Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   14   15   16   17   18   19   20   21   ...   147

26 
 
həmin daş üçün divarların sahibi olan hökmdara yüz min dirhəm vermişdir. Bir o qədər də torpaqlarından keçib 
getmək lazım gələn məmləkətlərin hökmdarlarına göndərilən hədiyyələrin qiyməti edir. Beləliklə, daş ona 
xidmətçinin zəhmət haqqı  və  xərcləri nəzərə alınmadan iki yüz min dirhəmə başa gəlmişdir. Bundan sonra 
Şəhriyar üzüyü barmağından çıxarıb  Əbdürrəhmanın qabağına qoydu, lakin o, üzüyü yenidən  Şəhriyarın 
barmağına keçirdi. Bu vaxt Şəhriyar heyrətlə qışqıraraq dedi ki, əgər İran şahları bu üzükdən xəbər tutsaydılar, 
çoxdan onun əlindən alardılar. Və  ərəblər öz nəciblikləri sayəsində bütün dünyanı  fəth edə bilərlər".
28
 Hacı 
Xəlifənin məlumatıbna görə  Şəhriyar  Şirvanın hakimi idi. Bəhs etdiyimiz müəllif isə onu Dərbənd hakimi 
adlandırır. Ehtimal etmək olar ki, söhbət eyni bir şəxsdən gedir. Göründüyü kimi, ərəblər  Şirvana gələnədək 
Şirvanşahların torpaqları  Dərbəndədək uzanırdı  və sonralar gördüyümüz kimi, bu şəhər müxtəlif dövrlərdə 
Şirvanşahlar dövlətinin tərkibinə daxil olmuşdur. 
Sasanilər Dərbənd keçidinə böyük əhəmiyyət verirdilər. Onlar V-VI əsrlərdə  və ondan daha əvvəllər 
özlərinin  şimal sərhədlərini köçəri türk tayfalarının hücumlarından qorumaq məqsədilə burada
 
dəfələrlə 
istehkamlar tikmişdilər.
29
 Sasanilər Dərbənddə müxtəlif xalqların nümayəndələrindən ibarət olub, onların 
etimadını qazanmış böyük qarnizon saxlayırdılar. 
[54 - 55]
 Bunların arasında Şirvanlılar da var idi.
30
 VII əsrin 
birinci yarısında onlar Volqanın mənsəbində  və Simali Qafqazda güclü dövlət yaratmış  və  Şirvana tez-tez 
hücumlar edən xəzərlərdən müdafıə olunurdular. Son Sasani hökmdarları  və ilk ərəb canişinləri dövüründə
31
 
Şirvan bir neçə dağıdıcı basqınlara məruz qalmışdı. Ərəblər VII-VIII əsrlərdə əldən-ələ keçən Şirvan ərazisinə 
dəfələrlə hücum edən xəzərlər və digər türk tayfaları ilə bir sıra müharibələr aparmışdılar. 
Ərəb ordusu xəlifə Ömər ibn-Əffanın (644-656-cı illər) dövründə cənub-qərbdən hücum edərək Arran 
və  Şirvanı tutmuşdur. Naxçıvan zəbt edildikdən sonra Həbib ibn Məsləmənin ordusuna daxil olan bir dəstə 
Səlman ibn Rəbiənin komandanlığı ilə Biçənək aşırımından keçərək  Şəkiyə  və Gorusa doğru hərəkət etdi və 
Arrana çataraq, h.25-ci il (28.X.645-16.X.646-cı illər) sülh müqaviləsinə  əsasən Beyləqanı  zəbt etdi. Həmin 
müqavilədə  əhalinin həyatının,  əmlakının,  şəhər divarlarının qorunub-saxlanılmasına təminat verilir, əhali 
üzərində  xərac və cizyə vergisi qoyulurdu. Sonra Səlman Bərdəyə  gəldi və Turtur (Tərtər) çayının sahilində 
şəhərdən azı bir fərsəx aralı düşərgə saldı. Bərdə sakinləri ilə sülh bağlayıb  şəhərə daxil olan Səlman bir 
müddətdən sonra qoşunlarla hərəkət edərək  Şakşin (Şakaşen), Meskuan (Metskuenk), Ud (Uti), Mesiran 
(Metsarants)
*
, Xarxilyan (Xarcilank), Təbər (Tri) vilayətlərinin kəndlərini və Arranın digər yerlərini tutdu.
32
 
Qədim Şəmkir şəhərini əle keçirən Səlman ibn Rəbiə əl-Bəhili on minlik qoşunla Bərdican arxasından 
Arazla Kürün qovuşdıığu yerə gedərək, Kür çaynı keçib Qəbələni tutdu, Şəkkan (Şəki) və Kamibəran 
(Kambizena) hakimləri ilə xərac vermələri şərtilə sülh bağladı. 
Xeyzan (Haydaq?) əhalisi də onunla (Səlmanla) bu cür müqavilə bağladı. Sonra o, Şirvana yaxınlaşdı, 
Şirvanşahı yanına çağırdı və onunla da dağlı hakimlər, Məsqət, Şəbəran və Bab (Dərbənd) şəhəri sakinləri kimi
sülh sazişi bağladı. Lakin Səlman  şəhərdən çıxan kimi əhali qapıları onun ardınca bağladı. Xəzər xaqanı isə 
çoxminilli ordunun başında Bələncər çayının arxasında onun qabağını  kəsdi. Burada Səlman öldürüldü və 
ərəblərin dörd minlik dəstəsi məhv edildi, Səlmanın ölümündən sonra (h.32-ci il (12.VIII.652-1.VIII. 653-cü 
illər) xəlifə Osman Xuzeyfə ibn Yəmanı Azərbaycana və Arrana vali təyin etdi. O, xəlifə canişinlərinin 
oturduğu Bərdəni özünün iqamətgahına çevirdi.
33
 
VII-VIII  əsrlərdə  ərəblər  Şirvan və Arrana hücumlar edən türkütlər və  xəzərlərlə  şiddətli müharibələr 
apardılar. VIII əsrin  əvvəllərində  ərəblər  şimala - Dərbəndə  və daha sonra Xəzərə qarşı  işğalçı yürüşlərə 
başladılar. Burada onlar tərkibində müxtəlif türk tayfaları - sabirlər, türkütlər, bulqarlar və b. - olan çoxsaylı 
Xəzər ordusu ilə üz-üzə gəldilər. Həmin köçəri türk tayfaları artıq IV-V əsrlərdə və ondan daha əvvəl dəfələrlə 
Albaniyaya və Şirvan vilayətinə hücum edərək onların qala və şəhərlərini tutub dağıtmışdılar. Xəlifə I Validin 
hakimiyyəti illərində (705-715) ərəblər xəlifə  Məsləmə ibn Əbd ül-Məlikin oğlunun başçılığı ilə Azərbaycan, 
Arran və Şirvana bir neçə dəfə yürüş etdilər. Məsləmə tabe olmayan bütün qala və şəhərləri 
[55 - 56]
 zəbt etdi 
və türklərlə vuruşa-vuruşa  Əl-Baba (Dərbənd) gəlib çatdı.
34
  Məsləmənin Dərbəndi alması barədə X əsr  ərəb 
müəllifı  Əbu Məhəmməd  Əhməd ibn Əsam ol-Kufı  məlumat verir. Dərbənd istehkamların möhkəmliyi 
Məsləməyə uzun müddət şəhəri tutmağa imkan verməmişdi. Yalnız əlçatmaz dağ tərəfdən divardakı keçid yerini 
Məsləməyə göstərən xəzər döyüşçüsünün xəyanətindən sonra ərəblər  şəhərə soxularaq onu tutdular. Xəzərlər 
qaçdı. Divarlann bir hissəsini uçurub dağıdan Məsləraə  Dərbəndi tərk ederək qənimətlərlə  Ərminiyyə
**
 
Torpaqların mərkəzində oturan əmisinin yanına qayıtdı. O gedəndən sonra xəzərlər geri dönərək yenidən 
Dərbəndi tııtdular.
35
 
Xəlifə Yəzid ibn Əbd ül-Məlikin hakimiyyəti dövründə (720-724-cü illər) Azərbaycanda xəzərlərə qarşı 
mübarizəni 722/23-cü ildə Azərbaycanın valisi təyin olunmuş  əl-Cərrah ibn Abdullah əl-Həkəmi davam 
etdirmişdir. O, Kür çayını keçərək Dərbəndə çatdı, iyirmi beş minlik ordu ilə buradan keçərək  ər-Ran çayı 
                                                 
*
 Şakaşen - Gəncə rayonu, Metskuenk - Şahdağrayonu, Uti - Kürvə Araz Çaylarının arası, Metsarants - Dağlıq Qarabağ 
**
 Ərəb müəllifləri Ərminiyyə adı altında cənubi qafqazın ərəblər tərəfındən Əməvilər xilafətinin bir (dördüncü) canişinliyinə  
daxil etdikləri bütün ölkələrini nəzərdə tuturdular.
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə