SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə91/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   87   88   89   90   91   92   93   94   ...   116

 
 
215 
Yeniliklərin  çoxsaylı  şərhləri  mövcuddur.  İ.V.Bestujev-Ladaya  görə, 
«yeniliklər  idarəetmə  qərarlarının  nəticəsi  kimi  bu  və  ya  digər  proseslər, 
texniki, iqtisadi, siyasi, sosial və digər təzahürlərin dəyişilməsi  əməliyyatları 
kimi müəyyənləşdirilə bilər».   
Sosial yeniliklər sistemində aşağıdakı yenilikləri fərqləndirmək olar: 
1.reallaşdırılması mexanizmlərinə görə fərqlənən yeniliklər
2.innovasion proseslərin xüsusiyyətlərilə bağlı olan yeniliklər.  
Tipinə görə yenilikləri iki qrupa bölmək olar: maddi-texniki və sosial.  
Maddi-texniki yeniliklər aşağıdakılarla bağlıdır: 
- texnikada yeniliklər (təchizat, cihazlar); 
- texnologiyada yeniliklər (istehsal prosesləri); 
- istehsal materiallarında yeniliklər (xammal və son məhsul). 
Sosial yeniliklər  aşağıdakı kimi təsnif edilir: 
- sosial-idarəetmə, yəni sosial sahədə məqsədyönlü dəyişikliklər
-  sosial-iqtisadi  (ictimai-iqtisadi  formasiyalar  sistemində  innovasion 
fəaliyyət); 
- iqtisadi (yeni materiallar, əmək haqqının ödənilməsinin sistem göstəriciləri); 
-  təşkilati-idarəetmə  (yeni  təşkilati  strukturlar,  əməyin  təşkili  strukturu, 
qərarların hazırlanması, onların yerinə yetirilməsinə nəzarət və s.); 
- hüquqi (cəmiyyətdə hüquqi qarşılıqlı münasibətlərin dəyişilməsi); 
- pedaqoji (təlim və tərbiyə metodları). 
Sosial  yeniliklər  digər  yeniliklərdən  aşağıdakı  xüsusiyyətlərə  görə 
fərqlənir: 
1.Sosial  yeniliklər  müəyyən  ictimai  münasibətlər,  rəsmi  mədəniyyətlə 
daha  sıx  əlaqəyə  malik  olur.  Nəzərə  almaq  lazımdır  ki,  eyni  yeniliklər  ayrı-
ayrı regionlarda fərqli təzahür edə bilər.  
2.Sosial yeniliklər daha geniş tətbiq sahəsinə malik olur. Belə ki, texniki 
yeniliklərin  reallaşdırılması  çox  vaxt  zəruri  idarəetmə,  iqtisadi  və  digər 
dəyişikliklərlə müşayiət edilir, laikn bu yeniliklər çox zaman texniki təchizat 
tələb etmir. 
3.Sosial yeniliklər istifadəçilərin qrup və şəxsi keyfiyyətlərindən asılı olur. 
Belə yeniliklərin mahiyyəti işçilərin yeni xüsusiyyətli xidməti fəaliyyətlərinin 
tətbiqi ilə bağlı olur.  
4.Texniki yeniliklərdən fərqli olaraq, sosial yeniliklərin tətbiqi o qədər də 
nəzərə  çarpmır  və  onların  səmərəliliyi  daha  mürəkkəb  və  ziddiyyətli 
xüsusiyyətlərə  malik  olur.  Xüsusilə  yeni  davranış  və  münasibətlərin 
formalaşması ilə bağlı onların köhnə mahiyyətinə qayıtması təhlükəsi mövcud 
olur.   


 
 
216 
Texniki  yeniliklərdən  fərqli  olaraq,  sosial  yeniliklərdə  formalaşma 
mərhələsi  olmur.  Texniki yeniliklərdə hazırlıq  mərhələsi layihələşmə  ilə  üst-
üstə  düşür.  Bu  innovasion  prosesin  bir  sahədən  digər  sahəyə  keçməsinin 
qarşısını  alır,  yeniliklərin  yaranması  prosesini  sürətləndirir.  İnnovasion 
ehtiyatlarına görə yenilikləri aşağıdakı kimi təsnif etmək olar: 
-  radikal,  yaxud  əsas  (prinsipcə  yeni  texnologiyalar,  istehsal  növlərinin 
idarəetmə metodları); 
-  kombinasiyalı  (elementlərin  konstruktiv  birləşdirilməsi  prosesində  fərqli 
tərəflərin uyğunlaşdırılması); 

şəkli 
dəyişdirilmiş 
(yeniliklərin 
təkmilləşdirilməsi, 
uyğun 
konstruksiyalarının, formalarının prinsiplərinin tamamlanması).  
Prinsipcə sələflərinə münasibətdə əvəzedici, ləğvedici, dönərli, açıqlayıcı 
yenilikləri  fərqləndirmək  olar.  Əvəzedici  yeniliklər  köhnə  vasitələrin  tam 
sıxışdırılması  və  uyğun  funksiyaların  (məs.,  avtomatlaşdırma)  daha  səmərəli 
tətbiqinə əsaslanır. Ləğvedici, yaxud mənfi yeniliklər hər hansı bir məhsulun 
istehsalı ilə bağlı əməliyyatların yerinə yetirilməsinin qarşısını almağa yönəlir 
və  əvəzedici  qəbul  etmir.  Dönərli  yeniliklər  müəyyən  müddətdən  sonra 
mövcud  şəraitdə  yeniliklərin  tətbiq  edilməsi  imkanlarının  uyğunsuzluğu  və 
uğursuzluğu  ilə  əlaqədar  olaraq,  əvvəlki  vəziyyətə  qayıdış  əsasında 
müəyyənləşir.  Açıqlayıcı  yeniliklər  müqayisəsi  olmayan  vasitələrin  kəşfi  və 
tətbiqi  ilə  bağlı  olur.  Eyni  zamanda  tamamlanmış  və  tamamlanmamış 
yeniliklər  fərqləndirilir.  Tamamlanmamış  yeniliklər  heç  də  həmişə  sosial 
neqativ  olmur.  Dəyişən  şəraitlə  əlaqədar  meydana  çıxan  innovasion 
patologiyanın  ləğv  edilməsi,  yeniliklərin  həyata  keçirilməsi  prosesindəki 
uğursuzluqlar  yeniliyin  yaradılması,  yaxud  əsaslandırılması  mərhələsində 
onun  məqsədəuyğun  olmayan  və  səhv  kimi  qəbul  edilməsinə  səbəb  olur. 
Bununla əlaqədar olaraq, uğurlu və uğursuz yeniliklər fərqləndirilir. Bu bölgü 
əvvəlki ilə üst-üstə düşür, burada uğur müasirlik və yeniliklərin tamamlanması 
ilə bağlı olur. Səmərəlilik iqtisadi və sosial göstəricilərin  mövcud vəziyyəti, 
yeniliklərin  yaradılması  və  reallaşdırılması  prosesində  itkilərlə  müqayisələr 
aparılması  əsasında  müəyyənləşdirilir.  Çox  vaxt  səmərəlilik  təxirə  salınmış 
təsiri  bağışlayır.  Nəzərə  almaq  lazımdır  ki,  tamamlanmış,  həm  də  uğurlu 
yeniliklər  heç  də  həmişə  səmərəli  olmur.  Bununla  yanaşı  innovasion 
fəaliyyətdə «səmərəlilik» anlayışı yeniliklərin təsnifatı əsasında müəyyənləşir. 
Yeniliklərin xüsusiyyətlərinə görə sistemləşdirilməsi onların imkanlarının 
və  məhdudiyyətlərinin  müqayisə  edilməsinə,  digərləri  sırasında  onun 
qiymətləndirilməsinə  şərait  yaradır.  Yeniliklər  arasındakı  münasibətləri 
qiymətləndirmək,  inkişaf  mərhələlərində  bu  münasibətlərin  dəyişməsi 


 
 
217 
dinamikasını və meyllərini aşkar etmək və innovasion mövqedən çıxış edərək, 
bu mərhələlərin diaqnostikası  çox vacibdir.  
Bu  əsasda  innovasion  məntiqi  və  siyasi  meyarlar  müəyyənləşdirilir. 
Müasir tədqiqatçılar əmindirlər ki, yeniliklər mahiyyətcə ideya, kəşf, rasional 
təkliflərin  və  s.  yeniliklərə  çevrilməsilə  bağlı  olub,  mövcud  sadə 
yenidənistehsal  prosesindən  fərqlənir.  Keyfiyyətcə  yeni  olanı  əsas  və 
innovasion  ideyalar  olmadan  süni  şəkildə  yaratmaq  mümkün  deyil,  lakin 
cəmiyyət  üçün  gərəksiz  olan  yeniliklərin  qarşısını  almaqla  idarə  etmək 
mümkündür. Bu, dövlətin innovasion siyasətilə bağlıdır. İnnovasion siyasət alt 
sistem  kimi  prosesin  səmərələşdirilməsi,  «yenilik  ideyası»,  bu  və  ya  digər 
yeniliyin səmərələşdirilməsinin genişləndirməsilə bağlıdır. Məntiqi olaraq, hər 
bir innovasion siyasətin birinci sahəsi innovasion fəaliyyətin idarə olunması – 
innovasion kollektivin yaradılması ilə əlaqədardır. Bu sahədə obyektiv-fəal və 
subyektiv-fəal  sahələr  fərqləndirilir.  Obyektiv-fəal  sahə  yeniliklərin 
reallaşdırılması  prosesini  ləngidən  amillərin  dəyişdirilməsi  və  yeniliyi 
formalaşdıran  amillərin  genişləndirilməsi  ilə  bağlıdır.  Məsələn,  idarəetmə 
vasitələri    ilə  yeniliklərə  malik  olan  bir  çox  bürokratik  əngəlləri  aradan 
qaldırmaq  olar.  Subyektiv-fəal  sahə  cəmiyyətdə  sosial  fəaliyyətə  konstruktiv 
yeniliklər gətirən sosial fəal elementlərin formalaşdırılması ilə bağlıdır.            
Yeniliklərin strukturu aşağıdakı kimi müəyyənləşdirilə bilər: 
- yeniliklərə dair sosial tələbatın dərk edilməsi;  
- metod və vasitələrlə yeniliklərin aşkar edilməsi
 -yeniliklərin  dizaynı  –  son  məhsulun  konkret  ideya  formasında 
layihələşdirilməsi, yaxud təsviri
- yeni təsvirin əldə edilməsi variantlarının aşkar edilməsi; 
- optimal variantın seçilməsi
- optimal variantın həyata keçirilməsi
- yeniliklərin növbəti mərhələsinin ümumiləşdirilməsi.   
Sosial  innovasiyaların tətbiqindəki  çətinliklər  bir  çox  səbəblərlə  bağlıdır. 
Bu  ilk  növbədə  insan təfəkkürünün  yeniliyə  müqavimət  göstərən  ənənəviliyi 
ilə əlaqədardır. Bununla yanaşı hər bir yenilik mövcud sistemin sabitliyinin və 
funksiyalaşmasının  pozulmasına  yönəlir.  Yeniliklər  sistemin  nizamını 
pozarkən  özü  də  müəyyən  dəyişikliyə  uğrayır.  Yeniliklər  çoxsaylı  ideyalar 
kimi  təzahür  edir,  lakin  cəmiyyət  yalnız  daha  səmərəli  olan  ideyaların 
tətbiqinə  imkan  yaradır.  «Futurofobiya»  insanların  gələcək  və  yeniliklərlə 
bağlı  qorxusunun  əksi  kimi  cəmiyyət  üçün  təhlükəli  olan  ideyaların  islah 
olunmasına  şərait  yaradır.  «Futurofobiya  effekti»  «davamlılığın  sınağı»na 
yönəlmiş 
süni 
mexanizm 
əsasında 
yeniliyin 
tətbiqinə 
yönəlir. 
«Futurofobiya»ya  nəzarət  edilməzsə,  hadisələrin  qeyri-mütəşəkkil  inkişafına 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə