SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə86/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   82   83   84   85   86   87   88   89   ...   116

 
 
204 
Mövzu 
17. 
SOSİAL 
LAYİHƏLƏŞDİRMƏNİN 
AVTOMATLAŞDIRILMASI VƏ RİYAZİ MODELLƏŞDİRİLMƏSİ 
 
Sosial  layihələşdirmə  yaradıcı  fəaliyyət  prosesi  olsa  da  onu 
avtomatlaşdırmaq olar və zəruridir. Bu ilk növbədə aşağıdakı hallarla bağlıdır: 
1.bu  gün  iri  həcmli  informasiya  ilə  işləyərkən  və  çoxsaylı  əməliyyatlar 
çərçivəsində kompüter texnologiyalarının istifadə edilməməsi ağıla sığmazdır; 
2.hər  hansı  bir layihələşdirmə  adi  halda  daha  çox ehtiyatlar,  fəaliyyət  və 
vaxt tələb edir; 
3.sosial 
layihələşdirmənin  proqramlı  tətbiqi  onların  imkanlarını 
genişləndirir və universallığını gücləndirir.    
Kompüter  texnologiyalarının  tətbiq  edilməsi  əvvəllər  həll  edilməsi 
mümkün  olmayan  məsələlərin  həllinə  imkan  yaradır.  Bu  həm  kompüter 
texnologiyalarının  sürətli  fəaliyyəti,  həm  də  dünyəvi  informasiya  şəbəkəsi 
olan internet vasitəsilə geniş miqyaslı informasiya ehtiyatlarının əldə edilməsi 
ilə bağlıdır.  
Kompüter  layihə  mütəxəssisinin  informasiyanın  işlənib  hazırlanması  ilə 
əlaqədar işini yerinə yetirməklə insanı əvəz edə bilir. Müasir kompüterlər bir 
işdən  digərinə  keçmə  imkanı  açmaqla,  idarəetmənin  fərqli  qayda  və 
əməliyyatlarını 
yerinə 
yetirməyə, 
fərqli 
layihə 
əməliyyatlarını 
uyğunlaşdırmağa  imkan  yaradır.  Sosial  layihələşdirmədə  kompüter 
texnologiyalarının 
istifadə 
edilməsi 
layihələşdirmə 
fəaliyyətinin 
avtomatlaşdırılması elementidir.        
      Yaradıcı  fəaliyyətin  avtomatlaşdırılmasının  əsas  istiqamətləri 
sahəsindəki  tədqiqatlar  «süni  əql»  yaradılması,  «avtomatlar  nəzəriyyəsinin» 
hazırlanması ilə bağlıdr. Bu ideya bilavasitə, A.Tyurginin evristik məsələlərin 
həlli  üçün  məntiqi  avtomatın  («Tyurgin  maşınlarının»)  tətbiq  edilməsi  ilə 
bağlı tədqiqatlarına əsaslanır. «İnsan - maşın» sistemi ilə bağlı digər istiqamət 
insanın  bir  sıra  fəaliyyət  və  funksiyalarının  maşınlara  ötürülməsi  ideyasının 
inkişafı  ilə  bağlıdır.  Üçüncü  istiqamət  əsasən  rəhbərliyin  və  idarəetmənin 
rasionallaşdırılması  problemlərilə  bağlı  olduğundan  kompüterə  təşkilatın 
funksiyalaşması  və  fəaliyyətinin  səmərələşdirilməsi  vasitəsi  kimi  yanaşır. 
Dördüncü istiqamət müasir psixologiya çərçivəsində inkişaf edərək, fəaliyyət 
və  təfəkkürü  insanın  subyektiv  dərketməsinin  nəticəsi  kimi  qəbul  edir, 
kompüter  və  digər  texniki  qurğuların  insanın  yaradıcı  təfəkkürünün 
reallaşdırılması üçün istifadə edilən əmək vasitə və alətləri olduğunu göstəirir. 
Beşinci  istiqamət  nəzəri  fəaliyyət  yanaşması  kimi,  fəaliyyətlə  bağlı  bütün 
proseslərin sistemli təsvirini əks etdirir.  


 
 
205 
Əksər  hallarda  bu  nəzəriyyələrdə  maşınlaşma  və  avtomatlaşma  insan 
fəaliyyətində texniki qurğuların tətbiq edilməsi, bəzən isə insan fəaliyyətinin 
bəzi hissələrinin maşınlara ötürülməsi ilə bağlıdır.     
«İnsan  -  maşın»  sisteminin  təşkilatlandırılması  funksiyalarının  maşın  və 
insan arasında bölüşdürülməsi, insan və maşının qarşılıqlı uyğunlaşması və s. 
ilə bağlı olub, mühəndis və sosial psixologiya sahəsinə daxil olur. Mühəndis, 
sosial  psixologiya,  yaradıcı  prosesin  modelləşdirilməsi,  sosial  layihələşdirmə 
sahələrində «insan - maşın» sistemi tətbiq edilərkən, tədqiq olunan problemlər 
«insan  -  maşın»  sistemi  problemlərilə  məhdudlaşdırlılmamalıdır.  Bu, 
informasiya, texniki, evristik, psixoloji, sosiotexniki, sosial və hətta  ideoloji 
nəticələri  özündə  birləşdirən  keyfiyyətcə  yeni  sistemin  formalaşdırılmasıdır. 
Hər 
hansı 
bir 
fəaliyyət 
sisteminin 
maşınlaşdırılması, 
yaxud 
avtomatlaşdırılması konstruktorlar və təşkilatçıların hansı məqsədlə fəaliyyətə 
başlamasnıdan  asılı  olmayaraq,  ictimai  fəaliyyətin  mahiyyətinin  dəyişməsinə 
və  yenidən  təşkil  olunmasına,  mövcud  əmək  bölgüsünün  yeni  yaranan  peşə 
kooperasiyaları və müəssisələrinə uyğun qurulmasına gətirir. Qarşılıqlı əlaqəli 
olan elementlər toplusu əsasında formalaşan yeni sistemləri tədqiq etmək üçün 
sistemli-struktur  analiz  prinsipi  istifadə  edilir  və  bu  zaman  ayrı-ayrı  alt 
sistemlərin deyil, bütövlükdə sistem təhlil edilir.      
Sosiotexniki  fəaliyyətə  nəzəri-metodoloji  yanaşmada  uyğun  fəaliyyət 
sisteminin  reallaşdırlıması  üçün  zəruri  olan  nəzəri  biliklərin  kafiliyi 
müəyynəlşədirilir.  Bu  yanaşmanın  çatışmayan  tərəfi  çox  sayda  xüsusi  elmi 
tədqiqatların tələb olunması ilə bağlıdır. Belə ki, bu zaman əsas məsələ ikinci 
planda qaldığından reallaşdırılması qeyri–mümkün olur.  
Peşəkar-təcrübi yanaşma mövcud fəaliyyət sistemilə bağlı proseslərə aid 
ziddiyyətlər və çatışmazlıqların aşkar edilməsi və bu əsasda həmin sistem və 
proseslərin  optimallaşdırılması  məqsədilə  uyğun  vasitə,  metod  və  planların 
tətbiq edilməsinə yönəlir. Bu yanaşmanın üstün tərəfi onun daha real olması 
ilə bağlıdır. Belə ki, burada xüsusi tədqiqat tələb olunmur və gərəkli təcrübi-
metodiki analiz kifayət edir və mövcud sistemin optimallaşdırılmasına yönəlir.  
Sosial  texnologiya  sözün  geniş  mənasında  sosial  nəzəriyyənin  xüsusi 
forması  olub,  tədqiq  olunan  ictimai  təzahürün  kəmiyyət  və  keyfiyyət 
göstəriciləri  əsasında  mümkün  idrak  əməliyyatlarının  aşkar  edilməsinə 
istiqamətlənir.  Sosial  texnologiyalar  sosial  dinamikanın  bütün  tərəflərini  – 
fərdi,  qrup  və  qruplararası  qarşılıqlı  fəaliyyəti  əhatə  edir.  Sosial 
texnologiyalara dair «Bu nədir?» - sualı əsasında ixtiasaslaşma, eyniləşdirilmə 
və  izahat  həyata  keçirilirsə,  «Bu  nə  üçündür?»  sualı  izahat,  əsaslandırma  və 
ümumiləşdirmənin  reallaşdırılmasına  yönəlir.  Qeyd  etmək  olar  ki,  sosial 
texnologiyalar  real  təcrübə  ilə  ali  nəzəriyyə  arasında  keçid  mövqeyi  tutur. 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə