Sakit hüseynov rasim sariyev



Yüklə 5,17 Mb.
Pdf görüntüsü
səhifə46/53
tarix31.08.2018
ölçüsü5,17 Mb.
#65529
1   ...   42   43   44   45   46   47   48   49   ...   53

yüngül  olması  ekoloji  məsuliyyətin  hüquqi  aspektlərinin  forma­
laşmasına  mənfi  təsir  göstərir.  Ekoloji  məsuliyyətin  hüquqi  as­
pektlərinin  zəif  olması  mənəvi  aspektlərin  də,  inkişafına  mane 
olur.  Bu baxımdan ekoloji məsuliyyətin həm hüquqi,  həm də mə­
nəvi  aspektlərinin  formalaşdırılması  üçün  bütün  vasitələrdən  isti­
fadə  edilməlidir.  Çünki,  bütövlükdə  ekoloji  məsuliyyətin  forma­
laşmasında hüquqi və mənəvi aspektlər biri - birini tamamlayır.
Analoji  müqayisə  üçün  göstərə  bilərik  ki,  bəzi  ölkələrdə  ətraf 
mühiti  çirkləndirən  müəssisələr  üçün  daha  sərt  hüquqi  tədbirlər 
görülür.  Məsələn,  ABŞ-da  təmizləmə  qurğularından  istifadə  et­
məyən,  tullantısız  və  az  tullantılı  texnologiyalan  tətbiq  etməyən 
müəssisələrin  ətraf mühiti çirkləndirdiyinə görə  ödədiyi cərimənin 
məbləği  onun  gəliri  ilə  proporsionallıq  təşkil  edir.  Belə  hallarda 
bir çox  müəssisələrin  ödədiyi cərimələrin  miqdarı  bəzən gündə  25 
min ABŞ dolları təşkil e d ir.1
Mülki -  hüquqi  məsuliyyət  dedikdə öz təsərrüfat  fəaliyyəti  nə­
ticəsində  insan  sağlamlığına və  ətraf mühitə  vurduğu ziyana görə 
təşkilat və müəssisələrin  əmlakı məsuliyyəti  nəzərdə tutulur.  Eko­
loji  qanunvericilikdə  təbiətdən  istifadə  və  ətraf  mühitin  çirklən­
məsi  üçün  nəzərdə  tutulan  müxtəlif ödənişlər  təbiəti  mühafizənin 
iqtisadi  mexanizmlərində  öz  ifadəsini  tapsa  da  sosial  -   mənəvi 
məsuliyyətin şərh edilməsinə ehtiyac vardır.
Qeyd edək ki,  insan -  təbiət münasibətlərinin gərginləşməsi nə­
ticəsində  insan  həyatına  vurulan zərər  orqanizmin  həyati  təmina­
tının  bir  hissəsinin,  yaxud  bütövlükdə  itirilməsində  ifadə  olunur. 
Müalicə  və  dərm anlar  pullu  olsa  da  bütövlükdə  sağlamlığı  pulla 
alm aq  mümkün  deyildir.  Lakin,  mülki  qanunvericilikdə  sağlam­
lığın  itirilməsi  ilə  bağlı  insana  dəyən  ziyan  (əgər  bu  ziyanı  pulla 
ifadə etmək mümkün olarsa) ödənilməlidir.
Qeyri  -   sağlam  ətraf  mühit  nəticəsində  əgər  insanda  genetik 
defekt,  psixi  xəstəlik,  mənəvi  zədə,  tədricən  və  bütünlükdə  əmək 
qabiliyyətinin  itirilməsi,  yaxud  ailə  başçısının  ölməsi  halı  baş  ve­
rərsə  dəyən  ziyan  maddi  itki  kimi  dəyərləndirilir.  Təəssüf ki,  belə 
hallarda  sosial  -  mənəvi  itki  öz ifadəsini  tapmır.  Qeyri  -  sağlam 
ətra f  mühit  nəticəində  vətəndaşların  sağlamlığına  dəyən  ziyanın 
ödənilməsi üçün aşağıdakı kompensasiya xərcləri nəzərdə tutulur:
1  Экологические основы природопользования:  Учеб,  пособие, М., Изд -й Дом 
«Дошков и К0», 2002, с 209.
178
1.  Sağlamlığın müalicəsi və bərpası üçün çəkilən xərclər.
2.  İş  qabiliyyətinin  itirilməsi ilə əlaqədar  maddi ziyanın  ödəniş 
xərcləri.
3.  Digər ziyanlara  görə (yeni yaşayış  yerinə  məcburi  köçməyə, 
vaxtından  qabaq  çıxmağa,  peşə imkanlarının  itirilməsinə,  mənəvi 
zədəyə və psixoloji gərginliyə və s.  görə) ödəmələr.  Kompensasiya 
xərclərinin  təyin  edilməsində  insan  orqanizminə  dəyən  ziyan  və 
bu  ziyamn  mənbələri  ilə  səbəb  əlaqələri  mühüm  əhəmiyyət  kəsb 
edir  ki,  bu  vəziyyət  də  tibbi  -  sosial  ekspertiza  nəticəsində  sübut 
edilir.
Qeyri  -  sağlam  ətraf mühit  nəticəsində  insan  sağlamlığına  vu­
rulan  ziyanm  ödənilməsi  ilə  əlaqədar  hüquqi  məsuliyyətin  təhlili­
nə  diqqət  yetirək.  Qanunvericiliyə  görə  sağlamlığa  vurulan  ziya­
nın  ödənilməsi  haqqında  iddianı  zərərçəkən  özü,  onun  ailə  üzvlə­
ri,  ailə başçısını  itirənlər,  zərərçəkənin və onun  ailəsinin mənafey­
ini  qorumaq  məqsədilə  həmkarlar  təşkilatı,  təbiəti  mühafizə  or­
qanları,  ictimai  ekoloji  təşkilatlar  və  s.  qaldıra  bilər.  Sağlamlığa 
vurulan  ziyanın  konkret  mənbəyi  haqqında  məlumat  olmadıqda 
iddia  dövlətin  səlahiyyətli  orqanlan  (ekologiya  və  təbii  sərvətlər 
nazirliyi  və  onun  rayon,  şəhər şöbələri)  şəxsində  bütövlükdə  döv­
lətə  qarşı  qaldırılır.  Zərərin  ödənilməsi  haqqında  məhkəmə  qərar 
çıxararkən  vətəndaşa  vurulan  ziyanı  müəyyənləşdirmək  üçün 
müvafiq  sənədlərlə  təsdiq  olunan  hüquqi  faktlar  əsas  kimi 
götürülür.  Bu  sənədlərə  ətraf mühitin  çirklənməsi  faktı  haqqında 
akt, tibbi müəssisə tərəfindən tərtib olunmuş tibbi -  sosial eksper­
tiza  və  s.  aiddir.  Bütün  bunlar  ətraf mühitin  çirkləndirilməsi  nə­
ticəsində vətəndaşlara dəymiş ziyanm ödənilməsinin hüquqi tərəf­
lərini əhatə edir.
Bundan  başqa  iddiaçı  və cavabdeh  tərəflər  arasındakı  razılaş­
maya  görə  dəymiş  ziyanla  əlaqədar  zərərçəkənə  ödənilən  pul 
kompensasiyası  natural  kompensasiya  ilə  əvəz  oluna  bilər.  Bura­
da  natural  kompensasiya  dedikdə,  zərərçəkənin  sağlamlığının 
bərpası  və  səmərəli  müalicəsi  üçün  əlverişli  imkanın  təmin  olun­
ması,  ona öz həyat və fəaliyyətini davam etdirməsi üçün  yeni  peşə 
və ixtisasların öyrədilməsi və s.  güzəştlər nəzərdə tutulur.
Mütəxəssislər  qeyri  -   əlverişli  ətraf  mühitin  təsirilə  insan 
sağlamlığına  vurulan  ziyanm  ödənilməsi  ilə  bağlı  iddiaların  ilk
179


dəfə  Y aponiyada  qaldırıldığını  göstərirlər.1  Belə  iddiaların  qaldı­
rılması  həm  də  Y aponiyada  kütləvi  ekoloji  hərəkatın  yaranması­
na  səbəb  olmuşdur.  Ə traf  mühitin  çirkləndirilməsi  ilə  əlaqədar 
70-ci illərdə Y aponiyada yaranan xəstəliklərin adı həmin xəstəlik­
lərin  yarandığı  yaşayış  məskənlərinin  adı  ilə  adlandırılmışdır. 
Həmin  dövrdə baş  vermiş  ekoloji fəlakət  nəticəsində Yaponiyada 
yaranan  xəstəliklərə  «M inamata»  (1971),  «İtay  -  itay»  (1971), 
«Ekaşi  - astma»  (1971),  «İmiqata -  M inamata»  (1973) və s.  misal 
göstərmək  olar.  Məsələn,  «M inamata»  xəstəliyi  kimya  müəssisə­
lərində  istifadə  olunan  texniki  sulara  civənin  qarışması  və  bu  zə­
hərli suların körfəz sulam a qarışması nəticəsində balıqların xəstə­
lənməsi,  xəstə  balıqlardan  istifadə  edən  balıqçıların  kütləvi  şəkil­
də  zəhərlənməsi  nəticəsində  baş  vermişdir.  Xəstələnmiş  balıqçı­
lardan  77-si  həmin  vaxt  yerli  idarəetmə  orqanlarına,  müəssisə  və 
təşkilatlara  qarşı  iddia  tələbi  ilə  məhkəməyə  müraciət  etmişlər. 
«İtay-itay»  xəstəliyi  isə zəhərli  kimyəvi  element  olan  kadmiumun 
çaylara  tökülməsindən  sonra  baş  vermişdir.  Kadmiumun  qarış­
dığı  çayın  suyu  ilə  suvarılan  düyü  və  tərəvəzdə  toplanan  zəhərli 
maddələr  bu  məhsullardan  istifadə  edənlərin  orqanizminə  daxil 
olaraq  onları xəstələndirmişdir.  Bu  hadisələrlə bağlı zərərçəkənlə­
rin  cavabdehlərə  qarşı  qaldırdıqları  iddialar  məhkəmələr  tərəfin­
dən  təmin  olunm uşdur.  Bütün  bu  faktlar  70-ci  illərdə  Yaponiya­
da  ekoloji  məsuliyyətin  hüquqi  və  mənəvi  tərəflərinin  vəhdətini 
göstərən faktlardır.
Təəssüf ki,  respublikamızda baş  verən ekoloji  hüquq  pozuntu­
larının  qarşısının  alınmasında  qanunvericilik  qənaətbəxş  olsa  da, 
ekoloji  məsuliyyətin  hüquqi  və mənəvi tərəflərinin  praktiki  cəhət­
dən təmin edilməsində hələ xeyli çatışmazlıqlar mövcuddur.
Respublikamızda isə ətraf mühitin qeyri -  əlverişsiz olması nə­
ticəsində  insan  sağlamlığına  dəyən  ziyanın  ödənilməsinin  iddia  - 
məhkəmə  forması  inkişaf etmiş  ölkələrlə  müqayisədə ekoloji  şüu­
run  aşağı  səviyyədə  olması  ilə  əlaqədar  hələlik  epizodik  xarakter 
daşıyır.  Sağlamlığa  dəyən  ziyanm  ödənilməsi  prosesində  ekoloji 
məsuliyyətin  həyata  keçirilməsində  cavabdehlik  mülki  -   inzibati 
və  hüquqi  iltizam  yolu ilə  təmin  edilir və çox vaxt  bu  məsuliyyəti 
dövlət  orqanlan  öz  öhdələrinə  götürürlər.  Bu  isə  keçmiş  SSRİ  -
1  Экологические основы природопользования:  Учеб,  пособие, М., Изд -й Дом 
«Дошков и К0»,  2002, с.  214
180
nin hüquqi prinsiplərinə uyğundur.  Bütün bunlar isə ətraf mühitə 
münasibətdə mənəvi -  ekoloji məsuliyyəti azaldır. 
Vətəndaşla­
rın  sağlamlığına  dəyən  ziyanm  ödənilməsinin  inzibati  forması 
praktiki  cəhətdən  Çemobıl  (1986,  aprel)  qəzasından  sonra  daha 
geniş tətbiq olunmağa başlamışdır.
Respublikamızın  qanunvericiliyinə  görə  ətraf mühitə  və  insan 
sağlamlığına  kütləvi  şəkildə  ziyan  vurulması  əsasən  fövqəladə 
ekoloji şərait zonasında həyata keçirilir.  Bununla əlaqədar «Ə traf 
mühitin  mühafizəsi  haqqında»  Q anunun  68-ci  maddəsində  göstə­
rilmişdir  ki,  fövqəladə  ekoloji  fəlakət  nəticəsində  zərər  çəkən  və 
həmçinin  təhlükəli  ekoloji  zonalarda  yaşayan  vətəndaşlar  onlara 
dəymiş  zərərin  ödənilməsi  (müavinətlər,  güzəştlər  və  müəyyən 
kompensasiya almaq) hüququna malikdirlər.
Qeyd  edək  ki,  ətraf  mühitə  həm  antropoloji  təsir  vasitəsilə, 
həm  də  təbii  fəlakətlər  nəticəsində  vurulan  ziyan  sosial  -  ekoloji 
xarakter  daşıyır  və  bu  da  son  nəticədə  sosial  fəsadlara  gətirib  çı­
xarır.  Ə traf təbii mühitə vurulan ziyan  təbii  xüsusiyyətlərin  bərpa 
edilməsi  yolu  ilə  aradan  qaldırılır.  Lakin,  təbii  mühitin  xüsu­
siyyətlərinin  bərpası üçün birincisi,  təbiətə zərərli  təsirin  kəsilməsi 
yolu  ilə  aradan  qaldırılır,  ikincisi  isə  bunun  üçün uzun  vaxt  tələb 
olunur.  Təbiətə  zərərli  təsir  kəsilməsə  təbiətin  özü-özünü  bərpası 
çətinləşir və təbii obyektlərdə deqradasiya baş verir.  Belə hallarda 
səlahiyyətli  orqanların  ətraf  təbii  mühitin  bərpası  ilə  əlaqədar 
ciddi  hüquqi  tədbirlər  görməsi tələb  olunur.  İnsan -  təbiət  müna­
sibətlərində yaranmış  gərginliyi  azaltmaq və  tədricən  aradan  qal­
dırmaq  üçün  qanunvericilikdə  ekoloji  məsuliyyətin  təsbit  olun­
duğu  hüquqi  tələblərə  əsaslanmaq  zəruridir.  Belə  hallarda  qa­
nunvericilikdə hüquqi cəhətdən aşağıdakı təxirəsalınmaz tədbirlə­
rin görülməsi irəli sürülür:
-  Əlverişli  olmayan  ekoloji  şəraiti  yaradan  təsərrüfat  fəaliyyə­
tini dayandırmaq;
-  İnsanın  sağlamlığına  və  ətraf  mühitə  zərərli  təsir  göstərən 
təşkilatların istehsal fəaliyyətini müvəqqəti dayandırmaq;
-  Təbiətdən  istifadənin  ayn  -   ayn  sahələrini  məhdudlaş­
dırmaq;
-  Zəruri  hallarda  insanların  köçürülməsinə  dair  işlər  aparm aq 
(«Ə traf mühitin mühafizəsi haqqında» AR Qanunu, maddə 67).
Qeyd  etmək  lazımdır  ki,  bu  maddədə  göstərilən  «ətraf mühitə 
ciddi  ziyan  vuran  müəssisələrin  bağlanması»  tələbini  həyata  ke­
181


Yüklə 5,17 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə