SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə94/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   90   91   92   93   94   95   96   97   ...   116

 
 
222 
YOXLAMA SUALLAR 
1.Sosial parametrləri necə fərqləndirilir? 
2.Maddi texniki yeniliklər dedikdə nə nəzərdə tutulur? 
3. Sosial yeniliklər necə təsnif edilir? 
4.Təşkilat daxilində yeniliklər etmək üçün hansı şərtlər nəzərə alınmalıdır? 
 
REFERAT MÖVZULARI 
1. Sosial layihələşdirmə və sosial innovasiyalar 
2.Sosial innovasiyaların təbiəti və strukturu 
3.Sosial yeniliklərin tətbiq edilməsi. «Futurofobiya» effekti 
4.Sosial yeniliklərin parametrləri və sistemləşdirilməsi 
5.Təşkilatda yeniləşmə vəziyyətlərinin layihələşdirilməsi 
ƏDƏBİYYAT: 
1.Александров  В.А.  Прогнозирование  и  управление  нововведениями.  Минск, 
1988. 
2. Бергер П., Лукман Т. Социальное конструирование реальности: Трактат по 
социологии знания. М., 1995.  
3.Бестужев-Лада  И.В.  Нормативное  социальное  прогнозирование:  возможные 
пути реализации целей общества: опыт систематизации. М., 1987.  
4.Бжилянская Л. Инновационная деятельность // Экономист. 1996. №3. 
5.Бизнес-план инвестиционного проекта/ Под. ред. В. А. Дятлова. М, 1997.  
6.Бородин А. Маркетинг технологических нововведений // ЭКО. 1997. №2. 
7.Дудченко В.С. Инновационные игры. М., 1989. 
8.Дудченко  В.С.  Инновационные  технологии:  Учебно-методическое  пособие. 
М., 1996. 
9.Карлоф Б. Деловая стратегия. М., 1991. 
10.Косалс 
Л.Я. 
Социальные 
механизмы 
инновационных 
процессов. 
Новосибирск, 1989. 
11.  Курбатов  В.И.  Курбатова  О.В.  Социальное  проектирование:  Учебное 
пособие. Ростов н/Д: «Феникс», 2001. 
12.Луков В. А. Социальное проектирование. М.: Изд-во Моск. гуманит ун-та: 
Флинта, 2006. 
13.Норкотт Д. Принятие инвестиционных решений. М., 1997.  
 
 
 
 
 
 
 
 
 


 
 
223 
18.2 SOSİAL MƏDƏNİ LAYİHƏLƏŞDİRMƏ 
 
Sosial  dəyişikliklərlə  bağlı  olan  məqsədyönlü  sosial  mədəni  fəaliyyətin 
digər  metodları  ilə  müqayisədə  layihələşdirmənin  metod  və  texnologiyaları 
proqramlaşdırma  və  planlaşdırmaya  xas  olan  normativ  və  diaqnostik 
yanaşmaları  özündə  birləşdirir.  Proqram  hazırlanarkən  dəyişikliklərin 
normativ  tərəfi  xüsusi  olaraq  vurğulanır,  yəni  «zəruri  olan»ın  təsviri 
vəziyyətin  diaqnozu  və  mövcud  ehtiyatların  qiymətləndirilməsi  ilə 
müqayisədə  üstün  mövqe  tutur,  bununla  əlaqədar  proqramın  ümumi 
strategiyası  çox  abstrakt  olur.  Planlaşdırma  metodikası  isə  əksinə  məqsəd, 
nəticə  və  fəaliyyət  vasitələrini  daha  müfəssəl  əks  etdirir.  Layihə  qərarı  isə 
direktiv, yaxud dəqiq xüsusiyyətə malik deyil, yəni hər hansı reallaşdırılacaq 
tədbir  və  nəticələri  əks  etdirən  normativ  sənəd  deyi.  Sosial  mahiyyətli 
problemin  həlli  ilə  bağlı  model  və  nümunələri  hazırlayan  layihələşdirmə 
konkret  vəziyyətin  həllinə  yönəlmiş  və  elmi  əsaslandırılmış  idarəetmə 
tədbirlərindən  ibarətdir.  Normativ  və  diaqnostik  xüsusiyyətləri  özündə 
birləşdirən layihələşdirmədə, ilk növbədə mövcud ehtiyatlar əsasında «zəruri 
olanın»  modeli  hazırlanır, sonra  isə  problem  onun  ümumi  həlli imkanları ilə 
uyğunlaşdırılır,  məqsədə  nail  olmanın  alternativ  yolları  seçilir,  problem 
vəziyyətin  xüsusiyyətlərinə  uyğun  problemin  həllinin  zaman  çərçivəsi 
müəyyənləşdirilir.  Sosial  mədəni  layihələşdirmə  xüsusi  texnologiya  olub, 
konstruktiv,  yaradıcı  fəaliyyət  forması  kimi  problemin  analizi  və  onların 
əmələgəlmə  səbəblərini  aşkar  edir,  obyektin  arzu  edilən  vəziyyətini 
xarakterizə  edən  yollar  və  vasitələr  işləyib  hazırlayır.  Sosial  mədəni 
layihələşdirmənin  obyekti  mürəkkəb  törəmə  kimi  iki  alt  sistemdən  –  sosium 
və  mədəniyyətdən  ibarətdir.  Sosial  mədəni  layihə  sosial  və  mədəni 
təzahürlərin qorunması və ya təkrar istehsalı vasitəsi kimi çıxış edir.         
Problem-məqsədli 
layihələşdirmənin 
əsas 
məqsəd 
yönümləri 
aşağıdakılardan ibarətdir: 
a) sosial  mədəni subyektin  (şəxsiyyət,  icma,  cəmiyyət) inkişafı  üçün  şəraitin 
yaradılması,  sosial  mədəni  mühitlə  əlaqələrin  səmərələşdirilməsi  əsasında 
fəaliyyət  sahəsində  insanın  özünüreallaşdırmasına  şərait  yaradılması, 
problemin həll edilməsi, yaxud azaldılması, mədəni mühitdə insanların birgə 
fəaliyyətinin aktivləşdirilməsi, şəxsi cəhdlərlə konstruktiv dəyişdirilməsi.  
b) özünütəşkilatlandırma mexanizmləri əsasında mədəni həyatın özünü inkişaf 
etdirməsi üçün əlverişli şəraitin yaradılması, tarixi və yeni formalaşmış sosial 
mədəni 
texnologiyalar, 
elementlər, 
təzahürlərin 
dərk 
edilmiş 
uyğunlaşdırılması və müdafiəsi.  


 
 
224 
Sosial  mədəni  layihələşdirmə  fəaliyyətinin  əsas  məsələsi  aşağıdakı  kimi 
müəyyənləşdirilir: 
1.Vəziyyətin  analizi,  yəni  problemin  hərtərəfli  diaqnostikası  və  onun 
mənbəyinin və xüsusiyyətlərinin dəqiq müəyyənləşdirilməsi. 
2.Mövcud ehtiyatlar nəzərə alınaraq problemin həll edilməsi variantlarının 
(fərdi  və  sosial  səviyyəli)  axtarışı  və  hər  bir  variantın  reallaşdırılmasının 
mümkün nəticələrinin qiymətləndirilməsi. 
3.Daha  optimal  həll  variantının  seçilməsi  (layihələşdirmə  obyektinə  dair 
arzu  edilən  dəyişikliklər  aparmaq  üçün  sosial  və  mədəni  məsləhətlərin 
hazırlanması) və layihəsinin hazırlanması. 
4.Layihənin  maddi-texniki,  maliyyə,  hüquqi  əsaslarda  reallaşdırılması  və 
tətbiq edilməsilə bağlı təşkilati formasının hazırlanması. 
Sosial mədəni layihələşdirmənin əsas nəticələri proqram və sosial layihədə 
öz əksini tapır.  
Sosial 
proqram 
müəyyən  ərazi  miqyasında  mədəni  həyatın 
səmərələşdirilməsi,  yəni  mədəni  dəyərlərin,  normaların,  ənənələrin, 
texnologiyaların  yaradılması,  qorunması,  ötürülməsi  və  inkişafı  ilə  bağlı 
sənəddir. Sosial proqram sosial mədəni vəziyyətin analizi və mədəni inkişafın 
əsaslandırılması  ilə  yanaşı  müəssisə  və  təşkilati  idarəetmə  strukturlarının 
funksional  məzmunlu  modelinin,  həmçinin  maddi-texniki,  təşkilati, 
informasiya  təminatı  ilə  bağlı  tədbirlər,  ideyalar,  təşəbbüslərin 
reallaşdırılmasına yönəlir.   
Sosial layihənin iki forması fərqləndirilir:  
1)  proqramın  tərkib  hissəsi  kimi  ərazinin sosial  mədəni  inkişaf  istiqamətinin 
müəyyənləşdirilməsi forması kimi;  
2)  müəyyənləşmiş  auditoriyaya  yönəlmiş  proqram  problemin  müstəqil  həlli 
variantı kimi.  
Həm birinci, həm də ikinci halda layihə lokal proqram kimi sosial mədəni 
mühitdə  və  şəxsiyyətin  həyat  fəaliyyətinin  əsas  sahələrindəki  fərqli 
problemlərlə  bağlı  mahiyyət  və  struktur  dəyişikliklər  aparmaqla  aradan 
qaldırılmasına  yönəlib.  Layihələşdirmənin  əsas  struktur  elementi  tədqiqat 
fəaliyyətidir,  belə  ki  məhz  layihəçi  bu  və  ya  digər  fəaliyyət  sahəsinin  real 
funksiyalaşma  problemlərini  (regionun  mədəniyyətini,  şəxsiyyətin,  sosial 
qrupun fəaliyyət mühiti və şəraitini və s.) bilməli, tamın ideal vəziyyəti və bu 
vəziyyətin  saxlanması  haqqında  təsəvvürə  malik  olmalıdır.  Sosioloji 
tədqiqatların nəticəsi olan empirik məlumatlarla yanaşı son məhsula dair ideal 
düşünülmüş  təsəvvür  də  layihənin  əsasını  təşkil  edir.  Layihələşdirmənin 
obyekt  sahələri  olan  sosium  və  mədəniyyət  layihə  çərçivəsində 
təkmilləşdirilən nəzəri model kimi qəbul edilir. Problemin aşkar edilməsi üçün 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə