Sakit hüseynov rasim sariyev



Yüklə 5,17 Mb.
Pdf görüntüsü
səhifə48/53
tarix31.08.2018
ölçüsü5,17 Mb.
#65529
1   ...   45   46   47   48   49   50   51   52   53

qanunlarına  münasibətdə  tabeli  rol  oynayır.  Qısa  şəkildə  d e s ə k , 
insan cəmiyyətinə və canlı təbiətə iki  müxtəlif sistem  kimi  b a x ılır. 
Ə traf mühit problemi  qeyri -  düzgün təsərrüfat fəaliyyətinin  s o s i­
al  -   ekoloji  nəticəsi  kimi  təsəvvür  edilir.  Bu  baxışın  tə rə fd a rla rı 
hesab  edirlər  ki,  təbiət  qanunları  bəşəriyyətin  iqtisadi  in k işa fın a , 
texniki  və  sosial  tərəqqisinə  mane  ola  bilməz  və  olm am alıd ır. 
Canlı təbiət  öz  dözümlülük  qüvvəsinə  görə  yeni  təşkil  olunm a  s ə ­
viyyəsinə  keçərək  insanların  fəaliyyətinə uyğunlaşa  bilər.  İn s a n   — 
təbiət  münasibətinə  bu  cür  yanaşma  antropomərkəzçi  (a n tro p o - 
sentrist)  yaxud,  texnoloji  yanaşma  adlanır.  Bu  yanaşma  m e to d u  
insanı,  onun  «təbiət  üzərindəki  hökmranlığını»  ekoloji  p ro b le m ­
lərin mərkəzinə qoyur.
İkinci  yanaşma  m etoduna  görə,  insan  bioloji  növlərdən  b iri 
kimi  təbiətlə  qarşılıqlı  münasibətlərdə  təbii  şərtləri  qəbul  e tm ə k  
məcburiyyətində  qalır.  Burada  insan  cəmiyyətinin  inkişafına,  tə ­
bii  qanunların  (ekoloji  hədd,  geridönməzlik,  təbii  seçmə  və  s.) 
fəaliyyət göstərdiyi  təbii  təkamülün  tərkib  hissəsi  kimi  baxılır.  İ n ­
san  -   təbiət  münasibətlərində  ekoloji  problemin  əmələ  gəlməsi, 
təkcə  insanı  əhatə  edən  mühütün  çirklənməsi  ilə  deyil,  həm çinin 
antropogen  təsir  nəticəsində  biosferin  tənzimləyici  funksiyasının 
pozulması  ilə  şərtlənir.  Biosferin  tənzimləyici  funksiyasının  p o ­
zulmasını  isə  nə  bərpa  etmək,  nə  də  texnoloji  yolla  dəyişdirmək 
mümkün deyil.
İnsan  -   təbiət  münasibətlərinə  ikinci  yanaşma  metodu  tərəf- 
darlannın  əsas  fikri  bundan  ibarətdir ki,  indiki  sivilizasiyanın  tə ­
rəqqisi insanlann  ətraf mühitin ekoloji vəziyyətindən şərtsiz asılı­
lığı  və insanlann  təbii  qanunlann tələblərinə  tabe olması  ilə m əh­
dudlaşmalıdır.  İnsan  -   təbiət  münasibətlərinə  bu  cür  yanaşm a 
biosentrist  yaxud,  ekosentrist  yanaşma  adlanır.  İTM-nə  ekosen- 
rist  yanaşma  -   ekoloji  problemlərin  mərkəzində  canlı  təbiətin 
dözümlülüyünün  durması  və  bəşər  cəmiyyətinin  ekoloji  şəraitdən 
asılı olmasını nəzərdə tutur.
Antroposentrizm dən  fərqli  olaraq  ekosentrizmin  aktuallığı  və 
əhəmiyyəti  Planetin  bütün  canlı  orqanizmlərinin,  insan  ehtiyatla­
rının,  texnika,  təsərrüfat  və  mədəniyyətin  öz  aralannda  və  ətraf 
təbii mühitlə qarşılıqlı fəaliyyətdə olduğu vahid sistemin obyektiv 
mövcudluğu  haqqındakı  təsəvvürlərlə  şərtlənir.  Bu  təsəvvürlər 
hazırki  qlobal  ekoloji  şəraitdə  İTM-nin  nəzəri  cəhətdən  tədqiq 
edilməsində müəyyən rol oynaya bilər.
186
Ekosentrizmə  görə  insan,  cəmiyyət,  sivilizasiya  sosial  ekolog­
iyanın  tədqiqat  obyektləri  sırasına  daxil  edilməlidir.  Bəzi  mütə­
xəssislər  bəşər  cəmiyyətinin  sonrakı  inkişafının  strategiyasını 
düzgün müəyyənləşdirmək üçün  İTM-də antroposentrizm  və eko- 
sentrizm  arasında  kompromisin  əhəmiyyətini  qeyd  edirlər.1  La­
kin,  hazırki  şəraitdə  ekosistemin  tarazlığının  getdikcə  pozulması, 
təbii  ehtiyatların  tükənməsi,  ətraf  mühitin  çirklənmə  dərəcəsinin 
çoxalması,  qlobal  miqyasda  içməli  su  probleminin  çətinləşməsi, 
«demoqrafik  partlayış»  təhlükəsinin  artması  İTM-nə  yeni  ya­
naşma metodlarından istifadəni zəruri etmişdir.
İTM-nə  yeni  yanaşma  metodu  bu  münasibətlərin  yaxşılaşma­
sına  xidmət  edən  optimal  variantın  seçilməsidir.  Daha  dəqiq  de­
sək,  müasir  ekoloji  vəziyyət  insan  -   təbiət  münasibətlərinin  opti- 
mallaşdırılmasmı  zəruri  etmişdir.  Qeyd  edək  ki,  İTM-nin  opti- 
mallaşdırılması  nisbi  xarakter  daşıyır.  Buna  baxmayaraq,  İTM- 
nin  optimaUaşdırılması  antroposentrizm  və  ekosentrizmin  indiki 
sosial  -   ekoloji  durum a  müsbət  təsir  edən  faydalı  cəhətlərindən 
istifadə  edilməsini  nəzərdə  tutur.  Hazırki  şəraitdə  İTM-nin  opti- 
mallaşdırılmasının  əsas  əhəmiyyəti ondan  ibarətdir ki,  bu  proses­
də  zaman,  məkan  kateqoriyaları,  iqtisadiyyat  və  sosial  -   ekoloji 
durum  prioritet  təşkil  edir.  Digər tərəfdən  İTM -nin optimallaşdı- 
rılması  ekoloji  şüurun  yüksəlişi  ilə şərtlənir.  Təsadüfi  deyil  ki,  so­
sial  ekologiya  sahəsində  Rusiyanın  tanınmış  alimi,  fəlsəfə  profes­
soru  Y.V.Girusov  ekoloji  şüur  anlayışını  təbiətlə cəmiyyətin  qar­
şılıqlı  münasibətləri  probleminin  konkret  sosial  -  təbii  imkanlara 
müvafiq  həllini  optimal  planda  əks  etdirən  hiss,  baxış  və  nəzə­
riyyələrin məcmusu kimi şərh etmişdir.1
Son  illərdə  bir  çox  inkişaf etmiş ölkələrdə  təbiətə  əxlaqi  -  mə­
nəvi  münasibətin  formalaşmasında  müəyyən  irəliləyişlər  baş  ver­
miş,  ictimai münasibətlərdə sosial -  ekoloji elementləri əhatə edən 
yeni  dəyərlər  sistemi  yaranmışdır.  Öz  unikallığı  və  təkrarolun­
mazlığı  ilə  fərqlənən  təbiətə  yeni  hüquqi  -   mənəvi  münasibətin 
formalaşması  da  yaranm aqda  olan  yeni  dəyərlər  sisteminə  daxil­
dir.
1  АкимоваТА, Хаскин B.B. Экология. Чаювек-Эконэмика-Биспа-Срсда. Учеб. М, 
О М Г И  -  ДАНА, 2000. с 23 - 25..
1  Философские проблемы глобальной экологии.  М.,  1983.  с.  107-108.
187


V .l.Baranovanın  qeyd  etdiyi  kimi2  təbiətin  ekoloji  sistemi  i n ­
san  və cəmiyyətin  təbiətlə vəhdətini  ifadə  edir.  İnsan  və cəm iyyət 
vahid  «təbiət  -   cəmiyyət»  sisteminin  elementləri  kimi  çıxış  ed ir. 
İnsan  -  təbiət  münasibətlərinə  bu  cür  yanaşmada  əxlaqi  dəyərlə­
rin  vahid  sistemində  təbiət,  insan  həyatının  təmin  edilməsində 
vasitə kimi yox, məqsəd kimi çıxış edir.  Beləliklə,  insanlann  təb iə­
tə  əxlaqi  münasibətləri  genişləndikcə  insan  -   təbiət  m ünasibətlə­
rində yeni mənəvi norm a və prinsiplər formalaşacaqdır.
Hazırki  şəraitdə  insan  -   təbiət  münasibətlərinin  optim allaş- 
dırılmasında  hüquqi  amillərlə  yanaşı  mənəvi  amillər  də  m ühüm  
əhəmiyyət  kəsb  edir.  İnsan  -   təbiət  münasibətlərinin  mənəvi  a s ­
pektləri  dedikdə,  insan  və  cəmiyyətin  təkcə  təbiətə  (su,  torpaq , 
bitki  və heyvanat  aləmi,  atmosfer və s.)  münasibəti yox -  insanın 
bütövlükdə  ətraf mühitə  əxlaqi  münasibəti  nəzərdə  tutulur.  İn sa­
nın  ətraf mühitə  əxlaqi  münasibətləri  uşaq  yaşlarından  ailə,  m ək­
təb,  dövlət və s.  ictimai təşkilatlar vasitəsilə formalaşır.
İnsan  -   təbiət  münasibətlərinin  optimallaşdırılmasında  əsas 
şərtlərdən  biri  insanlarda  ekoloji  mədəniyyətin  formalaşmasıdır. 
Ekoloji  mədəniyyət  iki  aspekti -  humanizm  və  mənəvi-əxlaqi  as­
pektləri  əhatə edir.  Humanizm -  insanın rifahı qayğısına qalmaq, 
insan  ləyaqətinə  hörmət,  adamlara  qarşı  məhəbbət  hissini  əhatə 
edən dünyagörüşün məcmusudur.
Ekoloji  mədəniyyətin  mənəvi-əxlaqi  tərəfləri  ekoloji  etika  an ­
layışında müəyyənləşir.  Ekoloji  etikanın  mahiyyəti  - təbii obyekt­
lərin,  bütövlükdə  təbiətin  insanların  ümumi  evi  olması,  eyni  za­
m anda  bəşəriyyətin  umumi  sərvəti  hesab  olunması  fikrinin  insan 
şüurunda  təsdiqidir.  Ekoloji  etikanın  formalaşması  «təbiətin- 
bəşəriyyətin  ümumi  evi  olması»  fikrinin  hamı  tərəfindən  dərk 
edilməsi ilə şərtlənir.
Ekoloji  etika  anlayışının  çıxış  nöqtəsi  bütün  həyatın  unikal, 
təkrarolunm az  və  qiymətli  olmasının  dərk  edilməsidir.  Həyat 
qarşısında pərəstiş  -  insanın  ətraf mühitə qarşı  mənəvi davranışı­
nın  əsasıdır.  İnsanlar  arasındakı  etik  münasibətlər  təbiətə  huma­
nist  münasibətin  zəruri  ilkin  şərtidir.  Hər bir  insanın  təbiətidəyiş- 
dirici fəaliyyəti aşağıdakı iki əsas prinsipə əsaslanır:
2  Баранова В.И. Отношение к природе нравственно активной личности. Экология, 
культура, образование. M.,  1989 -  с. 76-80
188
- Təbiətə dağıdıcı münasibət insanının özünə və gələcək nəsillə­
rə ziyan vurur;
-  Təbiəti  qorum aqla  insan  öz  sağlamlığını  və  bütövlükdə  öz 
həyatını qoruyur.
Beləliklə,  təbii  aləmin  zənginliyi  və  çoxcəhətliliyini,  təbiətdə 
tarazlaşdırılmış  proseslərin  əsasını  qorum aq  üçün  biz,  təbiət  q ar­
şısında  mənəvi  məsuliyyət  daşıyırıq.  İnsan  özünün  və  başqasının 
həyatını  qorum aq  üçün  müəyyən  etik  qaydalara  əməl  etməyə 
borcludur.  Məhz,  buna  görə də  hətta  müxtəlif idman  oyunları  və 
əyləncələr  zam anı  adamları  (digər  canlıları)  öldürməklə  zövq  al­
maq,  hüququ  və  dini  qaydalara  görə,  ağır  əxlaqi  cinayət  hesab 
olunur.
Təbiətdən  istifadə  azadlığı  yerdə  həyatın  inkişafının  təbii  q a ­
nunları,  hüquqi  və əxlaqi normaları ilə məhdudlaşdırılmalıdır.  Bu 
fikrin  inkar  edilməsi  insan  və  təbiətin  deqradasiyasına,  sosial- 
iqtisadi  çətinliklərin  artmasına,  son  nəticədə  bəşəriyətin  və  canlı 
təbiətin məhvinə doğru aparacaqdır.
İnsan əxlaqı -  onun ətraf sosial və təbii mühitlə münasibətlərin 
dialektik  inkişafının  mürəkkəb  dinamik  prosesində  özünü  göstə­
rir.  Yaşayış  mühiti  insanın  subyektiv  sferasını,  onun  şəxsi  key­
fiyyətlərini  daimi  formalaşdıran  mənbə  faktoru  kimi  çıxış  edir. 
İnsanın  yaşadığı  mühit  onun  fəaliyyətini  birbaşa  və  dolayı 
müəyyənləşdirir.  Xarici aləmin  predmet və hadisələri nəinki  idrak 
obyekti  kimi  çıxış  edir,  eyni  zamanda  insanı  müəyyən  fəaliyyətə 
istiqamətləndirən  motiv rolu  oynayır.  Əlbətdə,  bu o demək  deyil­
dir ki,  ətraf mühit  insan  fəaliyyətini  müəyyənləşdirən  yeganə fak­
tordur.
Təbiəti  qorum aq,  ətraf  mühitə  qayğı  ilə  yanaşmaq  üçün  cə­
miyyət  müəyyən  mədəni  səviyyəyə  və  mənəvi  dəyərlərə  malik  ol­
malıdır.  Mənəvi  dəyərlər  isə  bəşər  cəmiyyətinin  konkret  şəraitin­
dən kənarda mövcud ola bilməz.
Təbiətdə mövcüd  olan  bitki  və heyvanat  aləminin  müxtəlifliyi­
ni  qoruyub  saxlam aq  mədəni  və  tarixi  sərvətlərin  neqativ  antro­
pogen  təsirlərdən  mühafizə  olunması,  unikal  təbii  landşaftların 
bərpa  edilməsi,  ümumiyyətlə,  insan  həyatının  sağlamlığı  üçün 
normal şəraitin təmin edilməsi əxlaqi prosesdir.
Ekoloji  mədəniyyət  müəyyən  tarixə  və  ənənələrə  malikdir. 
Ekoloji  mədəniyyət  uzun  müddət  ərzində  cəmiyyətin  müəyyən 
sosial təbəqələrində saxlanılmış və tarixən nəsildən-nəsilə ötürülən
189


Yüklə 5,17 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə