SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə99/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   95   96   97   98   99   100   101   102   ...   116

 
 
234 
1)Layihəçinin dünyagörüşünün, onun hazırladığı konsepsiyaların, layihələrin, 
proqram  və  təşəbbüslərin    üslub  və  mənəvi  əsaslarını  müəyyənləşdirir,  yəni 
layihələşdirmənin  dəyər  yönümü  səviyyəsini  təmin  edir.  İfadə  tərzinə  görə 
proqramın  məhdudluğu,  yaradıcı,  yaxud  dağıdıcı  meyarlarını  fərqləndirmək 
olar.  
2)Bu  prinsiplər  sosial  mədəni  layihələşdirmə  texnologiyalarının  nəzəri 
əsaslarını təşkil edir. 
Sosial  mədəni  layihələşdirmənin  texnoloji  əsasları  və  sosial  mədəni 
layihələrin və proqramların hazırlanmasının ilk mərhələsi sosial mədəni layihə 
vəziyyətinin xüsusiyyətlərilə sıx bağlıdır. Layihə vəziyyəti şəxsiyyətin, sosial 
qrupun,  sosial  birliyin  fəaliyyət  göstərdiyi  səciyyəvi  şərait  və  vəziyyətlər 
məcmusu  kimi  insanın  həyat  fəaliyyəti  formalarını,  dəyər  yönümü 
sistemlərini, onun mühitinin xüsusiyyətlərini, digər insanlarla münasibətlərini 
və  s.  müəyyənləşdirir.  Vəziyyətlər  obyektiv  və  subyektiv,  perspektiv  və 
destruktiv,  idarəedilən  və  idarəedilməz  ola  bilər.  Sosial  mədəni  subyektə 
münasibətdə obyektiv olan vəziyyət subyektin fəaliyyətini əsaslandırır, onların 
dəyişdirilməsi  və  qarşısının  alınmasına  imkan  yaradır.  Layihə  vəziyyəti 
kateqoriyası sosial mədəni layihələşdirmənin əsas texnologiyalarından biridir. 
Bu  sistemli  kateqoriya  əsasında  xüsusi  struktura,  yəni  sabit  komponentlər 
toplusuna  malik  olan  dinamik  sosial  mədəni  tamlıq  fərqləndirilir.  Müəyyən 
vaxt  müddətində  müəyyən  sosial  mədəni  prosesin  hüdudları,  keyfiyyət  və 
istiqamətləri  təyin  edilərkən,  layihələşdirilən  vəziyyət  analiz  modeli  və 
layihələşdirmə  metodu  qismində  çıxış  edir  və  insanların  həyat  fəaliyyəti 
şəraitini və problemlərini təsvir etməyə və mövcud problemlərin həlli yollarını 
tapmağa imkan yaradır.  
Layihə  vəziyyətin  xüsusiyyətləri  sosial  mədəni  prosesin  modeli  kimi 
aşağıdakı komponentlərin aşkar və təhlil edilməsilə bağlıdır: 
1) vəziyyətin hüdudlarını təşkil edən həyat tərzinin kütləvi miqyaslı nisbi sabit 
zəruri amilləri
2) dəyişdirilə, yaxud təkmilləşdirilə bilən amillər. 
Sosial mədəni problem layihələşdirmə vəziyyətinin təhlil vahidi kimi çıxış 
edir.  Sosial  mədəni  problem  dedikdə,  obyektiv  çətinliklər,  məhdudiyyətlər, 
həmçinin  arzu  edilənə  uyğun  olmayan  vəzziyət  nəzərdə  tutulur.  Problem 
vəziyyət birmənalı həlli olmayan, subyekt və onu əhatə edən mühit arasındakı 
mövcud  qarşılıqlı  münasibətləri  əks  etdirən  vəziyyətdir.  Vəziyyətin  analizi 
siyasi, iqtisadi, demoqrafik, ekoloji və digər sahələrdə səciyyəvi problemlərin 
aşkar  edilməsinə  yönəlir.  Sosial  mədəni  vəziyyət,  həyati  vəziyyət,  şəxsi 
problemlər problem vəziyyətin xüsusi aspekləri kimi müəyyənləşdirir.  


 
 
235 
Sosial mədəni vəziyyət çoxölçülü sosial mədəni məkan kimi sosial mədəni 
mühit  və  uyğun  fəaliyyət  sahələrindən  ibarətdir.  Sosial  mədəni  mühit  sabit 
amillər sistemi kimi insanla onun sosial mədəni ətrafı arasındakı əlaqələri əks 
etdirir.  Fəaliyyət  sahələri  keyfiyyət  xüsusiyyətli  olub,  insanın  əşyavi 
mədəniyyət  və  digər  insanlarla  nisbi  qarşılıqlı  təsir  forması  kimi  sosial 
institutlar  və  müəssisələrdə  təcəssüm  edir.  Sosial  mədəni  materialdan  asılı 
olaraq,  insan  mədəni  tarixi  irs  mühiti,  bədii  mühit,  sosial  psixoloji  mühit, 
mənəvi  mühit,  siyasi  mühit,  ekoloji  mühit  kimi  bir  sıra  sosial  fəaliyyət 
sahələrinə  daxil  olur.  Sosial  mədəni  mühitin  hər  bir  sahəsi  üç  səviyyəyə 
malikdir: 
1.İnsanın  əşyavi  məkan  mühiti  –  tarixi  və  mədəni  abidələr,  ərazilərin 
memarlıq  abidələri,  istehsal,  məişət  və  ictimai  interyerlər,  istehsal  və  məişət 
avadanlıqları və s. ibarətdir. 
2.İnformasiya  mühiti  –  bədii,  hüquqi,  siyasi,  estetik,  etik  məlumatlardan 
ibarətdir. 
3.Dəyər  yönümlü  tərkib  –  mühiti  elementlərin  məna  və  dəyər  mahiyyəti 
kəsb etməsilə bağlıdır.                
Bu  səviyyələrin  qarşılıqlı  münasibətləri  əsasında  mühitin  elementləri 
özünəməxsus  xüsusiyyətlər  qazanır.  İnsanın enerji  və  vaxt  kimi  fundamental 
ehtiyatlarını  sərf  etdiyi  əsas  fəaliyyət  sahələri  təhsil,  istehsalat,  asudə  vaxt, 
bədən tərbiyəsi, məlumat sahələridir. Həyat fəaliyyətinin sosial mədəni mühiti 
sosial  mədəni  layihələşdirmə  texnologiyasının  əsası  kimi  çıxış  edir. 
Şəxsiyyətin  inkişafı  və  formalaşmasına  təsir  edən  ətraf  mühit  özü  də 
şəxsiyyətin  yaradıcı  təsiri  nəticəsində  dəyişir,  mühitin  mövcud  ehtiyatları 
reallaşır  və  insanın  özünüreallaşdırması  və  özünüinkişafı  amillərinə  çevrilir. 
Sosial  mədəni  proqram  çərçivəsində  problem  vəziyyəti  dəyişməklə  həyat 
tərzinin  formalaşma  şərtlərini  və  reallaşma  imkanlarını  aşağıdakı  yollarla 
dəyişdirmək olar: 
1.Mühitin bütün sahələrində mövcud ehtiyatların (əşyavi, məlumat, dəyər 
və s.) reallaşdırılması;  
2.İnsanın  mühitlə  münasibətlərinin  dəyişdirilməsi  (insanın  tarixi  mədəni 
irslə qarşılıqlı təsirini genişləndirmək, təbiət, sosial mühit, incəsənət və s. ilə 
daha sıx və məhsuldar əlaqələr yaratmaq); 
3.Uyğun  müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi (yaxud problemin, 
mövcud ehtiyatların və layihənin məqsədinin xüsusiyyətlərindən asılı olaraq, 
yeni müəssisələrin yaradılması).  
Həyat tərzi sosial mədəni layihələşdirmənin obyektlərindən biri kimi çıxış 
edir.  Həyat  tərzi  –  fərd,  yaxud  sosial  qrupun  həyat  fəaliyyəti  formaları  və 
vasitələrinin məcmusu olub, insanın sosial və mədəni həyatının bu və ya digər 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə