SəADƏt davud qizi məMMƏdova


Mövzu 16. SOSİAL LAYİHƏLƏŞDİRMƏNİN SOSİAL TEXNOLOJİ



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə83/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   79   80   81   82   83   84   85   86   ...   116

 
 
198 
Mövzu 16. SOSİAL LAYİHƏLƏŞDİRMƏNİN SOSİAL TEXNOLOJİ 
METODLARI 
 
Sosial texnologiya anlayışı 
«Texnologiya»  anlayışı  yunan  dilində  «texne»  -  incəsənət,  vərdiş  və 
«loqos»  -  elm  sözündən  götürülüb.  Ensiklopediyada  texnologiya  aşağıdakı 
kimi müəyyənləşdirilir: 
1.Materialların  emalı,  hər  hansı  istehsal  prosesinin  həyata  keçirilməsi 
metodları haqqında biliklər toplusu kimi;  
2.  Materialı  nemalı  prosesinin  müəyyən  vasitə  və  müəyyən  ardıcıllıqla 
həyata keçirilməsilə bağlı olan əməliyyatlar toplusu.  
Bu texnologiyanın qısa tərifidir. Geniş mənada texnologiya dedikdə, bu və 
ya  digər  obyektin  dəyişdirilməsi  və  transformasiyası  prosesinin  məqsədi, 
xüsusiyyəti  və  məntiqinə  uyğun  olan  məqsədyönlü  təcrübi  fəaliyyətin 
nizamlanması və təşkil olunması vasitələri toplusu və sistemi nəzərdə tutulur. 
Texnologiyanın yaradılması və istifadə edilməsi mövcud vəziyyətdə fəaliyyət 
prosesinin  optimallaşdırılması,  rasionallaşdırılması,  proqnozlaşdırılması  və 
modelləşdirilməsi,  lazımi  keyfiyyət  və  mahiyyətin  əldə  edilməsinə  müəyyən 
zəmanət verir. Sosial texnologiya anlayışı ilə yanaşı «sosial modelləşdirmə», 
«sosial  eksperiment»,  «idarəetmə  texnologiyası»,  «sosial  layihə»,  yaxud 
«sosial  layihələşdirmə»,  «sosial  diaqnostika»,  «sosial  ssenarilər», 
«sosiodram»,  «informasiya  texnologiyası»  və  s.  anlayışlar  istifadə  edilir. 
Sosial  texnologiyalar  bir  tərəfdən  qoyulan  məqsədlərə  təcrübi  və  praqmatik 
nail olma vasitələri, sistemli və istiqamətlənmiş məqsədyönümlük kimi, digər 
tərəfdən  insanların  fəaliyyəti,  onların  sosial  enerjisinin,  intellektinin 
reallaşdırılması ilə bağlı fəaliyyət sistemidir. Sosial texnologiyalar əməliyyatlı 
sosial  özünüdərk  olub,  texnoloji  qanunların  dərk  edilməsilə  ifadə  olunur. 
Beləliklə, sosial texnologiyalar sosial yeniliklər və sosial yaradıcılıq institutu, 
inkişafın  təşkilatlandırılması  və  özünütəşkilatlandırması,  diaqnostikası, 
takitikası  və  strategiyasıdır.  Sosial  texnologiyalar  istehsal,  texniki 
texnologiyaların  zəruri  davamı,  insan  fəaliyyətinin  məhsulu  olmaqla  yanaşı 
fəaliyyətin və qarşılıqlı təsirin təşkilatlandırılması forması, üsulları və şərtləri 
kimi çıxış edir. Sosial texnologiyalar bütün sosial həyatı modelləşdirdiyindən 
sosiallıq  kəsb  edir.  Sosial  texnologiyaların  əsasında  yoxlanılmış,  həqiqi 
sosioloji bilik durur. Sosial texnologiyalar həmişə ictimai problemlər əsasında 
müəyyənləşir və onların həllinə yönəlir. Burada iki yanaşma fərqlənir:  
1) əgər problem varsa, onun həlli imkanları da var;  
2) əgər qərar varsa, problem də var, yaxud olacaq.  


 
 
199 
Birinci  yanaşma  problemin  həlli  istiqamətində,  ikinci  yanaşma 
problemdən  xilas  edəcək  qərarın  axtarışına  yönəlir,  yəni  birinci  yanaşma 
sosial  texnologiyalar,  ikinci  yanaşma  sosial  antitexnologiyalarla  bağlıdır. 
Sosial problemlərdən xilas olmaq mümkün deyil, ona görə də onlardan xilas 
olmaq cəhdi problemi daxilə yönəldir və onların vaxtında və səmərəli həllini 
çətinləşdirir.  Sosial  texnologiyalar  geniş  mənada  sosial  nəzəriyyənin  xüsusi 
forması  olub,  tədqiq  olunan  ictimai  təzahürün  kəmiyyət  və  keyfiyyət 
imkanlarının  müəyyənləşdirilməsinə,  idraki  fəaliyyətin  nəticələrilə  bağlı 
xüsusi  əməliyyatların  mümkün  ardıcıllığını  əsaslandırmağa  yönəlir.  Sosial 
texnologiyalar xüsusi nəzəri əsaslara malik olmaqla yanaşı, real təcrübə ilə ali 
nəzəriyyə  arasında  keçid  rolunu  oynayır.  Sosial  texnologiyalar  sosial 
dinamikanın  bütün  tərəflərində  (fərdi,  qrup,  qruplararası  qarşılıqlı  təsir) 
mövcuddur.  Texnologiyanın  əsaslandırılması  ilə  bağlı  olan  nəzəriyyə 
metanəzəriyyə  adlanır.  Sosial  texnologiyalar  sosial  təzahürlərin  bütün 
tərəflərini əhatə edərək, həqiqi informasiyanın işlənməsi və əldə edilməsi ilə 
bağlı  olur.  Bu  əsaslarda  sosial  texnologiyalar  sosial  informdinamikanı 
xarakterizə  edir.  Bu  zaman  ictimai  biliyin  yeni  səviyyəsinə  –  əməliyyatlı 
koqnitiv  ictimai  biliyə  keçid  müşahidə  olunur.  KİV-in  sosiologiyası, 
ictimaiyyətlə əlaqə (public relations), işgüzar ünsiyyət texnikası və metodikası 
sahələri buraya aid edilir. Sosial subyektlərin informasiyalı qarşılıqlı fəaliyyəti 
sosial reallığın yeni formasını yaradır və yeni idrak metod və paradiqmalarını 
tələb  edir.  Bu  zaman  Vinerin  kibernetik  prinsipləri,  Şennonun  informasiya 
nəzəriyyəsi və s. fundamental elmi nəticələr tətbiq  edilir. Yeni sahə – tətbiqi 
sosiologiya  ilə  fundamental  sosial  fəlsəfəni  özündə  birləşdirən  sosial 
koqnitologiya  (idrak  haqqında  elm)  informasiya  ehtiyatlarının  həm 
əməliyyatlı,  həm  də  fundamental  dərkinə  imkan  yaradır.  Optimal  istifadə 
(inkişaf,  yüksəliş,  rasionallaşdırma,  optimallaşdırma,  tətbiq  etmə)  sosial 
idarəetmə  və  sosial  menecerlik  anlayışlarının  yeni  mahiyyət  qazanmasına 
şərait  yaradır.  Sosial  texnologiyaların  əsas  məsələsi  bütün  alternativ 
variantların  sosial  modelinin  hazırlanması,  müşahidə  edilən  prosesin  eyni 
məqamlarının  müəyyənləşdirilməsi,  diaqnostik  xarakteristikasının  verilməsi, 
alınan nəticələrin qiymətləndirilməsi vasitələrinin işlənib hazırlanması, ortaq, 
fərqli,  şaxəli  məqamlarının  mərhələliyinin  dərk  edilməsi  ilə  bağlıdır.  Bu 
məsələnin  həll  edilməsi  konseptual  aparatın  –  əməliyyatlı  müdaxilə,  sosial 
seçim,  sosial  qərar,  sosial  moelləşdirmə,  sosial  layihələşdirmə,  sosial 
ssenarinin  yenidən  təşkilatlandırılması  əsasında  mümkündür.  Sosial 
texnologiyalar  arzu  edilən  nəticəni  əldə  etmək  zərurəti  və  tələbatı  əsasında 
sosial obyektə məqsədyönlü təsir olub, mərhələlilik, vasitəlilik, əməliyyatlılıq 
anlayışlarını  özündə  əks  etdirir.  Digər  tərəfdən  sosial  texnologiyalar  xüsusi 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə