“Saz Söz sərvətimizin keşiyində” Aşıq Hüseyn Şəmkirlinin anadan olmasının 205, Aşıq Ələsgərin 195 illik yubileyi



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə7/8
tarix08.07.2018
ölçüsü0,68 Mb.
#53887
1   2   3   4   5   6   7   8

22 

 

 



Aşıq olub tərki-vətən olanın  

Əzəl başdan pürkamalı gərəkdi. 

Oturub durmaqda ədəbin bilə, 

Mərifət elmində dolu gərəkdi. 

 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 


23 

 

 



    Görkəmli şəxslərin Aşıq Ələsgər haqqında söylədikləri:

 

1.



 

Aşıq  Ələsgərin  yaradıcılığı  Azərbaycan  poetik  fikrinin 

inkişafında  parlaq  və  gözəl  bir  səhifədir  ki,  o,  insanın 

ürəyində  doğrudan  da  çox  nəcib  duyğular  oyadır,  insana 

böyük zövq və ləzzət verir.  

                                                                                

Mirzə İbrahimov 

                                                                                                  Xalq yazıçısı 

2.

 



Aşıq  Ələsgərin  yaradıcılığında  insan  gözəlliklərinin  təsviri 

və tərənnümü xüsusi yer tutur. 



                                                                                                İslam Ələsgər 

                                                                                Filologiya elmləri namizədi 

 

3.

 



 

Dədə Ələsgərin  yaradıcılığını türk xalqının  ensiklopediyası 

adlandırmaq  olar.  Ələsgər  şeiri  Azərbaycan  ruhunun 

güzgüsüdür. 



                                                                                         Tamilla Əliyeva 

                                                                                Filologiya elmləri namizədi 

                                                               

4.

 



Gözəllik nəğməkarı olmuş ustad aşığın dastan yaradıcılığına 

münasibəti  həm  dastan  yaradıcılığı  üsullarının  öyrənilməsi, 

həm  də  aşığın  sənətə  verdiyi  ictimai-siyasi  əhəmiyyətin 

ifadəsi kimi maraqlı və qiymətlidir.  



                                                                                       Şamxəlil Məmmədov 

                                                                                   Pedaqoji elmlər namizədi 

Kitabxanada  Aşıq  Ələsgər  poeziyasını  oxuculara  tanıtmaq 

məqsədilə  bu  mövzuda  oxucu  konfransı  təşkil  etmək 

məqsədəuyğundur. Kitabxanaçı oxucu konfransına bu konfransda 

iştirak  edəcək  oxucularla  birlikdə  bir  ay  əvvəldən  hazırlaşır, 

oxuculara Aşıq Ələsgərin yaradıcılığından bəhs edən ədəbiyyatlar 

verir.  Azərbaycanın  böyük  xalq  sənətkarı,  mütəfəkkiri  Aşıq 

Ələsgərin  yubileyi  ilə  bağlı  oxucu  konfransının    keçirilməsi  bir 

tərəfdən  ustadın  zəngin  yaradıcılığından  ilham  alıb  bugünkü 

sosial-mənəvi ehtiyacımızı ödəməyə kömək edirsə, digər tərəfdən, 

həmin  yaradıcılığın  hərtərəfli  öyrənilib  lazımi  səviyyədə  təbliğ 

olunması üçün geniş imkanlar açır.  




24 

 

Kitabxanaçı  konfransın  əvvəlində  oxuculara  Aşıq  Ələsgərin 



həyat və yaradıcılığı haqqında qısa məlumat verir.   

Kitabxanaçı: Aşıq poeziyasının, ümumən ədəbiyyatımızın ən uca 

zirvəsi  sayılan  böyük  ustadımız  Aşıq  Ələsgərin  adı,  şəxsiyyəti, 

yaradıcılığı  hamımız  üçün  əziz  və  doğmadır.  Bu  əzizliyin  və 

doğmalığın  səbəbi  ondan  ibarətdir  ki,  Aşıq  Ələsgər  bir  böyük 

istedad  sahibi  kimi  xalqımızın  əxlaqi  sərvətlərini,  mənəvi 

dəyərlərini,  adət-ənənəsini,  toyunu-yasını,  sevincini-kədərini, 

ictimai  dərdlərini  çox  böyük  ustalıqla,  uca  sənətkarlıqla  öz 

əsərlərində əks etdirmiş, açıb göstərmişdir. Aşıq Ələsgər - Ələsgər 

Alməmməd  oğlu  1821-ci  ildə  İrəvan  xanlığının  Göyçə  mahalının 

Ağkilsə kəndində anadan olmuşdur. Aşıq Ələsgər xüsusi təhsil ala 

bilməmiş,  sənətin  sirlərini  el  sənətkarlarının  və  ağsaqqalların 

yanında  öyrənmişdi.  İlk  şeirini  də  yeniyetməlik  çağlarında 

aşıqların,  xalq  sənətkarlarının  təsiri  ilə  söyləmişdir.  Aşıq 

qoşmalar,  təcnislər,  gəraylılar,  dodaqdəyməzlər  yazıb,  onları 

şövqlə  sazda  ifa  etmiş,  dastanlar  söyləmişdir.  O,  aşıq  sənətini 

müəllimi  -  böyük  ustad  Aşıq  Alıdan  öyrənmişdi.  Aşıq  Alının 

yanında şəyirdlik edən Ələsgər aşıqlıq sənətinin sirləri ilə bərabər 

ondan  ədəb  və  mərifət  qaydalarını  da  öyrənmişdir.  Aşıq  Alı  toy 

məclislərinin  birində  Ələsgərlə  deyişmiş  və  şəyirdinin  söhrətini 

qaldırmaq, onu el içində ucaltmaq məqsədilə qəsdən ona məğlub 

olaraq  sazını  qalib  tərəfə  -  Ələsgərə  təslim  etmək  istəmişdir. 

Ələsgər  isə  böyük  təvazökarlıq  hissi  ilə  ustadının  qarşısında  baş 

əyib, ona öz ehtiramını bu sözlərlə ifadə etmişdir:  

Bir şəyird ki, ustadına kəm baxa,  

Onun gözlərinə qan damar, damar.  

Şəyirdlik dövrünü başa vurduqdan sonra Ələsgər Göyçə ilə yanaşı 

İrəvanda,  Naxçıvanda,  Qazaxda,  Qarabağda,  Gəncədə  də 

məşhurlaşmış,  Göyçə  aşıq  məktəbinə  rəhbərlik  etmişdir.  

Ömrünün  çoxunu  xalqın  içərisində,  toy,  şadlıq  məclislərində 

keçirən Aşıq Ələsgər təkcə Azərbaycanda yox, Türkiyədə, İranda 

və  Dağıstanda  da  ustad  sənətkar  kimi  tanınmışdır.  1918-1919-cu 

illərdə  daşnakların  türklərə  qarşı  törətdiyi  qırğın  nəticəsində 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə