Sakit hüseynov rasim sariyev



Yüklə 5,17 Mb.
Pdf görüntüsü
səhifə7/53
tarix31.08.2018
ölçüsü5,17 Mb.
#65529
1   2   3   4   5   6   7   8   9   10   ...   53

m anda  su  eroziyasından  torpağın  qorunması  və  həmin  torpaq­
lardan  mineral duzların yuyulmasının  qarşısının alınması  demək­
dir.  Yaxud,  bəzi  meşə quşlarının  və həşərat yeyən  quşların müha­
fizəsi  meşələrin  ziyanvericilərdən  müəyyən  dərəcədə  qorunması 
deməkdir.
3.  İqtisadi maraqların ekoloji maraqlarla uzlaşdırılması prinsipi.
Tropik  ərazilərdə  ekoloji  əlaqələr  haqda  bilgilər,  yırtıcı  heyvan­
larla  onların  qurbanları  arasındakı  dinamikanın  qanunauyğun­
luğunun  dərk  edilməsi,  bir  təbii  obyekti  başqa  bir  təbii  obyekt 
vasitəsilə  mühafizə  etmək  üçün  müəyyən  tədbirlərin  həyata  keçi­
rilməsini  proqnozlaşdırmağa  imkan  verir.  Bəzən,  hər  hansı  bir 
təbii  obyektin mühafizəsi  digər təbii  obyektin  təsərrüfat  m araqla­
rı  ilə  ziddiyət  təşkil  edir.  Məsələn,  Bakı-Tbilisi-Ceyhan  neft  boru 
kəmərinin  çəkilməsi  bəzi  insanların  təsərrüfat  maraqları  ilə  zid­
diyət  təşkil  edir.  Belə  hallarda  hər  hansı  bir  təbii  obyektin  müha­
fizəsi  digər  obyektin  təsərrüfat  maraqları  ilə  uzlaşdırılmalı  və  bu 
prosesdə  insan  -təbiət  münasibətlərinin  ekoloji  -   hüquqi  statusu 
əsas götürülməlidir.
Ümumiyyətlə,  insan -  təbiət  münasibətlərinə predmet  və  hadi­
sələr  arasındakı  çoxcəhətli  təbii  əlaqələri  inkar edən  sahə  m araq­
ları  baxımından  yanaşma,  həm  hüquqi,  həm  də  mənəvi  cəhətdən 
yolverilməzdir.  İnsan -   təbiət  münasibətlərində  təbiətdən  istifadə 
və təbiəti  mühafizə  ilk  baxımdan  insanın  iki əsas  fəaliyyətini  əha­
tə  edir.  Lakin,  bu  əkslik  antoqonist  xarakter  daşımamalıdır.  İn­
san  -   təbiət  münasibətlərinin  ekoloji  hüquqi  statusunun  form a­
laşmasının  əsas  mahiyyəti  təbiətdən  istifadə  və  təbiəti  mühafizə­
nin vəhdətinə nail olmaqdan ibarətdir.
İnsan  -   təbiət  münasibətlərinin  ekoloji  -   hüquqi  statusunun 
formalaşmasında tələbat və adaptasiya mühüm rol oynayır.  Ə traf 
mühitlə  qarşılıqlı  əlaqə  prosesində  insanın  xarakterik  xüsusiyyət­
lərinin  üzə  çıxmasında  antropoloji  və  sosial  -   ekoloji  tədqiqatlar 
mühüm  rol  oynayır.  Tədqiqatçılardan  L. V. Maksimova  insanın 
xarakterik  xüsusiyyətləri  içərisində  onun  tələbat  və  adaptasiya 
qabiliyyətinə  xüsusi  diqqət  yetirir.1  Tələbat  -   insanın  həyat  fəa­
liyyəti  və  inkişafı  üçün  zəruri  olan  hansısa  ehtiyacları  əhatə  edir.
1  Максимова  Л.В.  Опыт  выявления  каркаса  основных  понятий  общей 
антропоэкологии.  /Эволюционная  и  историческая  антропоэкология. 
М.,  1994. с. 77-78.
26
İnsanın  ətraf mühitin  vəziyyətindən  asılılığını  əks  etdirən  tələbat 
ehtiyaclan,  ətraf mühitə münasibətdə insanın  fəallığının mənbəyi, 
onun  davranışının  tənzimləyicisi  olan  hiss,  iradə və  təfəkkürünün 
istiqaməti kimi çıxış edir.
İnsan  tələbatı  müxtəlif məsələlərdən  asılı  olaraq  öz  funksiyası­
na  görə  müxtəlif  pillələrə  bölünür.  Bu  baxımdan  insan  tələbatı 
özünəməxsus ierarxiya təşkil edir.  Məsələn,  insanın  bioloji tələba­
tı  bütün  canlıların  bioloji  tələbatı  ilə  oxşarlıq  təşkil  edir.  Lakin, 
mənəvi  tələbatlar  sosial  xarakter  daşıdığına  görə  ancaq  insana 
aiddir.  Buna  görə  də  təbiətə  münasibətdə  insanın  mənəvi  tələbatı 
prioritet  təşkil  etməli  və  sosial  -   ekoloji  istiqamətdə  optimal  xa­
rakter daşımalıdır.
Təbiətə münasibətdə insanın sosio-təbii xüsusiyyətlərindən  biri 
onun  yaşadığı  mühitə  adaptasiyasıdır.  Müəyyən  təbii  mühitə  in­
sanın  adaptasiyası,  onun  uyğunlaşma  qabiliyyəti  və  adaptiv  əla­
mətlərində  təzahür  edir.  Təbii  mühitə  insanın  adaptasiyasında 
onun  irsiyyət  və  dəyişkənlik  keyfiyyəti  mühüm  rol  oynayır.  İnsa­
nın  təbii  mühitə  adaptasiyasında  ətraf mühitin  yaşayış  üçün  eko­
loji  cəhətdən  əlverişliliyi  mühüm  əhəmiyyət  kəsb edir.  İnsanın  ət­
ra f təbii  mühitə  adaptasiyasında  da  optimal  ekoloji  şərait  zəruri 
şərtlərdən biri kimi çıxış edir.
Bəşər  tarixində insanlar öz fəaliyyətləri  ilə təbiətə göstərdikləri 
təsirin  mənfi  nəticələri  ilə  həmişə  qarşılaşmalı  olmuşlar.  Lakin, 
onlar  təbiətlə  öz  münasibətlərini  nizamlamağın  zəruri  olduğunu 
başa  düşənədək  uzun  bir  tarixi  yol  keçmişlər.  Daha  doğrusu  in­
san-təbiət  münasibətlərinin  ekoloji  -  hüquqi  statusunun  forma­
laşması  və  bu  statusun  insanlar tərəfindən  dərk  edilməsi  uzun  bir 
tarixi  dövrün  məhsuludur.  Bu  statusun  tarixən  formalaşmasına 
nəzər salaq.
İnsan-təbiət  münasibətlərinin  müxtəlif formalarda hüquqi  ak t­
larla tənzimlənməsi  hələ qədim zamanlardan məlumdur.  Məsələn, 
Qədim  Şərqdə  Babil  çarı  Hammurapinin  Qanunlar  Məcəlləsində 
(b.e.  əvvəl  1790-cı  il)  meşələrin  qorunması  haqqında  xüsusi  fər­
man  verilmişdir.  Fərm ana  görə  meşələr ayrı-ayrı  sahələrə  bölünə­
rək  «meşəçilər»ə verilmişdir.  Həmin  «meşəçilər»  meşələrin  müha­
fizəsində  məsuliyyət  daşıyırdılar.  Hammurapinin  Qanunlar 
Məcəlləsində  meşələri  mühafizə  qaydalarını  pozanlar  üçün  ölüm 
cəzası  müəyyən edilmişdir.  Bu  baxımdan  H amm urapinin  Qanun­
27


lar  Məcəlləsini  insan-təbiət  münasibətlərinin  hüquqi  tənzimlən­
məsinə aid bəşər tarixində ilk yuridik sənəd hesab etmək olar.1
Qədim  H indistanda  da  təbiət  ərazilərinin  hüquqi  cəhətdən 
mühafizəsi  haqqında  tarixi  faktlar  mövcuddur.  Məsələn,  «Artxa- 
şastra»  dövlətinin  idarəçiliyinə həsr edilmiş  qədim  hind  traktatla­
rında  H indistanda qoruq  ərazilərinin  bizim  eramn  II-III  əsrlərin­
dən  mövcud  olduğu  göstərilir.  Yaxud  qədim  Çinin  ayrı-ayrı 
knyazlıqlarında  hüquqi  cəhətdən  mühafizə  olunan  ərazilər  (qo­
ruqlar) b.e.  əvvəl yaradılmışdır.  Tarixən müqəddəs dağ, göl, yaşıl­
lıqlarla  yanaşı,  knyaz  və  şahların  xüsusi  mühafizə olunan  ov əra­
zilərinin olması  bizə yaxşı məlumdur.1
 2
Qədim  Şərqdən sonra  orta əsr Avropasında  təbiətin  mühafizə­
sinə  yönəlmiş  ilk  hüquqi  aktlar  VIII-IX  əsrlərə  təsadüf edir.  Mə­
sələn,  A vropada  Böyük  K arlın  dövründə  (742-814-cü  illər)  ovçu- 
luğu  m əhdudlaşdıran  və  təbiəti  mühafizə  sahəsində  müəyyən 
əhəmiyyət  daşıyan  çoxlu  fərman,  sərəncam  və  hüquqi  sənədlər 
qəbul edilmişdir.3
Təbiətə  hüquqi  münasibət  qədim  Kiyev  Rus  dövlətində  Ağıllı 
Yaroslav  (M udrıy)  dövründə  (XI  əsrdə)  «Ruskaya  pravda»  adlı 
qanunlar  külliyatmda  öz  əksini  tapmışdır.  Bu  qanunlar  külliya- 
tm da  özgə  torpaqlarında  ovçuluğu  qadağan  edən  və  ov  zamanı 
dəymiş  ziyanının  ödənilməsi  üçün  müxtəlif  cərimələr  müəyyən 
edilmiş  hüquqi  qaydalar  nəzərdə  tutulmuşdur.  XIII  əsrin  sonun­
da  Vladimir  Volın  knyazlarının  ərazisində  «Belovejskiye  puşi» 
adlanan  yerdə  ovçuluq  haqda  hüquqi  qaydalar  müəyyən  edilmiş, 
XIV  əsrin  sonunda  həmin  ərazidə  ovçuluq  tamamilə  qadağan 
edilmişdir.
O rta  əsrlərdə  Avropa  dövlətlərinin  rəhbərləri  bəzi  konkret 
heyvan  növlərinin  ovunu  qadağan  edən  xüsusi  sərəncamlar  ver­
mişlər.  Məsələn,  Böyük  Litva knyazı  Yaqaylo XIV əsrdə öz mali­
1 Константинов  В.M.  Охрана  природы.  Учеб,  пособие,  М.,  Изд-й  центр 
«Академия»,  2000.  с.  38.,  Экологические  основы  природопользования, 
Учебное пособие М., Изд-й Дом  «Дашков и К °», 2002.  с 29.
2 Константинов  В.М.  Охрана  природы.  Учеб,  пособие,  М.,  Изд-й  центр 
«Академия», 2000.  с. 38.
3 Yenə orada, s.  39.
28
kanəsində  zubr  və  vəhşi  at  ovunu  qadağan  etmişdir.  1  Orta  əsr 
A vropasında  insan-təbiət  münasibətlərinin  hüquqi  tənzimlənmə­
sinə  aid  sənədlərdən  biri  də,  XVII  əsrdə  Fransada  qəbul  edilmiş 
«Fransa  kralı  XVI  Ludovikin  meşələr  və  sular  haqqında  ordo- 
nansı  (nümunəvi  nizamnaməsi)»  sənədidir.  Bu  sənəd  XVII  əsrdə 
Fransada  təbiəti  mühafizə  üzrə  ən  nümunəvi  hüquqi  sənəd  hesab 
olunur.2
XVI  əsrin  ortalarında  Avropanın  bir  çox  ölkələrində  iri  feo­
dallara,  monarxlara,  monastrlara  məxsus  olan  meşələrdə  ov 
edilməsi  qanunla  qadağan  edilmişdir.  Bu  meşələrdə  xüsusi  ovçu­
luq  təsərrüfatlarını  əhatə  edən  qoruqlar  təşkil  edilmişdir.  Əslində 
A vropa  meşələrində  bir  çox  vəhşi  heyvan  növlərinin  indiyə  kimi 
qorunub saxlanmasına  görə Avropa  ictimaiyyəti  həmin  sərəncam 
və fərmanlara borcludurlar.
O rta  əsrlərdə  Rusiyada  insan-təbiət  münasibətlərinin  hüquqi 
cəhətdən  tənzimlənməsinə  aid  bir  çox  fərman  və  sərəncamların 
qəbul  edilməsi  haqda  tarixi  faktlar  mövcuddur.  XVII  əsrin  II  ya­
rısında  Aleksey  Mixayloviçin çarlığı dövründə qiymətli  heyvanla­
rın  qorunması  və  ovçuluq  qaydalarının  tənzimlənməsi  haqqında 
67  fərman  verilmişdir.  Bu  fərmanlarda  ovçuluqla  əlaqədar  qoy­
ulmuş  qaydaların  pozulmasına  görə  müxtəlif cəzalar  da  müəyyən 
edilmişdir.3  XVIII  əsrin  əvvəllərində  Rus  imperatoru  I  Pyotrun 
da  təbiəti  mühafizə ilə  əlaqədar  əhəmiyyətli  fərmanları  olmuşdur. 
1701-ci  ildə  verilmiş  fərman  meşələrin  mühafizəsi,  yeni  meşələrin 
salınması,  qaraağac,  palıd,  və s.  ağaclardan  ibarət  qoruqların  ya­
radılmasını  nəzərdə  tuturdu.4  I  Pyotrun  sonrakı  fərmanları  isə 
çayların  çirklənmədən  qorunması,  onların  sahillərinin  möhkəm­
ləndirilməsi,  çaylarda  balıq  ovunun  nizamlanması,  yerüstü  fauna 
və  torpağın  qorunmasını  əhatə  edirdi.  Rusiyada  təbiəti  mühafizə 
ilə əlaqədar verilmiş  əvvəlki  fərmanlardan  fərqli olaraq  I  Pyotrun
1 Константинов  В.M.  Охрана  природы.  Учеб,  пособие,  М.,  Изд-й  центр 
«Академия», 2000. s.39.
2 Экологические основы  природопользования:  Учеб,  пособие М., Изд-й 
Дом  «Дашков  и К °» 2002. с.  29.
3  Константинов  В.М.  Охрана  природы.  Учеб,  пособие,  М.,  Изд-й  центр 
«Академия», 2000. с. 40.
4  Экологические основы  природопользования:  Учеб,  пособие,  М.  Изд -   й 
Дом «Дашков и К °», 2002. с.29.
29


Yüklə 5,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə