Sakit hüseynov rasim sariyev



Yüklə 5,17 Mb.
Pdf görüntüsü
səhifə18/53
tarix31.08.2018
ölçüsü5,17 Mb.
#65529
1   ...   14   15   16   17   18   19   20   21   ...   53

müəyyən  etmək,  suların  işlədilməsi,  mühafizəsi,  onların  zərərli 
təsirinin  qarşısının  alınm ası  və  ləğv  edilməsi  sahəsindəki  təd­
birləri  planlaşdırm aq,  suların  kompleksli  işlədilməsi  və  müha­
fizəsi  sxemlərini,  su  təsərrüfatı  balanslarını  tətbiq  etmək,  sula­
rın  işlədilməsi  və  mühafizəsi  üzərində  dövlət  nəzarətini  həyata 
keçirmək  və  s.  daxildir.  8-ci  m addədə  isə  ərazi  baxımından 
N axçıvan  M SSR-in  su  münasibətlərini  tənzim  etmək  səla­
hiyyətləri  göstərilmişdir.
Q anunun  ikinci  fəslində  (9-12-ci  m addələr)  suların  işlədil- 
məsinin  və  mühafizəsinin  dövlət  tərəfindən  idarə  olunması,  su­
ların  işlədilməsi  və  mühafizəsi  üzərində  dövlət  nəzarəti  təsbit 
olunm uşdur.  Suların  işlədilməsi  və  mühafizəsi  üzərində  dövlət 
nəzarətinin vəzifəsi (10-cu m addə)  bütün  əlaqədar təşkilatlar və 
vətəndaşlar  tərəfindən  suların  işlədilməsinə  dair  müəyyən 
edilmiş  qaydalara  riayət  olunm asını,  suların  mühafizəsi,  onla­
rın  çirklənm əkdən  qorunm ası,  habelə  su  qanunvericiliyi  ilə 
müəyyən  edilmiş  digər  qaydaların  yerinə  yetirilməsini  təmin 
etm əkdən  ibarətdir.  12-ci  maddəyə  görə  ictimai  təşkilatlar  və 
vətəndaşlar  suların  səmərəli  işlədilməsi  və  mühafizə  tədbirləri­
nin  həyata  keçirilməsində  dövlət  orqanlarına  kömək  edirlər, 
ictim ai  təşkilatlar suların  səmərəli  işlədilməsini  və  mühafizəsini 
təm in  etmək  məqsədi  daşıyan  işlərdə  öz  nizamnam ələrinə,  İtti­
faq  və  respublika  qanunvericiliyinə  uyğun  surətdə  iştirak  edir­
lər.
Məcəllənin  32-ci  m addəsinə  görə  vətəndaşların  həyatını  və 
səhhətini  qorum aq  və  lazımi  sanitariya  şəraiti  təmin  etmək 
məqsədilə  yaşayış  m əntəqələrində  yerli  sovetlərin  icraiyyə  ko­
mitələri  adam ların  çimməsinin  və  qayıqlarda  gəzintinin,  içməli 
su  və  məişət  ehtiyaclarını  ödəmək  üçün  su  götürülməsinin,  mal- 
qaranın  suvarılmasının  qadağan  olunduğu  yerləri  müəyyən  edə 
bilər  və  Sudan  istfıadə  olunm asının  başqa  şərtlərini  təyin  edə 
bilərlər.
Q anunun  34-cü  maddəsində  Sudan pulsuz  istifadə  olunması 
təsbit  edilm işdir ki,  bu  da  keçmiş  SSRİ  m əkanında  vətəndaşla­
rın  öz  mənzillərində  Sudan  istfiadə  edərkən  israfçılığa  yol  ver­
məsinə  şərait  yaratm ışdır.  Bizə  m əlum dur  ki,  inkişaf  etmiş  öl­
kələrin  əksəriyyətinin  qanunvericiliyində  Sudan  istifadə  pullu­
d u r  və  bu  sudan  istifadə  zamanı  israfçılığın  qarşısının  alınm a­
sında  mühüm  rol  oynam aqdadır.
7 0
Q eyd  edək  ki,  34-cü  maddədə  Sudan  xüsusi  məqsədlər  üçün 
istifadə  edərkən  ittifaq  hökumətinin  müəyyən  etdiyi  hallarda 
və  q aydada  haqq  qoyulm ası  müəyyənləşdirilmişdir.  Lakin 
p rak tik ad a  bu  m addə  demək  olar  ki,  tətbiq  olunm amış,  yaxud 
zəif  tətbiq  olunm uşdur.  41-ci  maddədə  Sudan  istifadə  edənlə­
rin  vəzifələri  aydın  göstərilmişdir.  Məcəllədə  irəli  sürülən  Su­
dan  istifadə  edənlərin  əsas  vəzifələrindən  biri  su  obyetlərindən 
səmərəli  istifadə  etmək,  suların  keyfiyyətinin  bərpa  edilməsi  və 
d ah a  da  yaxşılaşdırılması  qayğısına  qalınm asıdır.  Bundan  baş­
qa  tərkibində  çirkləndirici  maddələr  olan  çirkli  suların  su 
obyektlərinə  buraxılm asının  tamamilə  dayandırılm ası  üçün 
tədbirlər  görməlidirlər  və  təbii  obyektlərə  (torpaq,  meşə,  hey­
vanlar  aləmi,  faydalı  qazıntılara  və  s.)  zərər  vurulm asına  yol 
verməməlidirlər.
Məcəllənin  «içməli  yeraltı  suların  içməli  su  və  məişət  su 
təchizatı  ilə  əlaqədar  olm ayan  ehtiyaclar  üçün  istifadə  edilmə­
sinin  məhdudlaşdırılması»  adlanan  51-ci  m addəsində  göstərilir 
ki,  içməli  yeraltı  sulardan,  bir  qayda  olaraq,  içməli  su  və  məi­
şət  təchizatı  ilə  əlaqədar  olm ayan  ehtiyaclar  üçün  istfıadə 
edilməsinə  yol  verilmir.  53-cü  m addədə  isə  Sudan  istifadə 
edənlərin  üzərinə  içməli  suyu  qənaətlə  işlətmək  vəzifəsi  qoyu­
lur.
10-cu  fəsildə  (54  -59-cu  maddələr)  su  obyektlərindən  m üa­
licə,  kurort  və  sağlam laşdırm a  məqsədləri  üçün  istfiadənin 
hüquqi  qaydaları,  11-ci  fəsildə  isə  (60-80-ci  m addələr)  su 
obyektlərindən  kənd  təsərrüfatı  ehtiyacları  üçün  istfiadənin 
hüquqi  qaydaları  təsbit  olunm uşdur.  11-ci  fəslin  82-ci  m addə­
sində  göstərilir  ki,  kənd  təsərrüfatı  to rp aq ların ın   çirkli  sularla 
suvarılmasına  dövlət  sanitariya  və  baytarlıq  nəzarətini  həyata 
keçirən  orqanların  razılığı  ilə  suların  işlədilməsini  tənzim  edən 
və onları  mühafizə edən  o rqanlar tərəfindən  icazə verilir.
Q anunun  116-cı  m addəsində  çirkli  suları  su  obyektlərinə 
axıtm ağa  yol  verən  halların  hüquqi  qaydalır  müəyyənləşdiril­
mişdir.  Burada  göstərilir  ki,  çirkli  suları  su  obyektlərinə  axıt­
mağa  yalnız  o  hallarda  yol  verilir  ki,  bu  su  obyektlərində  çirk ­
ləndirici  m addələrin  m iqdarının  müəyyən  edilmiş  no rm aların ­
dan  artıq  olmasın  və  Sudan  istfıadə  edənlər  çirkli  suları  təm iz­
ləyib  suların  işlədilməsini  tənzim  edən,  onları  mühafizə  edən 
o rqanlar  tərəfindən  məhdudlaşdırılmalı,  dayandırılm alı  və  ya
71


q adağan  edilməli,  h ə tta   ayrı-ayrı  sənaye  qurğularının,  sexlərin, 
müəssisələrin,  təşkilatların,  idarələrin  işi  dayandırılm alıdır.
M əcəllənin  ekoloji  hüquq  baxım ından  mühüm  əhəmiyyət 
kəsb  edən  hissəsi  suların  mühafizəsinin  hüquqi  tənzimlənməsi­
ni  əhatə  edən  üçüncü  hissəsi  suların  mühafizəsinin  hüquqi  tə n ­
zimlənməsini  əhatə  edən  üçüncü  bölm ədir  (142-162-ci  m addə­
lər).  143-cü  m addədə  suların  mühafizəsi  sahəsində  müəssisələ­
rin,  təşkilatların  və  idarələrin  vəzifələri  müəyyənləşdirilir.  Bu­
rad a  göstərilir  ki,  öz  fəaliyyəti  ilə  suların  keyfiyyətinə  təsir 
edən  müəssisələr  suları  çirklənm əkdən,  zibillənməkdən  və 
azalm aqdan  qorunm asını,  habelə  suların  keyfiyyətinin  və  reji­
m inin  yaxşılaşdırılm asını  təm in  edən  m üvafiq  tədbirlər  görmə­
lidirlər.  Bütövlükdə  26-cı  fəsildə  suların  çirklənm əkdən  və  zi­
billənm əkdən  mühafizəsi  məsələləri  daha  da  konketləşdirilmiş- 
dir.  Belə  ki,  26-cı  fəslin  145-ci  m addəsində  -   su  obyektlərinə 
istehsalat,  məişət  tullantıların  tökülməsi  qadağan  edilmişdir. 
149-cu  m addədə  isə  göstərilir  ki,  dövlət  su  təsərrüfatı  sistemi­
nin  idarələri  və  s.  təşkilatları  suların  kübrələrlə  və  zəhərli 
kimyəvi m addələrlə çirklənm əsinin qarşısını alm alıdırlar.
M əcəllədə  suların  mühafizəsi  ilə  bağlı  göstərilir  ki,  qaz, 
kömür,  neft  və  digər  faydalı  qazıntı  yataqlarının  axtarılm ası, 
kəşf edilməsi  və  işlədilməsi  ilə  əlaqdar  qazm a  və  başqa  mədən 
işləri  görülərkən  yeraltı  su  qorizontları  (təbəqələri)  aşkara  çı­
xarıldıqda,  mədən  işləri  görən  təşkilatlar  dərhal  bu  barədə  su­
ların  işlədilməsini  tənzim   edən  və  onları  mühafizə  edən  o rq an ­
la ra  m əlum at  verməli  və  yeraltı  suların  mühafizəsi  üçün 
müəyyən edilmiş  qaydada  tədbirlər görməlidirlər.
Q anunun  5-ci  bölməsi  (163-166-cı  m addələr)  su  qanunve­
riciliyinin  pozulm asına  görə  məsuliyyətin  hüquqi  qaydalarının 
müəyyənləşdirilməsinə  həsr  olunm uşdur.  164-cü  maddəyə  görə 
su  qanunvericiliyinin  pozulm asına  görə  məsuliyyət  aşağıdakı 
h allard a müəyyən  edilir:
1.  Su  obyektlərini  özbaşına  tutm aqda  və  ya  Sudan  özbaşına 
istfiadə etməkdə;
2.  Sudan  istifadə plnlarını pozm aqla  su yığmaqda;
3.  Suları  çirkləndirm əkdə və zibilləməkdə;
4.  Suların  çirklənməsinin  və  zibillənməsinin  və  ya  onların 
zərərli  təsirinin  qarşısını  alan  qurğular  və  avadanlıq  olm adan
7 2
müəssisələri,  kom m unal  obyektlərini  və  digər  obyektləri  işə 
salm aqda;
5.  Sudan  təsərrüfatsızcasına istifadə etməkdə;
6.  Su  to p lan an   sahələrdə  suyun  qorunm ası  rejimini  pozub 
suları  çirkləndirm əkdə,  torpaqların  su  eroziyasına  və  başqa 
zərərli  h allara səbəb olm aqda;
7.  Ö zbaşına  hidrotexnika işləri görməkdə;
8.  Su təsərrüfatı qurğularını və avadanlığını  zədələməkdə;
9.  Su  təsərrüfatı  qurğularının  və  avadanlığının  işdəlməsi 
qaydalırım  pozm aqda;
10.  K o lek to rlara  və  drenlərə  əkin  suyu  və  çirkli  sular  axıt­
m aqda.  B ununla  d a  kollektorları, jrenajları  dağıtm aqda  və  su­
varılan  to rp aq ların  m eliorasiya vəziyyətini pisləşdirməkdə.
Q anunvericiliyə  görə  yuxarıda  göstərilən  hallarda  təqsirli 
bilinən  şəxslər  İttifaq   və  respublika  cinayət  məcəlləsinin  m üva­
fiq  m addələri  ilə  cinayət  məsuliyyəti  və  inzibati  məsuliyyət 
daşyırılar.
M əcəllənin  166-cı  m addəsinə  görə  su  qanunvericiliyinin  p o ­
zulm asına  görə  m addi  məsuliyyət  müəyyən  edilir.  B urada  gö­
stərilir  ki,  müəssisələr,  təşkilatlar,  idarələr  və  vətəndaşlar  su 
qanunvericiliyi  ilə  müəyyən  edilən  məbləğdə  və  qaydada  ödə­
məlidirlər.  Zərərin  ödənilməsi  ilə  əlaqədar  olaraq  müəssisələr, 
təşkilatlar  və  idarələr  xərc  çəkdikcə,  buna  görə  təqsirli  olan 
vəzifəli  şəxslər  və  digər  işçilər  müəyyə  edilmiş  qaydada  m addi 
məsuliyyət daşıyırlar.
A zərbaycan  SSR  Cinayət  Məcəlləsi və digər norm ativ a k tla r 
əsasında  Sudan  istifadə qaydalarının  pozulm asına  görə cinayət 
və inzibati  məsuliyyət  müəyyən  edilmişdir.  Belə  ki,  A zərbaycan 
SSR  C inayət  Məcəlləsinin  160-cı  m addəsinə  görə  su  m ənbələ­
rinin  -   çayların,  dənizin,  göllərin  və  digər  sututarların  təm iz­
lənməmiş  axıntı  sularla,  sənaye,  məişət  və  kənd  təsərrüfatı  tu l­
lantıları  ilə  çirkləndirilm əsi  nəticəsində  insanların  səhhətinə, 
kənd  təsərrüfatı  və  balıq  ehtiyatlarına  zərər  dəyərsə,  bu  hərə­
kətlər  b ir  ilə  qədər  islah  əmək  işləri,  yaxud  300  m anata  (1980- 
ci  il  qiym ətləri  ilə)  qədər cərimə ilə cəzalandırılır.  Lakin  bu  hə­
rəkətlər  nəticəsində  insanların  həyatına  və  təsərrüfata  ciddi 
zərər  dəyərsə,  yaxud  balıqların  kütləvi  qırılması  baş  verərsə, 
cinayət  məcəlləsində  bu  cür  hərəkətlərə  görə  beş  ilədək  azadlı­
qdan  m əhrum etm ə  cəzası  göstərilir.
73


Yüklə 5,17 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə