SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə96/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   92   93   94   95   96   97   98   99   ...   116

 
 
228 
fəaliyyət  olub,  təbii  təmayüllərin  və  imkanların  dəyişdirilməsi  üsulu  kimi 
əşyaviləşmənin (istehsal) və qeyri-əşyaviləşmənin (istehlak) vəhdəti əsasında 
(ənənələrin, normaların, dəyərlərin, ideyaların yaradılması və əsaslandırılması, 
qorunması,  ötürülməsi  və  onların  şəxsiyyətin  daxili  keyfiyyətlərinə 
çevrilməsi) müəyyənləşir.  
«Sosial» və «mədəni» anlayışları bir-birilə ilə sıx bağlıdır və hər bir sosial 
təzahürdə  mövcud  olan  insan  sosial  proqramda  mədəni  dəyərlər  daşıyıcısı 
kimi  çıxış  edir.  Məhz  insan  sosial  strukturun,  münasibətlərin  və  mədəni 
proseslərin ilkin atomudur.  
Sosium  sosial  rol  çərçivəsində  öz  təbiətinə,  öz  «Milli  dünyasının» 
təbiətinə  özgələşir.  Mədəniyyət  dil,  irs,  Milli  psixologiya  əsasında  Milli 
dünyaya doğru inkişaf edir. Sosiumun mahiyyəti insanı ictimailəşdirmək və bu 
istiqamətdə  onu  zəruri texnologiya  və  rollarla  təmin etməkdir.  Mədəniyyətin 
mahiyyəti  şəxsiyyətin  mənəvi  tam  kimi  formalaşması,  insanın  sosial  rollar 
hüdudlarını  dəf  etməsinə  şərait  yaradılması  ilə  bağlıdır.  Sosial  fəaliyyət 
məqsədyönlü fəaliyyət olub, sosial dəyərlər və sosial mahiyyətə əsaslanır.  
Sonsuz  keçmişə  və  çoxvariantlı  gələcəyə  yönələn  mədəniyyətdən  fərqli 
olaraq,  sosial  subyekt  mədəniyyət  daşıyıcısı  kimi  həmişə  zaman 
məhdudiyyətinə  malikdir,  məhz  sosiallıq  əsasında  mədəniyyət  məkanda 
müstəsnalıq  kəsb  edir.  Sosial  mədəni  fəaliyyət  kateqoriyası  mədəniyyət 
daşıyıcısı  olan  fəaliyyət  subyektini  və  onun  fəaliyyət  sahəsi  və  keyfiyyətini 
ifadə  edir.  Sosial  mədəni  fəaliyyət  mahiyyətcə  sosial  subyektin  (şəxsiyyət, 
icma,  sosial  institut,  etnos,  millət),  mədəni  ənənələrin,  dəyərlərin  və 
normaların (bədii, tarixi, mənəvi, ekoloji, siyasi və s.) yaranması, mühafizəsi, 
ötürülməsi, mənimsənilməsi və inkişafı ilə bağlı fəaliyyət kimi müəyyən edilə 
bilər.  
Sosial  mədəni  layihələşdirmənin  əsas  mahiyyəti  kimi  çıxış  edən 
mədəniyyət  insanın  və  bəşəriyyətin  ideal-mənəvi  enerjisinin  mərkəzləşməsi, 
insan həyatının bütün sahələrinin xüsusi keyfiyyət ölçüsü, təbiətin, cəmiyyətin 
və  insanın  təbiətinin  mənimsənilməsi  və  dəyişdirilməsilə  bağlıdır. 
Layihələşdirmə mədəniyyətin əsas xüsusiyyəti kimi onun funksiyalaşmasının 
müxtəlif  səviyyələrində  izlənilir:  prosessual  (institutlaşma  və  qeyri-
institutlaşma kimi), əşyavi-nəticəli, dəyər-normativ.  
İnsan  fəaliyyəti  ilə  bağlı  proses  və  xüsusi  keyfiyyət  forması  kimi 
mədəniyyət  şəxsiyyətin,  sosial  qrupun,  institutların,  bütövlükdə  cəmiyyətin 
fərdi və ictimai fəaliyyət formalarında təzahür edir. Həm institusional, həm də 
qeyri-institusional  səviyyədə  bu  fəaliyyət  dəyərlərin,  ənənələrin,  normaların, 
ideyaların istehsalı və mənimsənilməsi, mühafizəsi, müdafiəsi və ötürülməsilə 
bağlıdır.  Mədəni  sistemin  ümumi  dinamikasında  institusional  və  qeyri-


 
 
229 
institusional  funksiyalar  xüsusi  əhəmiyyət  kəsb  edir.  Özünü  inkişaf  etdirən 
sistem  kimi  mədəniyyət  rəsmi  və  qeyri-rəsmi  cərəyanların  vəhdəti,  qarşılıqlı 
əlaqəsi  və  qarşılıqlı  asılılığıdır.  İnstitusional  funksiya  sosial  institutların  və 
dövlət  ideologiyasının  mühafizə  etdiyi  mədəni  dəyərlər  və  normalarla 
müəyyənləşir.  Qeyri-institusional  funksiya  ictimai  fəaliyyətin  müxtəlif 
formalarında (birlik, klublar, təşkilatlar, hərəkatlar və s.) təzahür edir.  
Prosessual səviyyədə mədəniyyətin sosial mədəni layihələşdirilməsi insan 
fəaliyyətinin  dəyərlər  və  keyfiyyət  sisteminin  öyrənilməsinə  və  iki  əsas 
məsələnin həllinə yönəlir: 
1)  layihə  fəaliyyətinin  əsas  sahələrini  müəyyənləşdirmək  (bədii,  ekoloji, 
siyasi, mənəvi  mədəni səviyyədə şəxsiyyətlərin, qrupların, sosial institutların 
uyğun sosial mədəni fəaliyyəti);   
2)  layihə  qərarlarının  sosial  bazasının,  yəni  layihənin  real,  yaxud  potensial 
auditoriyası kimi qəbul edilən sosial qrupların və sosial kateqoriyaların aşkar 
edilməsi. 
Bu səviyyədə  mədəniyyətin analizi  – şəxsiyyət, sosial qrup, etno mədəni 
icma, region, cəmiyyət səviyyəsində sosial mədəni proseslərin tənzimlənməsi 
mexanizmlərinin  axtarışı;  müxtəlif  mədəniyyət  subyektlərinin  (özfəaliyyət 
qruplarının, birliklərin, klubların, assosiasiyaların, hərəkatların) əmələ gəlməsi 
və  inkişafı  şəraitinin  səmərələşdirilməsi;  dövlətin  mədəniyyət  siyasətinin 
metodoloji  əsaslarının  işlənib  hazırlanması;  mədəni  fəaliyyətin  ictimai  və 
şəxsiyyətlə bağlı əsas istiqamət və formalarının müdafiəsi ilə bağlıdır.  
Mədəniyyətin  maddi  səviyyəsi  mədəni  fəaliyyətin  məhsulu  kimi  idealın 
əşyaviləşməsi,  yaxud  əşyada  təcəssüm  tapması  ilə  bağlıdır.  Dəyərlər  və 
ideallar  mədəniyyətin  mənəvi  zənginliyini  və  unikallığını  əks  etdirir.  Dəyər 
kateqoriyaları  insanın  və  cəmiyyətin  ideal  vəziyyətini  əks  etdirir.  İdealın 
xüsusiyyətləri  yalnız  mədəniyyətin  mənəvi  unikallığını  deyil,  həm  də  onun 
mühafizə  və  dəyişmə  meylli  ümumi  istiqamətini  müəyyənləşdirir.  Bununla 
əlaqədar  olaraq,  mədəni  meyarları  iki  tipə  bölmək  olar:  mühafizə 
mexanizminə  malik  ənənəvi  mədəniyyət  və  dəyişmə  mexanizminə  malik 
innovasion  mədəniyyət.  Ənənəvi  mədəniyyət  keçmişə  yönəlir,  bu 
mədəniyyətdə 
ideal 
mühafizə 
istiqamətli 
olub, 
dəyişikliklərin 
neytrallaşdırılmasına, mövcud ideal vəziyyətin qorunub saxlanmasına yönəlir. 
Ənənəvi  mədəniyyət  statik,  özünütamamlayan,  dialoqsuz  olub,  ümuminin 
xüsusi  (cəmiyyətin  şəxsiyyət)  üzərində  hakimiyyətini  əks  etdirir.  İnnovasion 
mədəniyyət bu günə və sabaha yönəlib, ictimai həyata gərginlik, qeyri sabitlik 
gətirir. Bu mədəniyyətdə şəxsiyyət müdafiədən məhrumdur, tənhalıq hiss edir, 
ümumidən təcrid edilib.   


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə