“Saz Söz sərvətimizin keşiyində” Aşıq Hüseyn Şəmkirlinin anadan olmasının 205, Aşıq Ələsgərin 195 illik yubileyi



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə6/8
tarix08.07.2018
ölçüsü0,68 Mb.
#53887
1   2   3   4   5   6   7   8

19 

 

ağıllı, kamallı, dözümlü, tədbirli, əhdinə sadiq görmək istəyir. Bu 



xüsusiyyətlər  bir-birini  tamamladıqda  gözəl  həqiqi  gözəl 

adlandırılır. 



                                    Hər yetən gözələ, gözəl demərəm, 

                                    Gözəldə özgə bir əlamət olar. 

deyən  aşıq  gözəl  qızlarımıza  zahiri  göyçəkliklə  yanaşı,  həm  də 

yüksək mənəvi keyfiyyətlər arzulamışdır. 

 

II  Aparıcı:  Gözələ,  ailəyə,  dosta,  övlada,  torpağa,  daşa,  təbiətə, 

vətənə  və  s.  olan  məhəbbət  hissləri  bir-biri  ilə  əlaqəli  şəkildə 

verilir.  Ümumiyyətlə  gənc  nəslin  milli  ruhda  tərbiyəsində, 

vətənpərvərlik  hisslərinin  formalaşmasında  aşıq  yaradıcılığının, 

xüsusilə vətənə, millətə, qəhrəmanlığa həsr olunan şeirlərin böyük 

rolu  var.  Hüseyn  Şəmkirlinin  yaradıcılığında  bu  əlamətlərin 

əksəriyyətini  görür,  onların  necə  təbii  bir  ilham,  çılğın  ehtirasla 

tərənnüm edildiyinin şahidi oluruq. 



 I  Aparıcı:      O,  hər  şeyi  dərindən  sevdiyi  üçün  başqalarına  da, 

sevdirə  bilmiş,  bu  səbəbdən  də  onun  şeirləri  dillər  əzbəri 

olmuşdur.  Aşığın  əsərlərində  ana  təbiətin  başı  qarlı  uca  dağları, 

dərin dərələri, çağlayan çayları, dərman çiçəkləri, çölləri, düzləri, 

lilparlı  bulaqları  sevilə-sevilə  tərənnüm  edilir.  O,  bunları  coşqun 

bir  ilhamla  vəsf  edir.  O,  təbiətin  hər  fəslində  baş  verən 

dəyişiklikləri  incəliklə,  gözəllikləri  həssaslıqla  izləyir,  müxtəlif 

əsrarəngiz  lövhələrin  sözlə  şəklini  çəkir.  Aşığın  ətraf  mühiti 

müşahidə  qabiliyyəti,  hadisələri  dərk  etmək  bacarığı  xüsusi  ilə 

güclüdür. 



II Aparıcı:  Dodaqdəyməz təcnis formasında qələmə aldığı “Qıj-

qıj” şeiri bu cəhətdən xarakterikdir.  

                                Qış çilləsi, Xıdır İlyas gələndə, 

                                Hərlənər gərdişi ay eylər qıj-qıj, 

                                Qar selə dönəndə, yaz açılanda, 

                                Şaqqıldar leysanı ay eylər, qıj-qıj. 

Yaz  fəsli  qarların,  buzların  əriyib  sel  kimi  üzü  aşağı  qıjıltılarla 

axmasını  daha  canlı,  qabarıq  çatdırmaq  üçün  “ş”,  “ç”,  “j” 




20 

 

səslərindən,  hərflərindən  yerli-yerində  istifadə  olunmuşdur.  Belə 



bədii  ifadə  vasitələri  ilə  zənginləşməsi  aşıq  şeirində  xəlqiliklə 

bağlıdır.  

 

I  Aparıcı:    Mübariz  ruhlu  Hüseyn  Şəmkirli  poeziyasında  bəzən 

bir kövrəklik, giley-güzar da özünü büruzə verir: 



                                Sək rəqibi bir muyunla bağlaram

                                Şamlar yaxıb, bağrım başın dağlaram. 

                                Bu səbəbdən ah çəkibən ağlaram, 

                                Qohumum vay, qardaşım vay, elim vay. 

Bu  misralar  həmvətənlərinin  ağır  güzaranına,  əzab-əziyyətinə 

biganə  qala  bilməyən,  onların  dərdini  öz  dərdi  hesab  edən  bir 

aşığın ürəyindən süzülüb gələn misralardır.  

 

II  Aparıcı:    Belə  çoxşaxəli,  yüksək  bədii,  mənalı,  məzmunlu, 

zəngin bir ədəbi irs qoyub getmiş bu görkəmli aşıq Azərbaycanın 

folklor  tədqiqatçıları  ilə  birlikdə  xaricdə  yaşayan  ədəbiyyatşünas 

alimlərin də nəzər-diqqətini cəlb etmişdir. Azərbaycan folkloru və 

ədəbiyyatının  qonşu  Türkiyədə  yorulmaz  tədqiqat  və  təbliğatçısı 

Ürfan Ənvər Nəsrəddinoğlu “Türk dünyası araşdırmaları” (1986) 

toplusunda  Hüseyn  Şəmkirlinin  adını  həm  əsrlərindən  Aşıq  Alı, 

Musa,  Molla  Cümə,Varxiyanlı  Məhəmməd,  Dilqəm,  Ələsgərlə 

birlikdə  çəkmiş  və  onların  XIX  əsrin  məşhur  saz-söz  ustadları 

olduğundan bəhs etmişdir.  

                                 Aşıq Hüseyn məclisdədi yenə də, 

                                  Qar içində alovlanır, odlanır, 

                                  Qar altında saz məclisi başlayır, 

                                  Yer altında saz məclisi başlayıb?! 

                                                                                                       Şair Barat Vüsal 

 

  I Aparıcı:



     

Aşıq Hüseyn Şəmkirli 1891-ci ildə 80 yaşında haqq 

dünyasına  qovuşsa  da,  onun  zəngin  ədəbi  irsi  Azərbaycan  aşıq 

ədəbiyyatının  ən  gözəl  nümunələri  kimi  dildən-dilə,  eldən-elə 

dolaşmaqdadır və yüz illər keçsə də belə bu belə olacaqdır.   



21 

 

 



                 

  “Ələsgərəm, hər elmidən halıyam...” 

 

Saz-söz  dünyasında  elə  nadir  və  nəhəng  simalar  vardır  ki, 

onları mənsub olduqları sənət sahəsinin simvolu hesab etmək ana 

südü kimi halal görünür. Bu sıradan Azərbaycan aşıqlığının bütün 

dönəmlər  üçün  sənət  pasportu  olmaq  haqqının  əsas 

daşıyıcılarından  biri  Aşıq  Ələsgərdir.  Aşıq  Ələsgər  klassik 

ədəbiyyatımızın  qaynaqlarından  şirə  almış,  zəngin  aşıq  sənətini 

dərindən-dərinə  mənimsəmiş,  böyük  bir  novator  sənətkar  kimi 

onu  yeni  mərhələyə  qaldıra  bilmişdir.  Bu  münasibətlə 

kitabxanalarda,  məktəblərdə,  lisey  və  gimnaziyalarda  bir  sözlə 

aşıq  sənətinə  qiymət  verən  dövlət  müəssələrində  tədbirlər  planı 

hazırlanmışdır.  Həmçinin,  F.Köçərli  adına    Respublika  Uşaq 

Kitabxanasında  da  belə  tədbirlərin  keçirilməsi  nəzərdə 

tutulmuşdur.  Belə  tədbirlərin  siyahısına  foto  sərgini,  kitab 

sərgisini,  aşıq  sənəti  ilə  bağlı  kitab  müzakirəsini,  oxucu 

konfransını,    ədəbi-bədii  gecəni  bə  başqa  tədbirləri    daxil  etmək 

olar. Əvvəlcə kitabxanada Aşıq Ələsgərin foto sərgisini, sonra isə 

Aşıq  Ələsgərin  kitablarını,  bir  sözlə  aşıq  sənəti  ilə  bağlı  olan 

bütün  kitabların  sərgisini  təşkil  etmək  olar.  Sərgi  müxtəlif 

başlıqlar  altında  keçirilə  bilər.  Məsələn,  “Sazın  əbədiyyət  yolu”, 

“Saz-söz  ustadı”,  “Aşıq  Ələsgər-195”,  “Aşıq  sənəti  və  Aşıq 

Ələsgər”,  “Xatirələrdə  yaşayan  sənətkar”,  “Ələsgərəm,  hər 

elmdən  halıyam...”  və  s.  İndi  isə  sərginin  sxemini  nümunə  üçün 

veririk: 

6.

 

Başlıq. 



Aşıq Ələsgər-195. 

Foto-stend. 

7.

 

Kitablarının nümayişi. 



8.

 

Dövri mətbuatda çap olunan materialların nümayişi. 



Görkəmli  insanların  Aşıq  sənəti  və  Aşıq  Ələsgər  haqqında 

söylədikləri  

Şeir parçası. 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə