SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə95/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   91   92   93   94   95   96   97   98   ...   116

 
 
225 
sosium  və  mədəniyyət  hissəli  tədqiq  edilir.  Qeyd  etmək  olar  ki,  problemin 
aşkar 
olunması, 
məqsədyönümlük 
və 
alətlər 
kompleksinin 
müəyyənləşdirilməsi  birlikdə  layihə  fəaliyyətinin  strukturunu  və  alqoritmini 
təşkil edir. 
Məqsədyönümlük  prosesi  vəziyyətin  təhlili  və  daha  aktual  problemlərin 
aşkar  edilməsi  ilə  başlayır  və  layihə  məhz  həmiq  problemin  həll  edilməsi, 
yaxud  səmərələşdirilməsinə  yönəlir.  Təhlil  edilən  əsas  göstərici  kimi 
aşağıdakılar çıxış edə bilər:  
1)  Şəraiti  və  bütövlükdə  cəmiyyətin  funksiyalaşması  şərtlərini  xarakterizə 
edən vəziyyət
2) Sahəsi bu və ya digər ərazi-inzibati vahidi (region, şəhər, rayon, qəsəbə) ilə 
üst-üstə düşən lokal vəziyyət
3)  Əhalinin  müəyyən  kateqoriyası,  yaxud  qrupunun  həyat  fəaliyyətinin 
konkret vəziyyət və şərtlərinə əsaslanan vəziyyət.  
Sosial,  lokal  və  fərdi  vəziyyətlərin  fərqləndirilməsi  layihələşdirmə 
çərçivəsində  hazırlanmış  qərarların  qarşılıqlı  əlaqəliliyini  və  bir  vəziyyətdən 
digərinə ardıcıl keçidini təmin edir.  
Layihə,  yaxud  proqramın  (federal,  regional,  lokal)  məqsədli 
əsaslandırılması  vəziyyətin  hərtərəfli  təhlilini  və  bu  əsasda  –  1) 
layihələşdirmənin  üstün  sahələrini  və  2)  layihənin  ünvanlandığı  əhalinin  və 
sosial qrupun kateqoriyasını müəyyənləşdirməyi nəzərdə tutur. 
Layihələşdirmənin üstün sahələri dedikdə, sosial mədəni həyatın sosial 
və  şəxsiyyət  çərçivəsində  daha  dəyərli  olan  və  insanın  həyat  fəaliyyətinin 
optimallaşdırılması  imkanlarına  və  ehtiyatlarına  malik  olan,  problemin 
maksimum  təmərküzləşməsi  ilə  xarakterizə  olunan  sahələr  nəzərdə  tutulur. 
Layihələşdirmənin  üstün  tərəflərinin  aşkar  edilməsi  mövcud  vəziyyətin 
təhlilindən başlayır. 
Layihə  sosiumu  sosial  mədəni  və  şəxsiyyət  problemlərinin  daşıyıcıları 
olan  və  sosial  və  mədəni  xüsusiyyətlərinə  görə  fərqlənən  sosial  birlik,  sosial 
təbəqə,  yaxud  qrupdur.  Bu  zaman  problemli  vəziyyət  dəqiq  müəyyənləşmiş, 
müəyyən  problemlər  daşıyıcısı  olan  sosial  mədəni  subyektə  malik  olur  və 
layihənin məzmunu həmin subyektlə bağlı olur. Bu layihənin hüdudları ərazi, 
sosial demoqrafik, etnik, peşə, yaxud yaş göstəriciləri əsasında müəyyənləşir.  
Sosial  mədəni  layihələşdirmədə  layihələşdirmə  subyekti  olan  birliyin 
xüsusiyyətlərini əks etdirən əsas parametrlər nəzərə alınmalıdır: 
- problem daşıyıcısı olan sosial birlik; 
- icma daxilində davranış və sosial qarşılıqlı təsiri tənzimləyən sosial mədəni 
xüsusiyyətlər (dəyərlər, adətlər, ənənələr); 


 
 
226 
-  icma  üzvlərinin  problem  vəziyyətin  həlli  üçün  istifadə  edilən  bilikləri, 
bacarıqları və adətləri
-  icma  üzvləri  üçün  əldə  edilən  və  layihənin  reallaşdırılması  gedişinə  təsir 
edən ehtiyatlar.                        
Layihələşdirmənin  alətlər  kompleksi,  metodikası  və  texnoloji  hissəsi 
məsələnin həlli üçün zəruri olan ehtiyat və vasitələrin, məqsədlərə nail olma 
metodlarının,  həmçinin  layihənin  reallaşdırılması  gedişində  subyektlərin 
cəhdlərinin  təşkilatlandırılması  formalarının  aşkar  edilməsinə  yönəlir.  Sosial 
mədəni  layihələşdirmənin  metodları  məsələnin  məqsəd  və  həlli  üsulları, 
layihələşdirmə  vasitələri    isə,  məqsədə  nail  olma  ilə  bağlı  vasitə  və 
əməliyyatlardır.  Sosial  mədəni  fəaliyyət  forması  nizamlanmış  fəaliyyət  olub, 
layihənin  məzmunun,  metod,  vasitə,  icraçılar  və  auditoriyasının 
təşkilatlandırılması  ilə  bağlıdır.  Sosial  mədəni  layihələşdirmənin  təcrübi 
tədbirləri  layihənin  məqsədlərinin  reallaşdırılması  üçün  istifadə  edilən  əsas 
alətlər kompleksini əks etdirir. Burada layihənin başlanğıcı və reallaşdırılması 
mərhələləri  qeyd  olunur,  fəaliyyətin  istiqaməti,  növləri,  formaları  və 
mahiyyəti  müəyyənləşdirilir,  hər  bir  mərhələdə  məqsəd  və  vəzifələrin 
reallaşdırılması  üçün  zəruri  olan  əlavə  ehtiyatlar  cəlb  edilir.  Hər  hansı  bir 
layihə  çərçivəsində  tədbirlərin  mahiyyəti  mütəxəssislərlə  birlikdə 
müəyyənləşdirilir.  
Layihələşdirmə subyektləri, mütəxəssislərilə yanaşı: 
-  Mədəniyyət  sahəsinə  dair  qərarlar  qəbul  edən  və  proqram  və  layihələrin 
hazırlanması və təsdiqi ilə bağlı olan orqanlar
- Dövlət və qeyri-dövlət müəssisələri və təşkilatları, elmi və ekspert şuraları; 
- İctimai təşkilatlar layihənin iştirakçıları kimi müəyyənləşdirilə bilər. 
Layihə  və  proqramların  mahiyyəti  mədəni  siyasətin  iki  əsas  strategiyası 
(mədəniyyətin qorunmasına istiqamətlənmə və innovasion elementlərin tətbiq 
edilməsi)  yönümündə  müəyyənləşir.  Layihə  və  proqramların  əsas  məqsədi 
mədəniyyətin  qorunması  və  təkrar  istehsalını  təmin  edən  şəraitin 
yaradılmasıdır. Bu zaman –  
-  sosial  mədəni  mühitə  xas  olan  yaşamağa  qabil  dəyərlər  və  təzahürlərin 
qorunması (əşyavi-məkanda tarixi və mədəni abidələrin, memarlıq mühitinin 
qorunması, bərpası və yenidən qurulması; insanlar arasındakı münasibətlərdə 
müasirliyə  uyğun  olan  ənənəvi  davranış  və  ünsiyyət  nümunələrinin 
qorunması;  idraki  dəyərləndirmə  mühitində  keçmiş  humanitar  mədəniyyət 
mətnlərinin qorunması və mədəni dövriyyəyə daxil edilməsi).  
-  aktual  məkanda  mədəni  irsin  (keçmiş  mühitin  elementlərinin,  yaşamağa 
qabil  ənənələri,  adətləri,  mərasimlərinin  və  s.)  mənimsənilməsi  və  istifadə 
edilməsi nəzərdə tutulur.  


 
 
227 
Layihə  çərçivəsində  mədəni  innovasiyaların  məqsədyönlü  müdafiəsi 
dedikdə, 
-  müasir  sosial  mədəni  şəraitdə  ən  yaxşı  ideya  və  texnologiyaların  optimal 
mövcudluğunun aşkar edilməsi, genişləndirilməsi və yayılması (məs., insanın 
mühitdə  ekoloji  təhlükəsiz  mövcudluq  vasitələrinin,  yaşayış  məntəqələrində 
məkanın  memarlıq  nümunələrinin,  abidə,  tətbiqi  incəsənət,  dizaynın  optimal 
təşkilatlandırılması); 
-  sosial  və  şəxsiyyət  mövqeyindən  insanlar  arasındakı  rol  və  qeyri-formal 
əlaqələrin  yeni  formalarının,  şəxsiyyətlərarası  qarşılıqlı  təsir  vasitələrinin 
səmərəli mənimsənilməsi; 
-  problem  vəziyyətdə  olan  insanların  mövcud  problemləri  həll  etməsi  üçün 
onların müasir elmi biliklərlə təchiz edilməsi.                       
Sosial  mədəni  layihələşdirmənin  texnologiyası  layihəçinin  dünyagörüşü, 
onun  özünütəyinetmə  mövqeyi  ilə  bağlı  olur.  Layihəçinin  mövqeyindən  asılı 
olaraq, layihə strategiyasının iki forması fərqləndirilir: 
 -  Layihə  obyekti  olan  mədəniyyətin  maksimum  dərk  edilməsi  və 
xüsusiyyətlərinin  nəzərə  alınmasına  yönələn  strategiyada  layihənin  məqsədi 
regionun mədəni mühitinin, yəni layihə obyektinin mühafizəsini təmin edəcək 
şəraitin yaradılması və mədəniyyət subyektinin özünüinkişafı ilə bağlı olur. 
-  Şəxsi  mədəni  nümunələrin  (dəyərlər,  normalar,  texnologiyalar)  «özgə» 
mədəniyyətə  ixracına  yönəlmiş  ikinci  tip  strategiyalara  əsasən  mədəni 
nümunələr  şəklini  dəyişərək,  yeni  forma  alır.  Müasir  inkişaf  etməkdə  olan 
ölkələrdə modernləşmə prosesləri buna nümunə ola bilər. Belə ki, bu ölkələrdə 
modernləşmə  prosesi  mövcud  modernləşmə  modelləri  əsasında  baş  verir. 
Mədəni nümunə  modernləşmənin  subyekti  kimi  qəbul  edilir  və  layihədə  yad 
mədəni  dəyərlərin  tətbiq  edilməsi  şərtləri  ilə  yanaşı  mümkün  müqavimətin 
aradan qaldırılması mexanizmləri də işlənib hazırlanmalıdır.          
Sosial mədəni layihələşdirmənin təbiətini təhlil etmək üçün sosium, sosial, 
mədəni  və  sosial  mədəni  fəaliyyət  anlayışları  dərk  edilməlidir.  Sosium 
təzahür, təhlil predmeti və layihələşdirmə obyekti olduğundan universal, tipik 
və  sabit  ictimai  törəmə  olan  sosial  subyektlər  (sosial  qrup,  təşkilat,  institut), 
həmçinin  «sosial  mexanika»  prosesləri,  yəni  sosial  qarşılıqlı  təsir, 
münasibətlər kimi qəbul edilə bilər. Sosial problemin araşdırılmasında nüfuz 
və sosial rol əsas rol oynayır.  
Mədəniyyət  insanın  fərdi  özünütəyinetməsini,  insan  birliklərinin 
möhkəmlənməsini  təmin  edən  sosial  yönüm  funksiyasını  yerinə  yetirən  və 
sosial birliyə xas olan ənənələr, normalar, dəyərlər, mənalar, ideyalar, işarələr 
sisteminin  (geniş  mənada  etnos,  millət,  cəmiyyət)  nəticəsi  kimi  çıxış  edir. 
Prosessual planda mədəniyyət varlığın və şüurun fərqli sahələrində formalaşan 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə