Sakit hüseynov rasim sariyev



Yüklə 5,17 Mb.
Pdf görüntüsü
səhifə11/53
tarix31.08.2018
ölçüsü5,17 Mb.
#65529
1   ...   7   8   9   10   11   12   13   14   ...   53

Son  illərdə  ekoloji  hüquqa  aid  çap  olunm uş  əsərlərdə  m ütə­
xəssislər  ekoloji  hüququn  tərifini  aşağıdakı  kimi  təqdim  etm iş­
lər:  «İndiki  və  gələcək  nəsillərin  marağı  nam inə,  ətra f mühitin 
mühafizəsi  və  təbii  ehtiyatlardan  səmərəli  istifadə  etmək  üçün, 
təbiət  və  cəmiyyətin  qarşılıqlı  əlaqələrinin  ictim ai  (ekoloji) 
m ünasibətlərini  tənzimləyən  hüquqi  norm aların  toplusu ekoloji 
hüquq  adlanır»1.
Ekoloji  hüququn  həyata  keçirilməsini  reallaşdıran  hüquq 
norm alarına eko loji- hüquqi  norm alar deyilir.
Başqa  dövlətlərdə  olduğu  kimi  A zərbaycanda  da  təbii 
obyektlər -  torpaq  və  yerin  təki,  meşələr,  sular,  bitki  və  heyva­
nat  aləmi,  atm osfer  havası  müvafiq  qanunlarla  dövlət  tərəfin­
dən  mühafizə  olunur.  H azırda  müstəqil  bir  dövlət  kimi  A zər­
baycan  da  öz  təbii  sərvətləri  üzərində  sahiblik,  istifadə  və  sə­
rəncam   vermək  sahəsində  tam   hüquqa  malikdir.  H ər  hansı  bir 
dövlətin  təbii  sərvətlər üzərindəki  sahiblik,  istifadə və sərəncam 
hüququ  o  dem əkdir  ki,  dövlət  öz  səlahiyyətini  həyata  keçirərə- 
kən  onun  mülkiyyət  hüququ  heç  bir  vasitə  ilə  məhdudlaşdırıla 
bilməz.  M ülkiyyət  hüququ  vasitəsi  ilə  hər  bir  dövlət  öz  təbii 
sərvətlərinin  çıxarılması,  istehsalı  və istifadəsi  üzərində  nəzarə­
ti  həyata  keçirir.
Qeyd  etmək  lazım dır  ki,  1995-ci  il  noyabrın  12-də  qəbul 
edilmiş  A zərbaycan  Respublikasının  K onstitusiyasının  13-cü 
m addəsində  göstərilir:  «Azərbaycan  R espublikasında  mülkiy­
yət  toxünülm azdır və  dövlət  tərəfindən  müdafiə olunur».1
 2 K on­
stitusiyanın  təbii  ehtiyatlarla  bağlı  olan  14-cü  maddəsində 
qeyd  olunm uşdur  ki,  «Təbii  ehtiyatlar  hər  hansı  fiziki  və 
hüquqi  şəxslərin  hüquqlarına  və  mənafelərinə  xələl  gətirmədən 
A zərbaycan  R espublikasına məxsusdur».3
Bundan  başqa,  A zərbaycan  Respublikasının  Konstitusiya­
sında  ə tra f  m ühitin  qorunm ası,  ekoloji  hüquq  və  insanların 
sağlam  ə tra f  mühitdə  yaşam aq  hüquqi  ilə  bağlı  ayrıca  maddə 
də  vardır.  K onstitusiyanın  -   «Sağlam  ətra f  mühitdə  yaşamaq 
hüququ»  -   adlanan  39-cü  maddəsində  deyilir:  «1.  Hər  kəsin
1  N .K .M ikayılov,  C .Q.Nuriyev,  K .Q .Nuriyeva.  Ekologiya  hüququ.  Bakı,  «Qa­
nun»,  2000, səh.4.
2 Azərbaycan  Respubliasının  Konstitusiyası.  Bakı,  1995, s.7.
3 Y enə orada,  s.7
42
sağlam  ətraf  m ühitdə  yaşamaq  hüququ  vardır.  2.  Hər  kəsin 
ətraf  m ühitin  əsil  vəziyyəti  haqqında  m əlumat  toplam aq  və 
ekoloji  hüquqpozm a  ilə  əlaqədar  onun  sağlamlığına  və  əm la­
kına vurulm uş  zərərin  əvəzini almaq  hüququ  ard ır» .1
B uradan  göründüyü  kimi  insanların  sağlam  ətraf  mühitdə 
yaşamaq  hüququ  ekoloji  hüquq  məsələləri  R espublikam ızda 
K onstitusiya  səviyyəsində  təsbit  olunm uşdur. 
İnsanların 
sağlam  ətraf m ühitdə  yaşamaq  hüququ  dövlətin  əsas  q an unun­
da  təsbit  olunduğuna  görə  ətraf mühitin  qorunm asına  nəzarət 
məsələsi  də  hüquqi  baxım dan  Konstitusiyanın  digər  m addə­
sində  (78-ci  m addə)  öz  əksini  tapmışdır.  Belə ki,  78-ci  maddədə 
göstərilir  ki,  «Ə traf  mühitin  qorunması  hər  bir  şəxsin  b o rcu­
dur».2
A dətən,  hüquqi  ədəbiyyatda  ekoloji  hüququn  predmeti  kimi 
ictimai  m ünasibətlərin  iki  qrupu  -   təbii  ehtiyatlardan  səmərəli 
istifadənin  və  ətra f mühitin  qorunm asının  hüquqi  m ünasibətlə­
ri  əsas  götürülür.  Qeyd  edək  ki,  həm  təbii  sərvətlərdən  səmərəli 
istifadənin  hüquqi  tənzimlənməsində,  həm  də  ə tra f  mühitin 
mühafizəsində  başlıca  şərt  insanlar  üçün  sağlam  ekoloji  mühi­
tin  hüquqi  cəhətdən  təmin  edilməsidir  ki,  bu  həm  Beynəlxalq 
hüquqi  sənədlərdə,  həm  də  respublikamızın  K onstitusiyasında 
öz əksini  tapm ışdır.
Ekoloji  hüququn  predm eti  elmi-texniki  tərəqqi  nəticəsində 
təbiətlə  cəmiyyətin  qarşılıqlı  təsiri  sahəsində  m eydana  gələn  və 
insanların  mənafeyinə  xidmət  edən  ekoloji  münasibətlərin  yeni 
sahələrini  də  əhatə  edir.  Ekoloji  münasibətlərin  yeni  sahələri 
dedikdə  aşağıdakılar nəzərdə tutulur:
1.  Təbiət  obyektlərə  və təbii  sərvətlərə mülkiyyət  m ünasibət­
ləri
2.  Təbiətdən  istifadənin  hüquqi və ekoloji  münasibətləri
3.  M üxtəlif  fo rm ada  olan  deqradasiyadan  ə tra f  mühitin 
mühafizəsi  üzrə m ünasibətlər
4.  Fiziki  və  hüquqi  şəxslərin  qanuni  mənafelərinin  və  ekolo­
ji  hüquqlarının  qorunm ası  üzrə münasibətlər.
Ekoloji  m ünasibətlərin  yuxanda  göstərilən  bu  növləri 
mütəxəssislər  tərəifndən  prinsipial,  məqsədəuyğun  və  elmi  cə-
1 Yenə orada,  s. 14-15
2 Azərbaycan Respubliasının  Konstitusiyası.  Bakı,  1995, s.24.
43


hətdən  əsaslandırılm ış  hesab  olunur.  Təbiət  və  cəmiyyətin  q a r­
şılıqlı  təsiri  sahəsində  mövcud  olan  ictim ai  m ünasibətlərin 
hüquqi  tənzimlənməsinə  kom pleks  yanaşılması  həm  təbiətin, 
həm də insanın mənafeyinə xidm ət edir.
Ə tra f  m ühitin  antropogen  təsirlərdən  qorunm ası  üzrə  eko­
loji  hüquq  tərəfindən  tənzimlənən  m ünasibətlər  çoxcəhətlidir. 
Ə tra f  m ühitə  antropogen  təsirlər  nəticəsində  əmələ  gələn  eko­
loji  gərginliyin təsnifatını  aşağıdakı kimi  qruplaşdırm aq  olar:
1.  İstehsalat  obyektləri  və təyyarələrin yaratdığı  səs-küy
2.  N əqliyyat  vasitələrinin  istismarı  və  tikinti  prosesində 
əmələ gələn  vibrasiya
3.  E lektrotexnikanın  istism arı  zamanı  m eydana  gələn  elek­
trom aqnit  sahəsi
4.  M üxtəlif radioaktiv təsirlər
5.  Ağır  kənd  təsərrüfatı  texnikasından  istifadə  prosesində 
torpağa  həddən  artıq  edilən  fiziki  təzyiq  nəticəsində  torpağın 
stru k tu ru n u n  dağılması
6.  Su  hövzələrinə çirkli  suların  axıdılması
7.  Bitki  və  heyvanlar  aləminin  obyektlərinin  dəyişdirilməsi 
və hibridləşdirilməsi
8.  Biotexnoloji  təsirlər
9.  Y oluxucu  xəstəliklər  yayan  m ikroorqanizm lərin  ətraf 
m ühitdə yayılması  və s.
Y u x an d a  irəli  sürülən  təsnifat  bir daha  onu  göstərir  ki,  eko­
loji  hüququn  predmeti  geniş  və  çoxcəhətlidir.  Yəni  burada  gö­
stərildiyi  kimi  ətraf  mühitə  zərərli  təsir  nəticəsində  yaranan 
çirklənm ənin  hüquqi  cəhətdən  qorunm asının  bütün  tərəfləri 
ekoloji  hüquq  tərəfindən  öyrənilir.
Ekoloji  hüquq  üzrə  m əşhur  rus  alimi  M .M .B rinçuk  özünün 
«Ekoloji  hüquq»  (M. 1999)  kitabında  göstərir  ki,  insanın  ekolo­
ji  hüququ  dedikdə -   insanın  təbiətlə  qarşılıqlı  təsiri  prosesində 
onun  çoxcəhətli  tələbatının  ödənilməsini  təmin  edən  və  qanun­
vericilikdə təsbit olunan  hüquqları başa  düşülür.1
Qeyd  edək  ki,  ətra f  mühitin  çirklənməsi  nəticəsində  zərərli 
təsirlərə  m əruz  qalan  təbii  obyektlər:  təbii  ekoloji  sistemlər, 
atm osferin  ozon  təbəqəsi,  torpaq,  yerin  təki,  yeraltı  və  yerüstü 
sular,  atm osfer  havası,  meş  əvə  digər  yaşıllıqlar,  heyvanlar
1 Бринчук M.M.  Экологическое право.  Учебник.  М.Юристь,  1999,  с.  131.
44
aləmi,  genefond,  mikroorqanizm lər  və  təbii  landşaftlardır. 
Ekoloji  hüquq  bu  təbii  obyektlərin  hüquqi  mühafizəsini  tənzim 
edən  m ünasibətləri öyrənir.
Elm i-texniki  tərəqqi  şəraitində  ekoloji  hüququn  predmeti- 
nin  aktuallaşm ası  və  ekoloji  hüququn  əhatə  dairəsinin  geniş­
lənməsi  hazırda  ekoloji  problemlərin  çoxalması  və  kəskinləş­
məsi  ilə  əlaqədardır.  Ekoloji  problemlər  dedikdə-cəm iyyət  və 
təbiətin  bir-birinnə  göstərdikləri  qarşılıqlı  təsirin  nəticəsində 
onların  arasında  yaranm ış  ziddiyyətlərin  insanların  həyat  şə­
raitində,  cəmiyyətin  sosial-iqtisadi  proseslərində  əks  olunması 
başa  düşülür.  Qeyd  edək  ki,  ekoloji  problem lər  çoxaldıqca  o n ­
ların həll  edilməsi də çətinləşir.  Ekoloji  problem lərin  çoxalması 
və  kəskinləşməsi  digər  amillərlə  yanaşı,  həm  də  ekoloji  hüqu­
qun  passivliyi  və tətbiq  mexanizminin zəifliyi  ilə də şərtlənir.
Bəzi  ölkələrdə  ekoloji  problemlərin  çoxalması  həmin  ölkə­
lərdə  dövlətin  ekoloji  vəziyyətə  nəzarəti  həyata  keçirə  bilmə­
məsi  və  əməli  cəhətdən  ekoloji  şəraiti  idarə  edə  bilməməsi  ilə 
əlaqədardır.  Müəlliflərdən  M akarov  S.V.  və  K am enskaya  J.J. 
ekoloji  situasiyanın  dövlət  tərəfindən  idarə  olunm am asını 
aşağıdakı  amillərlə əlaqələndirirlər:
-   fəaliyyətin  istiqam əti,  sahələr  və  obyektləri  də  daxil  ol­
m aqla  ekoloji  prioritetlərin  qeyri-müəyyənliyi;
-   real  vəziyyətə  və  im kanlara  uyğun  olan  konkret  məqsəd 
və vəzifələrin qeyri-müəyyənliyi;
-   qarşıya  qoyulm uş  məqsəd  və  vəzifələrin  təyin  olunmuş 
m üddətdə həyata  keçirmək  im kanının olmaması;
-   həyata  keçirilən  ekoloji  tədbirlərin  səmərəliliyinin  qiymət - 
ləndirilməməsi  və s.1
Bununla  yanaşı  müəlliflər  göstərirlər  ki,  ekoloji  problem lə­
rin  kəskinləşməsində  dövlətin  təbiəti  mühafizə  fəaliyyətinin 
deklarativ xarakter daşım ası  da  müəyyən rol  oynayır.
Ə lbəttə,  ekoloji  problem lərin  kəskinləşməsində  yuxarıdakı 
amillərin  rolunu  müəyyən  mənada  qəbul  edərək  müəlliflərlə 
razılaşm aq  olar.  Lakin,  Azərbaycan  R espublikasının  təcrübə­
sinə  əsaslanaraq  göstərmək  olar  ki,  m addi-iqtisadi  amillər, 
əhalinin  güzəranının  pisləşməsi,  eyni  zam anda  ekoloji  mədə­
niyyət,  ekoloji və  hüquqi  şüurun aşağı  səviyyədə  olması  ekoloji
1 Макаров C.В.,  Каменская  Ю.Ю.  Эклогическое аудирование.  М.,  1995, с.5-6.
45


Yüklə 5,17 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə