“Saz Söz sərvətimizin keşiyində” Aşıq Hüseyn Şəmkirlinin anadan olmasının 205, Aşıq Ələsgərin 195 illik yubileyi



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə2/8
tarix08.07.2018
ölçüsü0,68 Mb.
#53887
1   2   3   4   5   6   7   8

 

təhsili    almış,  ərəb-fars  dillərini  öyrənmiş  dövrünün  gözüaçıq, 



savadlı, yeni fikirli adamlarından biri idi. Kəblə Bağır dəmirçilik 

sənəti  ilə  yanaşı  saz  çalar,  şeir  qoşar,  “Məzlum”  təxəllüsü  ilə 

qoşmalar  yazardı.  Kəblə  Bağır  az  vaxt  içərisində  Hüseynin 

istedadını  qiymətləndirir,  ona  saz,  söz  sənətinin  sirlərini  öyrədir.  

Hüseynin əlində dəmir, ürəyində söz muma dönür.  

                          Nazlı yarın gül yanağı, 

                 Yaraşıbdır xal üstünə. 

                 İncə beldə gümüş kəmər 

                 Düzülübdür pul üstünə. 

Bəzi  rəvayətlərə  görə  Aşıq  Hüseyn  Şəmkirli  Molla  Pənah 

Vaqifin  bacısı  nəvəsidir.  Burada  özünü  doğruldan  müəyyən  bir 

tərəf də var, “Qoç igid dayısına oxşar”. Vaqif nəfəsi, şeir ənənəsi 

Şəmkirli  Aşıq  Hüseyndə  özünü  göstərirdi.  Vaqifin  məşhur 

“Oynasın”  rədifli  qoşmasının  davamını  biz Şəmkirlinin  eyni  adlı 

qoşmasında  görürük.  Bu  genetik  koddan,  ənənədən  də  irəli  gələ 

bilərdi.  Aşıq  Hüseyn  Şəmkirlinin  dövründə  onunla  üzbəüz  gəlib, 

onun meydanında qürrələnə biləcək bir sənətkar görünmür.  

Aşıq    Hüseyn    Şəmkirlinin    altı    yüz    divanisi,    təcnisi,  

yeddi    yüz    qıfılbəndi,    səksən    bəhritəhvili    olsa    da,  zəngin  

irsinin 


çox 

az 


bir 

hissəsi 


bizə 

gəlib 


çatıb. 

Aşıq   Hüseyn   Şəmkirli   yazıb,  oxumaq   bildiyindən   şeirlərini 

həm    də    yazı    şəklində    ortaya    qoyub.    Aşıq    Hüseynin      əldə  

olan 


əsərləri 

nəhəng 


irsinin 

cüzi 


bir 

hissəsidir. 

Bununla   belə   bir   çox   dastan   rəvayətləri   və   yüzə   yaxın    şeiri 

divanillər,  müxəmməslər,  təcnislər,  qoşmalar  yaddaşlara  sığınıb 

günümüzə 

qədər 


gəlib 

çatıb. 


XIX əsr mənzərəsində 

Aşıq Hüseyn Şəmkirli, Aşıq   Ələsgər  və  Aşıq  Hüseyn  Bozalqanlı 

Azərbaycan 

aşıq 


sənətinin 

unudulmaz 

üçlüyüdür. 

Cərgənin bu cür düzülüşü  onların  yaş  dövrləri  ilə  bağlıdır. 

Aşıq   poeziyasının   inkişafında   bu   üçlük  misilsiz  xidmətlər 

göstərmişdir.  

Bu il   Aşıq Hüseyn  Şəmkirlinin  205  illik  yubileyidir.  Aşıq 

Hüseyn  Şəmkirli  böyük  simadır  və  onun  yubileyinin  geniş 




 

miqyasda, çox yüksək səviyyədə qeyd olunması olduqca vacibdir. 



Bu  münasibətlə  respublikamızın  hər  bir  müəssisəsində 

kitabxanalarda,  məktəblərdə,  lisey  və  gimnaziyalarda  bir  sözlə 

aşıq  sənətinə  qiymət  verən  dövlət  müəssələrində  tədbirlər  planı 

hazırlanmışdır.  Həmçinin,  F.Köçərli  adına    Respublika  Uşaq 

Kitabxanasında  da  belə  tədbirlərin  keçirilməsi  nəzərdə 

tutulmuşdur. Belə tədbirlərin siyahısına kitab sərgisini, aşıq sənəti 

ilə  bağlı  kitab  müzakirəsini,  şeir,  rəsm  müsabiqəsini,  ədəbi-bədii 

gecəni və başqa tədbirləri  daxil etmək olar. Əvvəlcə kitabxanada 

Aşıq Hüseyn Şəmkirlinin kitablarının sərgisi təşkil  olunur. Sərgi 

müxtəlif  başlıqlar  altında  keçirilə  bilər.  Məsələn:  “Saz-Söz 

sərvətimizin  keşiyində”,  “Sazın  əbədiyyət  yolu”,  “Saz-söz  ustadı 

Aşıq  Hüseyn  Şəmkirli”,  “Aşıq  Hüseyn  Şəmkirli-205”,



 

Haqq aşığı  -  Aşıq Hüseyn   Şəmkirli”,  “Mübariz  ruhlu  Aşıq 



Hüseyn  Şəmkirli”,  “Aşıq  sənəti  və  Aşıq  Hüseyn  Şəmkirli”, 

“Xatirələrdə  yaşayan  sənətkar”,

 

“Sözdən  alıb,  saza  deyim 



dərdimi...,” və s. İndi isə sərginin sxemini nümunə üçün veririk: 

1.

 



Başlıq. 

Saz-söz ustadı-Aşıq Hüseyn Şəmkirli 

Foto-stend. 

2.

 



Kitablarının nümayişi. 

3.

 



Dövrü mətbuatda çap olunan materialların nümayişi. 

4.

 



Görkəmli  insanların  Aşıq  sənəti  və  Aşıq  Hüseyn  Şəmkirli 

haqqında söylədikləri sitatlar. 

5.

 

Şeir parçası. 



            Aşıq gərək hər məclisdə sayılsın, 

Sözünü eşidən qansın, ayılsın. 

Kəlmə çıxar şirin cana yayılsın 

Qaldırıb səsini zilə, danışma. 

 

 

 



 

 



 

 



 

 

 



 

 

 



 

 

Görkəmli şəxsiyyətlərin Aşıq Hüseyn Şəmkirli haqqında 



söylədikləri 

 

Aşıq  Hüseyn  Şəmkirli  o  xoşbəxt  sənətkarlardandır  ki,  zaman 

axdıqca, sular durulduqca, sazın sarı simi könlümüzə toxunduqca 

dirilən, durulan söz xəzinəsi ilə ruhumuzu işıqlandırır, yada düşür, 

xatırlanır. 

 

Hikmət  dolu,  nəsihət  dolu  əsərlər  yaradan  el  sənətkarı  Aşıq 

Hüseyn  Şəmkirli    elə  xalqın  qəlbində,  ruhunda  özünə  yuva 

quraraq,  onun  sinəsində,  hafizəsində  dövrdən-dövrə  yaşamış, 

unudulmamışdır. 

 

Aşıq Hüseyn Şəmkirlinin irsi böyük bir məktəbdir. 



                                                 

Əməkdar jurnalist Flora Xəlilzadə  

 

Aşıq  Hüseyn  Şəmkirlinin    şeirinin  rəngləri,  gözəlliyi  bu  lirikada 

işlədilən sözlərin çoxmənalılığı, xəlqiliyi ilk növbədə Azərbaycan 

dilinin zənginliyi  ilə əlaqədardır.  

 

Aşığın  dili  son  dərəcə  xəlqidir,  xalq  danışığına  daha  yaxındır. 



Həm  də  harmonik,  ritmik  xüsusiyyət  Aşıq  Hüseyn  Şəmkirlinin  

şeirlərində daha güclüdür.  

                                                 

Professor Məhərrəm Qasımlı 

 

                                                                



                         


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə