SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə90/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   86   87   88   89   90   91   92   93   ...   116

 
 
212 
problemin konseptual əsasları aydın olur: istifadə edilən məqsədli funksiyanın 
mahiyyətini  maksimallaşdırılan  alternativlərdən  elə  biri  seçilməlidir. 
Optimallaşdırma  məsələsi  mürəkkəb  ola  bilər,  lakin  bu  mürəkkəblik 
konseptual deyil, texniki xüsusiyyət daşıyır. Çox vaxt nəticələr bir neçə meyar 
əsasında  təyin  edilir.  Qeyri-müəyyənlik  şəraitində  bir  meyarın  lotereya 
xüsusiyyətli  ehtimali  seçim  imkanları  meydana  çıxır.  Bu  zaman  birölçülü 
faydalılıq nəzəriyyəsinin nəticələri istifadə edilir. Ümumi halda nəticəsi həm 
qeyri-müəyyən,  həm  də  çoxölçülüdür.  Bu  zaman  faydalılıq  və  çoxölçülü 
səmərələşdirmə  nəzəriyyələri  sintez  edilir.  Faydalılıq  nəzəriyyəsinin 
metodlarına  əsasən  qərar  qəbul  edən  şəxs  birölçülü  vəziyyətdə  bir  neçə 
alternativdən  birini  seçməlidir.  Mümkün  nəticələrdən  daha  çox  arzu  edilən 
vahid  meyar  əsasında  qiymətləndirilir.  Qərar  qəbul  edən  şəxs  seçilən 
alternativlərdən  hər  hansı birinin  nə  ilə  nəticələnəcəyini  bilmir,  lakin  hər  bir 
fəaliyyət vasitəsi üçün fərqli nəticələrin nəzərə alınması imkanları mövcuddur.  
Faydalılıq  funksiyası  qərar  qəbul  edən  şəxsin  mümkün  nəticələrlə  bağlı 
seçim  xüsusiyyətlərini  əks  etdirir.  Bu  xüsusiyyətlər  riyazi  təsvir  edilərsə, 
faydalılıq  funksiyasına  dair  məhdudiyyətləri  analitik  təsvir  etmək  olar.  Əgər 
qərar qəbul edən şəxs qeyd edilən xüsusiyyətlərlə razılaşırsa, onun faydalılıq 
funksiyası daha məhdud çərçivəyə malik olub, bu funksiyanın həqiqi mənasını 
və həssaslığının analizini sadələşdirir.   
Faydalılıq  funksiyasının  təcrübi  proseduru  bir  çox  real  vəziyyətlərdə 
istifadə  edilir.  Faydalılıq  funksiyası  ilə  bağlı  bir  çox  metodlar  və  hər  bir 
metodun  çoxsaylı  variantları  mövcuddur.  Hər  hansı  bir  məsələnin  həlli  ilə 
bağlı istifadə edilən prosedurlar eyni xüsusiyyət daşıyır, onları beş mərhələyə 
bölmək olar: 
- hazırlıq mərhələsi
- keyfiyyət xüsusiyyətlərinin eyniləşdirilməsi; 
- kəmiyyət hüdudlarının müəyyənləşdirilməsi
- faydalılıq funksiyasının seçilməsi; 
- uyğunluğun yoxlanması. 
Hazırlıq  mərhələsində  qərar  qəbul  edən  şəxs  faydalılıq  funksiyaları 
müəyyənləşdirilənə  qədərki  zaman  müddətində  analitikin  onun  seçimi  ilə 
maraqlandığını  bilməlidir.  Qərar  qəbul  edən  şəxs  başa  düşməlidir  ki,  həqiqi 
obyektiv seçimlər yoxdur və onun subyektiv rəyini əks etdirən seçimlər daha 
gərəklidir. Əgər qərar qəbul edən şəxsin fikirləri gözlənilən nəticələrlə üst-üstə 
düşürsə, faydalılıq funksiyalarını müəyyənləşdirmək olar, əks təqdirdə, birinci 
mərhələ ardıcıllıqla təkrarlanmalıdır.  
Keyfiyyət  xüsusiyyətlərinin  eyniləşdirilməsi  mərhələsində  qərar  qəbul 
edən  şəxsin  seçimi  aydınlaşdırılır,  müqayisə  edilir,  dəqiqləşdirilir.  Sonra 


 
 
213 
faydalılıq  funksiyasının  qərar  qəbul  edən  şəxsin  meyllərinə  uyğunluğu, 
seçiminin  təsadüfi  olub  olmaması  müəyyənləşdirilir.  Əgər  qərar  qəbul  edən 
şəxs lotereya seçiminə üstünlük verirsə, deməli o, riskə meyllidir. Daha sonra 
faydalılıq  funksiyasının  yüksələn,  alçalan,  yaxud  daimi  risklə  əlaqəsi 
müəyyənləşdirilir.  
Kəmiyyət hüdudlarının müəyyənləşdirilməsi adətən lotereyaya dair səbəb 
nəticə əlaqəli ekvivalentin təyin edilməsilə bağlı olur.  
Faydalılıq funksiyasının seçilməsi bu funksiyanın kəmiyyət və keyfiyyət 
xüsusiyyətlərinin 
və 
bu 
xüsusiyyətlərdə 
faydalılıq 
funksiyanın 
mövcudluğunun aydınlaşdırılması ilə bağlıır.  
Uyğunluğun  yoxlanması  qərar  qəbul  edən  şəxsin  faydalılıq 
funksiyasındakı  təhrifləri,  yəni  həqiqi  seçimə  uyğunluq  səviyyəsini  aşkar 
etməsilə bağlıdır.  
 
YOXLAMA SUALLAR 
1.Sosial layihələşdirmənin avtomatlaşdırılmas nə ilə bağlıdır? 
2. Avtomatlaşdırmanın əsas istiqamətləri hansılardır? 
3.İmitasion modelin mahiyyətini izah edin. 
4.İmitasion modelin hansı mərhələləri fərqləndirilir? 
5.İmitasion modelləri sadalayın. 
 
REFERAT MÖVZULARI 
1.Sosial layihələşdirmənin avtomatlaşdırılması və riyazi modelləşdirilməsi 
2.Yaradıcı fəaliyyətin avtomatlaşdırılmasının əsas istiqamətləri  
3. İmitasion model 
ƏDƏBİYYAT:            
1.Бергер  П.,  Лукман  Т.  Социальное  конструирование  реальности :  Трактат  по 
социологии знания. М., 1995.  
2.Давыдов  А.А.  Компьютационная  теория  социальных  систем.  Соц/исс,  №  6, 
2005. 
3.Карташов А.В. Проектное знание: опыт методологического анализа.// 
Системные исследования. Методологические проблемы. Ежегодник, 1988. М., 
1989,с . 163.  
4. Курбатов В.И. Курбатова О.В. Социальное проектирование: Учебное пособие. 
Ростов н/Д: «Феникс», 2001. 
5.Луков В. А. Социальное проектирование : учеб. пособие. 6-е изд., испр. М. : 
Изд-во Моск. гуманит ун-та : Флинта, 2006. 
6.Прогнозное социальное проектирование : Теоретико-методологические и 
методические проблемы / Ин-т социологии РАН ; отв. ред. Т. М. Дридзе. 2-е 
изд., испр. и доп.  М. : Наука, 1994.  
7.Тощенко Ж. Т., Аитов Н. А., Лапин Н. И. Социальное проектирование. М., 
1982.  


 
 
214 
Mövzu 18. SOSİAL PROSESLƏRİN LAYİHƏLƏŞDİRİLMƏSİ 
 
18.1 SOSİAL LAYİHƏLƏŞDİRMƏ VƏ SOSİAL YENİLİKLƏR  
 
İ.Şumpeter  «İqtisadi  inkişaf  nəzəriyyəsi»  (1911)  əsərində  «yenilik»  və 
«innovasiya» anlayışlarının aşağıdakı aspektlərini fərləndirir: 
a)  yeni,  yəni  istehlak  sahəsində  hələ  məlum  olmayan  nemət,  yaxud  məlum 
nemətin yeni keyfiyyəti
b)  məlum  nemətin  yeni,  elmi  kəşflə  əlaqəsi  olmayan  daha  səmərəli  istehsal 
metodu; 
c) məlum nemətin yeni satış imkanlarının açılması; 
ç)  xam  malın,  yaxud  yarımfabrikatın  yeni  istehsal  mənbələrinin  açılması, 
mövcud inhisarın ləğvi əsasında istehsalın yenidən təşkili.   
Müasir Amerika sosioloqu P.Draker «İnnovasiyalar və sahibkarlıq» (1985) 
əsərində innovasiyaların aşağıdakı mövqelərini fərqləndirir: 
- vəziyyətin gözlənilmədən kəskin dəyişməsi; 
-  istehlakçıların  dəyişən  dəyərləri  və  gözləntiləri  ilə  reallıq  və  dəyişən 
gözləmələr arasında meydana çıxan ziddiyyətlər
- istehsal, yaxud istehlak prosesində dəyişikliklər; 
- əhali məskunlaşması strukturunda dəyişikliklər; 
- yeniliklərə təkan verən yeni biliklər, kəşflər, texnologiyalar. 
Sosial yeniliklərin aşağıdakı parametrləri fərqləndirilir:  
- fundamental elmi biliklərin istifadə edilməsinə əsaslanan sosial yeniliklər
- tətbiqi elmi tədqiqatlara əsaslanan sosial yeniliklər
- təcrübi biliklərə əsaslanan sosial yeniliklər; 
-  biliyin  ayrı-ayrı  aspektlərinin  fərqli  kombinasiyalarına  əsaslanan  sosial 
yeniliklər; 
-  prinsipcə  yeni,  yaxud  əvvəllər  əldə  olunmayan  sahələrin  istifadəsilə  bağlı 
sosial yeniliklər; 
- hər hansı məqsədyönlü fəaliyyətin nəticələrinə əsaslanan sosial yeniliklər; 
- hər hansı məhsulun başqa sahəyə tətbiq edilməsi ilə bağlı sosial yeniliklər. 
Sosial yeniliklərin sistemləşdirilməsi aşağıdakılara əsaslanır:  
- məhsul (yeni məhsul, məs., yeni texnologiya, yaxud əmtəə); 
- texnoloji (əmtəə, xidmət və biliklərin yeni istehsal texnologiyaları); 
-  sosial  (keyfiyyətcə  yeni  iqtisadi,  sosial,  siyasi  və  digər  törəmələrin, 
strukturların,  ictimai  istehsal  mexanizmlərinin,  bütövlükdə  cəmiyyət,  yaxud 
onun alt sistemlərinin); 
- ilk üç tipi özündə birləşdirən komplekslər.  


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə