Sakit hüseynov rasim sariyev



Yüklə 5,17 Mb.
Pdf görüntüsü
səhifə14/53
tarix31.08.2018
ölçüsü5,17 Mb.
#65529
1   ...   10   11   12   13   14   15   16   17   ...   53

rilməsinə  tələblər (maddə  13,  13) öz ifadəsini  tapsa  da,  əsas anlayış­
lar  sırasında  «tullantılar  üçün  poliqon»  anlayışının  şərh  edilməs: 
diqqətdən kənarda qalmışdır.
Bu  baxımdan  qanunun  nəzəri  və  əməli  cəhətlərinin  bütövlükdə 
dərk  edilməsində  göstərilən  anlayışın  əhəmiyyətini  nəzərə  alaraq 
onun  yeni  qanunvericilik  aktlarında  şərh  edilməsini  məqsədəuyğun 
hesab edirik.
Bəzi ekoloji qanunvericilik  aktlarında geniş anlayış  və terminlər­
dən  istifadə  edilmişdir.  Çoxcəhətli anlayışlardan  istfiadə edilən eko­
loji  qanunlardan  biri  «Atmosfer  havasınm  mühafizəsi  haqqında» 
AR  Qanunudur  (27.03.2001)1 *
.  bu  qanunun  əsas anlayışlar hissəsin­
də  (maddə  1)  terminoloji  uyğunsuzluqlara  rast  gəlmək  olur.  Məsə­
lən,  «atılmanın  (tullantının) texniki normativi» (maddə  1.09), yaxud 
«müvəqqəti  razılaşdırılmış  atılma  (tullantı)»  (maddə  1.0.11.) anlayı­
şında  «atılma»  sözü  ayrılıqda  mənasına  görə  anlayışı  düzgün  ifadə 
etmir.  Çünki,  Azərbaycan  dilində  «atılma»  başqa  məna  verdiyinə 
görə  burada  anlayışın  mənalandırılmasında  məntiqi  uyğunsuzluq 
yaradır.  Doğrudur «atılma»  ilə yanaşı  burada  mötərizədə «tullantı» 
da  yazılmışdır  və  anlayışın  şərhini  oxuduqda  burada  atmosferdə 
zərəıii  maddələrin  atılması  başa  düşülür.  Məsələn,  «Müwəqəti  razı­
laşdırılmış atılma (tullantı» -  atmosfer havasının keyfiyyəti və müva­
fiq  ərazinin  sosial-iqtisadi  inkişafı  nəzərə  alınmaqla  atılmanın  yol 
verilən  həddinə mərhələlərlə nail olmaq  şərti ilə,  stasionar mənbələr 
üçün müəyyən edilən atmosfer havasına zərərli  maddələrin atılması­
nın müvəqqəti həddi kimi şərh edilir.
Lakin  anlayışın  mənalandırılmasında  «atılma» sözündən istifadə 
edilməsini «leksikoloji» cəhətdən düzgün hesab etmək olmaz.
Məlumdur  ki,  «fövqəladə  hallar»  anlayışı  son  illərdə  insanların 
həyatına və şüuruna daxil  olan  yeni anlayışlardan  biridir.  Tədqiqat­
çılar fövqəladə halları  təhlükəli  təbii hadisə,  qəza,  təbii və digər fəla­
kətlər  nəticəsində  meydana  gələn,  həmçinin  böük  insan  tələfatı  və 
maddi  itgilərlə  nəticələnən,  insanlann  normal  həyat  fəaliyyətinin 
pozulmasına səbəb olan vəziyyət kimi şərh edirlər.2
1  Azərbaycan Respublikası  ətraf mühitə dair qanunvericilik Toplusu,  1 hissə, Bakı, 
2002.  səh.  298-310
1  Безопасность жизнедеятельности:  Учеб.Пособие.  M.,  ЮНИТИ-ДАНА 
2002,с.  370-371
54
«Fövqəladə hallan) anlayışının elmi cəhətdən şərh edilməsi digər 
ölkələrin ekoloji qanunvericiliyində də öz əksini tapmışdır.  Məsələn, 
əhalinin  və  ərazilərin  təbii  və  texnogen  xarakterli  fövqəladə  hallar­
dan  mühafizə  edilməsi  haqqında  Rusiya  Federasiyasının  Qanunun­
da  (21.12.1994)  fövqəladə  hallar  müəyyən  ərazilərdə  təhlükəli  təbii 
hadisələr,  qəzalar,  kortəbii  və  digər  fəlakətlər  nəticəsində  yaranan 
insan tələfatına gətirib çıxaran,  adamların sağlamlığına  və təbitə zə­
rər  vuran,  insanlann  həyat  fəaliyyətinin  pozulması  ilə  nəticələnən 
vəziyyət kimi şərh edilmişdir.1
Y uxanda  göstərilən  şərhləri  nəzərə  alaraq  respublikamızın  qa­
nunvericiliyində  göstərilən  «fövqəladə  hal»  anlayışını  «hidrotexniki 
qurğularda  baş  verən  qəza  nəticəsində  yaranmış  sosial-ekoloji  və­
ziyyət» adlandınlması məntiqi cəhətdən daha məqsədəuyğundur.
Respublikamızın  ekoloji  qanunvericilik  aktlanm  araşdırarkən 
məlum  olmuşdur  ki,  bu  qanunlann  bəzilərində  ekoloji-hüquqi  an­
layışlar  təkrar  olunur,  yaxud  da  bəzi  anlayışlann  şərhində  məntiqi 
uyğunsuzluqlar vardır.
Araşdırmalar  göstərir ki,  «Hidrotexniki  qurğulann  təhlükəsizliyi 
haqqında» AR Qanununda (27.12.2002) «fövqəladə hal» anlayışının 
mənalandırılması  elmi  ədəbiyyatda  irəli  sürülən  şərhlərlə  məntiqi 
uyğunsuzluq  təşkil  edir.  Məsələn  bu  Qanunda  «fövqəladə  hal»  an­
layışı  «hidrotexniki  qurğuda baş verən qəza və zədələnmə nəticəsin­
də müəyyən bir ərazidə insanlann həyatına,  sağlamlığına, əmlakına, 
ətraf  mühitə  və  təsərrüfat  obyektlərinə  zərər  dəyməsinə,  habelə 
maddi itgilərə səbəb olan vəziyyət» kimi mənalandınlır.2
Buradan  göründüyü  kimi  elmi  ədəbiyyatda  «fövqəladə  hallan) 
anlayışının  tərifi  respublikamızın  qanunvericiliyində  şərh  edilən 
məzmundan  fərqlənir.  Qanunvericilikdə şərh  edilən  məzmunda  föv­
qəladə  halın  baş  vermə  səbəbi  hidrotexniki qurğuda  baş  verən  qəza 
ilə şərtləndirilir.  Lakin elmi ədəbiyyatda göstərildiyi kimi  «fövqəladə 
hallan)  anlayışı  daha  universal  xarakter daşıyır  və onu  təkcə  hidro­
texniki  qurğularda  baş verən qəza  nəticəsində yaranmış  vəziyyət  ki­
mi mənalandırmaq məntiqi cəhətdən düzgün deyildir.
Məlumdur  ki,  insanlarda  ekoloji  şüurun  formalaşmasında  ətraf 
mühit  haqqında  informsiya  alınması  əsas  rol  oynayır.  Ə traf mühit
2 Собрание законадательства Российский Федерации,  1994, №35, с.3648
2 Hidrotexniki qurğuların  təhlükəsizliyi haqqında AR  Qanunun, «Xalq qəzeti», 
27 fevral 2003-cü il
55


haqqında informasiya almağın hüquqi tənzimlənməsi «Ətraf mühitə 
dair informasiya  almaq haqqında» AR Qanununda (12.03.2002) öz 
ifadəsini  tapmışdır.  Qanunun  giriş  hissəsində  göstərilir  ki,  «bu  qa­
nun  ətraf  mühitin  vəziyyətinə  və  təbii  ehtiyatlardan  istifadyə  dair 
dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlanndan,  həmçinin 
məsul  şəxslərdən  tam,  dəqiq,  vaxtmda  informasiya  almaqla  bağlı 
yaranan münasibətləri tənzimləyir».1
Buradan  göründüyü kimi bu Qanun öz strukturuna görə məntiqi 
tələblərə  cavab  verir,  ətraf  mühit  və  ekoloji  problemlər  haqqında 
informasiya almaqla əlaqədar hüquqi münasibətləri tənzimləyir.  La­
kin Qanunun  1-ci maddəsində əsas anlayışların mənalandırılması ilə 
əlaqədar  müəyyən  uyğunsuzluqlar,  uzun-uzadı  və  dolaşıq  xümlələr 
vardır ki, bu da anlayışın dərk edilməsini çətinləşdirir.  Məsələn, Qa­
nunun  1-ci  maddəsinin  2-ci  bəndində  «Ətraf mühitə  dair  informa­
siya obyektləri»Nin  mənalandırılmasında  istifadə edilən  cümlə həd­
dən  artıq  uzun  və  mürəkkəb  olduğuna  görə  çətinliklə  anlaşılır.  Bu 
Qanundan  fərqli  olaraq,  «Əhalinin  ekoloji  təhsil  və  maarifləndiril­
məsi  haqqmda»  AR  qanununda  istifadə  edilən  əsas  anlayışlar  sadə 
və  aydın  cümlələrlə  ifadə  edilmişdir.  Qanunda  istifadə  olunan  əsas 
anlayışlar aşağıdakı kimi mənalandırılmışdır:
1.0. 1. 
Ekoloji  təhsil  -   ətraf  mühitin  mühafizəsi  və  təbii  eh­
tiyatlardan  istifadə  üzrə  normaların,  xüsusi  biliklərin,  təcrübənin 
tədrisi və öyrənilməsi prosesi;
1.0. 2. 
Ekoloji  biliklər -   ətraf mühitə,  ekologiyaya,  insan  və 
təbiət arasında qarşılıqlı əlaqələrə dair məlumatlar;
1.0. 3. 
Ekoloji  maarifləndirmə  -   ekoloji  mədəniyyətin  for­
malaşmasına yönəldilmiş ekoloji bilik və təcrübənin yayılması;
1.0. 4. 
Ekoloji  mədəniyyət  -  əhalinin  və ölkənin  ekoloji  təh­
lükəsizliyinə,  insanın  ətraf  mühitlə  qarşılıqlı  əlaqəsinə  dair  bilik  və 
təcrübənin məcmusu.1
 2
1.0. 5. 
Göründüyü  kimi,  burada  mənalandırılan  anlayışların 
şərhi  sadə  və  anlaşıqlıdır.  Lakin  təəssüf ki,  ekoloji  təhsil  və  maarif­
ləndirmə  ilə  əlaqədar  olan  digər  anlayışlar  diqqətdən  kənarda  qal­
mışdır.
1  «Ətraf mühitə dair informasiya almaq haqqmda»  A R  Qanunu,  «Hüquqi döv­
lət və Qanun» jurnalı, № 5-6, 2002-ci il,  s.7
2 «Əhalinin ekoloji təhsil və maariflədirilməsi  haqqmda» AR Qanunu, «R es­
publika» qəzeti,  29 yanvar,  2003-cü il.
56
Bu  Q anunun  məzmununa  və  əhatə  dairəsinə  uyğun  olan,  elmi 
ədəbiyyatda ən çox istifadə olunan, lakin mövcud qanunda öz əksini 
tapmayan  fəlsəfi  anlayışlardan  biri  «ekoloji  şüur»  və  «ekoloji  tə­
fəkkür»  anlayışıdır.  Bu  və  digər  anlayışların  göstərilən  Qanunda 
mənalandırılması  bu  qanunun  sosial-fəlsəfi  tərəflərini  daha  da  güc­
ləndirərdi.
Ümumiyyətlə,  ətraf  mühitin  mühafizəsi  və  təbiətdən  istfiadə  ilə 
bağlı  son  illərdə qəbul  edilmiş  qanunlarda  istfiadə  edilən  anlayış  və 
terminlər  respublikamızda  ekoloji  şüurun  inkişafında  müəyyən  rol 
oynamaqdadır.
57


Yüklə 5,17 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə