19
ağıllı, kamallı, dözümlü, tədbirli, əhdinə sadiq görmək istəyir. Bu
xüsusiyyətlər bir-birini tamamladıqda gözəl həqiqi gözəl
adlandırılır.
Hər yetən gözələ, gözəl demərəm,
Gözəldə özgə bir əlamət olar.
deyən aşıq gözəl qızlarımıza zahiri göyçəkliklə yanaşı, həm də
yüksək mənəvi keyfiyyətlər arzulamışdır.
II Aparıcı: Gözələ, ailəyə, dosta, övlada, torpağa, daşa, təbiətə,
vətənə və s. olan məhəbbət hissləri bir-biri ilə əlaqəli şəkildə
verilir. Ümumiyyətlə gənc nəslin milli ruhda tərbiyəsində,
vətənpərvərlik hisslərinin formalaşmasında aşıq yaradıcılığının,
xüsusilə vətənə, millətə, qəhrəmanlığa həsr olunan şeirlərin böyük
rolu var. Hüseyn Şəmkirlinin yaradıcılığında bu əlamətlərin
əksəriyyətini görür, onların necə təbii bir ilham, çılğın ehtirasla
tərənnüm edildiyinin şahidi oluruq.
I Aparıcı: O, hər şeyi dərindən sevdiyi üçün başqalarına da,
sevdirə bilmiş, bu səbəbdən də onun şeirləri dillər əzbəri
olmuşdur. Aşığın əsərlərində ana təbiətin başı qarlı uca dağları,
dərin dərələri, çağlayan çayları, dərman çiçəkləri, çölləri, düzləri,
lilparlı bulaqları sevilə-sevilə tərənnüm edilir. O, bunları coşqun
bir ilhamla vəsf edir. O, təbiətin hər fəslində baş verən
dəyişiklikləri incəliklə, gözəllikləri həssaslıqla izləyir, müxtəlif
əsrarəngiz lövhələrin sözlə şəklini çəkir. Aşığın ətraf mühiti
müşahidə qabiliyyəti, hadisələri dərk etmək bacarığı xüsusi ilə
güclüdür.
II Aparıcı: Dodaqdəyməz təcnis formasında qələmə aldığı “Qıj-
qıj” şeiri bu cəhətdən xarakterikdir.
Qış çilləsi, Xıdır İlyas gələndə,
Hərlənər gərdişi ay eylər qıj-qıj,
Qar selə dönəndə, yaz açılanda,
Şaqqıldar leysanı ay eylər, qıj-qıj.
Yaz fəsli qarların, buzların əriyib sel kimi üzü aşağı qıjıltılarla
axmasını daha canlı, qabarıq çatdırmaq üçün “ş”, “ç”, “j”
20
səslərindən, hərflərindən yerli-yerində istifadə olunmuşdur. Belə
bədii ifadə vasitələri ilə zənginləşməsi aşıq şeirində xəlqiliklə
bağlıdır.
I Aparıcı: Mübariz ruhlu Hüseyn Şəmkirli poeziyasında bəzən
bir kövrəklik, giley-güzar da özünü büruzə verir:
Sək
rəqibi bir muyunla bağlaram,
Şamlar yaxıb, bağrım başın dağlaram.
Bu səbəbdən ah çəkibən ağlaram,
Qohumum vay, qardaşım vay, elim vay.
Bu misralar həmvətənlərinin ağır güzaranına, əzab-əziyyətinə
biganə qala bilməyən, onların dərdini öz dərdi hesab edən bir
aşığın ürəyindən süzülüb gələn misralardır.
II Aparıcı: Belə çoxşaxəli, yüksək bədii, mənalı, məzmunlu,
zəngin bir ədəbi irs qoyub getmiş bu görkəmli aşıq Azərbaycanın
folklor tədqiqatçıları ilə birlikdə xaricdə yaşayan ədəbiyyatşünas
alimlərin də nəzər-diqqətini cəlb etmişdir. Azərbaycan folkloru və
ədəbiyyatının qonşu Türkiyədə yorulmaz tədqiqat və təbliğatçısı
Ürfan Ənvər Nəsrəddinoğlu “Türk dünyası araşdırmaları” (1986)
toplusunda Hüseyn Şəmkirlinin adını həm əsrlərindən Aşıq Alı,
Musa, Molla Cümə,Varxiyanlı Məhəmməd, Dilqəm, Ələsgərlə
birlikdə çəkmiş və onların XIX əsrin məşhur saz-söz ustadları
olduğundan bəhs etmişdir.
Aşıq Hüseyn məclisdədi yenə də,
Qar içində alovlanır, odlanır,
Qar altında saz məclisi başlayır,
Yer altında saz məclisi başlayıb?!
Şair Barat Vüsal
I Aparıcı:
Aşıq Hüseyn Şəmkirli 1891-ci ildə 80 yaşında haqq
dünyasına qovuşsa da, onun zəngin ədəbi irsi Azərbaycan aşıq
ədəbiyyatının ən gözəl nümunələri kimi dildən-dilə, eldən-elə
dolaşmaqdadır və yüz illər keçsə də belə bu belə olacaqdır.
21
“Ələsgərəm, hər elmidən halıyam...”
Saz-söz dünyasında elə nadir və nəhəng simalar vardır ki,
onları mənsub olduqları sənət sahəsinin simvolu hesab etmək ana
südü kimi halal görünür. Bu sıradan Azərbaycan aşıqlığının bütün
dönəmlər üçün sənət pasportu olmaq haqqının əsas
daşıyıcılarından biri Aşıq Ələsgərdir. Aşıq Ələsgər klassik
ədəbiyyatımızın qaynaqlarından şirə almış, zəngin aşıq sənətini
dərindən-dərinə mənimsəmiş, böyük bir novator sənətkar kimi
onu yeni mərhələyə qaldıra bilmişdir. Bu münasibətlə
kitabxanalarda, məktəblərdə, lisey və gimnaziyalarda bir sözlə
aşıq sənətinə qiymət verən dövlət müəssələrində tədbirlər planı
hazırlanmışdır. Həmçinin, F.Köçərli adına Respublika Uşaq
Kitabxanasında da belə tədbirlərin keçirilməsi nəzərdə
tutulmuşdur. Belə tədbirlərin siyahısına foto sərgini, kitab
sərgisini, aşıq sənəti ilə bağlı kitab müzakirəsini, oxucu
konfransını, ədəbi-bədii gecəni bə başqa tədbirləri daxil etmək
olar. Əvvəlcə kitabxanada Aşıq Ələsgərin foto sərgisini, sonra isə
Aşıq Ələsgərin kitablarını, bir sözlə aşıq sənəti ilə bağlı olan
bütün kitabların sərgisini təşkil etmək olar. Sərgi müxtəlif
başlıqlar altında keçirilə bilər. Məsələn, “Sazın əbədiyyət yolu”,
“Saz-söz ustadı”, “Aşıq Ələsgər-195”, “Aşıq sənəti və Aşıq
Ələsgər”, “Xatirələrdə yaşayan sənətkar”, “Ələsgərəm, hər
elmdən halıyam...” və s. İndi isə sərginin sxemini nümunə üçün
veririk:
6.
Başlıq.
Aşıq Ələsgər-195.
Foto-stend.
7.
Kitablarının nümayişi.
8.
Dövri mətbuatda çap olunan materialların nümayişi.
Görkəmli insanların Aşıq sənəti və Aşıq Ələsgər haqqında
söylədikləri
Şeir parçası.