SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə101/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   97   98   99   100   101   102   103   104   ...   116

 
 
239 
6.Maliyyə istehsal qrupu – müstəqil hüquqi və təsərrüfat firma və bankları 
birliyidir. Birliyin rəhbəri olan bank buraya daxil olan təşkilatların pul kapitalı 
haqqında  sərəncam  vermək  hüququna  malik  olur.  Birliyin  üzvləri  öz 
məhsullarının satışı və daxili əlaqələndirmə ilə bağlı digər məsələlər haqqında 
razılığa  gəlirlər.  Belə  birliklər  şəhər,  əyalət  səviyyəsində  o  qədər  də 
əhəmiyyətli deyil. Lakin firmalar arası birliklər kimi iqtisadi rayon miqyasında 
sahələrarası məsələlərin həlli üçün əhəmiyyətli ola bilər. 
7.Kapital  əsasında  birləşmiş  firmalar,  yaxud  müəssisələr  –  kapitalın  bir 
və ya bir neçə ölkəyə məxsus olduğu təşkilatlardır. Onların qeydiyyatı təsisçi 
ölkələrdən  birində  keçirilir,  fəaliyyəti  isə  qanunvericilin  xüsusi  bəndlərinə 
əsasən tənzimlənir. 
Regional və  bələdiyyə təşkilatları            
Region  səviyyəsində  sosial  layihələşdirmədə  mövcud  regional  və 
bələdiyyə  təşkilatları  nəzərə  alınmalıdır.  Bu  sırada  əsas  təşkilatlar  kimi 
regional  və  bələdiyyə  qanunvericilik  və  icra  orqanları  çıxış  edir.  Regional 
səviyyədə qanunvericilik iclasları və inzibati orqanlar, bələdiyyə səviyyəsində 
şəhər, rayon icra hakimləri, şəhər meriyası, rayon inzibati idarəçilik orqanları 
fərqləndirilir. Bu orqanlar adından çıxış edən müəssisə və təşkilatlar regional 
layihələşdirmənin  elementlərini  təşkil  edir.  Qanunverici  orqanlar  bütün  tabe 
orqanlarının  fəaliyyət  şərtlərini  müəyyənləşdirir.  İnzibati  idarələr  və  onların 
adından  fəaliyyət  göstərən  təşkilatlar  təsərrüfat  subyektlərinin  fəaliyyətini 
əlaqələndirir.  Bu  lisenziyalar  verilməsi,  regional  və  bələdiyyə  firmalarına 
sifarişlər  verilməsi,  vergi  və  ödənişlərə  görə  imtiyazlar  verilməsi,  borc 
verilməsi, yerli orqanlar vasitəsilə maliyyələşdirilən ərazi proqramlarına daxil 
edilməsi  və  s.  vasitəsilə  həyata  keçirilir.  Regional  və  bələdiyyə  strukturları 
nəzdində  yaradılan  sahə  komitələri,  departamentləri,  şöbələri  və  s.  bilavasitə 
fərqli  mülkiyyət  formaları  ilə  qarşılıqlı  fəaliyyətdə  olur.  Qeyri  hökumət  və 
qeyri  kommersiya  təşkilatları,  ticarət-sənaye  palataları,  təhsil,  investisiya, 
sığorta  və  s.  müəssisələr  regional  və  bələdiyyə  sistemlərinin  tərkib  hissəsini 
təşkil edir.  
Regional ictimai institutlar   
Ərazinin  regional  və  bələdiyyə  idarəçiliyi  ictimai  institutlarla 
əsaslandırılır.  Belə  ki,  ərazi  idarəetmə  orqanlarının  tərkibi  əhali  seçkiləri 
əsasında 
müəyyənləşir. 
İctimai 
tələbatların 
ödənməsi 
regional 
layihələşdirmənin  əsas  məqsədi  və  hərəkətverici  qüvvəsi  kimi  çıxış  edir. 
Cəmiyyət  ərazinin  bu  və  ya  digər  təsərrüfat  sahəsilə  əlaqələndirici  rolunu 
yerinə  yetirən  regional  və  bələdiyyə  təşkilatlarına  dolayı  təsir  edir.  Regional 
layihələrin  əlaqələndirici  rolu  müəyyən  ərazinin  ictimai  tələbatlarının  tam 


 
 
240 
nəzərə alınmasına yönəlir. Regional və bələdiyyə təşkilatları sosial və hüquqi 
məsuliyyət daşıyır.                    
Sosial məsuliyyət dedikdə, sosial problemlərin (ekoloji, əmək məşğulluğu, 
mədəni  xidmət  və  s.)  həllində  könüllü  iştirak  nəzərdə  tutulur.  Sosial 
məsuliyyət  maddi  nəticələrə  malik  olur.  Hüquqi  məsuliyyət  dövlət  və 
bələdiyyə  idarəçiliyində  müəyyən  qanun  və  normalara  əməl  edilməsilə 
bağlıdır.   
Regional  səviyyəli  sosial  layihələr  etik  normaları  nəzərə  almalıdır.  Etik 
normalar  ümumi  dəyərləri  və  etik  qaydaları  nəzərdə  tutur.  Regional 
layihələşdirmədə qeyri etik normalar dedikdə, aşağıdakılar nəzərdə tutulur: 
- layihə vasitəsilə cəzalandırma sazişləri qəbul edilir
- heyət və əhalinin sanitar müdafiəsi ilə bağlı ölçülər götürülməməsi; 
- ziyanlı təsərrüfat sahələrində pulun əskik verilməsi, yaxud ödənilməməsi; 
-sosial  layihələrdə  keyfiyyətsiz  məhsulların  bazara  çıxarılmasına  imkan 
yaratmaq; 
- layihələrin müzakirə edilməsi vasitəsilə rəqiblər, yaxud əməkdaşlar haqqında 
bədnam məlumatlar yaradılması və yayılmasına səbəb olmaq.  
Layihələşdirmə mühiti       
Regional  layihələrin  xarici  mühiti  qeyri  regional  və  regionlardaxili 
elementlər,  amillər  və  proseslər  vasitəsilə  formalaşır.  Regional  iqtisadiyyat 
ölkənin regional sisteminin tərkib hissəsi kimi qeyri regional amillərin təsirinə 
məruz qalır. Qeyri regional təsirlər dedikdə, qanunvericilik, mərkəzi oqran və 
təşkilatlar  ölkənin  vahid  iqtisadi,  maliyyə  sistemi,  kommunikasiya  vasitələri, 
siyasi  və  digər  institutlar,  ölkənin  ümumi  bazarı  və  s.  nəzərdə  tutulur. 
Regional  təsərrüfat  müəyyən  sahədə  təsərrüfat  subyektlərinin,  sosial 
birliklərin,  hüquqi,  etik,  iqtisadi,  ictimai    institutların  və  s.  kompleksi  kimi 
çıxış  edir.  Bu  mənada  regional  təsərrüfat  regiondakı  təşkilatlar,  firmalar, 
müəssisələr  və  digər  institutlar  üçün  xarici  mühit  rolunu  oynayır.  Bununla 
əlaqədar  olaraq,  sosial  layihələrdə  «xarici  mühit»  anlayışı  və  bu  anlayışın 
qarşılıqlı  əlaqəli  olan  iki  istiqaməti  –  qeyri  regional  xarici  mühit  və 
regiondaxili xarici mühit istifadə edilməlidir. Qanunverici, maliyyə, sosial və 
digər  sahələr  fərqləndirilir.  Xarici  mühitin  mürəkkəbliyi  dedikdə,  təşkilatın 
funksiyalaşması,  xarici  mühitin  çevikliyi  dedikdə,  təşkilatın  funksiyalaşdığı 
xarici  mühitin  dəyişmə  sürəti  nəzərdə  tutulur.  Xarici  mühitin  təyin  edilməsi 
səviyyəsi  təşkilatların  mühitin  dinamik  amilləri  (rabitənin  inkişafı,  inşaatın 
planlaşdırılması,  regional  proqramların  maliyyələşdirilməsi,  tələbatın 
dinamikası  və  perspektivləri  və  s.)  haqqında  məlumatlılıq  səviyyəsindən 
asılıdr.  
Bilavasitə təsir mühiti        


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə