Sakit hüseynov rasim sariyev



Yüklə 5,17 Mb.
Pdf görüntüsü
səhifə13/53
tarix31.08.2018
ölçüsü5,17 Mb.
#65529
1   ...   9   10   11   12   13   14   15   16   ...   53

fondu torpaqlarının istifadəsi,  mühafizəsi,  qorunması  və bərpası  s a ­
həsində münasibətlər kimi izah olunur.  Yaşıllıq zonalarının meşələri 
-   şəhərlərin  və  digər  yaşayış  məntəqələrinin  sərhədləri  xaricində  və 
ya  onlara  yaxın  olan  sahələrdə  yerləşən,  mühüm  qoruyucu,  sanita- 
riya-gigiyena,  sağlamlaşdırma funksiyalarım yerinə yetirən və əhali­
nin istirahəti üçün istifadə edilən meşələr kimi şərh olunur.
13  fevral  1998-ci  ildə qəbul edilmiş  «Yerin  təki haqqında»  A zər­
baycan  Respublikasının  Qanunun  1-ci  maddəsində  «yerin  təki»  a n ­
layışı  -   yer  qabığının  yer  səthindən  və  ya  torpaq  qatından,  su 
obyektlərinin  dibindən  aşağıda  yerləşən,  öyrənilməsi  və  istifadəsi 
mümkün olan dərinliklərədək uzanan süxurlardan, mineral-xammal 
ehtiyatlarından,  enerji daşıyıcılanndan (neft,  qaz və s.),  təbii  və süni 
boşluqlardan,  geoloji  və  texnogen  törəmələrdən  ibarət  hissəsi  kimi 
izah o lunur.1
Azərbaycan  Respublikasının  qanunvericiliyində  ayn-ayn  təbii 
obyektlərin  mühafizə edilməsinin hüquqi əsaslan ilə bağlı anlayış və 
terminlər ilk öncə həmin  təbii obyektlərə aid  olur.  Məsələn, «Əhali­
nin  radiasiya  təhlükəsizliyi  haqqında»Azərbaycan  Resublikasınm 
Qanununda  əsasən  radioaktiv  maddə və  radiasiya  ilə  bağlı anlayış­
lar şərh olunur.  Belə ki,  bu qanunda radioaktiv maddə -  kənar təsir 
olmadan  atom  nüvəsinin  çevrilməsi  nəticəsində  ionlaşdmcı  şüa  bu­
raxan izotoplar (atomlar) kimi izah olunmuşdur.  Yaxud təbii radia­
siya  fondu -  kosmik  şüalanmalann  və  təbii  radionuklidlərin  torpa­
qda.  Suda,  havada,  biosferanın digər elementlərində,  qida maddələ­
rində,  habelə  insan  orqanizmində  təbii  yaratdığı  şüalanma  dozası 
kimi şərh olunur.1
«Texniki  təhlükəsizlik  haqqında»  Azərbaycan  Respubltikasının 
Qanununda  obyektlərin  texniki  təhlükəsizliyi  anlayışı  -  vətəndaşla­
rın  və  cəmiyyətin  vacib  həyati  maraqlarının  təhlükə  potensiallı 
obyektlərdə  başverə  biləcək  qəzalardan  müdafiəsinin  vəziyyəti  -  
mənasım ifadə edir1
 2
1  Azərbaycan  Respublikasının ətraf mühitə dair qanunvericilik Toplusu,  I hissə, 
Bakı 2002. səh.  97.
1  Azərbaycan Respublikasının  ətraf mühitə dair qanunvericilik Toplusu, I hissə, 
Bakı 2002.  səh.  67-68
2 «Texniki təhlükəsizlik haqqında» A .R  Qanunu, «Azərbaycan» Qəzeti, 8 fevral, 
2000-ci il.
50
Q anunda «təhlükəsizlik mexanikası» -  avtomatik nəzarət və tən­
zimləyici  cihazlar,  qruyucu  qurğular,  müşahidə,  xəbərvermə,  rabitə 
vasitələri  və  təhlükəsizliyi  təmin  edən  digər  texniki  tədbirlər  kom­
pleksi  kimi  mənalaşdınlır.  «Uyğunlun  sertifikatı»  isə -  avadanlığın, 
maşın və mexanizmlərin dövlət standartlarına və yaxud digər texniki 
normativ  sənədlərin  təhlükəsizlik  tələblərinə  uyğun  gəlməsini 
müəyyən  edən  rəsmi  şəhadətnamə kimi izah edilir ki,  bu da məntiqi 
cəhətdən anlaşıqlıdır.
Lakin  bu  qanunda  texniki  təhlükəsizliklə  əlaqədar  olan  əsas  an­
layışların  şərhində  müəyyən  uyğunsuzluqlara  da  rast  gəlinir.  Məsə­
lən, «qəza» anlayışı qanunda:  təhlükə potensiallı obyektlərdə istifadə 
olunan tikililərin  və ya ya texniki qurğulann uçulması,  nəzarət edilə 
bilməyən partlayış və ya təhlükəli maddələrin ətraf mühitə yayılması 
kimi şərh edilir.  Doğrudur,  burada anlayışın şərhi  məntiqi cəhətdən 
aydındır.  Lakin  məlumdur ki,  «qəza» anlayışı çoxmənalıdır:  nəqliy- 
at  qəzası,  müəssisədə  baş  verən  qəza  və  s.  Qanunda  verilən  şərhə 
diqqət yetirdikdə burada mənalandırılan qəza anlayışını  başqaların­
dan  fərqləndirmək  üçün  bunun  «texnogen  mənşəli  qəza»  adlandı­
rılması  həm  məntiqi,  həm də linqivistik cəhətdən  daha düzgün  olar­
dı.  Digər  tərəfdən  «hadisə»  anlayışı  da  linqivistik  cəhətdən  uyğun­
suzluq  yaradır.  Qanunun  «Əsas  anlayışlar»  maddəsində  «hadisə» -  
təhlükə  potensiallı  obyektlərdə  tətbiq  olunan  texniki  qurğulann 
dayanması,  yaxud  nasazlığı,  texnoloji  rejim  prosesindən  kənara 
çıxma,  eləcə  də  istehsal  obyektində  işlərin  apanlması  qaydalannı 
müəyyənləşdirən  normativ  texniki  sənədlərin  tələblərinin  pozulması 
kimi  mənalandınlır.  Burada  mənalandırma  məntiqi  tələblərə cavab 
versə də,  «hadisə»  sözü  ilə onun  şərhi arasında  uyğunsuzluq  diqqəti 
cəlb  edir.  Şərhdən  məlum  olur  ki,  hər  hansı  bir  mücərrəd  «hadi- 
sə»dən  yox,  müəssisələrdə  baş  verən  texniki,  yaxud  texnogen  hadi­
sədən söhbət gedir.  Bu  baxımdan qanunda «hadisə» sözü «texnogen 
hadisə» kimi yazılsaydı, bu həm linqivtisk, həm də məntiqi cəhətdən 
daha düzgün olardı.
Respublikamızda  su  obyektlərinin  istifadəsi  və  mühafizəsi  ilə 
bağlı  hüquqi  münasibətlərin  tənzimlənməsində  «Azərbaycan  Res­
publikasının  Su  Məcəlləsi»  mühüm  əhəmiyyət  kəsb  etmişdir.  Su 
Məcəlləsində «Su obyekti», «Su istehlakçısı»,  «Sulann zərərli təsiri», 
«Su  ehtiyatlan», 
«Su  obyektlərinin  çirklənməsi»  və  s.  anlayışlar
51


şərh  edilmişdir*
 1.  Anlayışların  şərh  edilməsində  sosial-fəlsəfi  baxım ­
dan  məntiqi  ardıcıllhğa  əməl  edilmişdir.  Məsələn,  «Sulann  zərərli 
təsiri»,  «Su ehtiyatlan»,  «Su obyektinin istifadəçisi» su obyektlərin­
dən istifadə hüququ verilmiş fiziki və ya hüquqi şəxs kimi şərh edilir. 
«Su  istehlakçısı»  isə öz  ehtiyaclarını  təmin  etmək  üçün  su  obyektlə­
rinin istifadəçisindən su  alan fiziki və ya  hüquqi  şəxs kimi izah  edil­
mişdir.  «Su  obyektlərinin  çirklənməsi»  sulann  keyfiyyətini  pisləşdi­
rən,  su  obyektlərinin  səthinə,  dibinə və  ətrafma  mənfi  təsir edən  zə­
rərli  maddələrin  tökülməsi  və  ya  axıdılması  kimi  şərh  edilir  ki,  bu 
şərhin  əsas  mahiyyəti  suyun  tərkibinin  pisləşməsinin  ifadə  olunma­
sıdır.  Anlayışların  şərhində  sulann  əirklənməsi  və  zibillənməsi  mə- 
naca bir-birində fərqləndirilir.  Su obyektlərinin çirklənməsi dedikdə, 
onun  keyfiyyətinin pisləşməsi  nəzərdə tutulursa,  su obyektinin zibil­
lənməsi isə,  su obyektlərindən istifadəni çətinləşdirən əşyalann,  bərk 
maddə  hissəciklərinin,  müxtəlif  çeşidli  texnogen  mənşəli  və  məişət 
tullantılınmn suya  tökülməsi  kimi  izah edilir.  «Sulann zərərli təsiri» 
ifadəsinin təhlili göstərir ki,  burada təkcə sulann  insan orqanizminə 
zərərli  təsiri  nəzərdə  tutulmur,  eyni zamanda  sulann  bütövlükdə  ət­
ra f mühit və  həyat  fəaliyyətinin  təhlükəsizliyinə göstərdiyi zərərli  tə­
sir  başa  düşülür.  Qanunvericilikdə  bu  ifadə -  «su  altında qalma,  su 
basma, müəyyən əraziyə və ya obyektə yerüstü və yeraltı sulann dig­
ər təsiri» kimi izah olunur.
Su  ilə  bağlı  digər  qanun  respublikamızda  yerli idarəetmə orqanı 
olan  bələdiyyə  institutunun  yaradılmasından  sonra  qəbul  edilən 
«Bələdiyyələrin 
su 
təsərrüfatı 
haqqında» 
AR 
Qanunudur 
(20.06.2001)1.  Bu  Qanun  bələdiyyələrin  ərazisində yerləşən su  təsər­
rüfatı obyektlərinin istifadəsi və onlann mühafizəsi ilə əlaqədar bələ­
diyyələrlə  müvafiq  icra hakimiyyəti  orqanlan,  hüquqi  və fiziki şəxs­
lər arasında münasibətlərin hüquqi əsaslanm müəyyən edir. Anlayış­
ların  izahını  əhatə  edən  Qanunun  I  bölməsində  göstərilir  ki,  «Bələ­
diyyələrin  su  təsərrüfatı  -   bələdiyyə  torpaqlarında  yerləşən  yerli 
əhəmiyyətli  yeraltı  və  yerüstü  sulann  tənzimlənməsi,  istifadəsi, 
mühafizəsi,  habelə  sulann  vurduğu  zərərin  qarşısının  alınması  ilə 
əlaqədar  tədbirlər»dən  ibarətdir.  «Yerli  əhəmiyyətli  su  mənbəyi»
'  Azərbaycan Respublikası ətraf mühitə dair qanunvericilik Toplusu, I his­
sə, Bakı, 2002.  səh 41-67
1 Azərbaycan  Respublikasının  Qanunvericilik Toplusu.  Bakı, №8,  2001,s. 1643- 
1664.
52
dedikdə,  bələdiyyə  torpaqlarında  yerləşən  və  yerli  ehtiyaclan  ödə­
mək  üçün  istifadə  olunan  su  obyektləri  nəzərdə  tutulur.  Bundan 
başqa  mövcud  qanunvericilikdə  -   tulantı  sulan,  drenaj  sulan,  su 
obyektlərinin mühafizəsi, su obyektlərinin çirklənməsi anlayışlarının 
şərhi verilmişdir.
Su  ilə  bağlı  olan  digər  Qanun  «Su  təchizatı  və  tullantı  s  ulan 
haqqında»  (28.10.1999)  AR  Qanunudur2.  Qanunun  I  maddəsində 
bu  qanunun  əhatə  etdiyi  müxtəlif  anlayış  və  termionoloji  ifadələr 
təqdim  edilmişdir  ki,  bunlar  daekoloji  hüquqda  yeni  anlayışlar  he­
sab  olunur.  Buna  misal  olaraq  «su təchizatı  sistemi»,  «kanalizasiya 
sistemi»,  «tullantı  sulan»,  «məişət (təsərrüfat) içməli  su»,  «istehsalat 
məqsədli su» və s.  göstərmək olar.  Lakin bu terminlərdən bəzilərinin 
izahında anlaılmaşzlıq vardır.  Məsələn, burada «məişət (təsərrüfat)- 
içməli su» anlayışının  həm adında,  həm də izahında  məntiqi uyğun­
suzluq  vardır. Əünki  «məişət  içməli su» deyilməsi həm dil,  həm  mə­
na  cəhətdən  natamam  səslənir.  Bunun  əvəzində  «məişətdə  istifadə 
olunan  içməli  su»  və  «təsərrüfat  məqsədilə  məişətdə  istifadə  edilən 
su» ifadəs yazılsa idi, bu məntiqi cəhətdən daha mükəmməl olardı və 
insanlar tərəfindən  bu  anlayışların  mənimsənilməsi  daha da asanla­
şardı.
Təəssüf ki,  bu  cür  məntiqi  uyğunsuzluqlara  digər  qanunvericilik 
aktlannda da rast glmək olur.
Cəmiyyətin siyasi-iqtisadi, sosial-mədəni inkişafı prosesində yeni- 
yeni  ekoloji  anlayış  və  terminlər meydana  gəlməkdədir.  Bu  anlayış­
ların əksəriyyəti yeni qəbul edilən qanunvericilik aktlannda öz əksini 
tapsa da, bəzən qanunlarda istifadə edilən termin və ifadələrin hamı­
sı  «əsas  anlayışlar»  bölməsində  diqqətdən  kənarda  qalır.  Məsələn, 
«İstehsalat  və  məişət  tullantılan  haqqında»  AR  Qanununun 
(30.06.1998)  1-ci  maddəsində  tullantılarla  bağlı  əsas  anlayışlardan 
məişət tullantılan, təhlükəli, təhlükəsizlik, yararsız tullantılar, tullan- 
tılann  emalı,  yerləşdirilməsi,  zərərsizləşdirilməsi  və  digər  anlayışlar­
dan məntiqi cəhətdən kifayət qədər anlaşıqlı şəkildə izah edilmişdir1 
Bununla yanaşı, artıq elmi ədəbiyyatda tez-tez işlədilən «tullantı­
lar  üçün  poliqon»  (buna  bəzən  «şəhər  zibilxanalan»  da  deyilir  -
S.Hüseynov) anlayışı  bu qanunda şərh edilmişdir.  «Tullantılar  üçün 
poliqon»  anlayışı  istehsalat  və  məişət  tullantılannm  daşındığı  «son 
mənzil»  hesab olunur.  Qanunda  tullantıların  daşınması  və yerləşdi-
2  Azərbaycan  Respublikasının  Qanunvericilik Toplusu,  Bakı,  № 1,  2000 s.  11-41
53


Yüklə 5,17 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə