Sakit hüseynov rasim sariyev



Yüklə 5,17 Mb.
Pdf görüntüsü
səhifə45/53
tarix31.08.2018
ölçüsü5,17 Mb.
#65529
1   ...   41   42   43   44   45   46   47   48   ...   53

vətəndaşlar ümumi  istifadədə  olan  təbii  ehtiyatlardan  sərbəst  su­
rətdə  istifadə  edə  bilərlər.  D aba  dəqiq  desək,  insanlar  çaylardan 
su  götürə  bilər,  icazə  verilən  çimərlikdə  çimə  bilər,  çayda  balıq 
tu ta  bilər,  meşədə  istirahət  edə  bilər  və  giləmeyvə  yığa  bilərlər. 
Belə hallarda insanlar təbii ehtiyatlara münasibətdə hüquqi məsu­
liyyətdən çox  mənəvi  məsuliyyət daşıyırlar.  Yəni  burada adamla­
rın  ekoloji  məsuliyyətində  mənəvi  amillər  prioritet  (üstün)  fun­
ksiya daşıyır.
Təbii  ehtiyatlardan  istifadənin  xüsusi  formasında  isə  ekoloji 
məsuliyyətin  hüquqi  amilləri  prioritet  funksiya  daşıyır.  Belə  ki, 
hər  hansı  bir  su  hövzəsi  konkret  olaraq  kənd  təsərrüfatında  su­
varm a üçün nəzərdə tutulursa, onda istifadəçilər ekoloji qanunve­
ricilikdə göstərilən konkret hüquqi məsuliyyət daşıyırlar.
İnsan  -   təbiət  münasibətlərində  ekoloji  tarazlığın  pozulması 
təsərrüfat  fəaliyyəti  ilə  bağlı  olduqda  ekoloji  -  hüquqi  məsuliyyə­
tin  iqtisadi  tərəfləri  adətən  ekoloji  qanunvericilikdə  sanksiyalaş- 
dm lır.  Ekoloji -  hüquqi məsuliyyətin iqtisadi tərəflərinin sanksiy- 
alaşdırılmasmı üç qrupa bölmək olar:
1.  Ə traf təbii mühitə  (torpağa,  suya,  atmosferə) atılan norma­
dan  artıq  zərərli  maddələrə  və zərərli  tullantıların  icazəsiz  basdı­
rılmasına görə müəssisə və təşkilatların məcburi ödəmələri.
2.  K ənd  təsərrüfatı üçün  aynlan  (götürülən)  torpağın  istifadəsi 
zam anı təbiətə dəymiş ziyanın ödənilməsi.
3.  Sənaye  və  kənd  təsərrüfatında  sudan  istifadə  üçün  haqq 
alınması.
Təbiətdən  istifadəçilərə  iqtisadi  zərərin  ödənilməsi,  onların 
düşdüyü  iqtisadi  ziyanı  və  ehtimal  olunan  maddi  gəlirləri  nəzərə 
alm aqla  həyata  keçirilir.  Ümumi  istifadədə  olan  təbii  obyekt  qa­
nunsuz  istifadə zam anı  ətraf mühitin çirkləndirilməsinə şərait  ya­
radılarsa,  belə  hallarda  obyektə  dəymiş  iqtisadi  ziyan  günahkar­
lar  (fiziki  və  hüquqi  şəxslər)  tərəfindən  ödənilərək  ekoloji  fonda 
keçirilir. A rtıq respublikamızda bu təcrübədən istifadə edilir.
Aşağıdakı  faktları  buna  misal  göstərmək  olar.  Məsələn,  Mi­
ngəçevir  Regional  Ekologiya  və  Təbii  Sərvətlər  idarəsinin  məlu­
m atına  görə 2003-cü ilin  yanvar -  fevral  aylarında Türyançay ya­
tağından  qanunsuz  olaraq  qum-çınqıl  karxanası  kimi  istifadə  et­
diklərinə,  ətra f  m ühitin  çirkləndirilməsinə  şərait  yaratdıqlarına 
görə,  «Ağdaş  -  avtonəqliyyat»  və  «Ağdaş  tikinti  -  18»  açıq  tipli 
səhm dar  cəmiyyətlərinin,  «Şəki»  və  «Firdovsi»  firmalarının  rəh­
174
bərləri barəsində 9 milyon manat məbləğində iddia qaldırılmış  və 
onlardan  göstərilən  məbləğdə  cərimə  tutularaq  təbiəti  mühafizə 
ehtiyat  fonduna  köçürülmüşdür.  Bundan  başqa  Yevlax  rayonun­
d a da üç müəssisə rəhbəri haqqında 3,5 milyon manat məbləğində 
qaldırılan  iddianın  ödənilməsi  təmin  edilmişdir.1 Lakin,  respubli­
kam ızda  bu  cür  hüquqi  tədbirlərin  həyata  keçirilməsinə  hələlik 
çox  az  təsadüf olunur ki,  bu  da  ekoloji  qanunlarımızın  tam   gücü 
ilə  işləməməsi  kimi  izah  olunmalıdır.  Digər  tərəfdən  qanunların 
tətbiqi  mexanizmi  də  istənilən  səviyyədə  deyildir.  Bu  sahədə  hələ 
çox iş görülməlidir.
Ekoloji  qanunvericilikdə  ekoloji  hüquqpozmalar  ətraf mühitə 
ziyan  vurulması  qaydalarına  görə  adətən  aşağıdakı  qruplara 
bölünür:
1.  Əhalinin  sanitar  -   epidemioloji  salamatlığının  pozulması. 
(Ə traf mühitin  antropogen  təsirlər  nəticəsində  dəyişilməsi  ilə  əla­
qədar əhalinin sağlamlığına dəymiş ziyan başa düşülür).
2.  Təbii sərvətlərdən səmərəsiz istifadə.
3. Ə traf mühitin çirkləndirilməsi.
4.  Təbii obyektlərin korlanması və məhv edilməsi.
5. Təbii sərvətləri tükəndirmək.
6.  Ekosistemdə  ekoloji  tarazlığın  pozulması  (Təbii  mühitin 
ekoloji əlaqələrinin dağıdılması başa düşülür).
Y uxanda  göstərilən  ekoloji  hüquqpozmaların  bütün  qrup- 
lannda  nəzəri  cəhətdən  ekoloji  məsuliyyətin  hüquqi  tərəfləri  mə­
nəvi  tərəflərlə vəhdət  təşkil  edir.  Lakin,  bu  problemə  insan-təbiət 
münasibətlərinin  optimallaşdırılması  baxımından  yanaşıldıqda 
isə  ekoloji  hüquqpozmaların  bütün  qruplarında  ekoloji  məsu­
liyyətin  mənəvi  tərəflərinin  prioritet  təşkil  etməsinə  səy  göstəril­
məlidir.
Qeyd  etmək  lazımdır  ki,  hazırki,  şəraitdə  ekoloji  məsuliyyətin 
mənəvi  tərəflərini  gücləndirmək  üçün  ətraf  mühitə  münasibətdə 
hüquqi  məsuliyyətin  genişləndirilməsi  tələb  olunur.  Məsələn,  res­
publikamızın  ekoloji  qanunvericiliyində  bəzi  ümumi  ekoloji 
hüquqpozm alar  nəzərdə  tutulur  ki,  bunların  arasında  çox  vaxt 
hüquqi  -   ekoloji  cəhətdən  ciddi  əhəmiyyət  verilməyən  istiqamət­
lər mövcuddur.
Aşağıdakı bu istiqamətləri təhlil edək:
1  «İki  Sahil»  qəzeti,  18  fevral  2003-cü  il
175


-  Ə traf təbii  mühitin  keyfiyyət  norm a  və  standartlarına  əməl 
etməmək.
- Dövlət ekoloji nəzarətini həyata keçirən səlahiyyətli orqanla­
rın göstərişlərinə əməl etməmək.
- Yol verilən zərərli təsirin (səs-küy,  vibrasiya,  radiasiya,  maq­
nit sahəsi) müəyyən edilmiş normativlərinin artırılması;
-  Ekoloji  fondun  maliyyə  vəsaitlərinin  təbiətqoruyucu  fəaliy­
yətlə  əlaqədar  olm ayan  digər  məqsədlərə  qanunsuz  olaraq  xərc­
lənməsi.
-  Ekosistemlərdə  pozulmuş  ətraf mühütün  bərpası  və təbii  eh­
tiyatların təkrar istehsalı üzrə öhdəliklərin yerinə yetirilməməsi.
Göstərilən  qanun  pozuntularına  görə  hüquqi  şəxslərin  (müəs­
sisə  və  təşkilat  rəhbərlərinin)  hərəkətləri  ekoloji  qanunvericilikdə 
inzibati  məsuliyyətə  aid  edilir  və  onların  təqsirləri  xəbərdarlıq  və 
cərimə  ilə  məhdudlaşdırılır.  İnzibati  məsuliyyətə  görə  cəzanın  ən 
son həddi isə ekoloji qanunvericiliyi pozan müəssisələrin fəaliyyə­
tinin dayandırılması və bağlanması ilə müşaiyət olunur.
İndi  isə fiziki  şəxslərin  ekoloji qanunpozmalarma görə qanun­
vericilikdə təsbit olunmuş cəza növlərinə diqqət yetirək.
Ekoloji  qanunvericilikdə  ayn-ayrı  fiziki  şəxslər  üçün  cinayət 
məsuliyyətinin  şərhi  Azərbaycan  Respublikasının Cinayət Məcəl­
ləsində  (Bakı,  2000-ci  il)  öz  ifadəsini  (247-261-ci  maddələr)  tap­
mışdır.  Məsələn,  suyu  çirkləndirmə  ilə əlaqədar Cinayət  Məcəllə­
sinin  250.1.  maddəsində  göstərilir  ki,  yerüstü  və  yeraltı  suların, 
istifadə  olunan  su  mənbələrinin  çirkləndirilməsi,  tükənməsi və ya 
onlann  təbii  xassələrinin  başqa  cür  dəyişdirilməsi,  heyvanlar  və 
ya  bitki  aləminə,  balıq  ehtiyatlarına,  meşə və ya  kənd  təsərrüfatı­
na əhəmiyyətli zərərin vurulmasına səbəb olduqda:
- minimum əmək  haqqı məbləğinin yüz mislindən beş yüz mis- 
linədək m iqdarda cərimə;
-  və  ya  beş  ilədək  müəyyən  vəzifə  tutma,  və  ya  müəyyən  fəa­
liyyətlə məşğul olm a hüquqndan məhrum etmə;
- və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəza­
landırılır.
Cinayətin ağırlaşdırım  hallan üçün  Məccəllədə  daha sərt cəza­
lar  nəzərdə  tutulur.  Məcəllənin  250.2.  maddəsində  göstərilir  ki, 
eyni  əməllər  insan  sağlamlığına  zərər  vurulmasına  və ya  heyvan- 
lann  kütləvi  məhvinə  səbəb  olduqda,  habelə  qoruqlann  ərazisin­
176
də  və  ya  təhlükəli,  yaxud  fövqəladə  ekoloji  vəziyyət  zonasında 
törədildikdə:
-  minimum  əmək  haqqı  məbləğinin  beş  yüz  mislindən  iki  min 
mislinədək  m iqdarda  cərimə  və ya  iki  ilədək  müddətə  islah  işləri 
və ya iki  ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandın- 
lır.
Eyni  əməllər  ehtiyatsızlıqdan  zərərçəkmiş  şəxsin  ölümünə  sə­
bəb olduqda:
- üç  ildən  beş  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə cə­
zalandırılır (maddə 250.3.).
Qeyd  edək  ki,  CM-nin  ekoloji  cinayətlərlə  bağlı  digər  m addə­
lərində o cümlədən,  «Atmosferi çirkləndirmə»  (maddə 251),  «Də­
niz  mühütünü  çirkləndirmə»  (maddə  252),  «Torpaqları  korlama» 
(maddə  254),  «Qanunsuz  ov  etmə»  (maddə  258)  cərimələrdən 
başqa  cəzanın  digər  növləri  təxminən  oxşardır.  Bəzi  maddələrdə 
isə  çox  yüngül  cəzalar  nəzərdə  tutulmuşdur.  Məsələn,  CM -nin 
«Qanunsuz ağac  kəsmə»  (259) maddəsində ekoloji  cinayətkarlığa 
görə  tətbiq  edilən  cəza  növlərini  çox  yüngül  cəza  hesab  etmək 
olar.  Bu maddədə (259)  göstərilir ki, qoruyucu,  sanitar -  gigiyena 
və  sağlamlaşdırma  funksiyasını  yerinə  yetirən  meşələrdə,  qoruq 
meşələrində,  milli  və  ya  təbii  parklarda  ağacların  və  ya  kollann 
qanunsuz kəsilməsi xeyli miqdarda ziyan vurduqda:
- minimum  əmək haqqı məbləğinin beş yüz mislindən min mis­
linədək  m iqdarda  cərimə  və  ya  bir  ilədək  müddətə  islah  işləri  və 
ya  altı  ayadək  müddətə azadlıqdan  məhrum  etmə  ilə cəzalandırı­
lır.
Bundan  başqa CM -nin 261-ci maddəsində göstərilir ki,  qoruq­
ların,  milli  parkların,  təbiət  abidələrinin  və  ya  dövlət  tərəfindən 
xüsusi  qorunan  təbiət  ərazilərinin  mühafizə  rejiminin  pozulması 
əhəmiyyətli zərər vurulmasına səbəb olduqda:
-  minimum  əmək haqqı  məbləğinin yüz mislindən  beş  yüz mis­
linədək  m iqdarda  cərimə  və  ya  bir  ilədək  müddətə  islah  işləri  ilə 
və ya altı ayadək müddətə azadlığdan məhrum etmə ilə cəzalandı­
rılır.
Buradan  göründüyü  kimi  Respublikamızın  mövcud  Cinayət 
Məcəlləsindəki  aşağı  məbləğdə  olan  bu  cərimələri  səmərəli  cəza 
növü  hesab  etmək  olmaz,  baxmayaraq  ki,  bu  cərimələr  ekoloji 
qanun  pozanları  dəymiş  ziyanın  ödənilməsi  öhdəliyindən  azad 
etmir.  Bizə  elə  gəlir  ki,  cərimələrin  aşağı  olması  və  cəzalann
177


Yüklə 5,17 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə