SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə93/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   89   90   91   92   93   94   95   96   ...   116

 
 
220 
təşkilatlarda  insanların  münasibətlərinin  sadələşdirilməsi  məsələsinin  həlli 
iyerarxiya  nərdivanının  pillələrində  əməkdaşların  ixtisari  ilə  sıx  bağlıdır. 
Lakin bu problemin həlli müəssisələrin rəhbər işçilərinin müqavimətinə səbəb 
olur,  çünki  aşağı  vəzifələrin  rəhbərləri  daha  yuxarı  vəzifə  tutmağa  meylli 
olurlar  və  rəhbər  vəzifələrin  azalması  şaquli  irəliləmədə  çətinliklər  yaradır. 
M.Krozye  əmindir  ki,  bu  problem  aşağı  rəhbər  işçilərin  funksiyalarının 
dəyişdirilməsi əsasında həll edliə bilər. Belə ki, həmin əməkdaşların nəzarətçi 
funksiyası  məsləhətçi  funksiyası  ilə  əvəz  edilməlidir.  Bu  zaman  inzibati 
rəhbərlərə  tələbat  azalır,  texniki  peşəkarlara  tələbat  yüksəlir.  Sadələşdirmə 
prinsipi  əsasında  təşkilatın  insanın  mənəvi  qüvvəsinə  və  bacarıqlarının 
inkişafına  yönələn  yeni  dəyərlər  sistemi  reallaşdırılr.  Çevik  təşkilati  struktur 
innovasion prosesin müxtəlif mərhələlərində innovasion davranışın təzahürunə 
şərait yaradır. 
2.Vasitəsiz əlaqələr sistemi.                 
Sosial təşkilatın elementləri həmişə qarşılıqlı əlaqəli olub, biri-birinə təsir 
edir  və  məhz  bu  əsasda  innovasion  dəyişikliklər  baş  verir.  İnnovasion 
davranışa aşağıdakı amillər təsir göstərir: 
- fərdlər və qrupların maraqlarının üst-üstə düşməsi
-  təşkilatın  üzvələrinin  əqli  ehtiyatlarının  daimi  yüksəldilməsinə  yönəlmiş 
peşə-ixtisaslandırma və təhsil sistemi
-  təşkilatın  üzvlərinin  şəxsi  xüsusiyyətləri  (əlaqələndirmə,  fəallıq,  riskə 
meyllilik); 
- idarəetmə üsulu; 
- fəaliyyət şərtləri və formaları; 
- fəaliyyətin stimullaşdırılması və əsaslandırılması.  
İnnovasion  davranış  maneəsiz  yayılma  imkalarına  malik  olur.  Əlaqələr 
strukturu  innovasion  məlumatın  yayılmasına  və  innovasion  layihələrin 
müqayisəsi zamanı fəaliyyətin reallaşdırılması üçün lazım olan informasiyanın 
kimdən, nə vaxt və hansı əsaslarda alınmasının müəyyənləşdirilməsinə şərait 
yaradır.  Müasir  dövrdə  müəssisələrdə  iyerarxik  nərdivandan  yan  keçən 
vasitəsiz  əlaqələndirmə  üçün  şərait  yaradılır.  ABŞ  və  Avropada  yapon 
«keyfiyyət  dərnəkləri»  geniş  tətbiq  edilir.  «Keyfiyyət  dərnəkləri»nin 
yaradılması  istehsalın  və  idarəetmənin  təşkilati  sistemində  innovasion 
dəyişikliklərlə  bağlıdır.  Bu  dərnəklərin  əsas  mahiyyəti  belədir:  müəssisədə 
istehsalın  kəmiyyətinə  təsir  edəcək  hər  hansı  texniki  və  texnoloji  problemin 
həlli ilə bağlı fəaliyyət göstərə biləcək hər kəs müəssisə çərçivəsində müstəqil 
yaradıcı təşkilatda birləşir. Bu əsasda qrupun üzvləri üfiqi və şaquli istiqamətli 
iyerarxik  idarəetmə  sistemində  vəzifələr  arasındakı  hüdudları  aradan 


 
 
221 
qaldırırlar. Problemin həlli reallaşdıqdan sonra «keyfiyyət dərnəkləri» dağılır. 
Yeni problemlər yeni dərnəklərin yaranmasına şərait yaradır.  
3.Fəaliyyət azadlığı və məsuliyyət.        
Təşkilat  sistemində  fərdlərin  azad  fəaliyyəti  şəxsiyyətin  azadlıq 
hüququnun  yüksəlməsilə  əlaqəlidir.  Hər  bir  insan  öz  fəaliyyətini 
müəyyənləşdirməkdə  azaddır,  lakin  bu  zaman  digərlərinin  azadlığını 
məhdudlaşdırmamalıdır. Beləliklə, şəxsiyyətin fəaliyyəti cəmiyyətin norma və 
qaydalarına  uyğun  olmalıdır.  Fəaliyyət  azadlığı  şəxsin  öz  hərəkətlərilə  bağlı 
məsuliyyətini  nəzərdə  tutur.  İnnovasion  davranışda  fəaliyyətin  seçilməsində 
sərbəstlik  zəruri  şərtdir.  Öz  davranışına  görə  məsuliyyət  şəxsi  məqsəd  və 
marqları  təşkilatın  maraqları  ilə  eyniləşdirməyə  kömək  edir.  Postindustrial 
cəmiyyətdə  insana,  onun  bacarıqlarına  kapital  qoyulur,  buna  görə  də 
şəxsiyyətin  azadlıq  səviyyəsi  müəyyən  dərəcədə  təşkilatın  onun  mənəvi 
imkanlarına,  qüvvə  və  bacarıqlarına  əsaslanmasına  şərait  yaradır.  Bu  əsasən 
üfiqi  strukturlarda  tətbiq  edilən  muxtarlıq  prinsipilə  bağlı  olur  və  bilavasitə 
özünüidarəetmə təşkilatlarının fəaliyyətində öz əksini tapır.  
4.Zəruri mədəniyyətin formalaşdırılması.     
Mövcud  şərait  innovasion  davranışın  fəallaşmasında  xüsusi  əhəmiyyət 
kəsb  edir.  İnsan  ehtiyatlarına  kapital  qoyuluşu  innovasiya  imkanlarının  əsas 
dəyərlər  kimi  qiymətləndirildiyi  mədəniyyət  sisteminin  formalaşdırılmasını 
zərurətə  çevirir.  Bu  mədəniyyətin  əsas  məsələsi  bütün  struktur  səviyyələrdə 
şəxsiyyət  və  mənəvi  ehtiyatların  mobiləşdirilməsilə  bağlıdır.  Texniki-
texnoloji, idarəetmə, müştərilər və istehlakçılarla münasibətlər sistemində eyni 
vaxtda aparılan innovasion dəyişikliklər uğurlu ola bilər. İnnovasion davranış 
subyektinin  formalaşdırılmasının  əsas  üstünlüyü  təlimdir.  Yeni  təşkilati 
mədəniyyətə  daxil  olan  insan  bilməlidir  ki,  onun  təhsili,  yüksək  peşəkarlıq 
səviyyəsi,  həmçinin  yaradıcılığa  meyli,  mobillik  və  təşəbbüskarlığı  həm 
şəxsiyyətin  özü,  həm  də  onun  daxil  olduğu  təşkilat  üçün  böyük  dəyərə 
malikdir. Buna görə də şəxsi xüsusiyyətlər, keyfiyyətlər həm şəxsiyyət, həm 
də  təşkilat  üçün  uğur  meyarıdır.  Şəxsiyyətin  inkişafına,  münasibətlər  və 
mədəniyyət sisteminə kapital qoyuluşu həm formal liderlər tərəfindən inzibati 
yolla,  həm  də  qeyri-formal  liderlərin  təşəbbüsü  ilə  həyata  keçirilir.  Belə  ki, 
innovasion  fəaliyyət  yalnız  icraçıların  razılığı  ilə  məhdudlaşdırılmamalıdır. 
Xarici  və  daxili  dəlillər  yanaşı  formalaşır.  Yeni  mədəniyyət  sosial 
mədəniyyətin  çevikliyi,  vasitəsiz  əlaqələr,  həmçinin  fəaliyyətin  və  uyğun 
məsuliyyətin  müstəqil  müəyyənləşdirilməsi  şəraitində  təşkilat  çərçivəsində 
innovasion  davranışın  fəallaşdırılması  və  innovasion  davranış  subyektlərinin 
təşkilatın inkişafına yönəldilməsinə imkan yaradır.         
 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə