Sakit hüseynov rasim sariyev



Yüklə 5,17 Mb.
Pdf görüntüsü
səhifə25/53
tarix31.08.2018
ölçüsü5,17 Mb.
#65529
1   ...   21   22   23   24   25   26   27   28   ...   53

fati  ehtiyacları  üçün  istifadə  (51-58-ci  maddələr),  sənaye  və  hid­
roenergetika  məqsədləri  üçün  istifadə  (59-63-cü  maddələr),  nəq­
liyyat  ehtiyacları  üçün  istifadə  (64-65-ci  maddələr),  balıqçılıq  və 
ovçuluq  üçün  istifadə  (66-73-cü  maddələr),  xüsusi  qorunan  su 
obyektlərindən  istifadə  (74-76-cı  maddələr),  tullantı  suların  axı­
dılması, yanğından mühafizə və digər məqsədlər üçün istifadə (77- 
80-ci  maddələr)  qaydaları  da  Məcəllənin  3-cü  bölməsində  şərh 
edilmişdir.
Qanunvericiliyin  III  bölməsinin  XIV  fəslində  su  obyektlərinin 
mühafizəsinin  ümumi  qaydaları  təsbit  edilmişdir.  Burada  (81-93- 
cü  maddələr)  su  mühafizə  zonaları,  su  obyektlərinin  çirklənmək­
dən  və  zibillənməkdən  qorunması,  sanitariya  mühafizəsi  zonala­
rının  müəyyən  edilməsi,  su  obyektlərinə  zərərli  təsirin  yol  verilən 
norm aları,  su  obyektlərində  fövqəladə  ekoloji  vəziyyət  və  ekoloji 
fəlakət zonaları haqqında hüquqi qaydalar öz əksini tapmışdır.
Məcəllənin  94-95-ci  maddələrində  suların  vəziyyətinə  təsir 
edən  müəssisələrin,  qurğuların  və digər  obyektlərin  yerləşdirilmə­
si,  layihələşdirilməsi,  tikilməsi,  bərpası  və  istismarının  hüquqi 
şərtləri ifadə olunm uşdur.
Respublikamızda  meşələrdən  istifadə  və  yaşıllıqların  qorun­
m asında  «Azərbaycan  respublikasında  Meşə  Məcəlləsinin  təsdiq 
edilməsi  haqqında»  A R   Q anunu  (30  dekabr  1997-ci  il)  mühüm 
əhəmiyyət  kəsb  edir.  10  fəsil  80  maddədən  ibarət  olan  bu  Qanun 
Respublika  ərazisində  meşə  münasibətlərinin  tənzimlənməsinin, 
meşələrdən  istifadənin,  onların  mühafizəsinin,  qorunmasınm, 
bərpasının,  ekoloji  və  ehtiyat  potensialının  yüksəldilməsinin 
hüquqi əsaslarını müəyyən edir.
Meşə  qanunvericiliyinin  məqsəd  və  vəzifələri  -  meşələri  elmi 
əsaslarla  idarə  etmək,  meşə  ekosisteminin  bioloji  müxtəlifliyini 
saxlamaq,  meşələrin  ehtiyat  potensialını  yüksəltmək  prinsipləri 
əsasında  onlardan  səmərəli  istifadə  etmək,  eyni zamanda  meşələ­
rin mühafizəsini və bərpasını təmin etməkdən ibarətdir.
Məcəllənin  I  fəslində  (1-10-cu  maddələr)  meşə  qanunvericiliyi 
ilə  tənzimlənən  münasibətlər,  meşə  münasibətlərinin  obyektləri, 
meşə fondu, meşə fondunun  torpaqları və sahələri, meşə fonduna 
daxil  olmayan  ağac  -   kol  bitkiləri,  meşə  münasibətlərinin 
subyektləri,  meşə  istifadəçiləri  və  s.  məsələlər  təsbit  olunmuşdur. 
Meşə Məcəlləsində  respublikanın meşə fondu və ağac -  kol  bitki­
ləri  üzərində  mülkiyyət,  onlardan  istifadə  hüququ,  meşələrin
9 8
mühafizəsi  və  bərpası  sahəsində  dövlət  idarəetməsi,  mühafizəsi, 
qorunm ası və s.  məsələlər hüquqi cəhətdən geniş şərh edilmişdir.
Qeyd  edək  ki,  qanunvericilikdə meşələrlə yanaşı  meşə bitkiləri 
ilə  örtülü  olm ayan  meşə  fondu torpaqlarının  istifadəsi,  mühafizə­
si, qorunm ası və bərpası, meşədən istifadəyə qoyulan əsas tələblər 
(V fəsil)  də şərh  edilmişdir.  Bu  tələblərdən  biri -  əhalinin sağlam­
lığının  qorunm ası,  ətraf mühitin  yaxşılaşdırılması  və  iqtisadiyya­
tın  inkişafı  üçün  meşələrin  mühityaradıcı,  suyu  mühafizə,  qoruy­
ucu  və  digər  funksiyalarının  saxlanılması  və  gücləndirilməsindən 
(maddə 47) ibarətdir.  Qanunvericilikdə meşə fondunun mühafizə­
si  və  qorunm ası  haqqım da  (maddə  58)  göstərilmişdir  ki,  meşələ­
rin  qorunm ası  onların  bioloji  və digər  Xüsusiyyətlərini  nəzərə  al­
maqla  həyata  keçirilir.  Meşələrin  mühafizəsi  -   meşələri  məhv 
olunm aqdan,  zədələnmədən,  zəifləmədən,  çirklənmədən  və  digər 
mənfi  təsirlərdən  qorum aq  sahəsində  təşkilati,  hüquqi  və  başqa 
tədbirlər sistemindən ibarətdir.
Təbiətdən  istifadənin  hüquqi  -   mənəvi  aspektlərinə  əməl  edil­
məsi  şərtlərindən  biri  də  istər  milli,  istərsə  də,  qlobal  şəkildə  fay­
dalı qazıntılardan səmərəli istifadə ilə əlaqədardır.
Mövcüd elmi ədəbiyyata əsaslanaraq faydalı qazıntıların  təsni­
fatını aşağıdakı  kimi qruplaşdırmaq olar:
-  Filiz  ehtiyatları  -   dəmir  və  marqans  filizləri,  boksitlər,  xro- 
mitlər,  mis,  qurğuşun,  sink,  nikel,  volfram,  molibden,  qalay, 
sürmə filizləri və s.;
-  Təbii  tikinti  materialları -  daş,  mərmər,  qranit,  qum,  əhəng, 
dolomit,  gil və s.;
-  Qeyri-filiz  faydalı  qazıntılar  -   dağ  billuru,  almaz,  aqat,  ko- 
rund, yaşma və s.;
-  Dağ  -  kimya  xammalı  -  apatin,  fosforit,  xörək  duzu,  kalium 
duzu, kükürd, yod, və bromlu məhsullar,  borit və s.;
-  Y anacaq  -   enerji  ehtiyatları  -   neft,  qaz,  daş  kömür,  torf, 
uran filizləri;
-  Hidromineral  ehtiyatlan,  yeraltı,  təmiz  (içməli),  mineral  və 
termik sular;
-  Oksanların  mineral  ehtiyatlan  -   filizli  hissələr,  kontinental 
şelf  təbəqələri,  dəm ir-marqans  birləşmələri  (3-6  km.  dərinlikdə) 
və s.;
-  Dəniz  sulannm   mineral  ehtiyatları  -  dəmir,  qurğuşun,  uran, 
qızıl, natrium ,  brom , maqnezium, duz, marqans və s.
99


Qeyd  edək  ki,  faydalı  qazıntıların  istism arında  texnoloji  qay­
dalara  əməl  olunm adığına  görə  çoxlu  itkiyə  yol  verilir.  Bu  ba­
xımdan  hazırda  dağ-mədən  kompleksləri  ətraf  təbii  mühiti  çirk- 
ləndirən,  insan  -   təbiət  münasibətlərindəki  tarazlığı  ciddi  şəkildə 
pozan  mühüm bir amilə çevrilmişdir.  Dag-mədən  sənayesinin tul­
lantıları,  həm  tərkibinə  görə,  həm  də  kəmiyyətcə  ekosistemin  və­
ziyyətinə  mənfi  təsir  etməklə  gözlənilməyən  ekoloji  təhlükə  mən­
bəyinə çevrilə bilər.
Respublikamızda  faydalı  qazıntılardan  istifadənin  ekoloji  -  
hüquqi  cəhətdən  tənzimlənməsində  «Yerin  təki  haqqında»  Azər­
baycan  respublikasının  Q anunu  (13.02.1998-ci  il)  mühüm  əhə­
miyyət  kəsb  etmişdir.  Bu  Q anun  Azərbaycan  respublikası  ərazi­
sində,  o  cümlədən  Xəzər  dənizinin  (gölünün) Azərbaycan  respub­
likasına  mənsub  bölməsində  yer təkinin  öyrənilməsi  (axtarış,  kəş- 
viyyat),  onun səmərəli istifadəsi, mühafizəsi və görülən işlərin təh­
lükəsizliyi  ilə əlaqədar münasibətləri tənzimləyir.  Bu  Qanun yerin 
təkindən istifadədə dövlətin,  yer təki istifadəçilərinin  və vətəndaş­
ların mənafelərinin qorunm asını təmin edir.
Q anunun  1-ci  fəslində  -  yer  təkindən  istifadənin  prinsipləri, 
yer təki üzərində mülkiyyət  hüququ,  yer təkinin vahid  dövlət fon­
du,  yer  təkindən  istifadə  münasibətlərinin  tənzimlənməsində döv­
lət  hakimiyyət  orqanlarının  vəzifələri  əsas  yer  tutur.  «Yer  təkin­
dən  istifadənin  prinsipləri»  adlanan 2-ci  maddədə -  ətraf mühitin 
mühafizəsinin təmin edilməsi -  əsas şərtlərdən biridir.
Q anunun  11-ci maddəsində göstərilir ki,  yerin təkinin ayrı-ayrı 
sahələrindən istifadə ölkənin təhlükəsizliyi və ətraf mühitin müha­
fizəsini  təmin  etmək  məqsədilə  məhdudlaşdırıla,  yaxud  qadağan 
edilə  bilər.  Bu  baxımdan  əgər  yaşayış  məntəqələrinin,  şəhərətrafı 
zonaların,  sənaye,  nəqliyyat  və  rabitə  obyektlərinin  ərazilərində 
yerin  təkindən  istifadə  insanların  həyat  və  sağlamlığına  təhlükə 
törədərsə,  təsərrüfat  obyektlərinə  və ya  ətraf mühitə  zərər  vurar­
sa,  o, qismən və ya tamamilə qadağan edilə bilər.
Q anunda  göstərilir  ki,  yerin  təki  istifadə  üçün  müəyyən 
müddətə  və  ya  daimi  verilir.  Yerin  təkinin  müəyyən  müddətə ve­
rilməsi qanunda aşağıdakı kimi müəyyənləşdirilmişdir.
1  .  Geoloji öyrənilmə üçün -  5 ilədək müddətə;
2.  Faydalı qazıntıların çıxarılması üçün - 25 ilədək müddətə;
3.  Göstərilən  istifadə  növləri  birləşdirildikdə  -  30  ilədək 
müddətə.
1 0 0
Q anunun  əsas  bölmələri  aşağıdakı  hüquqi  məsələləri  əhatə 
edir:
I bölmə -  
Ümumi müddəalar,
II bölmə -  
Yerin təkindən istifadənin əsasları,
III bölmə -  
Yer təkinin səmərəli istifadəsi və mühafizəsi,
IV bölmə -  
Yer təkinin geoloji tədqiqi,
V  bölmə  -  
Yerin  təkindən istifadə  münasibətlərinin dövlət  tən­
zimlənməsi,
VI bölmə -  
Yerin təkindən istifadənin iqtisadi mexanizmi,
VII bölmə -  
Qanunun pozulmasına görə məsuliyyət.
Q anunun  46-cı  maddəsində  göstərilir  ki,  bu  qanunun  pozul­
masına görə hüquqi və fiziki şəxslər aşağıdakı hallarda məsuliyyət 
daşıyırlar.
1.  Yerin  təkindən  istifadənin  qanunvericiliklə  müəyyən  olun­
muş qaydaları pozularsa;
2.  Yerin  təkindən  istifadə  ilə  əlaqədar  işlərin  aparılması,  yer 
təkinin  və  ətraf mühitin  mühafizəsi  üzrə  standartların  (norma  və 
qaydaların) tələbləri pozularsa;
3.  Yer  təkinin  çirklənməsinə  və faydalı  qazıntı  yatağının  istis­
marı üçün yararsız hala düşməsinə yol verilərsə;
4.  Faydalı qazıntı  yayılan  sahələrdə  özbaşına  tikinti  işləri  ap a­
rılarsa;
5.  Yerin  təkindən  istifadə  edilərkən  bina  və  qurğuların,  eləcə 
də, xüsusi mühafizə olunan ərazilərin və ətraf mühit obyektlərinin 
toxunulmazlığı təmin edilməzsə;
6.  Ləğv  edilən  və  konservasiya  olunan  dağ  -   qazmaların  və 
buruq quyularının əhalinin və ətraf mühitin  təhlükəsizliyini  təmin 
edən  vəziyyətə  gətirilməsi,  habelə  konservasiya  müddəti  ərzində 
faydalı qazıntı yataqlarının,  dağ -  qazmalarının və buruq quyula­
rının qorunması tələblərinə əməl edilməzsə;
7.  Yerin  təkindən  istifadə edilərkən  yararsız  hala  salınmış  tor­
paq  sahələri  və  digər  təbiət  obyektləri  onların  istifadəsi  üçün  ya­
rarlı  vəziyyətə  gətirilməzsə  və  s.  Bundan  başqa,  yerin  təkindən 
istifadə  sahəsində  bu  Q anuna  zidd  olan  hər  hansı  bir  fəaliyyət 
qadağandır.
Təbiətdən  istifadə  prosesində  tarixən  həmişə  hüquqi  -   ekoloji 
gərginlik  yaradan  məsələlərdən  biri  torpaqdan  səmərəsiz və israf­
çılıqla  istifadə  olunmasıda-.  Tarixi  təcrübə  göstərir  ki,  torpaqdan 
səmərəsiz  istifadə  forması  onun  deqradasiyasına  gətirib  çıxarır.
101


Yüklə 5,17 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə