SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə92/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   88   89   90   91   92   93   94   95   ...   116

 
 
218 
şərait  yaranmış  olar  və  hər  cür  pozitiv  yeniliyin  də  qarşısı  alına  bilər.  Buna 
görə  də,  konstruktiv  yenilikləri  inkişaf  etdirmək  üçün  süni  mexanizmlərin 
istifadəsi  zəruridir.  Bunun  üçün  konstruktiv  və  destruktiv  yenilikləri  seçmək 
və yeni yaranmaqda olanı mövcud mühafizəkar təzahürlərdən mühafizə etmək 
lazımdır.  Şəraitdən  (təşkilati,  sosial  mədəni,  iqtisadi  və  s.)  asılı  olaraq, 
müxtəlif  mühitlərdə  eyni  yeniliklərin  fərqli  təzahür  formaları  nəzərə  çarpır. 
Nəzərə  almaq  lazımdır  ki,  yeniliklərə  müqavimət,  onların  formasının 
dəyişməsi  yalnız  mühavizəkarlıqla  deyil,  həm  də  ayrı-ayrı  işçilərin 
səriştəsizliyi  ilə  bağlıdır.  Bu  yeniliyə  keçidlə  bağlı  yaranan  obyektiv 
çətinliklərdir və hər bir təşkilati, mədəni sistemdə müstəqil dəyərə malik olub, 
sistemin  qorunmasını  təmin  edir.  Belə  ki,  mühit  yeniliyi  öz  xüsusiyyətlərinə 
uyğunlaşdırmağa, mövcud dəyişikliklərin potensialını zəiflətməyə yönəlir. Bu, 
funksiyalaşmanın inersiyalılığı ilə bağlıdır. İnnovasion prosesləri  idarə etmə 
prosesində  nəzərə  almaq  lazımdır  ki,  sistem  yalnız  yenilikləri  mühafizə 
etməyə yönəldikdə yeniliklərə açıq ola bilər.   
Yeniliklərlə  bağlı  meydana  çıxan  ziddiyyətlərin  qarşısını  almaq  üçün 
cəmiyyət iki sosial mexanizm – innovasion və antiinnovasion hazırlayır. Hər 
bir  mexanizm  ayrılıqda  –  «adi»,  qeyri-institusional  və  institusional 
mexanizmlərdən  ibarət  olur.  Qeyri-institusional  mexanizm  cəmiyyətin 
bürokratik  düşüncə  tərzi  ilə  bağlı  olub,  digər  mexanizmləri  müəyyənləşdirir. 
Adi şüurda futurofobiya instinktiv, şüuraltı olaraq təzahür edir və cəmiyyətin 
mövcud  adət  və  ənənələrinin  qorunmasına  yönəlir.  Bürokratik  şüurda  isə 
futurofobiya  dərkedilmiş  olub,  «başqa  bir  gələcək»də  öz  mövqelərinin 
itirilməsi qorxusunun nəticəsi kimi təzahür edir.                           
Mahiyyətinə görə, innovasiya – innovasion fəaliyyətin məhsulunun tənqidi 
dərk  edilməsi,  mövcud  vəziyyətlə  razılaşmama,  sistemin  funksiyalaşmasının 
yenidən  öz  tələbatlarına  uyğun  qurulması,  yaxud  tamamilə  dəyişdirilməsi 
qabiliyyətidir. Bu zaman təşkilatın qarşılıqlı elementlər toplusu olduğu nəzərə 
alınmalıdır.  Sistemin  mövcud  vəziyyətdən  razı,  yaxud  narazı  olduğunu 
müəyyənləşdirmək 
üçün 
onun 
innovasiyalara 
hazırlıq 
səviyyəsi 
öyrənilməlidir. Belə ki, innovasiyalara hazırlıq sistemin innovasion mövqeyilə 
bağlıdır.  Əgər  sistem  mövcud  vəziyyətdən  narazıdırsa,  deməli  yeniliklərə 
hazırdır və ya əgər sistem  öz  vəziyyətindən razıdırsa, yeniliklərə müqavimət 
göstərir.  
Sosial  təşkilat  müəyyən  funksiyalı  qarşılıqlı  təsirdə  və  qarşılıqlı  əlaqədə 
olan  elementlər  strukturudur.  Burada  idarə  edilənlər  və  idarə  olunanları 
fərqləndirmək  olar  və  onlardan  hər  biri  innovasion  davranış  daşıyıcıları  ola 
bilər.  Yeniliklərin  reallaşdırılması  üçün  elementlərin  fəallığı,  təşəbbüskarlığı 
vacib şərtdir. İnnovasion dəyişikliklərə hazır fəal elementlərin sayının çoxluğu 


 
 
219 
və innovasiyalara hazırlıq səviyyəsi sistemin dəyişilməsi və yeniliklərin daha 
səmərəli nəticələrə gətirməsi ehtimalını artırır. 
Hər  bir  sosial  təşkilat  öz  maraq  və  məqsədləri  çərçivəsində  innovasion 
davranışa  meylli  olur.  Elmin,  təhsilin,  peşə  hazırlığının  inkişafında  maraqlı 
olan  və  öz  elementlərinə  seçim  azadlığı  verən  təşkilat  öz  inkişafını  təmin 
etmiş  olur.  İnnovasion  davranışın  inkişafı  ilə  bağlı  hər  hansı  bir  təzahürün 
təcrid  edilməsi  bütövlükdə  sistemin  inkişafının  qarşısını  almış  olur.  Belə  bir 
şəraitdə  innovasion  meylli  elementlər  ya  strukturun  rifahı  üçün  fəaliyyəti 
dayandırır,  ya  bu  təşkilatı  tərk  edir,  ya  da  innovasion  davranışa  şərait 
yaratmaq üçün sistemi dəyişdirməyə yönəlirlər.  
Yeni baxışlı insanların mövcud ictimai quruluşu tənqidi dərketməsi köhnə 
sistemin  dağılmasına  və  yeni  sistemin  formalaşmasına  şərait  yaradır. 
İnnovasion  davranış  subyektlərinin  bütöv  sosial  təşkilatın  mənafeyi 
istiqamətində  fəaliyyət  göstərməsi  üçün  innovasion  fəaliyyətin  müdafiə 
olunması  və  stimullaşdırılması,  həmin  subyektlərin  tələb  və  məqsədlərinin 
təşkilatın maraqları, tələbləri və məqsədlərilə eyniləşdirilməsi vacibdir. Sosial 
təşkilat  innovasion  subyektlərin  fəaliyyətini  yönəltməli,  dəyişikliklərə  hazır 
olanların fəaliyyətini aktivləşdirməlidir. Sürətli elmi-texniki inkişaf industrial 
cəmiyyətdən  postindustrial  informasiya  cəmiyyətinə  keçidlə  nəticələndi.  Bu 
cəmiyyətdə  maşınlar  deyil,  insan,  onun  artan  tələbatları  və  bacarıqları, 
informasiya  təminatı  əsas  rol  oynayır.  Bazar  iqtisadiyyatı  şəraitində 
xidmətlərin  rolunun  genişlənməsi,  insan  tələbatlarına  yönəlmə,  həmçinin 
məlumatlanmanın  yüksəlməsi  innovasiyaları  zamanın  tələbinə  çevirir  və 
yeniliklər etmə bacarığı üstünlük kimi qiymətləndirilir. Buna görə də müasir 
şəraitdə  hər  bir  təşkilat  innovasion  potensialını  öz  rifahı  istiqamətində 
yönəltməlidir.  Təşkilatda  innovasion  dəyişikliklər  aparılması  üçün 
dəyişikliklərə hazırlıq potensialı bütün struktur səviyyəsində vahiddən yüksək 
olmalıdır. Bunun üçün aşağıdakılar vacib şərtdir: 
1.Təşkilatın çevikliyinin bərqərar edilməsi. 
İnnovasion  fəaliyyətin  həyata  keçirilməsində  təşkilatın  sıxlığı  əsas  rol 
oynayır.  Təşkilatın  sıxlığı  dedikdə,  təşkilati  strukturlarda  ictimai  əməyin, 
təcrübənin,  bütövlükdə  mədəniyyətin  obyektivləşdirilməsi  səviyyəsi  nəzərdə 
tutulur.  Zaman  və  məkan  ölçülərinə  görə  obyektivləşmə  səviyyəsi  həm 
kütlənin  çoxalması,  həm  də  sistemin  elementləri  arasındakı  asılılığın 
mürəkkəbləşməsi  ilə  müəyyənləşir.  Bu  əsaslarda  sıxlığı  az  olan  təşkilatlarda 
yeniliklər daha səmərəli həyata keçirilir. Buna görə də yenilik təşəbbüskarları 
ilkin  mərhələdən  təşkilatın  çevikliyinin  yüksəldilməsinə  çalışmalı,  mürəkkəb 
formalı  strukturları  dəyişməlidirlər.  M.Krozye  müasir  innovasion 
dəyişikliklərin  əsas  prinsiplərini  fərqləndirərək,  belə  güman  edir  ki, 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə