258
Xarici miqrasiya – emiqrasiya və immiqrasiya kimi müəyyənləşdirilir.
Emiqrasiyanın sosial strukturu əsasən ziyalılar, yüksək ixtisaslı mütəxəssislər,
tələbələrin; Millətlərin mühacirəti ilə bağlıdır.
Xarici miqrasiya axınının tənzimlənməsi məqsədilə aşağıdakı tədbirlər
həyata keçirilir:
- emiqrasiya və imiqrasiya axınlarının, onların səbəblərinin, dəyişikliklərinin,
nəticələrinin, sosial şəraitə və miqrasiya vəziyyətinə təsirinin elmi
əsaslandırılması və proqnozlaşdırılması;
- xarici miqrasiyanın bütün komponentlərini nəzərə alan vahid sistemin
yaradılması;
- yerli diaspora ilə əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi;
- «beyin axınının» qarşısını almaq məqsədilə təkliflərin hazırlanması;
- mühacirət edən vətəndaşlarla münasibətlərin humanistləşdirilməsi məqsədilə
xarici dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq qurulması.
Qeyri qanuni miqrasiya
Qeyri qanuni mühacirlər əsasən qeyri qanuni fəaliyyətlə (silah, narkotiklər
və s. alveri) bağlı ölkəyə daxil olan insanlardır. Miqrasiyanın bu forması
ölkədə cinayət hadisələrinin genişlənməsinə, ölkənin təhlükəsizliynin
pozulmasına, bir sıra regionlarda sosial iqtisadi vəziyyətin zəifləməsinə səbəb
olur.
Xarici əmək miqrasiyası
Əmək miqasiyası prosesi Milli əmək bazarının qeyri sabitliyi, qeyri qanuni
əmək miqrasiyasının genişlənməsi, xaricdə işləyən əhalinin sosial
müdafiəsinin təmin olunmaması, xarici əmək miqrasiyasının imkanlarının
istifadə edilməməsi kimi bir sıra mənfi hallarla bağlıdır. Xarici əmək
miqrasiyasının dövlət tərəfindən tənzimlənməsi aşağıdakılarla bağlıdır:
- xaricdə işləyən mühacirlərin hüquqlarının müdafiəsini təmin etmək;
- daxili əmək bazarında vəziyyətin yaxşılaşdırılması;
- xaricdə işləyən mühacirlər vasitəsilə ölkəyə daxil olan valyutanın
köçürülməsinə şərait yaradılması və onların səmərəli istifadə edilməsi.
Daxili miqrasiya
Daxili miqrasiya regionlar arası və region daxili formalara malikdir.
Regionlar arası miqrasiya əsasən ilkin yaşayış yerinə qayıtma ilə bağlı olub,
daimi gəlirin, sosial güzəştlərin olmaması, işsizliyin genişlənməsilə əlaqədar
meydana gəlir.
Şəhər – kənd miqrasiyası
Şəhər – kənd mübadiləsi daxili miqrasiya forması kimi tənzimlənə bilər.
Sosial iqtisadi islahatlar dövründə kənd əhalisinin şəhərə və şəhər əhalisinin
kəndə axını güclənir. Çoxmilyonlu sənaye şəhərləri, həmçinin bu şəhərlərdəki
259
daha inkişaf etmiş infrastruktur kənd əhalisinin şəhərə axınının əsas səbəbi
kimi çıxış edir. Eyni zamanda şəhərlərdə yaşayışın bahalaşması yerli əhalinin
kəndlərə miqrasiyasına səbəb olur. Bu prosesi sabitləşdirmək üçün dövlət
əhalinin az məskunlaşdığı ərazilərin sosial iqtisadi vəziyyətini yaxşılaşdırmaq
məqsədilə tədbirlər görməlidir.
Represiyaya uğramış xalqların yerdəyişməsi
Müasir dövrdə vaxtı ilə represiyaya uğramış xalqların əvvəlki yaşayış
yerlərinə qaytarılması məqsədilə dövlət tərəfindən tədbirlər hazırlanır.
YOXLAMA SUALLAR
1.Miqrasiya siyasəti hansı əsaslarda həyata keçirilirI.
2.Dönən və dönməz miqrasiya nədir?
3.Miqrasiya axınlarının müasir təsnifatı necədir?
4. Məcburi miqrasiya nədir?
REFERAT MÖVZULARI
1.Miqrasiya davranışının layihələşdirilməsi prinsipləri.
2. Miqrasiya siyasəti konsepsiyası
3.Miqrasiya proseslərinin tənzimlənməsi və layihələşdirilməsi
ƏDƏBİYYAT:
1.Антонюк Г.А. Социальное проектирование и управление общественным
развитием. Минск: Наука и техника, 1936.
2. Ахмедли Дж.Т. Активизация человеческого фактора и проблемы совер-
шенствования распределительных отношений /Тематический сборник/. Баку, БФ
ЛФЭИ, 1988.
3.Беккер Т. Экономический анализ и человеческое поведение. М., 1993.
4.Бергер П., Лукман Т. Социальное конструирование реальности: Трактат по
социологии знания. М., 1995.
5.Гасанов Г.А. Проблемы занятости населения в сфере личного труда в условиях
трансформации форм хозяйствования в Азербайджане. Автореф. дис. канд. экон.
наук. Баку, 1998.
6. Курбатов В.И. Курбатова О.В. Социальное проектирование: Учебное пособие.
Ростов н/Д: «Феникс», 2001.
7.Попов С. А. Стратегическое управление. М., 1999.
8.Рагимов А.А., Гасанов Р.М. Трансформационные процессы и проблема
национальной безопасности в Азербайджане. Б., Нурлан, 2003.
9.Разу М. Л. Управление программами и проектами. М., 2000.
10.Румянцев С.Ю. Основные аспекты демографической ситуации современного
Азербайджана. Авт….т дис. канд. социол. наук. Баку, 2004.
260
18.6 SEÇİCİ DAVRANIŞININ LAYİHƏLƏŞDİRİLMƏSİ
Seçici davranışının sosial layihələşdirilməsi seçicilərin davranışının
öyrənilməsi və proqnozlaşdırılması, səsverməyə təsir edən amillərin aşkar
edilməsilə bağlıdır. Bu amillər sırasında aşağıdakılar fərqləndirilir:
- maddi şəraitinin bu və ya digər yönümdə dəyişməsi;
- seçkilərin təsviri, analizi və qiymətləndirilməsi;
-ayrı-ayrı partiyaların və liderlərin seçici xüsusiyyətlərinin, ərazilərə təsir
səviyyəsinin aşkar edilməsi;
-ayrı-ayrı əhali qruplarının seçicilik yönümü və davranışlarının müqayisə
edilməsi.
Bu əsasda seçici davranışınının strukturu müəyyənləşdirilir. Bütün
seçicilər üç dərəcəyə bölünür:
1.həmişə seçkilərdə iştirak edənlər, sabit seçici tipi;
2.heç vaxt seçkilərdə iştirak etməyənlər, abstinent (imtina edən) tip;
3.aralıq vəziyyət tutanlar – situativ tip.
Seçkilərdə zəif iştirakın aşağıdakı səbəbələri fərqləndirilir:
1.ümummilli və ümumsiyasi xüsusiyyəli səbəblər (siyasətə marağın
olmaması, vətəndaşların dövlətə özgələşməsi);
2.xüsusi seçki kampaniyası ilə bağlı səbəblər (maraq doğurmayan
namizədlər, zəif təbliğat və s.);
3.qanunvericiliyin natamamlığı və seçki komissiyasından narazılıq;
4.təsadüfi xüsusiyyətli səbəblər (hava, sağlamlıqla bağlı və s.).
Seçici davranışının layihələşdirilməsinin əsasında aşağıdakı fəaliyyət
istiqamətləri durur:
1.Əhalinin
sosial
demoqrafik,
sosial
peşə,
dini
tərkibinin
müəyyənləşdirilməsi;
2.İqtisadi vəziyyətin, əhalinin məşğulluq və rifah səviyyəsinin
müəyyənləşdirilməsi;
3.Mövcud sosial mədəni zonaların müəyyənləşdirilməsi və onların seçici
məntəqələri ilə müqayisə edilməsi, özünəməxsus ənənələrin və problemlərin
aydınlaşdırılması;
4.Seçkilərdə əhalinin iştirak xüsusiyyətlərinin aşkar edilməsi.
Bu məsələlərin həlli ilə bağlı tədqiqatçılar statistik məlumatlara
müraciət edirlər. Seçici davranışını layihələşdirənlər sorğu, intervü, müşahidə,
sənədlərin təhlili, ekspert qiymətləndirməsi, fokus qruplarda iş kimi sosioloji
metodlar əsasında lazımi göstəriciləri toplamalıdırlar. Bu tədqiqatlar əsasında
aşağıdakı xüsusiyyətdə məlumatlar əldə edilir:
1.seçicilərin seçkilər və iddiaçılar haqqında məlumatlılıq səviyyəsi;
Dostları ilə paylaş: |