Şamil Vəliyev – 50


səhifə21/97
tarix08.07.2018
ölçüsü
#54161
1   ...   17   18   19   20   21   22   23   24   ...   97

74
b) xalq, tayfa, qəbilə adları
3.Tarixi şəxsiyyət və ifaçının adı ilə bağlı muğam və şöbə adları.
4. Müxtəlif adlar
Say adı ilə bağlı olan muğam və şöbələr bunlardır:
1. Yegah
2. Dügah
3. Segah
4. Çahargah
5. Pəncgah
6. 6.Şeşgah
7. Həftgah
Müasir ifaçılıq adlarını çəkdiyimiz muğamlardan yalnız beşi ifa olunur.
Yegah”- “Rast”  muğamının  ikinci  adıdır.  Fars  dilində  işlədilən  “Yegah”
(birinci)  sözünün  mənası, ərəb dilində işlədilən  “Rast”  (düz, doğru,  dürüst) ilə uyğun
gəlir. Keçmişdə və hal-hazırda türk musiqisində “Rast”a bəzən “Yegah” da deytrlər.
Dügah” - fars  kəlməsidir,  tərcüməsi –iki  mövqe,  məkan,  vəziyyət,  məcazi
mənası-2 vaxt deməkdir. Məsələn: axşam-səhər, gecə-gündüz və s.
Segah” - üç  mövqe,  məkan,  vəziyyət  deməkdir.  Forma  etibarilə
“Segah”muğamına baxsaq, onun 3 böyük hissədən ibarət olduğunu görərik.  Bu hissələr
“Zabul”, “Segah” və “Hissar-müxalif”dən ibarətdir.
Çahargah”- qədim  musiqi  alimlərinin  fikrincə  göy  gurultusu  ilə  əlaqədardır.
Məhz  təbiətin  bu  hadisəsi  ilə  əlaqədar  olaraq  yaranmışdır.  Üzeyir  Hacıbəyov
“Çahargah”  muğamının  dinləyicidə  coşğunluq  və  ehtiras  hissi  oyatdığını  qeyd  edir.
“Çahargah”  muğamı    Yaxın  Şərq  xalqları  musiqisində  ən  çox şöhrət  qazanmış
muğamlardan biri, onların musiqisinə, mənsub muğam köküdür.
Pəncgah” – “Rast” muğamının zil pərdəsidir. Bu hissənin ahəngi çox gərgin və
ciddidir.  “Pəncgah” şöbəsinin  “Rast”  dəstgahında  tutduğu  mövqe  çox əhəmiyyətli
olduğundan, “Rast” dəstgahı çox zaman “Rast-Pəncgah” adlandırılır.  Iran musiqisində


75
də  “Rast-Pəncgah”  adlı  muğamın  olmasını  fransız  alimi  Jan  Dürinq  özünün  “İran
musiqisinin ənənələri və mənşəyi” adlı elmi kitabında bir daha təsdiq edir.
Şeşgah”  və  “Həftgah” – muğam və şöbə  adı  kimi  heç  bir  mənbədə  qeyd
olunmayıb. Lakin Əfrasiyab Bədəlbəylinin “Musiqi lüğəti” kitabında bu adlar diatonik
səs  düzümünün  6-cı  və  7-ci  səsi  kimi şərh  olunur.  Burada  maraqlı  bir  sual  meydana
gəlir. Necə olur ki, eyni kökə  mənsub olan bu say adlarının bir qismi muğam və şöbə
adı, digər qismi isə səs düzümünün pərdələri kimi adlansın?
Tarixdən  məlumdur  ki,  keçmiş  zamanlarda  insanlar  “7”  rəqəmini  ilahi  rəqəm
sayırdılar. Məsələn: ”göy qurşağının 7 rəngi”, “göyün 7 qatı”, “kainatın 7 möcüzəsi”,
“həftənin  7  günü”  və  s.  buna  misal  ola  bilər. Üzeyir  Hacıbəyli  “Azərbaycan  xalq
musiqisinin əsasları”  kitabında  yazır:  “Ərəb, İran  və  Avropa  musiqişünaslarına,  görə,
qədim yunanlar yeddi səma cisimlərindən har birinin Pifaqor tərəfindən icad edilmiş 7
tondan    birinə  müvafiq  olduğunu  zənn  edirlərmiş”.  Beləliklə,  buradan  belə  nəticəyə
gəlmək olar ki, keçmiş zamanlarda muğam musiqisi 7 əsas avazatdan ibarət olmuş və
yuxarıda adları çəkilmiş ardıcıllıqda adlandırılmışdır.
Sonralar isə hər inkişafda olduğu da inkişaf edərək, zaman ötdükcə, yeni şöbələr,
guşələr zənginləşmiş və nəhayət, bu dövrdə öz intişarını tapmışdır. Onu da qeyd etmək
lazımdır ki, “Yegah”, “Dügah”, “Segah”, “Çahargah” bütöv muğam “Pəncgah” isə şöbə
kimi səslənir. Say adları ilə bağlı olan daha bir faktı göstərmək olar. Ərəb musiqisində
yegah,  dügah,  segah,  çahargah,  pəncgah, şeşgah  və  həftgah  səs  düzümünün  pərdələri
kimi adlandırılır. Bu faktı ərəb musiqişünası Fərruk Ammarın yazılarında aydın görmək
olar.
Bir  çox  muğam  və şöbə  adlarının  yaranma  tarixi  öz  yerləri  və  məkanları  ilə
əlaqədardır.  Qarabağ  şikəstəsi, Şirvan  şikəstəsi,  Salyan şikəstəsi, Şikəsteyi-fars,
Arazbarı, Bayatı-şiraz, Bayatı-İsfahan, Bayatı-kürd, Ərak, Əfşarı, Ovşarı, Əşiran, Zabul,
Heyrat-Kabili,  Osmanlı,  Katar,  Hicaz,  Nəva-Nişapur,  Hissar,  Xavəran,  Mavərənnəhr,
Pəhlivi,  Tehrani,  Azərbaycan,  Xarəzmiyyə,  Mahur-hindi  və  bir  çoxlarını  buna  misal
gös-tərmək olar. Bu muğam və şöbələrin hər birinin adı, onların hara aid olduğunu bizə


76
bir daha sübut edir. Məsələn: ”Çahargah”muğamında ifa olunan “Hissar” Hindistanda,
Dehli şəhərinin  yaxınlığında  yerləşən kiçik bir kənd  adıdır. ”Hissar” daha bir ölkədə,
İranın Xorasan əyalətində yer adıdır.  Qədim Midiya dövlətində bu yerə “Hissar-təpə”
deyirdilər. Lakin bir sıra musiqişünas və ifaçılar bu şöbəni “Hissar” deyil, “Hasar” və
ya-xud “Həsar” adlandırırlar.
“Hasar” – “çəpər” deməkdir, çəpərin isə muğama heç bir dəxli yoxdur. Bu cür
fərziyyə  düzgün  sayıla  bilməz.  Çünki  bütün  muğam  və şöbə  adları  hələ  qədim
zamanlarda ərəb əlifbası ilə yazılmışdır. Şərqin böyük musiqişünasları Məraği, Urməvi,
Fərabi və başqaları söz traktatlarını məhz ərəb əlifbası ilə yazmışlar. Ərəb əlifbası ilə
“Hissar” sözünün  yazılışında  isə  biz  birinci  hecada  “A”  hərfinə  rast  gəlmirik.  Bu  bir
daha şöbənin “Hasar”deyil, ”Hissar” olduğunu sübut edir.
Başqa  bir  misal  çəkək:  Rast  muğamında  “Mayə”nin  bir  oktava  yuxarı
səslənməsinə “Ərak” deyilir. Əfrasiyab Bədəlbəyli “Musiqi lüğəti” kitabında bu şöbənin
adı  haqda  belə  yazır:  “Bu  muğam  şöbəsinin  “Ərak”  yoxsa  “İrak”  adlandırılmasında
hansı sözün daha düzgün olduğu məsələsi muğam ifaçıları və musiqişünaslar arasında
çox  vaxt  mübahisəyə  səbəb  olur. Muğamatın    şöbə  və  guşılərindən  bir  çoxunun  adı,
bilindiyi kimi, coğrafi adlarla əlaqədardır. Həm də belə hallarda muğam adları çox vaxt
ölkə, məmləkət  adı ilə yox, məhz şəhər adları ilə adlanır.  Belə olan sürətdə, hamıya
məlum olan “İraq” ölkəsi olduğu kimi, həm də Şiraz, İsfahan, Nəhəvənd şəhərlərinin
qonşuluğunda  “Ərak”  adlı  şəhərin  də  olduğunu  nəzərə  alsaq,  muğamın  ifaçılar  və
musiqişünaslar  tərəfindən  “İraq”  deyil  “Ərak”  adlandırılması  tamamilə  düzgün  sayıla
bilər.
Mahur – Hindi”    dəstgahı  Azərbaycan  musiqisində  xüsusi  yer  tutur.  Bu
muğamın  adından  onun  hara  mənsub  olduğunu  dərhal  görə  bilərik.  “Mahur”
Hindistanda  kişik  bir  şəhər  adıdır.    Tarixdən  bildiyimiz  kimi,  Hindistan  vaxtilə
müsəlman hökmdarlarının hakimiyyəti altında olmuşdur. Bu dövrdə Hindistanda böyük
dəyişikliklər  əmələ  gəlir.  Yaxın  Şərq  ölkələrinin  mədəniyyəti  və  incəsənəti  hind
mədəniyyətinə böyük təsir göstərir. Şərq ölkələrinin muğam sənəti də hind musiqisinə


Yüklə

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə