SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə80/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   76   77   78   79   80   81   82   83   ...   116

 
 
189 
zamanı  ilk  növbədə  xarici  mühit  və  daxili  imkanlar  öyrənilir.  Müəssisənin 
strateji planı hazırlanır. Plan aşağıdakı strategiyalara malik olur:  
1) marketinq strategiyası;  
2) maliyyə strategiyası;  
3) istehsal strategiyası;  
4) sosial strategiya;  
5) təşkilati dəyişikliklər strategiyası; 
6) ekoloji strategiya. 
         Plan aşağıdakı bölmələrdən ibarətdir:  
1) müəssisənin məqsəd və vəzifələri;  
2) müəssisənin fəaliyyəti və uzun müddətli vəzifələri;  
3) müəssisənin strategiyası;  
4) funksional strategiya;  
5) daha dəyərli layihələr
6)xarici əməliyyatların təsviri;  
7)kapital qoyumu və resursların müəyyənləşdirilməsi;  
8)  gözlənilməz hadisələrin planlaşdırılması. 
Bütün  strateji  planlar  müxtəlif  olub,  bir  çox  amillərdən  asılıdır. 
Planlaşdırma  idarəetmənin  vacib  funksiyalarından  olub  məqsədlər  sistemi, 
prioritetlərin, vasitə və metodların müəyyənləşdirilməsilə bağlıdır.  
Planlaşdırma  metodları  –  planlaşdırma  metodologiyasının  əsas  hissəsi 
kimi  plan  sənədlərinin işlənməsi  və  əsaslandırılması üsulları toplusudur.  Hər 
hansı  bir  planlaşdırma  metodu  planlaşdırmanın  konkret  formasından  asılı 
olaraq aşağıdakılardan asılıdır: 
1)planlaşdırmanın istiqamətləri;  
2) plan parametrlərinin əsaslandırılması vasitələri. 
Ənənəvi planlaşdırma metodları aşağıdakılardır:  
1.Tətbiq olunan metodlarda – əsas planlaşdırma metodları olan normativ, 
balanslaşdırma, məqsədli-planlaşdırma, riyazi metodlardan ibarətdir. 
2.Ən geniş yayılmış metodlar  - normativ, balanslı, məqsədli-planlaşdırma 
metodlarıdır.  
Planlaşdırmadan  əvvəlki  tədqiqat  metodları  –  iqtisadi  qruplaşdırma, 
birbaşa  hesablama,  strukturlaşdırma,  sosial  tədqiqat,  ekspert,  tənasüb  və 
nisbət.  Bu  metodlar  planlaşdırmanın  proqnoz-analitik  mərhələsində  istifadə 
edilir və ümumelmi, ümumi və xüsusi metodlara bölünür.  
Planlaşdırmanın 
ümumelmi 
metodları 
– 
plan 
qərarlarının 
əsaslandırılması  prosesinin  metodoloji,  məntiqi  istiqamətləndirilməsi 
müəyyənləşdirilir. Buraya sistemli və iqtisadi analiz metodları daxildir.  


 
 
190 
Sistemli  analiz    -  mürəkkəb  problemlərin  səmərəli  həlli  yollarının 
axtarılmasına  yönəlir  və  idarəetmə  qərarlarının  hazırlanması  və 
əsaslandırılmasına imkan yaradır. 
İqtisadi analiz – sistemli analizlə bir sıra oxşar xüsusiyyətlərə malik olub, 
təsərrüfat-maliyyə  fəaliyyətinin  qeydiyyatı,  şərhi  və  plan  işində  istifadəsini 
nəzərdə tutur.  
Planlaşdırmanın ümumi metodları: 
Balanslaşdırma  (tarazlaşdırma)  metodu  –  ictimai  tələbat  və  ehtiyatların 
istifadəsi,  müxtəlif  məhsulların,  istehsalın,  sahələrin,  ərazilərin  bütövlükdə 
xalq təsərrüfatının inkişafında vacib tarazlığın və əlaqələndirmənin təminatına 
çalışır. 
Normativ  metod  –  iqtisadiyyatın  vacib  məqsədləri  və  ETT-nin 
nailiyyətlərini    özündə  əks  etdirən  norma  və  normativlər  sistemini 
müəyyənləşdirir. 
Məqsədli-planlaşdırma  metodu  –  məqsədli  kompleks  proqramların 
işlənməsinə  yönəlib  makroiqtisadi  problemlərin,  vacib  xalq  təsərrüfatı 
vəzifələrinin həllinə çalışır. 
Planlaşdırmanın xüsusi metodları – mövcud plan məlumatların alınması 
və  analizi  olub,  iqtisadi  qruplaşma,  birbaşa  hesab,  münasibətlər, 
strukturlaşdırma, sosioloji tədqiqat, ekspert metodlarını özündə birləşdirir.  
İqtisadi  qruplaşdırma  metodu  –  analiz  obyektlərini  eynicinsli  qruplarda 
birləşdirərək, qarşılıqlı təsirdə olan amillərin təsvirini öyrənməyə imkan verir. 
Birbaşa  hesablama  metodu  –  maddi,  əmək  və  maliyyə  ehtiyatlarının  itki 
normalarının elmi əsaslandırılmasından çıxış edən göstəriciləri müəyyən edir. 
Münasibətlər metodundan – ən geniş yayılanı indeksləşdirmədir. Bu metodun 
mahiyyəti  iki  fərqli  zaman  və  ya  məkan  mərhələlərinin  müqayisəsinə 
əsaslanır.  Strukturlaşdırma  metodu  –  ümumi  məqsədlərin  mərhələli 
bölünməsinə əsaslanır.  
Sosioloji  tədqiqat  metodu  –  sorğu,  müşahidə  və  sənədlərin  analizi 
əsasında sosial təzahür və proseslərin dərk edilməsi  aləti kimi çıxış edir. 
Ekspert  metodları  –  ayrı-ayrı  şəxslərin  malik  olduğu  informasiyanın 
alınması üçün istifadə edilir. 
Sosial planlaşdırmanın aşağıdakı metodları fərqləndirilir: 
Analitik  metod  –  analiz  və  ümumiləşdirməni  özündə  birləşdirir. 
Planlaşdırma  gedişində  sosial  tərəqqi  tərkib  hissələrə  bölünür  və  bu  əsasda 
nəzərdə tutulan proqramın reallaşdırılması istiqamətləri müəyyənləşdirilir.  
Variantlar metodu – daha tam və həqiqi  informasiyanın olması şəraitində 
sosial mərhələlərin bir neçə mümkün həlli yollarının müəyyənləşdirilməsidir. 


 
 
191 
Kompleksli  metod  –  bütün  əsas  amillər:  maliyyə,  maddi  və  əmək 
ehtiyatları, icraçılar və müddət nəzərə alınmaqla proqramın hazırlanması. Bu 
metod sosial tərəqqinin inkişafı, tempinin müəyyənləşdirilməsi, onun statik və 
dinamik modeli və planın əsas göstəricilərinin işlənməsini nəzərdə tutur. 
Proqramlı-məqsədli metod – ictimai inkişafın aid olduğu əsaslardan asılı 
olmayaraq, vacib vəzifələrinin həlli ilə bağlıdır. 
Sosial  eksperiment  –  eksperimentin  gedişində  obyektiv  qanunların 
fəaliyyət  mexanizmləri  və  ya  bir  neçə  institut  əsasında  onların  təzahür 
xüsusiyyətləri dəqiqləşdirilir. 
İqtisadi – riyazi metodlar – sosial planlaşdırmanın müxtəlif metodlarından 
istifadə etməklə kəmiyyətli analizdir.     
Planlaşdırmanın metodologiyası 
Planlaşdırmanın metodologiyası – plan qərarlarının, prinsiplər sisteminin, 
yanaşmalar,  göstəricilər,  metodika  və  metodlarının  işlənməsi  və 
əsaslandırılması,  həmçinin  planlaşdırma  məntiqidir.  Proqnozlaşdırma  və 
planlaşdırma  metodologiyaları  oxşardır.  Plan  proqnozların  informasiya  və 
modellərinin  işlənməsi  əsasında  hazırlanır.  Plan  tam  proqnozlara  uyğun 
qurulmaya  bilər,  lakin  dövlət  planları  çox  vaxt  plan-proqnoz  adlanır,  çünki 
burada  informasiyanın  bir  hissəsi  proqnoz  xarakteri  daşıyır.  Plan  konkret 
rəqəmli  parametrlərə  malik  olub,  təsərrüfat  subyektinin  sosial-iqtisadi 
inkişafının  son  məqsədlərini  əks  etdirir.  Təsərrüfat  subyekti  və  onun 
funksiyalaşma  mexanizmləri  mürəkkəb  olduqca  planın  mahiyyətini  əks 
etdirən göstəricilər də mürəkkəb olur. Bütün plan göstəricilər aşağıdakı kimi 
təsnif edilir:  
1. Təyinatına görə – sübut edilmiş, indikativ, hesablanmış. 
2. Mahiyyətinə görə – inteqral, fərdi. 
3.Formasına  görə  –  kəmiyyət,  keyfiyyət,  təbii,  dəyər,  mütləq,  nisbi 
göstəricilər sistemi planlaşdırma dövrünün məqsəd və vəzifələrindən asılıdır. 
Planlaşdırma  prinsipləri  –  plan  sənədlərinin  işlənməsi  üçün  əsas 
gümanları  formalaşdırma,  əsaslandırma  və  təşkilatlandırma  qaydalarıdır. 
Onlar daim mükəmməlləşdirilir, yeni mahiyyət qazanır.  
Planlaşdırmanın əsas metodoloji prinsipləri aşağıdakılardır:  
Elmilik  –  plan  sənədləri  iqtisadi,  ETT  və  digər  elmlərin  qanun  və 
nəzəriyyələrinin işlənməsinə əsaslanır. 
Komplekslilik  -  planlaşdırma  qərarlarının  qəbul  edilməsində  bütün 
mümkün nəticələrin nəzərə alınması ilə bağlıdır. 
Sistemlilik 
– 
planlaşdırma 
qərarlarının 
qəbul 
edilməsində 
funksiyalaşmanın mürəkkəb xüsusiyyətləri nəzərə alınır.   


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə