SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə87/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   83   84   85   86   87   88   89   90   ...   116

 
 
206 
Sosial texnologiyalar sosial təzahürlərin bütün tərəflərini əhatə edərək, həqiqi 
sosial və sosioloji informasiyanın alınmasına istiqamətlənir. Bu zaman ictimai 
biliyin  yeni  əməliyyat  və  dərketmə  səviyyəsinə  çıxış  yaranır.  Burada  sosial 
subyektin  diqqət  önünə  gətirilən  informasiya  əlaqələri  KİV-in,  public 
relations,  işgüzar  ünsiyyətin  sosiologiyasını  əhatə  edir.  İnformasiyanın 
səmərəli istifadəsi  məsələsinin  qoyuluşu  sosial  idarəetməyə  yeni  məna  verir. 
Qeyd  olunan  prinsiplər  sosial-siyasi  texnologiyalar  sahəsində  də  keçərlidir 
(təbliğat,  seçicilərlə  iş,  siyasi  monitorinq  və  modelləşdirmə).  Sosial 
proseslərin  çoxamilli  və  alternativ  inkişafı  sosial  dinamikanın  müxtəlif 
tərəflərinin  yenidən  təşkilatlandırılması  ilə  bağlı  konseptual  aparatın 
yaradılmasına  yönəlir.  Sosial  texnologiyaların  əsas  məsələsi  bütün  alternativ 
variantların  modellərinin  qurulması,  oxşar  tərəflərin  müəyyənləşdirilməsi, 
alınan  nəticələrin  qiymətləndirilməsi  vasitələrinin  hazırlanması,  birləşmə, 
ayrılma və şaxələnmə mərhələlərinin dərk edilməsi ilə bağlıdır. Bu məsələnin 
həll edilməsində riyazi metod və modellər böyük rol oynaya bilər.  
«Model»  anlayışı  latın  dilində  «modulus»  sözündən  götürülüb,  meyar, 
nümunə, norma mənasını daşıyır. Elmin məntiqi və metodologiyasında model 
– təbiət, yaxud sosial reallığın müəyyən hissəsinin, mədəniyyət məhsulunun, 
konseptual-nəzəri  təşkilin,  yəni  originalın    analoqu  (sxem,  struktur,  işarələr 
sistemi)  hesab  olunur.  Bu  analoq  obyektin  mahiyyəti  və  strukturu  haqqında 
biliklərin qorunub saxlanması və genişləndirilməsinə xidmət edir. Qnoseoloji 
nöqteyi-nəzərdən  model  –  şüurda  və  təcrübədə  originalın  əvəzedicisidir. 
Modelin  işlənib  hazırlanması  və  tədqiqinin  nəticələri  originala  tətbiq  edilir. 
Məntiqi  nöqteyi-nəzərdən  bu  ötürmə  model  və  modelləşdirilən  obyekt 
arasındakı  izomorfizm  (eynilik)  və  homomorfizm  (oxşarlıq)  münasibətlərinə 
əsaslanır. Modelin  digər  mahiyyəti  məntiqi-riyazi  sistemlərin  təhlili  ilə  bağlı 
olub, əlamətlərin sistemli şəkildə bu və ya digər məntiqi-riyazi hesablamaların 
elementlərinə aid edilməsilə ifadə olunur.  
Modelləşdirmə  dərketmə  obyektlərinin  onların  modelləri  əsasında  tədqiq 
edilməsi metodudur. Modelləşdirmə predmetli ola bilər, yəni model originalın 
müəyyən  həndəsi,  fiziki,  dinamik,  yaxud  funksional  xüsusiyyətlərini  təkrar 
istehsal edə bilər. Analoqlu modelləşdirmə dərketmə metodu olub, original və 
model  vahid  riyazi  nisbətdə  təsvir  edildikdə  istifadə  edilir.  İşarəli 
modelləşdirmədə  sxemlər,  çertyojlar,  formullar  model  ola  bilər.  Belə 
modelləşdirmənin əsas formalarından biri məntiq və riyaziyyatın təsiretmə və 
deduktiv  vasitələrilə  reallaşdırılan  məntiqi-riyazi  modelləşdirmədir.  İşarəli 
fəaliyyət,  bu  və  ya  digər  səviyyədə  işarəli  qurğuların  yenidən 
təşkilatlandırılması  və  məntiqi-riyazi  modellərin  qurulması  işarələr,  yaxud 
əməliyyatların  zehni-əyani  təsviri  ilə  bağlıdır.  Modelləşdirmə  çox  zaman 


 
 
207 
uyğun göstəricilərin tədqiqinə əsaslanır. Bu zaman göstəricilər dəyişə bilir və 
uyğun  olaraq,  modelin  təsviri  imkanları  genişlənir.  Dəyişən  göstəricilər, 
obyektin  parametrləri  dəyişənlər  adlanır.  Qərarların  qəbulu  ilə  bağlı  riyazi 
modelləşdirmədə daxili və xarici, idarə edilən və idarə edilməyən, təsadüfi və 
qeyri-müəyyən  dəyişənlər  seçilir.  Daxili  dəyişənlər  –  obyektin  şəxsi 
parametrləridir.  Digər  dəyişənlər  isə  xarici  dəyişənlər  olub,  model 
çərçivəsində  müəyyənləşmir,  xaricdən  təşkilatlanır.  İdarə  edilən  dəyişənlər 
rəhbər,  yaxud  tədqiqatçı  tərəfindən  seçilir.  İdarə  edilməyən  dəyişənlər 
tədqiqat  subyektinin  iradəsindən  asılı  olmayaraq  mövcud  olur  və  onların 
mahiyyəti ancaq qeydiyyata alınır. Bu dəyişənlər təsadüfi, yəni bəzi ehtimali 
qanunlara əsaslanmayan, yaxud qeyri-müəyyən, nəzarət edilməyən və ehtimali 
təbiətə malik olmayan ola bilir.     
Müasir  dövrdə  sosial  sistemin  müxtəlif  istiqamətli  inkişaf  modellərinin 
kompüter  variantları  geniş  istifadə  edilir.  Bu  zaman  sosial  sistemlərin 
kompüter  modellərinin  funksiyalaşmasını  (yaranma,  tənəzzül,  və  məhv 
olmasını)  vizual  olaraq  müşahidə  etmək,  sosial  sistemlərə  dair  optimal 
proqnozlar  vermək,  yeni  nəzəri  hipotezlər  irəli  sürmək,  əldə  olunan 
göstəricilər  əsasında  empirik  tədqiqatlar  aparmaq  və  uyğun  tövsiyələr 
hazırlamaq  imkanları  yaranır.  Bu  modellər  sırasında  Education-Based 
Modeling  (təhsillə  bağlı  model)  –  sosial  sistemlərdə  səbəb-nəticə  əlaqəli 
kəmiyyət göstəricilərinin, Neuro-Based Modeling (neyro (əsəb) sistemlə bağlı 
modellər)  –  sosial  sistemlərin  təhsillənməsi,  səmərələşdirilməsi  və 
uyğunlaşdırılması,  Artificial  Intelligence-Based  Modeling  (süni  ağılla  bağlı 
modellər)–  bilik,  mahiyyət,  simvol,  evristik  göstəricilər  və  s.-in 
modelləşdirilməsilə bağlıdır. 
Socio-concrete models (konkret sosial modellər) konkret sosial sistemlərin 
qurulması və funksiyalaşması qanunlarının müəyyənləşdirilməsinə yönəlir. Bu 
modellər  dövlət  statistik  göstəriciləri,  ictimai  rəylə  bağlı  ekspert  və  əhali 
arasında aparılan sorğuların, müşahidənin nəticələrinə əsaslanır. 
Models Solving problems (problemin həlli ilə bağlı modellər) idarəetməyə 
dair tövsiyələrin işlənib hazırlanması modeli kimi kampaniyaların menecer və 
işçi heyətinin fəaliyyətinin tənzimlənməsi məqsədilə istifadə edilir.  
Social  Software  Engineering  (sosial  texniki  proqramlaşdırma)  iterativ 
(çoxsaylı)  prosedurlu  proqramlaşdırma  əsasında  empirik  tədqiqatlar  və 
kompüter  eksperimentləri  aparılmasına  yönəlir.  Əməliyyatlar  prosesi 
kompüter  sisteminin  funksiyalaşması  tələb  olunan  meyarlara,  məsələn, 
pozitivizm,  realizm,  konvensionalizm,  interpretivizm,  kompyutivizm  və  s. 
cavab  verənədək  davam  edir.  Bu  sistemin  hazırlanması  sosial  sistemlərin 
kompüterləşməsi  nəzəriyyəsinin  yaradılması  metodu  kimi  çıxış  edir. 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə