Şamil Vəliyev – 50


səhifə26/97
tarix08.07.2018
ölçüsü
#54161
1   ...   22   23   24   25   26   27   28   29   ...   97

90
H.X.Qaradaği  Krılov  təmsillərini  tərcümə,  təbdil  və  adaptasiya  edib,  qeyd  etdiyimiz
kimi “Vətən dili “ dərsliyində dərc etdirmişdir. Bunlardan bir neçəsini xatırladırıq: “Şir
və  tülkü”,  “Qoyunlar  və  qurdlar”,  “Uşaq  və  ilan”,  “Qu-zu  qurd  cildində”, ”Siçanlar”,
“İki  kəsəyən”,  “Tutulmuş  quş”,  “Sığırçın  və  göyərçin”,  “İt  və  at”,  “At  və  eşşək”,
“Meymun və güzgü”, “Ahu və dərviş”, “Xoruz və mirvarid”, “Pişik və balıq”, “Paris”
və s.
Qaradağinın  Krılov  təmsillərini  tərcümə  etməkdə  məqsədi  ilk  növbədə  uşaq
mütaliəsi    üçün  ədəbiyyat  yaratmaq  işinə  xidmət  etməkdən  ibarət  idi.  Bu  onun
tərcümələrinin  xarakterini  müəyyənləşdirirdi.  Ona  görə  də şair  eyni  ilə  Krılov
təmsillərini  uşaqların  mütaliəsinə  verməyi  məsləhət  görməmişdir.  O,  nəinki  şairin
şeirlərini rus dilinin zəngin ifadə tərzini, şən, sadə, lakin dərin mənalı yumorunu, xalq
ədəbiyyatından gələn satiranı, hətta bir qism təmsilin bütün mətnini belə tərcümə etməyi
məqsədəmüvafiq hesab etməmişdi. O, bu təmsillər üzərində ciddi ədəbiyyat apardıqdan
sonra körpə həmvətənlərinə müraciətin məqsədi aydınlaşır.
H.X.Qaradağinın  tərcüməsində  azərbaycanlı  uşaqlar  Krılov  təmsillərinin  heç
birinin  mətnini  olduğu  kimi  oxuya  bilməmişlər. Şair  təmsillərin  məzmunundan,
ideyasından  asılı  olmayaraq  hamısının  üzərində  “əməliyyat”  aparmış  dəyişikliklər
etmiş,  uşaq  idrakına  uyğunlaşdırdıqdan  sonra  oxuculara  vermişdir.  Bu  məqsədlə    o,
Krılov  təmsillərinin  əsas  hissəsi  və  didaktik  sonluğu  üzərində  dəyişikliklər  edirdi.
Qaradaği  tərcümələri  haqqında  təsəvvür  yaratmaq  üçün  bəzilıərini  nəzərdən  keçirək:
Krılovun “Uşaq və ilan” təmsilində balıq tutmaq istərkən ilan tutan bir uşağın dəhşətli
qorxusu təsvir olunur. Ilan uşağa müraciət edərək bildirir ki, bu dəfə Allah səni saxladı.
Əgər  cürətin  belə  artsa,çox  zərər  çəkəcəksən. Təmsil  nəsihət  və  hədə  ilə  dolu  bir
ahənglə  qurtarırdı: ”İ  znay  o  kem  tı  şutiş!” (İ.B.Burov.  Raniy  Tolstoy. Moskva -
M,1972,səh124).  H.X.Qaradaği  tərcümədə  xalq  atalar  sözünü  tərcümə  edib  təmsilə
əlavə  etmişdi.  Beləliklə,  Krılov  təmsilindəki fikrin əxlaqi-didaktik  məzmununu  bir
qədər də  möhkəmləndirmişdi. Krılovun nəsihət, bir az da qorxu ifadə edən nəticəsini
saxlamaqla  yanaşı  onu  “milliləşdirmək”, daha  doğrusu  ona  milli  ruh  vermək,  milli


91
zəminə  bağlamaq  üçün  tərcümədə  xalq  məsəlinin  əxlaqi nəticə  kimi  verilməsi,  əsərə
milli kolorit vermiş, rus təmsilini bir növ azərbaycanlılaşdırmışdır.
Qaradağinin əlavə etdiyi əxlaqi nəticə belədir:
Bir məsəldir deyirlər  Qaradaği ,arığın
Nə işinə gərəkdir basa xalqın qoruğun.
(“Vətən dili” II hissə,Tiflis 1888)
S.S.Axundov  RƏİ-da  saxlanan əlyazmasına  istinad  edən  tədqiqatçı
H.X.Qaradağinin nəticəsi V.Qaradaği qeyd edir ki, ulu babası Tiflisdə çıxan “Kəşkül”
qəzetində də iştirak etmişdir.
XIX əsrin son illərində, yeni yüzillik ərəfəsində H.X.Qaradaği Şuşa ədəbi-mədəni
mühitinin  aparıcı  simalarından  biri  olmuş,  teatr  dərnəyində  aktyor  və  suflyor  kimi
çalışmış,ədəbi  söhbət  və  mühazirələri  ilə  din-ləyiciləri  valeh  etmişdir.  “Xandəmirov
teatrı”nda  rollar  oynayır,  “Məclisi-üns”də  yaxından  iştirak  edir,  lirik  qəzəllər,elmə  və
tərəqqiyə  aid şeirlər yazır  ki,  bu poetik nümunələrin  bir neçəsi  Mirmöhsün  Nəvvabın
“Təzkireyi-Nəvvab” kitabında  dərc  olunur.  H.X.Qaradaği  “Məclisi-fəramuşan” ədəbi
məclisinin  ən  fəal  üzvü kimi  X.Natəvan, M.Nəvvab,  C.C.Qarabaği  ilə  qəzəl
yarışmasında,  sənət  deyişməsində  tərəf  müqabili  olmuşdur.  Yenə şairin  varisi
V.Qaradağinin  RƏİ-da  saxlanmış əlyazmaya  istinadən  bildirdiyi  ədəbi  yeniliyi  biz də
oxucuların  nəzərinə  çatdırmaq  istəyirik:  “O,  Zəngəzur  və  Qarabağ  şairləri  haqqında
məlumat verən qiymətli mənbə sayılan “Təzkireyi-Qaradaği”nin müəllifidir” (Az MEA
Əlyazmaları  İnstitutu,  rəf №7602). Ilk  dəfə  Sarı  Aşıq  haqqında  məlumatı  Xan
Qaradağski vermişdir. (Ə.Axundov Sarı Aşıq “Şeirlər” Bakı, 1966 “Ön söz”, səh3)
H.X.Qaradaği  eyni  zamanda  “Qarabağ  vilayətinin  qədim və  cədid  keyfiyyət  və
övzaları, Pənah xan əyyami hökumətlərinin əksər vəqaye və hekayələri”, rus dilində bir
romanın, “Körpə uşağı saxlamaq”, “Göz ağrısına müalicə” adlı tərcümələrin müəllifidir.
O, həmçinin folklor toplamaq sahəsində çalışmış, lüğət tərtib etməyi də söylənilir.


92
Azərbaycanda  28  Aprel  çevrilişindən  sonra    H.X.Qaradaği  yaşlı  olmasına
baxmayaraq  Şuşa  maarif  idarəsində  işləmişdir, Maarifçi  pedaqoq,  mütərcim, şair
Həsənəli ağa Qaradaği  1929-cu il dekabrın 2-də iflic xəstəliyindən vəfat etmişdir.
XIX əsrin  70-ci  illərində  ictimai  həyata  qədəm  qoyan  H.X.Qaradaği  həm
tərcümələri, həm  lirik qəzəlləri, uşaq əsərləri, aktyorluq  fəaliyyəti,  ədəbiyyatşünaslığa
dair araşdırmaları ilə Azərbaycana varlığı ilə xidmət etmiş maarifşi ziyalılardan biridir.
Çox yaxşı haldır ki, 2003-cü ildə “Azərbaycan milli ensiklopediyası”  tərəfindən ədibin
şeirləri, təmsilləri, tarixi salnamə, həyat və yaradıcılığı ilə bağlı araşdırmalardan ibarət
“Fə-ləyin  bir  belə  dövrü  olacaqmış...”  adlı  kitab  yüksək  bədii  tərtibatla  nəşr
olunmuşdur. “Ön söz” Vüqar Qaradağlı, tərtib Raqub Kərimova aiddir.
Milli  maarifçiliyin  ,pedaqogikamızın  təşəkkülü  və  yüksəlişində  müstəsna
xidmətləri  olan  H.X.Qaradağinin əsərlərinin  latın  qrafikası  ilə  oxuculara  çatdırılması
çox dəyərli bir iş, unudulmaz xidmətdir. H.X.Qaradağinin pedaqoji və ədəbi irsi bu gün
də tədqiqatçılar və eləcə də bütün oxucular üçün qiymətli mənbə, yaş səviyəsindən asılı
olmayaraq bədii mütaliə nümunəsidir.
Ə D Ə B İ Y Y A T
1. H.X.Qaradağski  (Qaradaği).  Fələyin  bir  belə  dövrü  olacaqmış.  “Az.  Milli
Ensiklopediyası”, Bakı, 2003.
2. Vüqar Əhməd. Rus uşaq ədəbiyyatı və Azərbaycan. ”Bilik”, Bakı, 1992.
3. Xeyrulla Məmmədov. XIX əsr Azərbaycan ədəbiyyatı. Bakı, 2006.
4. Vətən dili ( tərtib, ön söz V.Qaradağlı). “İSBN”  Bakı, 2007.
Ənvər Nəzərli: “Çəkə bilsəydim əgər mən bütün aləm qəmini...”


Yüklə

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə