SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə84/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   80   81   82   83   84   85   86   87   ...   116

 
 
200 
nəzəriyyə  kimi  sosial  obyektə  məqsədyönlü  təsiri  tədqiq  edir,  təsi  etmənin 
səmərəli  üsullarını işləyib hazırlayır  və  əsaslandırır. Bu  zaman  sosial  obyekt 
dedikdə, sosial münasibətlər, sosial qarşılıqlı təsir, sosial qrup, sosial institut, 
sosial təşkilat nəzərdə tutula bilər. Sosial ssenari, sosial layihə formalı sosial 
texnologiyalar mümkün dəyişiklikləri nəzərə almalıdır.  
Əsas və xüsusi sosial texnologiyalar    
Əsas  sosial  texnologiyalar  sosial  obyektin  strateji  layihələşdirilməsi 
texnologiyaları ilə bağlıdır. Əsas sosial texnologiylar dedikdə, fərdi, şəxsi və 
ictimai  mahiyyətlərin  ahəngdarlığının  təmin  edilməsi,  sosial  subyektin 
yaradıcı  imkanlarının  inkişafı  və  fəallığı  haqqında  mahiyyəticə  humanist 
məqsədlərin irəli sürülməsi nəzərdə tutulur. 
Xüsusi  sosial  texnologiyalar  sosial  obyektə  taktiki-operativ  təsir 
formaları – sosial təşkilatlandırma, münasibət və əməliyyatların əyani-təcrübi 
tənzimlənməsi, 
müxtəlif 
səviyyələrdə 
sosial 
qarşılıqlı 
təsirin 
optimallaşdırılması  ilə  bağlıdır.  Əsas  və  xüsusi  sosial  texnologiyalar  sosial 
özünütəşkilatlandırmanın  və  uyğun  məqsəd,  vasitə  və  metodların  fərqli 
xüsusiyyətləri əsasında müəyyənləşir. Sosial texnologiyaların çoxsaylı növləri 
fərqləndirilir.  Ən  ümumi  metodlar  sırasında  ekspert  qiymətləndirməsi,  elmi 
müşahidə, 
müdaxilə 
metodları 
seçilir. 
Sosial 
texnologiyaların 
reallaşdırılmasının  vacib  şərti  təşkilati  struktur  və  sistemlərin  yaradılması, 
sosial  təsir  siyasətinin  işlənib  hazırlanması  ilə  bağlıdır.  Təkamüllü  tədqiqat 
modelinin işlənib hazırlanması sosial texnologiyaların növbəti mərhələsi kimi 
çıxış edir. İşlənib hazırlanma mərhələləri sistemin analizi ilə müşayiət olunur, 
yəni  inkişaf  mərhələsinin  ardınca  qiymətləndirmə  mərhələsi,  sonra  isə 
məlumatı  yayma  və  tətbiq  etmə  mərhələsi  gəlir.  İlk  dörd  mərhələ  –  analiz, 
hazırlanma,  inkişaf  və  qiymətləndirmə  təkamüllü  tədqiqat  kimi 
qiymətləndirilir. Burada qiymətləndirmə mərhələsi qiymətləndirmənin tədqiqi 
adlandırılır.  Digər  mərhələlər  yeniliklərin,  yəni  tədqiqatın  nəticələrinin 
istifadəsilə  bağlıdır.  Texnoloji  mərhələlərin  tam  ardıcıllığı  ilə  yerinə 
yetirilməsi  təkamüllü  tədqiqat  və  onun  istifadəsinin  mahiyyətilə  bağıdır. 
E.Tomas  xüsusi  fəaliyyət,  yaxud  texnoloji  əməliyyatlardan  ibarət  olan 
əməliyyat  mərhələlərini,  yaxud  qaydalarını  fərqləndirir.  Model  əməliyyatlar, 
mərhələlər və tədbirlər məcmusu əsasında qurulur. Modelin daimiliyi dəyişən 
şəraitlər,  uyğun  amillər,  əlavələr,  genişlənmələr,  maddi  əsaslarla  bağlı  olur. 
Model  texnoloji  tələbatlarla  bağlı  olan  alətlər  kompleksi  olub,  hər  bir 
mərhələdə  qiymətləndirmə,  müqayisə,  seçim  və  qərara  əsaslanır.  Model 
mürəkkəb  nəzəri  sosial  məsələnin  həllilə  əlaqədar  istifadə  olunur.  Bu  və  ya 
digər  texnoloji  tələblər  sosial  münasibətlərin  çoxtərəfliliyi  ilə  bağlı  olur. 
Metodların  texnolojiliyi  məqsəd  və  nəticələrin  texnolojiliyi  ilə  uyğun 


 
 
201 
olmalıdır. Texnologiyalaşmanın mahiyyəti sosial obyektə təsirlə bağlıdır. Hər 
hansı  bir  problemin  olması  yalnız  onun  texnoloji  həlli  imkanlarının  olması 
demək  deyil.  Sosial  texnologiyaların  hazırlanması  və  tətbiq  edilməsi  onların 
bütün hallar üçün yararlı və etibarlı olması demək deyil. Texnologiyalaşmanın 
mərhələlərindən  olan  qiymətləndirmə  fəaliyyəti  qiymətləndirmə  planının 
hazırlanması  və  həyata  keçirilməsindən  asılıdır.  Qiymətləndirmə  fəaliyyəti 
səmərəlilik, 
məhsuldarlıq, 
məxaric, 
rasionallıqdan 
asılıdr. 
Əgər 
qiymətləndirmə mərhələsində müsbət nəticələr əldə edilirsə, nəticələri yayma 
və  tətbiq  etmə  mərhələlərinə  keçmək  olar.  Bu  fazalar  yeniliklərin  istifadə 
edilməsi üçün zəruri texnoloji əməliyyatların hazırlanmasını tələb edir.  
Sosial  texnologiyaların  ehtiyatları  bir  sıra  sahələrlə  bağlıdır.  Texnoloji 
inkişaf  –  elmi  və  istehsal  texnologiyaları,  sosial-siyasi  sahələrdəki 
fundamental  və  tətbiqi  tədqiqatlarla  bağlıdır.  Sosial  texnologiyaların  işlənib 
hazırlanması  və  tətbiqi  prosesində  müxtəlif  metodikalar  istifadə  edilir: 
konveyer  sxemi,  matritsa  (qəlib)  metodu,  qərarlar  və  müqayisələr  cədvəli, 
evristik  metod.  Sosial  texnologiyalar  maket,  model,  layihələrlə  bağlı  olur  və 
fəaliyyətin  rasional  ardıcıllığının  təmin  edilməsinə  yönəlir.  Sosial 
texnologiyaların  mahiyyəti  fəaliyyətlə  deyil,  fəaliyyətin  müəyyən  ardıcıllıqla 
həyata  keçirilməsi,  yaxud  fəaliyyət  ardıcıllığının  layihələşdirilməsi  və 
proqnozlaşdırılması  ilə  bağlıdır.  N.S.Danakin  sosial  texnologiyalaşmanın 
aşağıdakı  mərhələlərini  fərqləndirir:  1)  sosial  texnologiyaların  ontoloji 
(mövcudluğunun)  əsaslandırılması;  2)  sosial  texnologiyaların  əməliyyatlar 
ardıcıllığı; 3) sosial texnologiyaların  problemə uyğun olaraq, tətbiq edilməsi. 
Sosial texnologiyaların ontoloji əsaslandırılmasının əsas meyarı prosessuallıq 
(icra  üsulu)  hesab  edilir.  İki  sosial  prosesin  uyğunluğu  haqqında  təsəvvür 
kifayət deyil, tamlıq, kafilik, uyğunluq nöqteyi nəzərindən həmin proseslərin 
tənqidi  qiymətləndirilməsi  də  vacibdir.  Bu  məqsədlə  prosesin  növü,  tipi, 
özünəməxsus  xüsusiyyətləri,  aid  olduğu  şəraitin  daxili  mexanizmləri, 
səmərəliliyi, istiqaməti analiz edilməlidir. Beləliklə, sosial proseslərin siyahısı 
tərtib olunur.  
Sosial  proseslərin  texnologiyalaşdırılmasının  mahiyyəti  aşağıdakılarla 
bağlıdır: 
1)prosesin formalaşması; 
2)prosesin məqsədli yönəldilməsi; 
3) sosial prosesin optimallaşdırılması; 
4) sosial prosesin sabitliyinin təmin edilməsi
5) özünütənzimləmə mexanizminin yaradılması; 
6) lazımi şəraitin təmin olunması. 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə