SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə89/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   ...   116

 
 
210 
Daxili əlaqələndirmə vasitələri (daxili interface) göstəricilər bazasının və 
modellər  bankının  qarşılıqlı  fəaliyyətini  həyata  keçirir.  Dəyişənlərin  ilkin 
mahiyyəti  və  parametrləri göstəricilər  bazasından  modellər  bankına  ötürülür, 
hesabların  nəticələri,  yəni  proqnozlaşdırmanın  son  mərhələsinə  dair 
göstəricilər  isə  geri  qayıdır.  Bu  zaman  interface  proqamlar  bir  sıra  texniki 
məsələləri yerinə yetirir: göstəricilər dairəsinə nəzarət, göstərici meyarlarının 
dəyişdirilməsi və s. 
Xarici  əlaqələndirmə  vasitələri  (xarici  interface)  istifadəçinin  imitasion 
sistemlə dialoq imkanlarını təmin edir. Belə ki, imitasion sistem istifadəçisinin 
modelləşdirmə  və  proqramlaşdırma  haqqında  məlumatlı  insan  olması  vacib 
deyil,  buna  görə  də  xarici  inteface  istifadəçi  üçün  əlverişli  şəkildə  təşkil 
edilməlidir.  Burada  əlverişli  vəziyyət  dedikdə,  sistemin  istifadəçinin 
tələbatlarına  reaksiya  sürəti,  sistemlə  ünsiyyət  dilinin  sadəliyi,  buraxılış 
məlumatlarının  anlaşıqlılığı  və  hesablama  nəticələrinin  əyaniliyi,  real  zaman 
çərçivəsində modelləşdirmə prosesinin islah edilməsi imkanları və s. nəzərdə 
tutulur.  
İmitasion sistemin istifadəçi interface-nin hazırlanması zəruridir. Ən yaxşı 
modellər,  keyfiyyət  göstəriciləri  və  idarəetmə  proqramları  toplusu  əlverişli 
interface  olmadan  «özündə  şey»  olaraq  qalır  və  ən  yaxşı  halda  istifadəçinin 
daxili ehtiyaclarına uyğun ola bilər. Təcrübəçilər belə sistemlə işləmirlər.  
Burada modelləşdirmənin nəticələrinin əyani göstəricilərlə (xəritə, cədvəl, 
diaqramma,  qrafiklər  və  s.)  təqdimatı  əsas  mahiyyət  kəsb  edir.  Uyğun 
nəticələrin reallaşdırılması üçün proqram-texniki (plotter, yaxud cədvəlqurma, 
cədvəl qovluğu və s.) və analitik (informasiyanın toplanması metodu) vasitələr 
istifadə edilir.  
Modelləşdirmənin  nəticələri  sistemin  hazırlayıcıları  və  ekspertləri 
tərəfindən  şərh  edilir.  Nəticələrin  analizi  imitasion  sistemin  hazırlanmasında 
zəif tərəfləri və səhvləri aşkar etməyə imkan yaradır və bu zaman proqramın 
reallaşdırılması,  formalaşdırılması  və  konseptuallaşdırılması  mərhələlərinə 
qayıtmağı tələb edir. İmitasion sistemlər sadələşdirilmiş modellər konsepsiyası 
çərçivəsində  analitik  və  imitasion  metodların  uyğunlaşdırılmasına  imkan 
yaradır.  Konseptual  model  imitasion  tipli  model  əsasında  qurulur,  lakin  bu 
model  vasitəsilə  hesablamalar  aparılması  kompüter  və  insan  ehtiyatlarının 
böyük  itkilərilə  nəticələnir.  Buna  görə  də  əsas  modelin  sadələşdirilməsi  və 
sadələşdirilmiş modellərin tədrici istifadəsi məqsədəuyğundur. Aşağı səviyyəli 
sadələşdirilmiş 
modellər 
imitasion 
tədqiqatlara, 
yuxarı 
səviyyəli 
sadələşdirilmiş  modellər  isə  analitik  nəticələrə  əsaslanır.  Sadələşdirilmiş 
modellərin  tədqiqatının  nəticələri  növbəti  mərhələdə  ekspertlər  tərəfindən 
öyrənilir və maraq doğuran nəticələr daha dəqiq modellər əsasında araşdırılır, 


 
 
211 
mənfi  nəticələr  kənarlaşdırılır.  Belə  yanaşma  az  itki  ilə  alternativlərin  ilkin 
çoxluğunun  azaldılmasına  şərait  yaradır.  Düzgün  işlənib  hazırlanmış  və 
istifadə  edilən  imitasion  modellər  qərarların  müdafiəsi  aləti  olub,  ekspert  və 
təcrübi  biliklərin  riyazi  metodlar  və  kompüter  modelləşdirməsi  ilə 
birləşdirilməsinə şərait yaradır.   
İmitasion  modelləşdirmə  qərarların  ümumi  analizi  proseduru  kimi  beş 
mərəhələdən ibarətdir: 
- ilkin analiz; 
- struktur analiz; 
- qeyri-müəyyənliyin analizi; 
- faydalılıq, yaxud dəyərliliyin analizi; 
- səmərələləşdirmə prosedurları.  
İlkin analiz zamanı qərar qəbul edən şəxs mövcud problemlə bağlı hansı 
fəaliyyət  kursunun  seçiləcəyini  müəyyənləşdirir.  Problem  təyin  edilir  və 
mümkün alternativlər məlum olur. 
Struktur  analiz  problemin  keyfiyyət  strukturunun  müəyyənləşdirilməsilə 
bağlıdır.  Burada  qərarlar  ağacı  iki  formaya  malik  olur:  qərarlar  zirvəsi  və 
hadisələr zirvəsi. Birinci halda qərar qəbul edən şəxs, ikinci halda isə nəzarət 
edilməyən amillər aparıcı rola malik olur.  
Qeyri-müəyyənliyin  analizi  zamanı  qərar  qəbul  edən  şəxs  hadisələr 
zirvəsində  yaranan  ayrı-ayrı  problemlərə  dair  ehtimalların  mahiyyətini 
müəyyənləşdirir.  Bu,  mövcud  empirik  göstəricilərə,  ayrı-ayrı  analitik  və 
imitasion modellərin mümkün nəticələrinə, ekspertlərin rəyinə, həmçinin qərar 
qəbul edən şəxsin subyektiv mühakimələrinə əsaslanan metod və prosedurlar 
əsasında həyata keçirilir.  
Faydalılıq,  yaxud  dəyərliliyin  analizi    qərarlar  ağacında  nəticələrin 
faydalılığının müəyyənləşdirilməsi ilə bağlı qərar qəbul edən şəxs tərəfindən 
bu və ya digər istiqamətin seçilməsinə yönəlir. Hər bir məsələdə fərqli iqtisadi 
və  digər  itkilər  və  gəlirlər  əlaqələndirilir.  Nəticələr  toplusu  qərar  qəbul  edən 
şəxs  tərəfindən  nizamlanmalı  və  nəticələrin  reallaşdırılmasında  qeyri-
müəyyənlik  nəzərə  alınmalı,  yəni  nəticələrin  faydalılığı  riyazi  gözləmələrə 
əsaslanmalıdır.  Qeyri-müəyyənlik  dedikdə,  qərar  qəbul  edən  şəxsin  iki 
alternativ  fəaliyyət  arasında  seçim  etmək  imkanı  nəzərdə  tutulur,  bu  zaman 
mümkün nəticələr öyrənilməli və daha faydalı nəticələrə malik olacağı ehtimal 
edilən variant seçilməlidir.    
 Səmərələşdirmə  prosedurları  son  mərhələ  kimi  hesablamalar  vasitəsilə 
daha  səmərəli,  yəni  maksimum  faydalı  ola  biləcək  strategiyanın 
müəyyənləşdirilməsilə  bağlıdır.  Bu  strategiyada  qərar  qəbul  edən  şəxsin 
qərarlara təsiri əks olunur. x nəticəsi səbəb nəticə əlaqəli və birölçülü olduqda 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə