198
Mövzu 16. SOSİAL LAYİHƏLƏŞDİRMƏNİN SOSİAL TEXNOLOJİ
METODLARI
Sosial texnologiya anlayışı
«Texnologiya» anlayışı yunan dilində «texne» - incəsənət, vərdiş və
«loqos» - elm sözündən götürülüb. Ensiklopediyada texnologiya aşağıdakı
kimi müəyyənləşdirilir:
1.Materialların emalı, hər hansı istehsal prosesinin həyata keçirilməsi
metodları haqqında
biliklər toplusu kimi;
2. Materialı nemalı prosesinin müəyyən vasitə və müəyyən ardıcıllıqla
həyata keçirilməsilə bağlı olan əməliyyatlar toplusu.
Bu texnologiyanın qısa tərifidir. Geniş mənada texnologiya dedikdə, bu və
ya digər obyektin dəyişdirilməsi və transformasiyası prosesinin məqsədi,
xüsusiyyəti və məntiqinə uyğun olan məqsədyönlü təcrübi fəaliyyətin
nizamlanması və təşkil olunması vasitələri toplusu və sistemi nəzərdə tutulur.
Texnologiyanın yaradılması və istifadə edilməsi mövcud vəziyyətdə fəaliyyət
prosesinin optimallaşdırılması, rasionallaşdırılması, proqnozlaşdırılması və
modelləşdirilməsi, lazımi keyfiyyət və mahiyyətin əldə edilməsinə müəyyən
zəmanət verir. Sosial texnologiya anlayışı ilə yanaşı «sosial modelləşdirmə»,
«sosial eksperiment», «idarəetmə texnologiyası», «sosial layihə», yaxud
«sosial layihələşdirmə», «sosial diaqnostika», «sosial ssenarilər»,
«sosiodram», «informasiya texnologiyası» və s. anlayışlar istifadə edilir.
Sosial texnologiyalar bir tərəfdən qoyulan məqsədlərə təcrübi və praqmatik
nail olma vasitələri, sistemli və istiqamətlənmiş məqsədyönümlük kimi, digər
tərəfdən insanların fəaliyyəti, onların sosial enerjisinin, intellektinin
reallaşdırılması ilə bağlı fəaliyyət sistemidir. Sosial texnologiyalar əməliyyatlı
sosial özünüdərk olub, texnoloji qanunların dərk edilməsilə ifadə olunur.
Beləliklə, sosial texnologiyalar sosial yeniliklər və sosial yaradıcılıq institutu,
inkişafın təşkilatlandırılması və özünütəşkilatlandırması, diaqnostikası,
takitikası və strategiyasıdır. Sosial texnologiyalar istehsal, texniki
texnologiyaların zəruri davamı, insan fəaliyyətinin məhsulu olmaqla yanaşı
fəaliyyətin və qarşılıqlı təsirin təşkilatlandırılması forması, üsulları və şərtləri
kimi çıxış edir. Sosial texnologiyalar bütün sosial həyatı modelləşdirdiyindən
sosiallıq kəsb edir. Sosial texnologiyaların əsasında yoxlanılmış, həqiqi
sosioloji bilik durur. Sosial texnologiyalar həmişə ictimai problemlər əsasında
müəyyənləşir və onların həllinə yönəlir. Burada iki yanaşma fərqlənir:
1) əgər problem varsa, onun həlli imkanları da var;
2) əgər qərar varsa,
problem də var, yaxud olacaq.