Sakit hüseynov rasim sariyev



Yüklə 5,17 Mb.
Pdf görüntüsü
səhifə47/53
tarix31.08.2018
ölçüsü5,17 Mb.
#65529
1   ...   43   44   45   46   47   48   49   50   ...   53

çirməzdən  əw əl  əmlaki  məsuliyyətin  tətbiq  edilməsi  məqsədə­
uyğundur.  Çünki,  ekoloji  ziyanın  ödənilməsi  üçün  əmlak  məsu­
liyyəti hazırda iqtisad məhkəmələrində ekoloji mübahisələrin həlli 
yolu  ilə  həyata  keçirilir.  Belə  hallarda  ekoloji  mübahisələrdə  tə­
biəti  mühafizə  təşkilatları  və  əmlak  mənafeyinə  ziyan  dəymiş  tə­
biətdən istifadəçilər iddiaçı qismində çıxış edə bilərlər.  Öz təsərrü­
fat  fəaliyyətilə  ətraf təbii mühitə ziyan  vurmuş  müəssisələr isə ca­
vabdeh  qismində  hüquqi  -   ekoloji  məsuliyyət  daşıyırlar.  Ətraf 
mühitə  dəymiş  ziyanın  ödənilməsində  aşağıdakı  hallar  hüquqi 
əsas hesab edilir:
1. Zərər vuran hüquqi şəxsin qanunazidd davranışı;
2.  Ekoloji ziyanın əmlaki mövcudluğu;
3.  Zərərçəkmişlə  ziyan  vuranın  davranışı  arasında  birbaşa  sə­
bəb əlaqəsinin mövcudluğu;
4.  Zərər vuranın günahı.
Göstərmək  lazımdır  ki,  təbiətə  zərər  vurulduğu  halda  yaran­
mış  ekoloji  təhlükənin  mənbəyi  kimi  günah  məsuliyyətin  öhdəlik 
şəraiti  ola  bilməz.  Ə traf təbii  mühitə  dəymiş  zərər  nəticə  baxım­
dan  iqtisadi  və  ekoloji  xarakter  daşıyır.  Ə traf mühitə  iqtisadi  zə­
rər vurulması  dedikdə təbiətdən  istifadəçilərin  iqtisadi m araqları­
na dəymiş zərər başa düşür.  Məsələn,  torpağın  çirkləndirilməsinin 
məhsuldarlığa  mənfi  təsiri  buna misal  ola  bilər.  Ekoloji  ziyan  de­
dikdə  isə,  ətraf  mühitin  əlverişliliyi  marağında  olan  insanların 
ekoloji  m araqlarının  pozulması  başa  düşülür.  Bu  hal,  eyni  za­
m anda,  ekoloji  məsuliyyətin  sosial-mənəvi  tərəflərini  ifadə  edir. 
Bu  baxımdan  ətra f mühitin  əlverişli  olmasını  arzulayan  və öz  gü­
ndəlik  fəaliyyətində  bunu  həyata  keçirən  insanların  cəmiyyətdə 
çoxluq  təşkil  etməsi  ekoloji  məsuliyyətin  mənəvi  göstəricilərindən 
biridir.  Cəmiyyətdə əhalinin ekoloji məsuliyyətinin yüksəlməsində 
təkanverici qüvvə məhz,  bununla əlaqədardır.
M əlum dur  ki,  Bakı  və  Sumqayıt  küləkli  və  tozlu  şəhər  hesab 
olunur.  Buna  görə  də,  bu  şəhərlərdə  əhalinin  sağlamlığının  q o ­
runm ası  və  şəhərin  ekoloji  şəraitinin  yaxşılaşdırılmasında  milli 
parkların,  yaşıl  xiyabanların,  sanitar  -   qoruyucu  zolaqların 
mühüm sosial -  ekoloji əhəmiyyəti vardır.  Məhz, bu səbəbdən hər 
iki  şəhərdə  yaşıllıqlara  münasibətdə  ekoloji  məsuliyyətin  həm 
hüquqi,  həm  də  mənəvi  tərəflərinə ciddi  diqqət  yetirilməsi  zəruri­
dir.  Bu zərurəti nəzərə alaraq Cinayət Məcəlləsində cəza növlərini 
sərtləşdirmək  məqsədə müvafiqdir.  Sosioloji  müşahidələr  göstərir
182
ki,  ekoloji  məsuliyyətin  sosial  -   mənəvi  aspektlərinə  daha  çox 
əhəmiyyət  verilməlidir.  Bunun  üçün,  CM-nin  müvafiq  maddələ­
rində  (259,  261,  250.1,2,3,  və  s.)  iqtisadi  cərimələri  artırm aq  töv- 
siyyə  olunur.  Bu  yolla  bir  tərəfdən  ekoloji  hüquqpozmaların  və 
ekoloji cinayətlərin qarşısını almaq olar, digər tərəfdən isə ekoloji 
məsuliyyətin hüquqi və mənəvi tərəflərini yüksəltmək olar.
Son  illərin  acı  təcrübəsi  göstərir  ki,  iqtisadi  maraqlar  naminə 
Bakı  şəhərində  yaşıllıqların  məhv  edilməsi  davam  edir,  sanitar  - 
qoruyucu  zolaqlarda  ağaclar kəsilir  və beləliklə  ekoloji  qanunve­
riciliyin  tələblərinə əməl edilmir.  Bütün bu faktlar onu göstərir ki, 
adam larda  ekoloji  məsuliyyət  hissi  hələ  kifayət  qədər  formalaş­
mamışdır.  Digər  tərəfdən  ekoloji  qanunvericilikdə  irəli  sürülən 
cəza  tədbirləri  də  insanların  ekoloji  məsuliyyətinin  formalaşma­
sında  həlledici  amil  ola  bilmir.  D aha  dəqiq  desək,  keçid  iqtisa­
diyyatını yaşayan cəmiyyətimizdə qanunvericilik aktlarında təsbit 
olunmuş  ekoloji  məsuliyyətin  hüquqi  aspektləri  ekoloji  hüquq 
pozmaların  qarşısının  alınmasında  kifayət  etmir.  Buna  görə  də, 
ekoloji  məsuliyyətin  artırılmasında  hüquqi  aspektləri  gücləndir­
məklə yanaşı,  sosial -  mənəvi amillərə də ciddi diqqət yetirmək və 
əhali  arasında  ekoloji  maarifçiliyin  sosial  -   fəlsəfi  aspektlərini 
genişləndirmək lazımdır.
Ölkədə ekoloji  məsuliyyətin aşağı  səviyyədə olması,  ekoloji  şə­
raitə  etinasızlıq,  təbiətə  qarşı  mənəvi  məsuliyyətin  formalaşma- 
ması  ilə şərtlənir.  İnsanlar dərk  etməlidirlər ki,  onların  sağlamlığı 
birbaşa,  yaxud  dolayı  yolla  ətraf  mühitin  əlverişli,  ya  əlverişsiz 
olmasından  asılıdır.  Məhz,  buna  görə  də  insan  təbiət  münasibət­
lərinin  optimallaşdırılmasında  mənəvi  -  ekoloji  məsuliyyət  bütün 
iqtisadi m araqlardan yüksəkdə durmalıdır.
4.2.  İnsan -  təbiət münasibətlərinin optimallaşdırılmasında 
hüquqi və mənəvi amillərin vəhdəti
Hazırki,  dövrdə  qlobal  miqyasda  yaranmış  ekoloji  durum   in­
san  -   təbiət  münasibətlərində  dönüş  yaradılmasını  tələb  edir.  Bu 
dönüşün  mahiyyəti  insan  -   təbiət  münasibətlərinin  optimallaşdı- 
nlm asından ibarətdir.
183


D oğrudur  XX   əsrin  sonlanndan  başlayaraq  müxtəlif  ölkələr 
tərəfindən  təbiəti  mühafizə  sistemində  xeyli  mütərəqqi  tədbirlər 
həyata  keçirilmişdir  və  bu  proses  hazırda  davam  etdirilir.  Lakin, 
təbiətə  antropogen  təsirin  genişlənməkdə  olan  indiki  miqyası  tə ­
biətə  qarşı  istehlakçı,  dağıdıcı  münasibətin  dəyişdirilməsini  labüd 
etmişdir.  Deməli,  hazırki,  dövrdə yaranmış ekoloji durum insan -  
təbiət  münasibətlərinin  yeni  tipinin  formalaşmasını  zəruri  edir. 
Mütəxəssislər  sosial  -   fəlsəfi  baxımdan  insan  -   təbiət  münasibət­
lərinin  bir  neçə  tipinin  mövcud  olduğunu  bildirirlər.  Məsələn, 
tədqiqatçılardan A.A.  Skvortsov müxtəlif tarixi dövrlərdə insan -  
təbiət  münasibətlərinin  müşahidə  olunan  4  tipini  aşağıdakı  kimi 
təsvir edir1 1
.  A.A.Skvortsovun bu şərhini təhlil edək:
1.  Təbiətə  qarşı  qəddar,  amansız,  mənəviyyatsız  münasibət. 
Məsələn,  əyləncə  xatirinə  meşələrin  yandırılması,  öz  gücünü 
nümayiş  etdirmək  məqsədilə  heyvanların  öldürülməsi,  yaşıllıqla­
rın məhv edilməsi və s. buna misal göstərmək olar.
2.  Təbiətə  utilitar  münasibət.  Utilitar münasibət  təbiətə ancaq 
maddi  rifahı  təmin  edən  utilitar  ehtiyat  mənbəyi  kimi  baxılması­
dır  ki,  bu  da  insan  -   təbiət  münasibətlərinin  hazırda  ən  geniş 
yayılmış tipi hesab olunur.
3.  Təbiətə  elmi  -   nəzəri  münasibət.  Təbiətin  obyektiv  inkişaf 
qanunlarının  öyrənilməsi  və  bu  qanunların  insan  və  cəmiyyətin 
xeyrinə  səmərəli  istifadə  edilməsi  bu  münasibət  tipinin  əsasını 
təşkil edir.
4.  Təbiətə  estetik  münasibət.  A.A.Skvortsov  burada  təqdim 
edilən münasibət tiplərindən  1  və 2-cini məqbul  saymır,  3  və 4-nü 
isə kifayət hesab etmir.
İnsan -  təbiət münasibətlərinin təhlilində bəzi Amerika alimlə­
ri  qeyri -  populyar nöqteyi  nəzərdən çıxış etmişlər.  Təbiətdə əlve­
rişli  ekoloji  şəraitin  saxlanılmasını,  onlar  ictimai  həyatın əsas sa­
hələrinin  -  siyasət,  iqtisadiyyat  və  demoqrafik  proseslərin  dərin­
dən  dəyişdirilməsi  ilə əlaqələndirmişlər.  Amerikanın  məşhur eko­
loq -   alimlərindən  biri  kimi  tanınan  B.Kommoner  insan -  təbiət 
münasibətlərində  ümumbioloji  nöqteyi-nəzərdən  çıxış  edərək  ət­
raf m ühitin ekoloji  vəziyyətinin gələcəyi haqqında pessimist möv­
qe  tutm uşdur.  B.Kommoner  ekosistemin  getdikcə  pisləşməsinin
1  Ситаров В.А., Пустовойтов В.В., Социальная экология:  Учеб, пособие... 
М.Изд-й.  центр «Академия»,  2000.  с.  120.
184
sosial  -   ekoloji  fəlakətə  gətirib  çıxaracağından  bəhs  edərək  yaz­
mışdır:  «Bəşəriyyət  başqa  canlı  varlıqlar  kimi  yerin  ekoloji  siste­
minin  ayrılm az  tərkib  hissəsidir....  Əgər,  bu  mürəkkəb  bütövlük 
pozularsa,  yerin  səthi  insan  yaşayışı  üçün  əlverişsiz  olacaqdır. 
A raşdırm alar  göstərir  ki,  əgər ətraf mühitin  çirklənməsi  bu  şəkil­
də  davam  edərsə  bu,  ekosistemin  bərpası  mümkün  olmayan  bir 
dağıntıya gətirib çıxaracaqdır.»1
Alman  alimi  V.Klauzevite insan -  təbiət  münasibətlərinin  get­
dikcə  pisləşməsinin  insan  sağlamlığına  və  ətraf  mühitə  vurduğu 
ziyandan  bəhs  edərək  göstərmişdir  ki,  təbii  landşaftlar  dağılır, 
meşələr  qırılır,  səhralaşma  genişlənir,  canlıların  yaşadığı  ərazilər 
azalmağa  doğru  gedir.  Bunun  nəticəsində  insanlar  arasında  təh­
lükəli xəstəliklər çoxalır,  bəzi  yerlərdə,  xüsusən,  aqlomerasiyalar­
da  orta  ömür  müddəti  azalır.  Texnikanın  və  müasir  istehsalın  in­
kişafı  bütün yerətrafı atmosferin və yerin səthinin müxtəlif tullan­
tılar və zəhərli maddələrlə çirklənməsinə gətirib çıxarmışdır.  Buna 
görə də  insan  özü  də daxil  olmaqla  bütün  canlı  mövcudat  və  Pla­
netin gələcəyi haqqında öz məsuliyyətini dərk etməlidir.2
Məşhur  rus  alimi,  akademik  V.l.Vemadski  də  vaxtilə  insan  -  
təbiət münasibətlərinə sosial -  fəlsəfi aspektdə yanaşmağın zəruri­
liyindən  bəhs  edərək  demişdir:  «XX  əsrin  adam ı  dərk  etməlidir 
ki,  o Planetin  sakinidir,  yeni aspektdə fikirləşməli  və fəaliyyət  gö­
stərməlidir,  ayrı  -  ayrı  şəxsiyyət,  ailə,  nəsil,  dövlət  və yaxud  döv­
lətlər ittifaqı aspektində deyil, Planet aspektində düşünməlidir».3
Ə traf mühit  haqqındakı  fəlsəfi  təlimlərdə  insan -  təbiət  müna­
sibətləri  probleminə  iki  yanaşma  sistemi  m övcuddur.1  Birinci  ya­
naşmaya  görə,  insan  -   təbiət  münasibətləri  insan  tərəfindən 
müəyyən  edilmiş  qaydalar  üzrə  qurulur.  Bu  yanaşmaya  görə,  tə­
biət  qanunlarını  mənimsəyərək  onları  öz  mənafeyinə  tabe  edən, 
sosial  təşkilata,  texnoloji  gücə  və öz  ağlına  əsaslanan  insan  canlı 
təbiətdə  fəaliyyət  göstərən  əksər  qüvvələrin  təzyiqindən  özünü 
azad hesab edir.  Burada canlı təbiətin idarə edilməsi  ilə bağlı olan 
qanunlar,  ya  insanlara  şamil  edilmir,  yaxud  da,  insan  həyatının
1 Экологические очерки о человеке и о природе.  М.  «Прогресс»,  1988, с. 605.
2  Экологические очерки о человеке и о природе.  М   «Прогресс», 1988, с.604.
3  Вопросы философии.  1974, №12.  с. 130
1  АкииоваТА, Хаскин ВВ. Экология. Человек-Экгигмика- Бисгга-Среда. Учеб М, 
ЮНИГИ-ДАНА, 2000. с23.
185


Yüklə 5,17 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə