SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə85/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   81   82   83   84   85   86   87   88   ...   116

 
 
202 
Sosial  proseslər  analiz  edilərkən,  onların  daşıyıcıları,  subyektləri, 
subyektiv  və  obyektiv  əsasları  aşkar  edilir,  təşkilati  formaları,  onlardakı 
təhriflər, 
deformasiyalar, 
sosial 
proseslərin 
təkamüllü 
fomaları 
müəyyənləşdirilir.  Qeyd  olunan  məsələlərin  həlli  layihələşdirmə  zərurəti 
yaradır,  belə  ki,  layihələşdirmə  və  tətbiq  etmə  məqsədi  daşıyan  sosial 
texnologiyalar  mövcud  prosesin  texnologiyalaşdırılmasına  yönəlir.  Sosial 
proseslərin 
texnologiyalaşdırılması 
zamanı 
tətbiqi 
sosiologiyanın 
metodlarından  –  sosial  adaptasiya,  sosial  islah,  sosial  münaqişələrin  həlli 
texnologiyaları və s. istifadə edilir. Sosial texnologiya ilk növbədə nəticəli və 
rasional  məqsədyönlü  sosial  təsir  metodlarının  və  metodikasının  işlənib 
hazırlanmasıdır.  Texnoloji  ardıcıllığına  görə  texnoloji  əməliyyatlar 
əlaqələndirilmiş,  tabe  edilmiş,  nizamlanmış  və  tənzimlənmiş  olur.  Sosial 
texnologiyalar  dəyişən  şəraitin,  yeni,  qeyri-adi  vəziyyətlərin  tədqiqində 
yüksək  dinamikliyi,  ümumiliyi,  uyğunlaşması  ilə  təsir  metodikasından 
fərqlənir. Sosial texnologiyalar özünütənzimləmə, özünükökləmə, özünüislah 
və  özünü  təkmilləşdirmə  prinsipləri  əsasında  qurulur.  Sosial  texnologiyalar 
sosial  dəyişikliklər  və  sosial  dərketmənin  vasitəsi  kimi  fənlərarası  metodlar 
əsasında  formalaşır.  Fənlərarası  sosial  texnologiyanın  üstünlükləri  tədqiqat 
obyekti və ona məqsədyönlü təsiretmə vasitələri haqqında tam təsəvvür yarada 
bilməsi ilə bağlıdır. Bu əsasda sosial obyektin xüsusiyyətləri, mahiyyəti, sosial 
dinamikanın xüsusiyyətləri aşkar edilir. Sosial texnologiyaların əsas  məsələsi 
məqsədyönlü  təsirdən  sonra  sosial  obyektin  hər  cür  dəyişmə  imkanları  və 
nəticələrinin nəzərə alınması ilə bağlıdır. Fənlərarası yanaşma əsasında xüsusi, 
əsasən  riyazi  vasitələrlə  kəmiyyət,  statik  analiz  həyata  keçirilə  bilər. 
Fənlərarası  metodologiyanın  və  metodikanın  istifadə  edilməsi  zamanı  bəzi 
çətinliklər  meydana  çıxır.  Bu  bilavasitə  ayrı-ayrı  elmlərin  yüksək  səviyyəli 
ixtisalaşması,  onların    metodlarının,  metodikalarının  avtomatlaşdırılması, 
xüsusi  idrak  vasitələri,  nəzəri  müddəaları,  empirik  bazası,  standartları, 
meyarları,  dəqiqliyi,  səmərəliliyi,  rasionallığı  və  s.  ilə  bağlıdır.  Sosial 
texnologiyalarda  bu  metodların  istifadə  edilməsi  qeyd  edilən  maneələrin 
aradan  qaldırılmasını  tələb  edir.  İlk  növbədə  sosial  texnologiyaların  sosial 
obyektin  dərk  edilməsi  və  dəyişdirilməsilə  bağlı  «siyasətinin»  hazırlanması 
vacibdir.  Bu  siyasət  özündə  ümumi  (strategiya)  və  xüsusi  (taktika  və 
metodika) 
olanı 
birləşdirir. 
Fənlərarası 
metodologiyanın 
sosial 
texnologiyaların  əsas  metodu  kimi  istifadəsi  zamanı  fənlərarası  tədqiqatın 
mərhələli  təsviri  vacibdir.  Bu  zaman  ilk  növbədə  fənlərarası  yanaşmanın 
aktuallaşması,  yəni  problemin  bir  fənn  çərçivəsində  həll  olunmasının  qeyri-
mümkünlüyünün  əsaslandırılması  tələb  olunur.  Növbəti  mərhələ  tədqiqat 
obyekti  və  məqsəydyönlü  fəaliyyətlə  bağlı  sistemli  yanaşmanın 


 
 
203 
reallaşdırılmasıdır. Nəhayət, bir elmin metodlarının digər elm sahəsində tətbiq 
edilməsi  hüdudları  müəyyənləşdirilir.  Sosial  texnologiyalarda  fənlərarası 
metodların  istifadəsi  zamanı  həmin  metodların  bir  neçə  səviyyəsi  nəzərə 
alınmalıdır.  Birinci  səviyyə  –  sistem  nəzəriyyəsi  baxımından  sistemli 
yanaşma,  ikinci  səviyyə  –  təşkilatlanma  nəzəriyyəsi  və  təcrübəsinin  ümumi 
prinsipləri ilə bağlı olan təşkilatlanma səviyyəsi, üçüncü səviyyə  – kompleks 
yanaşma,  dördüncü  səviyyə  –  məntiqi-riyazi  yanaşma,  beşinci  səviyyə  – 
qlobal  yanaşma  ilə  bağlıdır.  Sosial  texnologiyaların  metodologiyasında 
fənlərarası  yanaşma  xüsusi  anlayışlar  bazasının  yaranmasına  səbəb  olur. 
Xüsusi sosial texnologiyaların metodologiyası ümumi sosial texnologiyalarla 
bağlıdır.  Sosial  texnologiyalar  çərçivəsində  sosial  obyektə  məqsədyönümlü 
təsir  zamanı  aşağıdakılar  mərhələlər  izlənilir:  əmələ  gəlmə  (törəmə)  – 
formalaşma  (təşkilatlanma)  –  sistem  –  tamlıq  –  başaqa  sistemə  çevriləmə 
(dəyişilmə).  Xüsusi  sosial  texnologiyalarda  sistemin  üzvi  vahidə  çevrilməsi 
nəzərə  alınmaya  bilər.  Sosial  texnologiyalar  sosial  nəzəriyyə  və  sosial 
təcrübənin  xüsusi  forması  olub,  sosial  təşkilatlanmanın,  cəmiyyətin  özünü 
dərk etməsinin, yəni sosial refleksiyanın xüsusi forması kimi çıxış edir.             
YOXLAMA SUALLAR 
1.Sosial texnologiya dedikdə nə nəzərdə tutulur? 
2.Əsas və xüsusi sosial texnologiyalar nə ilə fərqlənir?   
3.Sosial texnologiyaların hansı ehtiyat sahələri fərqləndirilir? 
4. Sosial proseslərin texnologiyalaşdırılmasının mahiyyətini izah edin. 
REFERAT MÖVZULARI 
1.Sosial layihələşdirmənin sosial texnoloji metodları 
2.Sosial texnologiyalar 
3.Əsas və xüsusi sosial texnologiyalar    
 ƏDƏBİYYAT: 
1.Бергер П., Лукман Т. Социальное конструирование реальности : Трактат по 
социологии знания. М., 1995.  
2.Карташов А.В. Проектное знание: опыт методологического анализа.// 
Системные исследования. Методологические проблемы. Ежегодник, 1988. М., 
1989,с . 163.  
3. Курбатов В.И. Курбатова О.В. Социальное проектирование: Учебное пособие. 
Ростов н/Д: «Феникс», 2001. 
4.Луков В. А. Социальное проектирование : учеб. пособие. 6-е изд., испр. М. : 
Изд-во Моск. гуманит ун-та : Флинта, 2006. 
5.Прогнозное социальное проектирование : Теоретико-методологические и 
методические проблемы / Ин-т социологии РАН ; отв. ред. Т. М. Дридзе. 2-е 
изд., испр. и доп.  М. : Наука, 1994.  
6.Тощенко Ж. Т., Аитов Н. А., Лапин Н. И. Социальное проектирование. М., 
1982.  
 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə