın pozulması ilə şərtlənir.
Tarixən  insan  təbiət  münasibətlərinin  qlobal  miqyasda  gərgin­
ləşməsində və ekosistemlərin tarazlığının pozulmasında  rol oynayan 
şərtlərdən  biri  də bioloji növlərin  planetin bir bölgəsindən  başqa bö­
lgəyə köçürülməsi olmuşdur.  Bioloji növlərin bir ərazidən başqa əra­
1 Моисев H.H.  Судьба цивилизации:  Путь разума -  M.,  1998. с.29
19


ziyə  köçürülməsinin  ciddi  ekoloji  problemlər  yaratması  haqqında 
tarixdən çoxlu faktlar mövcüddur.
Məsələn,  vaxtilə  Avstraliyaya  gətirilmiş  12  cüt  dovşanın  həmin 
bölgədə təbii  düşməni  olmadığına  görə qeyri  məhdud  şəkildə çoxal­
ması,  qoyunlarla uzunmüddətli ərzaq rəqabətinin yaranmasına gəti­
rib  çıxarmışdır.  Yaxud,  ABŞ-dan  Qərbi Avropaya kartofla  birlikdə 
gətirilmiş Kolorado böcəyi də təbii düşməni olmadığına görə bu bö­
lgədə  geniş  yayılmışdır.  İndiyə  kimi  Kolorado  böcəyi  Rusiyanın 
qərb  hissəsində  kartofçuluq  təsərrüfatı  üçün  əsas  ziyanverici  hesab 
olunur.  Bundan  başqa  antropoloji  landşaftlarda  insan  tərəfindən 
zərif ekoloji  tarazlığın  pozulması  da  lokal  ekoloji  fəlakətlərin  mey­
dana  gəlməsinə  səbəb  olur.  Məsələn,  Rusiya  və  Qazaxstanın  bəzi 
rayonlarında  çəyirtkə  toxumlarının  kimyəvi yolla  məhv  edilməsinin 
1999-cu ildən  dayandırılması,  çəyirtkələrin çoxalmasına  və bunlann 
kənd  təsərrüfatına  ciddi  ziyan  vurmasına  səbəb  olmuşdur.  Bütün 
bunlar insan-təbiət münasibətlərinin gərginləşməsinə, insan fəaliyyə­
ti  nəticəsində  təbiətin  dinamik  tarazlığının  pozulmasına  aid  tarixi 
misallardır.1
Tarixi  baxımdan  insan-təbiət  münasibətlərinin  gərginləşməsində 
əsas  mərhələlərdən  biri  də  sənayenin  inkişafı  ilə əlaqədar olmuşdur. 
Məlumdur  ki,  sənaye  istehsalı  yeni-yeni  təbii  ehtiyatlan  təsərrüfat 
dövriyyəsinə cəlb etmişdir.  Sənaye istehsalının artması nəticəsində su 
ehtiyatlarının  və  faydalı  qazıntılann  intensiv  istisman  genişlənmiş, 
torpağın  öz  təyinatından  əlavə,  dolayı  məqsədlər  (yol  çəkmək,  ya­
şayış binalan,  sənaye obyektləri  və s.  tikmək) üçün istifadəsi artmış­
dır.  Təbii  ehtiyatların  kortəbii  və  yüksək  templə  istisman  tarixən, 
onlann tükənməsini, həm də ətraf mühitin çirklənməsini sürətləndir­
mişdir.  Bu  baxımdan,  əgər  insanın  təsərrüfat  fəaliyyəti  XIX  əsrin 
sonuna kimi lokal və regional xarakter daşıyırdısa, 
XX
 əsrin ortala- 
nndan isə bu təsir qlobal xarakter daşımağa başlamışdır.
XXI 
əsrin  başlanğıcında  isə  insanın  təsərrüfat  fəaliyyəti  öz  əhatə 
dairəsinə  görə  artıq  Planetar  xarakter  almışdır.  İnsanın  təbiətə  gö­
stərdiyi  müasir  güclü  texnoloji  təsiri  nəzərə  alaraq  qeyd  etmək  olar 
ki, yerin  bütün  landşaftı  texnogen təsir dərəcəsinə görə fərqlənən  tə­
bii-antropogen  mahiyyət  daşıyır.  Təbii  landşaftların  antropogen 
transformasiyasının xarakteri və dərinliyi əhalinin sıxlığı, cəmiyyətin
1  Константинов  B.M.,  Охрана  природы.  Учеб,  пособие,  М.  Изд.-й 
центр.  «Академия», 2000. с.  7.
20
texniki  təchizi,  təsərrüfat  təsirinin  intensivliyi  və  müddətindən  asıb­
dır.  Təbii  ehtiyatların  bərpa  imkanlarını  və  mühafizə  tədbirlərini 
nəzərə  almadan  onlann  kortəbii  istifadəsi,  ətraf  mühitin  intensiv 
çirkləndirilməsi,  təbiətdəki  tarazlığın  pozulmasma və ətraf mühitdə- 
ki ekoloji gərginliyin artmasına gətirib çıxanr.
Ekoloji  problemlərin artması sosial-fəlsəfi baxımdan insan-təbiət 
münasibətlərinin  gərginləşməsinin  təzahürüdür.  İnsan-təbiət  arasın­
dakı  münasibətlərin  böhran  vəziyyətinə çatması,  ətraf mühitin  çirk­
lənmə  dərəcəsinin  artması  və  təbii  ehtiyatlann  tükənməsi  ilə 
müəyyən olunur ki, bu da son nəticədə cəmiyyətin məhsuldar qüvvə­
lərinin inkişafı üçün maneəyə çevrilir.
Son  illərdə azon  təbəqəsinin  dağılması,  turşu  yağışlann  yağması, 
radioaktiv  çirklənmə,  meşələrin  sürərtlə  azalması,  səhralaşmanın 
genişlənməsi,  torpağın  deqradasiyası  və  s.  ekoloji  böhranın  qlobal 
xarakter  daşıdığını  göstərən  faktlandır.  Bütün  bunlar  isə  Planetar 
proseslərin  normal  gedişinə və  Yer üzərində həyatın  mövcudluğuna 
təhlükə  yaradır.  Deməli,  insanlar  hər  şeydən  əvvəl  təsərrüfat  fəa­
liyyətlərinin mənfi  nəticələrini nəzərə almalı,  onu aradan qaldırmalı, 
təbiətlə qarşılıqlı münasibətlərində harmoniyaya nail olmalıdırlar.
Ə traf mühitə daxil  olan sosial-iqtisadi  komponentlər -  hər hansı 
bir  tarixi  inkişaf prosesində istehsal  vasitələri  və istehsal  münasibət­
lərinin  inkişaf  səviyyəsi  olub  sosial,  siyasi,  iqtisadi,  mədəni  və  s. 
amillərlə müəyyən olunur.
XX  əsrin  ortalarında  beynəlxalq  təşkilatların  təşəbbüsü  ilə  cə­
miyyətin  inkişaf  göstəricisi  kimi  adambaşına  düşən  Ümumi  Milli 
Gəlirin (ÜMG) həcmi əsas götürülürdü. Lakin, XX əsrin sonu -  XXI 
əsrin əvvəllərində isə mütəxəssislər belə qərara gəldilər ki,  adambaşı­
na  düşən  ÜMG-in  həcmi  artıq  tərəqqinin  ümumi  səviyyəsini 
müəyyən  etmək  üçün  kifayət  etmir.  Bunu  nəzərə  alan  BMT  və 
Dünya  Bankının  (DB)  mütəxəssisləri  cəmiyyətin  inkişaf səviyyəsini 
müəyyən etmək üçün bütün ölkələrdə əsas göstərici kimi insan ikişafi 
indeksini 
(Ш) 
təklif  etmişlər.  İnsan  inkişafı  indeksi  -   orta  ömür 
müddəti, əhalinin savadlılıq dərəcəsi və zəruri-normal yaşayışı təmin 
etmək üçün  təbii ehtiyatlardan istifadə səviyyəsini əhatə edir.  Təcrü­
bə göstərir ki,  bu indekslər ayn-ayn ölkələrin sosial,  iqtisadi və eko­
loji  inkişaf səviyyəsini  daha  düzgün  və  obyektiv  əks  etdirir.  1992-ci 
ildə BMT-nin təşəbbüsü ilə ətraf mühit və inkişafa həsr edilmiş Rio- 
de-Janeyro  konfransında  qəbul  edilmiş  «Davamlı  inkişaf»  konsep­
siyası da yuxanda deyilənləri sübut etmişdir.
21


Yüklə 5,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə